Azərbaycan Texnologiya Universiteti

Azərbaycan Texnologiya Universiteti Universitet

🔍   tanıyaq⚙️ Maşın mühəndisliyiSənaye və texnologiyanın əsas istiqamətlərindən biri olan maşın mühəndisliyi mexaniki si...
10/08/2026

🔍 tanıyaq

⚙️ Maşın mühəndisliyi

Sənaye və texnologiyanın əsas istiqamətlərindən biri olan maşın mühəndisliyi mexaniki sistemlərin layihələndirilməsi, istehsalı və istismarı üzrə mütəxəssislər hazırlayır.

📚 Tələbələr mühərriklər, ötürücü mexanizmlər və digər maşın elementlərinin layihələndirilməsi, analizi və istehsal texnologiyalarını öyrənir, müasir proqram təminatları, modelləşdirmə, avtomatlaşdırma və süni intellekt əsaslı texnologiyalarla tanış olurlar.

💼 Məzunlar maşınqayırma, avtomobil, aviasiya, müdafiə sənayesi, energetika, neft-qaz və digər sahələrdə çalışa bilərlər.

🎓 Azərbaycan Texnologiya Universitetində bu ixtisas üzrə 2026/2027-ci tədris ili üçün 15 əyani plan yeri ayrılıb.

🔍   tanıyaq🦺       mühəndisliyiBu ixtisas insanların sağlamlığının, əməyin təhlükəsizliyinin və ətraf mühitin mühafizəsi...
07/08/2026

🔍 tanıyaq

🦺 mühəndisliyi

Bu ixtisas insanların sağlamlığının, əməyin təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin təmin olunması üçün peşəkar SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisləri hazırlayır.

📚 Təhsil müddətində tələbələr əməyin mühafizəsi, risklərin idarə olunması, yanğın təhlükəsizliyi, sənaye gigiyenası, ekoloji mühəndislik və fövqəladə hallarda davranış qaydaları üzrə bilik və bacarıqlar qazanırlar.

👷‍♂️👷‍♀️ Məzunlar sənaye və xidmət müəssisələrində, tikinti və mədən sektorunda, dövlət qurumlarında, eləcə də yerli və beynəlxalq şirkətlərdə fəaliyyət göstərə bilərlər.

📈 Müasir sənaye və texnologiyaların inkişafı fonunda təhlükəsizlik üzrə peşəkar mütəxəssislərə tələbat ildən-ilə artır.

🎓 Azərbaycan Texnologiya Universitetində bu ixtisas üzrə 2026/2027-ci tədris ili üçün 30 əyani plan yeri ayrılıb.

Doktorantların və gənc tədqiqatçıların nəzərinə!15–16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təh...
07/08/2026

Doktorantların və gənc tədqiqatçıların nəzərinə!

15–16 oktyabr 2026-cı il tarixlərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı (NASCO29) keçiriləcəkdir.

Konfrans gənc alimlərə elmi tədqiqatlarının nəticələrini təqdim etmək, aktual elmi problemləri müzakirə etmək, yeni əməkdaşlıqlar qurmaq və təcrübə mübadiləsi aparmaq imkanı yaradacaq.

📆 Məqalə və tezislərin son qəbul tarixi: 1 oktyabr 2026

📌 İştirak ödənişsizdir.

🔗 Ətraflı: https://nasco.ndu.edu.az/az/

05/08/2026

🧊 ATU İnnovasiya Mərkəzinin "Texnologiyanın sirləri" layihəsinin yeni buraxılışı soyuducu texnologiyasına həsr olunub.

Bu bölümdə ❄️ soyuducunun iş prinsipi, ⚙️ kompressorun rolu, ♻️ soyuducu qazın dövranı, 🌡️ istiliyin mühitdən uzaqlaşdırılması, 🥗 qidaların aşağı temperaturda daha uzun müddət təzə saxlanılması, 💡 enerji səmərəliliyi və müasir ağıllı soyuducu texnologiyalarından bəhs edilir.

Azərbaycan Texnologiya Univeristetinin 2026/2027-ci tədris ilinin   səviyyəsi üzrə        7003005 Dizayn🎨Tekstil dizaynı...
05/08/2026

Azərbaycan Texnologiya Univeristetinin 2026/2027-ci tədris ilinin səviyyəsi üzrə

7003005 Dizayn🎨
Tekstil dizaynı* - 1 yer (1550 AZN)
Sənaye dizaynı* - 2 yer (1550 AZN)

7004001 Beynəlxalq ticarət və logistika 🌍🚚
Gömrük işi* - 5 yer (1450 AZN)

7004002 Biznesin idarə edilməsi 💼
Beynəlxalq biznesin idarə edilməsi* - 2 yer (1450 AZN)

7004003 Biznesin təşkili və idarə edilməsi (MBA) 📊
Marketinq (MBA) - 5 yer (1750 AZN)
Risklərin idarə edilməsi 7 yer (1750 AZN)
Rəqəmsal marketinq* - 5 yer (1750 AZN)
Mühasibat (MBA) - 6 yer (1750 AZN)
Turizm və hotelçiliyin idarə edilməsi* - 5 yer (1750 AZN)

