ArtAbat

ArtAbat Azərbaycan Rəssamlar İttifaqının üzvü, Gəncə Dövlət Milli Dram Teatrının baş rəssamı Rəssam Mirzə Mehdi peşəkar rəssam, dizayner, sənətkar və ustad. P.S.

Gəncə şəhər Uşaq Rəssamlıq məktəbi Mirzə Abbas Abbaszadə küçəsi, 2 ünvanında yerləşir. Məktəbin binası XIX əsrdə inşa edilib. Bu məktəb 1930-cu illərdə Göygöl rayonunda fəaliyyət göstərib, 1940-cı illərin ortalarında Gəncə şəhərinə köçürülüb. Məktəb 1946-cı ildə Gəncədə fəaliyyətə başlayıb. Boyükbəy Əliyarbəyli Rəssamlıq Məktəbinin ilk rəhbəri olub. Azərbaycanın bir çox tanınmış rəssamları Rəsul H

üseynov, Mübariz Əliyev, Salxab Məmmədov, Teyyub Hüseynov, Nazim Babayev, Faiq Abdullayev, Məşədi Rüstəmzadə, Gəncə şəhər Uşaq Rəssamlıq məktəbinin yetirmələridir. Məktəbdə vaxtilə çalışmış müəllimlər, həmçinin buranın məzunları olublar. Gəncə şəhər Uşaq Rəssamlıq məktəbinin direktoru rəssam Mirzə Mehdi Hüseynovdur. Mirzə Mehdi Hüseynov Gəncədə tanınmış rəssam, Teyyub Hüseynovun oğludur. Rəssamlıq məktəbinin şagirdləri beynəlxalq, respublika və şəhər miqyaslı müsabiqələrdə, tədbirlərdə, sərgilərdə iştirak edirlər. Məktəbin bir çox şagirdləri müsabiqələrdə qalib sıralarında olublar və mükafatlara layiq görülüblər. Burada rəsm, rəngkarlıq, kompozisiya, dekorativ-tətbiqi sənət, plastik anatomiya, incəsənət tarixi, heykəltaraşlıq kimi fənlər tədris olunur. Hal-hazırda məktəbdə təmir işləri gedir tezliklə yanı cari ilin ortalarında tam təmir olunub uşaqların istifadəsinə veriləcəkdir. Qəbul üçün aşağıdakı sənədlər vacibdir:
1.Doğum haqqında şəhadətnamənin
və ya şəxsiyyət vəsiqəsinin sürəti.
2. Sağlamlıq haqqında tibbi arayış.
3.Yaşayış yerindən arayış.
4. Foto şəkil 3x4-2 ədəd.
5.Orta məktəbdən arayış.
6.Dəftərxana dəftəri.
7. Qovluq.
8. Əlaqə nömrəsi :266-48-20
Sənədlərin qəbulu 1-15 may ayı

In the art studio
11/04/2026

In the art studio

10/04/2026
Son vaxtların dizayn işləri.
13/11/2025

Son vaxtların dizayn işləri.

Приветствую новых подписчиков! Добро пожаловать! Мустафа Мустафаев, Şaiq Məmmədov
05/11/2024

Приветствую новых подписчиков! Добро пожаловать! Мустафа Мустафаев, Şaiq Məmmədov

Gəncə, 27.04.2024 ilGəncə şəhər Filarmoniyasının "Urban" Qalereyasında, gənc həvəskər rəssam Elvin Bayramovun qrafik üsl...
28/04/2024

Gəncə, 27.04.2024 il
Gəncə şəhər Filarmoniyasının "Urban" Qalereyasında, gənc həvəskər rəssam Elvin Bayramovun qrafik üslubla (qara qələm) şəxsi sərgisinin ikinci günü idi. Bu günə nəzərdə tutulan "Rəssam və tamaşaçılar" adlı görüş, çox maraqlı və səmərəli keçdi. Fikir mübadiləsi aparılıb və əldə olunan nailiyyətlər barədə məlumat verilib.

Address

Gandza
2000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Telephone

+994222664820

Alerts

Be the first to know and let us send you an email when ArtAbat posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to ArtAbat:

Shortcuts

Share