Gence Seher 42 nomreli tam orta mekteb

Gence Seher 42 nomreli tam orta mekteb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gence Seher 42 nomreli tam orta mekteb, School, 6 ci vagzal 1, Gandza.

19/08/2026
Yeni tədris ilinə hazırlıq işləri davam edir! Yeni tədris ilinin başlanması ilə əlaqədar məktəbimizdə hazırlıq işləri hə...
19/08/2026

Yeni tədris ilinə hazırlıq işləri davam edir!
Yeni tədris ilinin başlanması ilə əlaqədar məktəbimizdə hazırlıq işləri həyata keçirilir. Məktəbin ərazisi, sinif otaqları və ümumi istifadə sahələri təmizlənir, abadlaşdırılır və yeni tədris ilinə hazırlanır.
Məqsədimiz şagirdlərimizin yeni tədris ilini təmiz, səliqəli və təhlükəsiz mühitdə qarşılamalarını təmin etməkdir.

Yeni tədris ilinə birlikdə, xoş əhval-ruhiyyə və yüksək hazırlıqla!

19/08/2026

📢 Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri şəxsi səhifələrə göndərildi

12-15 avqust tarixlərində keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib. Vakansiya seçimi mərhələsində uğur qazanan namizədlər müsahibə mərhələsində iştirak hüququ əldə ediblər.

ℹ️ Nəzərinizə çatdırırıq ki, uğur qazanmayan və ya vakansiya seçimində iştirak etməyən namizədlər müsabiqənin növbəti vakansiya seçim mərhələsində iştirak edə bilərlər.

📌Qeyd edək ki, müsahibə mərhələsi ilə bağlı məlumat əvvəlcədən namizədlərin şəxsi səhifələrinə göndəriləcəkdir.

🤝🏻Növbəti mərhələdə iştirak edəcək namizədlərə uğurlar arzulayırıq!

19/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

19/08/2026

Təmayül tədris modelinin tətbiq olunduğu Gəncə şəhəri M. Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbinin riyaziyyat müəllimi – Humay Quliyeva

📌 Bakı Dövlət Universitetinin bakalavr və magistr məzunudur
📌 Sertifikasiya balı – 56/60
📌 MİQ 2019 – 56/60, Respublika birincisi
📌 “Örnək müəllim” kimi pedaqoji fəaliyyəti ilə fərqlənib
📌 MCE – Microsoft Certified Educator beynəlxalq sertifikatına sahibdir
📌 10 ildən artıq pedaqoji təcrübəyə malikdir
📌 Bakı və Gəncə şəhərlərində müxtəlif təhsil müəssisələrində və hazırlıq kurslarında fəaliyyət göstərib
📌 Məktəb təcrübəsi ilə yanaşı, uzun illər fərdi və qrup şəklində repetitorluq fəaliyyəti həyata keçirib
📌 Müxtəlif siniflər üzrə riyaziyyat fənninin tədrisi və imtahan hazırlığı istiqamətində ixtisaslaşıb
📌 Şagirdlərin buraxılış, blok və qəbul imtahanlarına hazırlanmasında böyük təcrübəyə malikdir
📌 Müasir tədris metodlarından və rəqəmsal təhsil texnologiyalarından istifadə edir
📌 Riyaziyyat fənninin daha praktik, anlaşıqlı və nəticəyönümlü tədrisinə üstünlük verir
📌 Şagird nailiyyətlərinin yüksəldilməsi və fərdi inkişafının dəstəklənməsi istiqamətində davamlı fəaliyyət göstərir.

19/08/2026

546 məzun məktəbi fərqlənmə attestatı ilə bitirib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 546 nəfər məzun məktəbi fərqlənmə attestatı ilə başa vurub.

Yüksək göstəricilər əldə edən məzunlardan 326 nəfəri ümumi orta təhsil (9-cu sinif) səviyyəsi üzrə, 220 nəfəri isə tam orta təhsil (11-ci sinif) səviyyəsi üzrə fərqlənmə attestatına layiq görülüb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə ümumilikdə 14 881 nəfər məzun attestatla təmin olunub.

