Gəncə şəhəri 46 nömrəli tam orta məktəb

Gəncə şəhəri 46 nömrəli tam orta məktəb

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gəncə şəhəri 46 nömrəli tam orta məktəb, Education, Gandza.

14/10/2022

Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər

Azərbaycan ilə Qırğızıstan münasibətləri qədim tarixə malikdir. Belə ki, azərbaycanlılar və qırğızlar eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə və ənənələrə malikdirlər. Bundan başqa bu xalqları dil və din eyniliyi də birləşdirir. Hər iki xalq Çar imperiyası və Sovetlər ittifaqı dönəmində vahid mərkəzdən idarə olunublar.
Hər iki ölkə SSRİ-nin tərkibində müttəfiq respublika olmuşlar. Elə həmin dövrdə də onlar arasında iqtisadi və mədəni əlaqələr formalaşmışdır. SSRİ dağıldıqdan, postsovet məkanında müstəqil dövlətlər yarandıqdan sonra bu münasibətlər daha da inkişaf etməyə başlamışdır.

Hazırda Qırğızıstanda 20 minə qədər azərbaycanlı yaşayır. Onlar Qırğızıstanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Qırğızıstanda yaşayan azərbaycanlıların əksəriyyəti 1930-cu illərin repressiyaları zamanı Azərbaycandan sürgün olunanlar və onların övladlarıdır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Azərbaycanlılar əsasən, Bişkek, Talas, Qara-Balta şəhərlərində yaşayırlar. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Qırğızıstanda yaşayan azərbaycanlılar dil və adətlərini qoruyub saxlamışlar.

İki ölkə arasında diplomatik əlaqələr 1993-cü ilin yanvar ayının 19-da qurulmuşdur.1996-cı ilin ortalarında Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında, 1998-ci ilin may ayında Qırğızıstan Respublikasının Azərbaycan Respublikasında səfirlikləri fəaliyyətə başlayıb.
Azərbaycan Respublikasının 2 oktyabr 2006-cı il tarixli Qanunu ilə Azərbaycan Respublikasının Qırğız Respublikasında (Bişkek şəhərində) Səfirliyi təsis edilmiş, fəaliyyətə bundan 1 il sonra – 2007-ci ilin sentyabr ayında başlamışdır.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində “Azərbaycan-Qırğızıstan, Türkmənistan, Tacikistan ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu” adı ilə yaradılmış və ilk rəhbəri Fəzail Ağamalıyev olmuşdur. Bu işçi qrupu indiki adla 5 dekabr 2000-ci il tarixindən adlandırılmışdır. 4 mart 2016-cı il tarixindən Musa Quliyev işçi qrupunun rəhbəridir.

1997-ci ildə Azərbaycan Respublikası Hökuməti və Qırğızıstan Respublikası Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında, ticarət-iqtisadi əməkdaşlığı haqqında Sazişlərin imzalanmasına, tərəflərin iqtisadi sahədə münasibətləri genişləndirmək niyyətlərinə baxmayaraq, Azərbaycanla Qırğızıstan arasında iqtisadi münasibətlər elə də yüksək səviyyədə deyil.
Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. 11 oktyabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qırğızıstanın paytaxtı Bişkek şəhərinə səfərdə olmuşdur. Səfər zamanı Prezident İlham Əliyev Qırğızıstanın dövlət başçısı Sadır Japarovla görüşmüşdür. Dövlət başçıları birgə Bişkekdə Qırğızıstan-Azərbaycan dostluq parkının açılışında iştirak etmişlər. Bakı və Bişkekin qardaşlığı Şuşa şəhəri ilə də olacağı bildirilib.

09/10/2022

Avropa İttifaqı ilə bir sıra istiqamətlər üzrə çox fəal əməkdaşlıq aparılır

Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının uzun tarixi var. Respublikamız dövlət müstəqilliyini bərpa etdikdən sonra nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı prioritet vəzifə kimi qarşıya qoydu. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən ölkəmiz strateji mövqeyini möhkəmləndirmək üçün Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməyə böyük üstünlük verdi. Bu əməkdaşlıq ölkəmizin starteji mövqeyinin möhkəmləndirilməsi baxımından çox zəruri idi. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmli idi. Çünki bu modelin əsas məqsədi regiondakı dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəldilmişdi. Avropa İttifaqı kimi nüfuzlu qurumla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son 16 ildə qarşılıqlı maraqlar əsasında daha da möhkəmləndirilmişdir.



Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət -- yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır.
Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinə nəzər saldıqda ilk növbədə qeyd etmək lazımdır ki, 1996-cı il aprelin 22-də Lüksemburqda Avropa İttifaqı və Azərbaycan Respublikası arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi” imzalanmışdır. Siyasi şərhçilər, həmçinin tanınmış ictimai-siyasi xadimlər də bu müqavilənin imzalanmasını Azərbaycanın xarici siyasətinin uğurlarından biri kimi dəyərləndirirlər. Çünki Avropa İttifaqı qlobal siyasət və Avrasiya bölgəsinin mühüm birliklərindən biridir. Ölkəmizin Avropaya inteqrasiya yolunda, həmçinin diplomatik fəaliyyətdə tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsində, mövqeyinin möhkəmləndirilməsində hüququ baza rolunu oynayırdı. . Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Ticarətimizin demək olar ki, 50 faizini üzv ölkələrlə olan ticarət təşkil edir. Müstəqillik dövründə Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard dollardan çox investisiya yatırılıb. Bu, bizim yaxşı investisiya mühitinə malik olduğumuzu nümayiş etdirir. Avropa şirkətləri bizim iqtisadiyyatımızı dəstəkləmək üçün çox maliyyə vəsaiti yatırmağa hazırdır. Eyni zamanda, biz üzv dövlətlərlə ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə inkişaf etdiririk”.
Dövlətimizin başçısı Azərbaycanın Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri qəbul etdiyini diqqətə çatdırmışdı: “Bu, o deməkdir ki, Avropa İttifaqına üzv ölkələrin üçdə biri Azərbaycanı strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil ölkə üçün çox vacibdir və əlbəttə ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmanı strateji əlaqələrin gücləndirilməsində daha bir mühüm mərhələ hesab edirik”.
Hazırda Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələr uğurla inkişaf edir. Bu əlaqələr bir sıra istiqamətlərdə, iqtisadi, siyasi, energetika sahəsində mövcud münasibətlər daha da inkişaf etdirilir. İqtisadiyyat naziri Şahin Mustafayev də son çıxışlarının birində ölkəmizlə Avropa İttifaqı arasındakı əlaqələrin yeni müstəviyə qədəm qoymasını bildirərək deyib ki, Avropa İttifaqı ölkələri tərəfindən Azərbaycana 33 milyard dollardan çox sərmayə yatırılıb. Azərbaycanın investisiya imkanlarını yüksək dəyərləndirən Ş.Mustafayev bildirib ki, Azərbaycan da öz növbəsində Avropa İttifaqı ölkələrinin iqtisadiyyatına 15 milyard dollardan çox yatırım edib. Avropa İttifaqı ölkələri şirkətlərinin
sayı ilbəil artır. Bu gün Azərbaycanda Aİ –yə üzv ölkələrə məxsus 1600-ə yaxın şirkət fəaliyyət göstərir. Göründüyü kimi, ikitərəfli əlaqələr özünün yüksək səviyyəsinə qalxıb. Eyni zamanda, Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyi sahəsində önəmli rol oynayır. Bu və digər istiqamətlərdə yaradılan cəlbedici biznes mühiti həmin nüfuzlu qurumla əməkdaşlığı daha da möhkəmləndirib.

03/10/2022

Andına və xalqına sadiq qalmış Ulu Öndər

Heydər Əliyev böyük və mənalı ömrünü xalqına, Azərbaycanın möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş bir şəxsiyyət idi. O, özünün siyasi fəhmi və müdrikliyi ilə zəngin dövlətçilik məktəbi, yüksək idarəçilik ənənəsi yaratdı və ümummilli lider zirvəsinə yüksəldi. Ulu öndərin yaratdığı dövlət idarəçiliyi məktəbi – müstəqilliyimizi qorumaq, vətənə, millətə, xalqa sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən qaynaqlanır.


O dövrlərdə ölkədə Ermənistanın hərbi təcavüzü, ölkə daxilində siyasi sabitliyiyin olmaması, milli qarşıdurmaların olması, ölkənin müdafiə qabiliyyətinin zəif olması, gənc müstəqil dövlətin beynəlxalq aləmdə nüfuzunun aşağı olması, ölkənin dövlət idarəçiliyi prinsiplərinin qaydada olmaması, dövlət çevrilişlərinə meyillər və s. kimi çox problemlər vardı.

