ADAU Maliyyə və mühasibat uçotu kafedrası

ADAU Maliyyə və mühasibat uçotu kafedrası Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ADAU Maliyyə və mühasibat uçotu kafedrası, College & University, Gandza.

BAŞSAĞLIĞIAzərbaycan Dövlət Aqrar Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasının kollektivi kafedranın müdiri, ...
24/07/2026

BAŞSAĞLIĞI

Azərbaycan Dövlət Aqrar Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasının kollektivi kafedranın müdiri, professor Məhərrəm Hüseynovun qardaşının vəfatından dərin kədər hissi keçirir.

Mərhuma Allahdan rəhmət, ailəsinə, doğmalarına və yaxınlarına səbir diləyir, professor Məhərrəm Hüseynova dərin hüznlə başsağlığı veririk.

Dəfn mərasimi: 24 iyul 2026-cı il.
Hüzr yeri: Ürək Xəstəxanasının yanı.

Maliyyə və mühasibat uçotu kafedrasının kollektivi

Hörmətli Məhərrəm müəllim!Sizi doğum gününüz münasibətilə Maliyyə və mühasibat uçotu kafedrasının bütün kollektivi adınd...
04/07/2026

Hörmətli Məhərrəm müəllim!

Sizi doğum gününüz münasibətilə Maliyyə və mühasibat uçotu kafedrasının bütün kollektivi adından ürəkdən təbrik edirik!

Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, xoşbəxtlik və rəhbərlik etdiyiniz elmi-pedaqoji fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Uzun illər ərzində ali təhsilin inkişafına, yüksəkixtisaslı kadrların hazırlanmasına, maliyyə və mühasibat uçotu sahəsində elmi fikrin formalaşmasına verdiyiniz dəyərli töhfələr, peşəkarlığınız, zəngin biliyiniz və nümunəvi fəaliyyətiniz hər zaman böyük hörmət və rəğbətlə qarşılanır. Siz öz yüksək məsuliyyət hissiniz, prinsipiallığınız, obyektivliyiniz və qayğıkeş münasibətinizlə kollektivimizdə xüsusi nüfuz qazanmış, hər bir əməkdaş üçün etibarlı rəhbər və dəyərli müəllim nümunəsinə çevrilmisiniz.

Rəhbərlik etdiyiniz kafedranın əldə etdiyi uğurlar, həyata keçirilən elmi-tədqiqat işləri, tədris prosesinin keyfiyyətinin yüksəldilməsi istiqamətində gördüyünüz işlər Sizin fədakar əməyinizin və uzaqgörən rəhbərliyinizin bariz göstəricisidir. Tələbələrə göstərdiyiniz diqqət və qayğı, gənc müəllimlərin elmi-pedaqoji inkişafına verdiyiniz dəstək yüksək qiymətləndirilir və hər zaman minnətdarlıq hissi ilə xatırlanır.

Əminik ki, zəngin həyat təcrübəniz, yorulmaz fəaliyyətiniz və yüksək təşkilatçılıq bacarığınız bundan sonra da yeni uğurlara imza atmağınıza, universitetimizin və kafedramızın inkişafına mühüm töhfələr verməyinizə xidmət edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz enerji, əmin-amanlıq, ailə səadəti, firavan ömür və bütün arzu və məqsədlərinizin həyata keçməsini diləyirik. Həyatınız daim sevinc, uğur və xoş günlərlə zəngin olsun!

Doğum gününüz mübarək!

Hörmətlə,

Maliyyə və mühasibat uçotu kafedrasının bütün kollektivi

Bugün kafedramızda magistrların dissertasiya işlərinin müdafiəsi baş tutdu.
01/07/2026

Bugün kafedramızda magistrların dissertasiya işlərinin müdafiəsi baş tutdu.

18/06/2026
Azərbaycan Dövlət Aqrar Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasında magistrlik dissertasiyalarının müdafiəsi...
18/06/2026

Azərbaycan Dövlət Aqrar Universitetinin Maliyyə və mühasibat uçotu kafedrasında magistrlik dissertasiyalarının müdafiəsi keçirilib.

17-18 iyun tarixlərində “Maliyyə” ixtisasının “Maliyyə nəzarəti və audit” və “Sığorta işinin təşkili” ixtisaslaşmaları üzrə magistrantların dissertasiya müdafiəsi təşkil olunmuşdur.

Müdafiə zamanı magistrantlar elmi-tədqiqat işlərinin nəticələrini təqdim etmiş, mövzu üzrə əldə etdikləri elmi-praktiki nəticələri və təkliflərini bölüşmüşlər.