7004004 Dövlət və bələdiyyə idarəetməsi 🏛️
Regional idarəetmə - 2 yer (1450 AZN)
Dövlət proqramlarının və layihələrin idarə edilməsi* - 3 yer (1450 AZN)

7004007 Marketinq 📈
Strateji marketinq - 2 yer (1450 AZN)
Xidmət sahələrinin marketinqi - 2 yer (1450 AZN)

7004008 Menecment 🤝
İnnovasiya menecmenti - 1 yer (1450 AZN)
İstehsal və əməliyyat menecmenti - 3 yer (1450 AZN)
Strateji menecment - 3 yer (1450 AZN)
Korporativ menecment - 3 yer (1450 AZN)

7006007 Ekologiya mühəndisliyi ♻️
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması - 5 yer (1450 AZN)
Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması*** - 3 yer (1500 AZN)
Tullantıların emal texnologiyaları (sahələr üzrə) - 3 yer (1450 AZN)
Su ehtiyatlarının idarə olunması və mühafizəsi - 3 yer (1450 AZN)

7006023 Qida mühəndisliyi 🍎
Qida təhlükəsizliyi və risklərin idarə edilməsi - 2 yer (1450 AZN)
Qida istehsalının idarə edilməsi - 7 yer (1450 AZN)

7006024 Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 🚢📦
Nəqliyyat logistikası** ingilis dilində - 2 yer (1500 AZN)

7006031 Metallurgiya mühəndisliyi ⛑️
Əlvan və nadir metalların metallurgiyası - 2 yer (1450 AZN)

7006038 Proseslərin avtomatlaşdırılması mühəndisliyi 🤖 ⚙️
Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi (sahələr üzrə) - 2 yer (1550 AZN)

7006042 Şərabçılıq 🍇
Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası - 10 yer (1450 AZN)
Alkoqolsuz və az alkoqollu içkilərin texnologiyası - 3 yer (1450 AZN)

7008004 Turizm və hotelçilik ✈️
Turizm və sosial-mədəni servis* - 6 yer (1550 AZN)

*Təhsil müddəti 1,5 ildir. Bu ixtisaslaşma üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmadığından, məzun təhsilini doktoranturada davam etdirə bilməz.

**Kadr hazırlığı Polşa Respublikasının Bialystok Texnologiya Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır. Proqrama qəbul olunan tələbələr I tədris ilində Azərbaycan Texnologiya Universitetində, II tədris ilində isə Polşa Respublikasının Bialystok Texnologiya Universitetində təhsil alacaqlar. Tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılır. Təhsil dövründə yaşayış və digər xərclər tələbələrin öz vəsaitləri hesabına qarşılanır.

***Kadr hazırlığı Macarıstan Respublikasının Sopron Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır. Proqrama qəbul olunan tələbələr I tədris ilində Azərbaycan Texnologiya Universitetində, II tədris ilində isə Macarıstan Respublikasının Sopron Universitetində təhsil alacaqlar. Tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılır. Təhsil dövründə yaşayış və digər xərclər tələbələrin öz vəsaitləri hesabına qarşılanır.

📚 Azərbaycan Texnologiya Uiversitetinin 2026/2027-ci tədris ili üzrə balakavr plan yerləri:🎨 Dizayn (geyim dizaynı, səna...
05/08/2026

📚 Azərbaycan Texnologiya Uiversitetinin 2026/2027-ci tədris ili üzrə balakavr plan yerləri:

🎨 Dizayn (geyim dizaynı, sənaye dizaynı)* 140 yer
🌍 Beynəlxalq ticarət və logistika 15 yer
💼 Biznesin idarə edilməsi 90 yer
🏛 Dövlət və bələdiyyə idarəetməsi** 40 yer (qiyabi 10 yer)
📈 İqtisadiyyat 30 yer
📢 Marketinq 70 yer (qiyabi 10 yer)
👔 Menecment 30 yer
📊 Mühasibat** 40 yer (qiyabi 10 yer)
🌱 Ekologiya** 70 yer
♻️ Ekologiya mühəndisliyi** 135 yer
⚡ Elektrik və elektronika mühəndisliyi 30 yer
🦺 Həyat fəaliyyətinin təhlükəsizliyi** 30 yer
💻 İnformasiya texnologiyaları 60 yer
🔐 İnformasiya təhlükəsizliyi 40 yer
🖥️ Komputer mühəndisliyi** 70 yer
🍎 Qida mühəndisliyi**40 yer
🚛 Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi 60 yer
⚙️ Maşın mühəndisliyi 15 yer
⛑️ Metallurgiya mühəndisliyi 15 yer
🚆 Nəqliyyat mühəndisliyi 90 yer
🤖 Proseslərin avtomatlaşdırılması mühəndisliyi 30 yer
📡 Radiotexnika və telekommunikasiya mühəndisliyi 60 yer
👷 Sənaye mühəndisliyi 15 yer
🍇 Şərabçılıq** 130 yer
🔧 Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə) 20 yer
🗺️ Turizm bələdçiliyi** 60 yer
✈️ Turizm işinin təşkili** 170 yer (qiyabi 10 yer)

