Təhsil Fokus

Təhsil Fokus Təhsil Fokus – təhsil sahəsində operativ xəbər, dəqiq informasiya və faydalı məzmun paylaşan platformadır.

Məqsədimiz müəllimlərə, namizədlərə və təhsil ictimaiyyətinə etibarlı məlumat çatdırmaqdır.

11/08/2026

Ümumi təhsil müəssisələrində vakant olan vəzifələr üzrə işə qəbul üçün müsabiqə elan edilir
-----
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan kitabxanaçı, kitabxana müdiri, psixoloq, uşaq birliyi təşkilatının rəhbəri, təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri və gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifələri üzrə işə qəbul üzrə müsabiqə elan edilir.

Müsabiqə iki mərhələdən - sənəd qəbulu və test imtahanından ibarət olmaqla həyata keçiriləcəkdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”na uyğun olaraq, həmin Qaydada nəzərdə tutulmuş şəhid ailəsi üzvlərinin inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələrə işə qəbulu vəzifə üzrə uyğunluqları yoxlanılmaqla müsabiqədənkənar qaydada həyata keçiriləcəkdir.

Müsabiqənin test imtahanı mərhələsində qanunvericilik, informasiya-kommunikasiya texnologiyaları və tutulacaq vəzifənin tələbləri üzrə biliklərinin yoxlanılması məqsədilə 60 sual təqdim ediləcək. Test imtahanında hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndiriləcək və səhv cavablar düzgün cavablara təsir göstərməyəcək. Test imtahanında 30 bal və daha yüksək nəticə göstərən namizədlər uğur qazanmış hesab ediləcək.

Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqə nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları bala əsasən mövcud vakant vəzifələrə yerləşdirilir. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçiriləcəkdir.
Bir vakant yerə iki və daha artıq sayda eyni bal toplamış namizəd olduqda aşağıdakı ardıcıllıqla namizədlərə üstünlük verilir:
- müharibə iştirakçıları və onların ailə üzvləri
- təhsil səviyyəsi daha yüksək olan şəxslər
- iş stajı daha çox olan şəxslər
- müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslər

Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə VTİSK-də nəzərdə tutulan ixtisas tələbləri və dərəcələri üzrə müəyyənləşdirilmiş ardıcıllıqla üstünlük verilir.

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır.
Ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlərin vakant vəzifələrə yerləşdirilməsi vakant yer yarandıqca onların bal ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd tərəfindən ona təklif edilən vəzifədən imtina edildiyi təqdirdə, o, ehtiyat kadrlar siyahısından çıxarılır.

Qeyd: Laborant və katibə-makinaçı vəzifələri üzrə yaxın müddətdə işə qəbul həyata keçirildiyindən və həmin vəzifələr üzrə ehtiyat kadrlar mövcud olduğundan, hazırda qeyd olunan vəzifələr üzrə işə qəbul aparılmır.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 11-16 avqust 2026-cı il tarixlərində qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/e/1FAIpQLSefnDuzVQVkoNRsE7gjgHQUnqffzDh7vzCUIoe0Mum-npycJw/viewform?usp=publish-editor

Vəzifələr üzrə ixtisas tələbləri və müsabiqə proqramı ilə aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz:

https://drive.google.com/drive/folders/1ziFCVnfw_BIJ0yNmigJHgUQmpe2w1pcM

11/08/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə başlanılır

🗓️ 12 avqust saat 15:00-dan etibarən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə ümumi vakansiya seçimi mərhələsinə başlanılır.

📌 Namizədlər elektron ərizə formalarında ən çoxu 8 vakant yer seçmək hüququna malikdirlər. Seçilmiş vakant vəzifələrə yerləşdirilmə namizədin göstərdiyi ardıcıllıq nəzərə alınmaqla həyata keçirilir.

❗️Nəzərinizə çatdırırıq ki, namizəd seçdiyi vakant yerə yerləşdirildikdən sonra həmin yerdən imtina etdiyi halda, müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.

📌 Qeyd edək ki, ümumi vakansiya seçimi prosesi 15 avqust saat 15:00-dək davam edəcək.

✅ Bununla yanaşı bildiririk ki, 8 avqust tarixindən etibarən həyata keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-da başa çatıb.

🤝 Vakansiya seçimi mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq!

11/08/2026

📢 Təhsil sənədləri artıq myGov-da!

💻 Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

🎓 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

📌 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

📱 Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.

🎯Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.

08/08/2026
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində tədris-köməkçi heyətinin işə qəbulu üzrə...
07/08/2026

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində tədris-köməkçi heyətinin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu elan edilir.

Qeydiyyat linkləri:

🔹 Laborant vəzifəsi üzrə qeydiyyat: https://forms.gle/sxAeetBTaPAfVafW7

🔹 Kitabxanaçı və psixoloq vəzifələri üzrə qeydiyyat: https://forms.gle/6RrrgqwjP66Fj5ay8

🔹 Müsabiqə proqramı və vakansiyalar: https://drive.google.com/drive/folders/1sMmmr9mdZa6q0RjYwYtX47twYlhCjzMs?usp=drive_link

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanı mərhələlərindən ibarətdir.