Magistrantlara gələcək elmi və peşəkar fəaliyyətlərində uğurlar arzulayırıq!

15 may 2026-cı il tarixində “Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə h...
18/05/2026

15 may 2026-cı il tarixində “Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Azərbaycan Dövlət Aqrar Universitetinin Maliyyə və Mühasibat uçotu kafedrasının elmi tədqiqat işinin nəticələrinin yerlərə çatdırılması” mövzusunda seminar keçirilmişdir.

Seminar interaktiv müzakirələr şəraitində davam etmiş, iştirakçıları maraqlandıran suallar cavablandırılmış və qarşılıqlı fikir mübadiləsi aparılmışdır. Tədbirin sonunda aqrar sahədə elmi-praktiki əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanmış, gələcəkdə bu istiqamətdə birgə fəaliyyətin davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir.

“Maliyyə və gələcəyin mühasibi” dərnəyinin növbəti yığıncağı keçirilib12 may 2026-cı il tarixində Maliyyə və mühasibat u...
14/05/2026

“Maliyyə və gələcəyin mühasibi” dərnəyinin növbəti yığıncağı keçirilib

12 may 2026-cı il tarixində Maliyyə və mühasibat uçotu kafedrasının nəzdində fəaliyyət göstərən “Maliyyə və gələcəyin mühasibi” dərnəyinin növbəti yığıncağı baş tutub.

Yığıncaqda bakalavr və magistr səviyyələri üzrə təhsil alan, həm rus, həm də ingilis bölmələrindən olan tələbələr fəal iştirak ediblər. İştirakçılar maliyyə və mühasibat sahəsində aktual mövzular ətrafında çıxışlar edərək öz bilik və təcrübələrini bölüşüblər.

Tədbir interaktiv diskussiya formatında təşkil olunub. Çıxışlar zamanı tələbələr arasında fikir mübadiləsi aparılıb, müxtəlif baxışlar səsləndirilib və mövcud problemlərin həlli yolları müzakirə edilib.

Qeyd edək ki, dərnəyin əsas məqsədi tələbələrin peşəkar biliklərinin artırılması, analitik düşüncə qabiliyyətlərinin inkişaf etdirilməsi və gələcəyin mütəxəssisləri kimi formalaşmalarına dəstək verməkdir.

20.04.2026-cı il tarixində Maliyyə və mühasibat uçotu kafedrasının nəzdindəfəaliyyət göstərən “Maliyyə və gələcəyin müha...
21/04/2026

20.04.2026-cı il tarixində Maliyyə və mühasibat uçotu kafedrasının nəzdində
fəaliyyət göstərən “Maliyyə və gələcəyin mühasibi”dərnəyinin növbəti yığıncağı
keçirildi. Dərnəkdə bakalavr və magistr səviyyəsindən rus və ingilis
bölmələrindən tələbələr “Rəqəmsallaşma”, “Sahibkarlıq fəaliyyətinin
reallaşdırılması”, “Daşınmaz əmlakın sığortası”, “Lizinq” və s. aktual mövzularla
çıxışlar etdilər. Çıxışlar diskussiya formasında keçirildi.

İctimai Şuranın üzvləri ADAU-nun müəllim və tələbə heyəti ilə görüşlər keçirib
17/04/2026

İctimai Şuranın üzvləri ADAU-nun müəllim və tələbə heyəti ilə görüşlər keçirib

13.04.2026-cı li tarixdə Maliyyə və mühasibat uçotu kafedrasının müdiri prof. M.C.Hüseynovla Dicle Universitetinin İqtis...
13/04/2026

13.04.2026-cı li tarixdə Maliyyə və mühasibat uçotu kafedrasının müdiri prof. M.C.Hüseynovla Dicle Universitetinin İqtisadi və idarə bilimlər fakültəsindən prof.dok. Pelin Qaratay və digər 2 nəfər ilə kafedramızda görüş keçirilmişdir. Görüş zamanı birgə Elmi-Tədqiqat layihələrinin hazırlanması, ortaq məqalələrin hazırlanması, qarşılıqlı konfranslarda iştirak, bakalavr, magistr və doktorantura səviyyəsində tələblərin mübadiləsi müzakirə olunmuşdur.

Address

Gandza
AZ2000

Alerts

Be the first to know and let us send you an email when ADAU Maliyyə və mühasibat uçotu kafedrası posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ADAU Maliyyə və mühasibat uçotu kafedrası:

Shortcuts

Share