Aqrobiznes və menecment kafedrası-ADAU

Aqrobiznes və menecment kafedrası-ADAU Azərbaycan Dövlət Aqrar Universitetinin Aqrobiznes və menecment kafedrasının rəsmi səhifəsi

Kafedramızın müdiri dos. Vahid Əmrahov, baş müəllim Fərrux Rəhimli, assistent Nərmin Mirzəzadə, Marketinq kafedrasının a...
01/08/2023

Kafedramızın müdiri dos. Vahid Əmrahov, baş müəllim Fərrux Rəhimli, assistent Nərmin Mirzəzadə, Marketinq kafedrasının assistentləri Günay İbrahimova və Həcər Vəlizadənin birgə müəllifiliyi ilə hazırlanan "Kənd təsərrüfatı məhsullarına istehlakçı tələbinin ödənilməsi imkanları və onun proqnozlaşdırılması" adlı məqalə "Scopus" elmi bazasında indekslənən (Q4) "Scientific Horizons" adlı beynəlxalq elmi jurnalda çap edilmişdir. Bütün müəllifləri təbrik edir və işlərində uğurlar arzulayırıq.
Məqalə ilə aşağıdakı lingdən tanış olmaq mümkündür:
https://sciencehorizon.com.ua/en/journals/tom-26-7-2023/zadovolennya-spozhivchogo-popitu-na-silskogospodarsku-produktsiyu-mozhlivosti-ta-prognoz

Aqrobiznes və menecment kafedrasının profesor müəllim-heyətindən üç nəfər Türkiyənin aşağıdakı universitetlərində doktor...
22/01/2023

Aqrobiznes və menecment kafedrasının profesor müəllim-heyətindən üç nəfər Türkiyənin aşağıdakı universitetlərində doktorantura təhsili almaq hüququ qazanmışlar:
1) Sabit Əliyev - Sakarya Universiteti
2) Emin Müseyibli - Bandırma Onyedi Eylül Universiteti
3) Fərrux Rəhimli - Bandırma Onyedi Eylül Universiteti.
Əməkdaşlarımızı təbrik edir və gələcək işlərində uğurlar arzu edirik.

Bu gün Aqrobiznes və menecment kafedrasının nəzdində fəaliyyət göstərən eyniadlı dərnəyin növbəti konfransı keçirildi. T...
02/12/2022

Bu gün Aqrobiznes və menecment kafedrasının nəzdində fəaliyyət göstərən eyniadlı dərnəyin növbəti konfransı keçirildi. Tədbirdə fakültənin müxtəlif (Aqrobiznes, mühasibat, menecment (MBA)) ixtisaslarında təhsil alan bakalavriat və magistrantları iştirak etdi. Kafedranın professor-müəllim heyətinin rəhbərliyi ilə müxtəlif mövzular üzrə biri-birindən maraqlı və aktual məruzələr hazırlayan tələbələrin çıxışları maraqla qarşılandı. Tələbələrə müvafiq məsləhət və tövsiyələr verilərək bu cür elmi tədbirlərdə iştirakın əhəmiyyəti vurğulandı. Sonda iştirakçılara sertifikatlar təqdim edildi və xatirə şəkilləri çəkildi.

Tələbələr arasında “Kvest” təfəkkür oyunu təşkil edildiAqrobiznes və menecment kafedrasının təşkilatçılığı ilə 29.10.202...
29/10/2022

