15/06/2026
🇦🇿 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Göygöl Peşə Məktəbinin kollektivi Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə Qarabağa yaddaqalan səfər edib.
Səfər çərçivəsində Qarabağın tarixi, mədəni və təhsil mərkəzləri ziyarət olunub. Kollektivimiz Xankəndi şəhərində yerləşən Qarabağ Universiteti ilə tanış olub, Şuşa şəhərini, Əsgəran qalasını, Xocalını və Ağdamı ziyarət edərək bu müqəddəs torpaqlarda aparılan genişmiqyaslı quruculuq və bərpa işlərini yaxından izləyib.
Milli Qurtuluş Gününün məhz Qarabağda qeyd olunması səfər iştirakçıları üçün xüsusi əhəmiyyət daşıyıb. Bu səfər hər birimizdə böyük qürur hissi yaradaraq dövlətimizin gücünü, xalqımızın birliyini və tarixi Zəfərimizin nəticələrini bir daha nümayiş etdirib.
Göygöl Peşə Məktəbinin kollektivi adından bu mənalı səfərin təşkilinə və göstərilən dəstəyə görə Həmkarlar İttifaqı Komitəsinə təşəkkürümüzü bildiririk.
Qarabağ Azərbaycandır! 🇦🇿
Ağdam Şuşa Xankəndi QarabağUniversiteti ƏsgəranQalası Xocalı