* “Dizayn” ixtisası üzrə qabiliyyət imtahanı nəzərdə tutulmur
** Müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır

🎓 Magistratura səviyyəsinə qəbul olunanların qeydiyyatı artıq mygov platforması üzərindən tam rəqəmsal şəkildə həyata ke...
03/08/2026

🎓 Magistratura səviyyəsinə qəbul olunanların qeydiyyatı artıq mygov platforması üzərindən tam rəqəmsal şəkildə həyata keçirilir və proses 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək davam edəcəkdir.

💻 Magistratura səviyyəsinə qəbul olunan bakalavrların qeydiyyatı artıq tam rəqəmsal şəkildə mygov ilə həyata keçirilir.

📅 Qeydiyyat müddəti:
3 avqust, saat 15:00 – 12 avqust, saat 18:00

Qeydiyyat üçün:
✅ mygov ID ilə my.gov.az portalına daxil olun;
✅ "Xidmətlər" → "Qurumlar" → Elm və Təhsil Nazirliyi bölməsinə keçid edin;
✅ "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətini seçərək müraciətinizi tamamlayın.

📌 Müraciətinizin statusunu şəxsi kabinetinizdən real vaxt rejimində izləyə, zəruri hallarda təhsil haqqını onlayn ödəyə və ya ödəniş qəbzini sistemə əlavə edə bilərsiniz.

✔️ Qeydiyyat təhsil müəssisəsi tərəfindən təsdiqləndikdən sonra bu barədə sizə mygov platforması üzərindən bildiriş göndəriləcək.

1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.
01/08/2026

1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür.

31/07/2026

🚀 ATU İnnovasiya Mərkəzinin "Texnologiyanın sirləri" layihəsinin yeni buraxılışı geyim və tekstil sənayesinə həsr olunub.

Bu bölümdə 🧵 təbii və sintetik liflərin əldə olunması, 🧶 iplik istehsalı, 🪡 parça toxunması, 🎨 boyama və xüsusi emal prosesləri, ✂️ geyimlərin dizaynı və tikilməsi, ✅ keyfiyyətə nəzarət mərhələləri, eləcə də 🧬 müasir tekstil texnologiyalarının gündəlik həyatımızda rolundan bəhs edilir.

🎓 Azərbaycan Texnologiya Universitetində məzunlara ilk elektron diplomların verilməsinə başlanılıbAzərbaycan Texnologiya...
30/07/2026

🎓 Azərbaycan Texnologiya Universitetində məzunlara ilk elektron diplomların verilməsinə başlanılıb

Azərbaycan Texnologiya Universitetinin (ATU) 2025/2026-cı tədris ilinin bakalavriat və magistratura səviyyəsi üzrə bir qrup məzunlarına elektron diplomların verilməsinə başlanılıb.

Elektron diplomların ilk olaraq universiteti fərqlənmə ilə bitirən ATU məzunlarına verilməsi nəzərdə tutulub.

Bu addımla ATU region universitetləri arasında məzunlarına rəqəmsal diplom təqdim edən ilk ali təhsil müəssisəsi olub.

Bu proses “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə və Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş müvafiq qaydalara əsasən həyata keçirilir. Qanunvericiliyə uyğun olaraq, doktorantura istisna olmaqla, təhsilin hər hansı pillə və səviyyəsini bitirən şəxslərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə yaradılan elektron dövlət sənədi təqdim edilir.

Universitetin bakalavr və magistratura təhsil səviyyələri üzrə bu ilki məzunlarının elektron diplomları artıq rəsmi qaydada imzalanıb. Bu rəqəmsal sənədlər bütün məzunlar üçün “mygov” rəqəmsal hökumət platformasında əlçatan olacaq. Elektron diplomların əldə olunması ilə bağlı çətinlik yaşayan məzunlar Tədrisin təşkili və idarə edilməsi şöbəsinin əməkdaşı Fuad Qəmərliyə müraciət edə bilərlər (İnzibati bina, I mərtəbə, əlaqə nömrəsi: 055 883 87 01).

Address

Shah Ismail Khatai 103
Ganja
AZ2000

Opening Hours

Monday 08:30 - 17:00
Tuesday 08:30 - 17:00
Wednesday 08:30 - 17:00
Thursday 08:30 - 17:00
Friday 08:30 - 17:00

Telephone

+994222671657

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan Texnologiya Universiteti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Azərbaycan Texnologiya Universiteti:

Shortcuts

Share