Sənəd qəbulu mərhələsində təqdim edilmiş sənədlərin müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılacaq. Test imtahanında yalnız namizədin müraciət etdiyi vakant vəzifənin tələblərinə uyğun olan şəxslər iştirak edə biləcəklər.

Şəhid ailəsi üzvləri qanunvericiliyin tələblərinə uyğun olaraq müsabiqədənkənar işə qəbul ediləcəklər.

İmtahan prosesi zamanı namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq:

* 15 sual – informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə;
* 15 sual – qanunvericilik üzrə;
* 30 sual – vakant vəzifənin tələblərinə uyğun olaraq.

İmtahan prosesinə 120 dəqiqə vaxt ayrılacaq. İmtahan zamanı səhv cavablar düzgün cavablara təsir göstərmir.

30 bal və daha yüksək nəticə göstərmiş namizədlər müsabiqədə uğur qazanmış hesab ediləcəklər.

Təyinatlar namizədlərin topladıqları balların ardıcıllığı nəzərə alınmaqla həyata keçiriləcəkdir.

Bir vakant vəzifə üzrə iki və ya daha çox namizəd eyni bal topladığı halda, aşağıdakı meyarlara uyğun namizədlərə üstünlük veriləcək:

1. Müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
2. Təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
3. İş stajı daha çox olan şəxslərə;
4. Vakant vəzifənin yerləşdiyi əraziyə daha yaxın ərazidə yaşayan şəxslərə

Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılır

📢 Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakan...
06/08/2026

📢 Faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır

🗓️ Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başlayır. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər.

📌 Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək.

ℹ️ Namizədlərə vakansiya seçimi zamanı diqqətli olmaları, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləmələri tövsiyə olunur.

❗️Qeyd edək ki, vakant yer tutduqdan sonra ondan imtina edən namizədlərin növbəti vakansiya seçimi mərhələlərində iştirakı təmin olunmayacaq.

🤝 Vakansiya seçimi mərhələsində iştirak edəcək bütün namizədlərə uğurlar arzulayırıq.

01/08/2026

Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə nəticələr namizədlərin şəxsi kabinetlərinə göndərilib

14-18 iyul tarixlərində dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib.

35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib.

İmtahanlar yekunlaşdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və bəzi suallarda səhvlərin olduğu qeyd edilib.

Belə ki, biologiya fənni üzrə 1, coğrafiya fənni üzrə 1, rus dili və ədəbiyyatı fənni üzrə 1, kimya fənni üzrə Azərbaycan bölməsində 1, rus bölməsində 3, musiqi fənni üzrə rus bölməsində 1 test tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən uyğunsuzluq müəyyən olunub.

Qeyd edilən səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə bal düzəlişləri müvafiq fənlər üzrə namizədlərin xeyrinə hesablanıb.

Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər miq.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq yenilənmiş nəticələrlə tanış ola bilərlər.

🎓 Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir. 📌 Qəbul qaydaları:🔶 İlk və texniki peşə təhsili səviyyələri...
23/07/2026

🎓 Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir.

📌 Qəbul qaydaları:
🔶 İlk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir;
🔶 Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.

🕐 Son müraciət tarixi: 10 avqust, 18:00
🔗 Qeydiyyat linki: https://portal.edu.az/
🔗 Qəbul planı: https://shorturl.at/yWxTW
🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1336/inner

22/07/2026

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır22 iyul 2026-cı il tarixindən etibarən 29 iyun–8 iy...
21/07/2026

Direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başlayır

22 iyul 2026-cı il tarixindən etibarən 29 iyun–8 iyul 2026-cı il tarixlərində ərizə qəbulu mərhələsi baş tutmuş direktorların işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinə start veriləcək.

Müsahibələr ilkin olaraq şagird sayı 500-dək olan müəssisələr üzrə şəhər və regional təhsil idarələri tərəfindən həyata keçiriləcək.

Namizədlərin müsahibə mərhələsinə dəvəti müsabiqə qaydalarına uyğun olaraq ardıcıllıq əsasında, uyğun namizəd müəyyən edilənədək təşkil olunacaq.

Namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, sosial və emosional bacarıqlar olmaqla 7 meyar üzrə komissiya üzvləri tərəfindən qiymətləndiriləcək.

Müsahibə mərhələsinə dəvətlə bağlı məlumatlar mərhələli şəkildə namizədlərin şəxsi səhifələrinə göndərilir. Şəxsi səhifənizi mütəmadi olaraq izləməyiniz tövsiyə olunur.

Bütün namizədlərə uğurlar arzulayırıq!

Address

G***a

Alerts

Be the first to know and let us send you an email when Təhsil Fokus posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Təhsil Fokus:

Shortcuts

Share

Category