Mövcud qaydalara əsasən, fərqlənmə attestatı şagirdin oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Xatırladaq ki, cari tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri rəqəmsallaşma siyasətinə uyğun olaraq elektron formatda təqdim olunur.

Bu ildən etibarən məzunlar öz attestatlarını "myGov" platforması üzərindən rahat şəkildə əldə edə bilərlər.

19/08/2026

Təmayül tədris modelinin tətbiq olunduğu Gəncə şəhəri M. Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi – Fidan Məmmədova

📌 Gəncə Dövlət Universitetinin bakalavr məzunudur
📌 Sertifikasiya balı – 57/60
📌 MİQ 2020 – 58/60
📌 Tarix fənninin tədrisi və imtahan hazırlığı istiqamətində ixtisaslaşıb
📌 Pedaqoji fəaliyyətində şagirdyönümlü və fərdi yanaşmanı əsas götürür, hər bir şagirdin bilik və bacarıqlarını nəzərə alaraq onların potensialının üzə çıxarılmasına və inkişaf etdirilməsinə xüsusi diqqət yetirir
📌 Müxtəlif siniflər üzrə tarix fənninin tədrisi sahəsində təcrübəyə malikdir
📌 Şagirdlərin blok və qəbul imtahanlarına hazırlanması istiqamətində təcrübəyə malikdir
📌 Müasir tədris metodlarından və rəqəmsal təhsil texnologiyalarından səmərəli istifadə edir
📌 Tarix fənninin daha praktik, anlaşıqlı və nəticəyönümlü tədrisinə üstünlük verir
📌 Dərslərdə interaktiv, fəal təlim və şagirdlərin dərs prosesində aktiv iştirakını təmin edən metodlardan istifadə edir
📌 Tarixi hadisə və proseslərin səbəb-nəticə əlaqələrinin, xronoloji ardıcıllığın və tarixi düşünmə bacarıqlarının formalaşdırılmasına xüsusi önəm verir
📌 Şagirdlərdə analitik və tənqidi düşünmə, müqayisə və nəticə çıxarma bacarıqlarının inkişaf etdirilməsinə çalışır
📌 İmtahan hazırlığı prosesində sistemli, planlı və nəticəyönümlü yanaşmadan istifadə edir
📌 Şagird nailiyyətlərinin yüksəldilməsi və yüksək nəticələrin əldə olunması istiqamətində davamlı fəaliyyət göstərir
📌 Tədris prosesində müasir təhsil texnologiyalarından və innovativ yanaşmalardan istifadə etməklə dərslərin səmərəliliyini artırmağa çalışır
📌 Pedaqoji fəaliyyətinin əsas məqsədi şagirdlərə yalnız tarixi biliklər qazandırmaq deyil, eyni zamanda onlarda tarixi düşüncə, araşdırma, analiz və müstəqil nəticə çıxarma bacarıqları formalaşdırmaqdır

15/08/2026
15/08/2026

Yeni təmayüllü tədris modelinə böyük maraq: 1126 nəfər namizəd

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrində çalışmaq istəyən fənn müəllimlərinin qeydiyyat mərhələsi yekunlaşıb.

Layihə çərçivəsində ümumilikdə 1126 nəfər müəllim qeydiyyatdan keçib.

Müəllimlərin məktəblər üzrə qeydiyyat statistikası aşağıdakı kimidir:

Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi: 358 nəfər müəllim;

Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi: 327 nəfər müəllim;

Gəncə şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi: 252 nəfər müəllim;

Gəncə şəhər N. Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbi: 245 nəfər müəllim;

Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi: 64 nəfər müəllim.

Qeydiyyatdan keçmiş namizədlərin peşəkar bilik, pedaqoji fəaliyyət və metodiki bacarıqlarının qiymətləndirilməsi üçün keçirilən müsahibə mərhələsi davam edir.

Address

6 Ci Vagzal 1
Gandza

Website

Alerts

Be the first to know and let us send you an email when Gence Seher 42 nomreli tam orta mekteb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category