Azərbaycan xalqı o ağır günlərdə dövləti və milləti yalnız Heydər Əliyev dühasının xilas edəcəyinə inanırdı. Buna əsasən, 1993-cü il iyunun 9-da xalqın çağırışına səs verərək Heydər Əliyev Bakıya gəldi. Artıq xalq əmin idi ki, dövlətimiz xilas olub. Çünki Heydər Əliyev adının arxasında sabitlik, quruculuq və inkişaf dayanırdı. Bu ad özündə əks etdirdiyi böyüklüyü ilə bütün çətinlikləri dəf edəcəyinə əminlik yaradırdı.

Həmin il oktyabrın 3-də Azərbaycanda Prezident seçkiləri keçirildi. Heydər Əliyev xalqın 98 faiz səsini qazanaraq müstəqil Azərbaycanın dövlət başçısı seçildi. Oktyabrın 10-da andiçmə mərasimi keçirildi. Andiçmə mərasimində Böyük öndər vəd edirdi ki, Azərbaycan xalqına sədaqətlə xidmət edəcək, müstəqil dövlətimizin dünya birliyində layiqli yer tutmasına çalışacaq, Azərbaycan xalqının milli-mənəvi ənənələrinə daim sadiq olacaq, bu ənənələrin müstəqil dövlətimizdə bərqərar olmasını, yaşamasını və inkişafını təmin edəcəkdir.

“Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” – Ulu öndər Heydər Əliyev bu andını 1993-cü ildə müstəqil Azərbaycanın Prezidenti seçildiyi gün xalqına, bütün dünyaya bəyan etdi. Onun həyat və fəaliyyətinin elə bir məqamı, elə bir mərhələsi yoxdur ki, bu anda sədaqətinin şahidi olmayasan.

Heydər Əliyev hakimiyyətə qayıdışından sonra çox yaxşı bilirdi ki, qarşısında hansı problemlər dayanacaq. Lakin o bu problemlərin həllinə necə başlayacağını da gözəl bilirdi.

“Hamımız üçün bir böyük məfhum var: Azərbaycan Respublikası, Azərbaycan xalqı. Bu məfhum ətrafında hamı sıx birləşməlidir” – deyən ulu öndər bütün o ağır məqamlarda xalqın gücünə arxalanır, millətin ona olan sonsuz inamına bel bağlayırdı.

Biz hamımız onun ulu öndərə məxsus təmkinlə, səsinin aydınlığı, əzəməti ilə necə and içdiyinin şahidi olduq. Hiss etdik ki, bizi xoş gələcəyə aparan gəminin sükanı etibarlı əllərdədir.

Bu and Vətənimiz Azərbaycanın andı idi. Xalqımızın ümummilli lideri son nəfəsinə qədər bu anda sadiq qaldı. İllərdir ki, onun müəyyən etdiyi yolda gələcəyə doğru inam və ümid dolu addımlarla irəliləyirik və bu yolun sonunda bütün istiqamətlərdə yalnız və yalnız qələbə var.

16/09/2020
Photos from Ilhamla ireli's post 07/09/2020
Photos from Emin Amrullayev's post 07/09/2020
Direktorlar təşəkkürnamə ilə təltif edilib. 04/09/2020

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin direktoru Lətifə Quliyeva, M.A.Abbaszadə adına 20 nömrəli tam orta məktəbin direktoru Vahid Allahverdizadə və 37 nömrəli tam orta məktəbin direktoru Mehdi Əliyev çalışmanın yaş həddinə çatdıqlarına görə onlarla bağlanmış əmək müqaviləsinə xitam verilib. Gəncə şəhər Təhsil İdarəsi və Təhsil işçiləri Azad Həmkarlar Komitəsinin birgə təşşəbbüsü ilə gənc nəslin təlim-tərbiyəsində göstərdikləri xidmətlərə görə həmin direktorlar təşəkkürnamə və hədiyyə ilə təltif ediliblər.

İllərdir təhsil sahəsində çalışan direktorlara uğurlar və can sağlığı arzu edirik.

03/09/2020
Dərsliklərin paylanılması prosesi davam edir. 02/09/2020
01/09/2020

Want your school to be the top-listed School/college in Gandza?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Gandza