Tələbələr arasında “Kvest” təfəkkür oyunu təşkil edildi

Aqrobiznes və menecment kafedrasının təşkilatçılığı ilə 29.10.2022-ci il tarixdə tələbələr arasında artıq ənənəyə çevrilən intellektual macəra janrında “Kvest” təfəkkür oyunu təşkil edildi. Oyunun əsas məqsədi tələbələrə sahibkarlıq və biznes sahəsində əsas iqtisadi anlayışları oyun prosesində əyləncəli şəkildə öyrətmək, işgüzar ünsiyyət, komanda işi təcrübəsini aşılamaq, iştirakçıların liderlik və yaradıcılıq keyfiyyətlərinin inkişafına nail olmaq və tələbələri iqtisadi fənləri öyrənməyə həvəsləndirməkdir. Yarışda Biznesin idarə edilməsi və Marketinq ixtisasının 2-ci və 3-cü kurs (rus bölməsi) tələbələri iştirak etdi.
Aqrobiznes və menecment kafedrasının müdiri V.T. Əmrahov və kafedranın bir qrup gənc müəlliminin iştirakı ilə baş tutan tədbirdə oyun haqqında müsbət fikirlər səsləndirildi, gənclərə tövsiyələr verildi. Bu cür yarışmaların daha geniş miqyasda və ixtisaslar arasında təşkil edilməsinin zəruriliyi barədə fikirlər səsləndirildi. Sonda qalib komandaya hədiyyələr və diplomlar, digər iştirakçılara isə sertifikatlar təqdim edildi və xatirə şəkilləri çəkildi. Builki yarışma müxtəlif ölkələrdə geniş miqyasda qeyd edilən “Hellouin” bayramı ilə üst-üstə düşdüyü üçün oyunun tərtibatında bu bayrama məxsus elementlər yer almaqla şərtlərdə də bəzi dəyişikliklər edilmiş, tələbələrlə birgə hazırlanan müxtəlif personajlar yarışa xüsusi rəng qatmışdır.
OYUNUN MAHİYYƏTİ
Oyunun mahiyyəti 5 şərti mərhələnin (dayanacağın) ardıcıl keçilməsindən ibarətdir. Başlanğıcda komanda iştirakçıları oyunun qaydaları ilə tanış olurlar, onlara marşrut xəritələri paylanır. 60 dəqiqəlik geri sayıma start verilir. Bu müddət ümumi bütün dayanacaqlara verilir. Hər mərhələdə ciddi vaxt məhdudiyyətləri var - maksimum 10-12 dəqiqə. Hər mərhələ münsiflər heyəti (dayanacaqlara təyin edilən müəllimlər) tərəfindən qiymətləndirilir. Tapşırıqların yerinə yetirilmə sürəti və düzgün cavablanması qiymətləndirmə prosesində əsas amil kimi nəzərə alınır. Yarışmada dayanacaqların nömrələrini tapmaq üçün komandalar universitetin həyətində əvvəlcədən gizlədilmiş ipuclarını (tapmacaları) tapmalı, onları həll edərək növbəti dayanacaqların nömrəsini öyrənməli idi. Finiş xəttində komandaların çətinlikləri, uğurları və əldə etdikləri bacarıqlar müzakirə olunur, qaliblər və iştirakçılar mükafatlandırılır.

Bu gün ADAU və Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində Universitetimizə...
22/02/2022

Bu gün ADAU və Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramı çərçivəsində Universitetimizə ezam olunan EGE Universitetinin professoru Canan Abay Aqrobiznes və Menecment Kafedrasında görüş keçirildi. Görüşdə Aqrar sahədə mövcud vəziyyət, hər iki ölkənin təcrübələri, əməkdaşlıq imkanları və qarşıda duran hədəflər müzakirə edildi.

Biznes-menecer dərnəyinin növbəti seminarı keçirilib
11/12/2021

Biznes-menecer dərnəyinin növbəti seminarı keçirilib

Aqrobiznes və idaretmə fakültəsinin Aqrobiznes və menecment kafedrasının nəzdində fəaliyyət göstərən Biznes-menecer dərnəyinin növbəti seminarı baş tutub. Tədbirdə kafedra müdiri dosent Vahid

Kvest oyunu
22/11/2021

Kvest oyunu

Aqrar sahədə fəaliyyət göstərən ən məşhur startaplar
21/05/2020

Aqrar sahədə fəaliyyət göstərən ən məşhur startaplar

STARTAP Aqrar sahədə fəaliyyət göstərən ən məşhur startaplar 2019-11-27 279 Facebook Twitter WhatsApp Linkedin Telegram VK Aqrar sahə insanları gündəlik tələbat malları ilə və sənayeni isə xammala təmin etmək baxımından daima öz əhəmiyyətini daima qorumuşdur. Son illər...

Address

Gandza

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00

Telephone

+994222682417

Alerts

Be the first to know and let us send you an email when Aqrobiznes və menecment kafedrası-ADAU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Aqrobiznes və menecment kafedrası-ADAU:

Shortcuts

Share