26/02/2026
26.02.2026-cı il tarixdə Göygöl rayon A.Şəmşir adına U.M.M-də Xocalı soyqırımına həsr olunmuş “Torpağı Sanı Yaşayasan” adlı sənədli film nümayiş olundu. Filmin nümayişində Göygöl rayonu üzrə nümayəndə Vüsal Rzayev, məktəbin müəllimləri və qonaqlar iştirak etdilər.
13/02/2026
13.02.2026-cı il tarixdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayon A.Şəmşir adına U.M.M-də Xalq artisti Rəşid Behbudovun yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə qonaqlar, müəllim və şagirdlər iştirak etdilər. Şagirdlər rəngarəng musiqi nömrələr ilə çıxış etdilər.
22/01/2026
22.01.2026-cı il tarixdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən A.Şəmşir adına U.M.M-də fortepiano şöbəsində müsabiqə keçirildi. Müsabiqədə 2-6 cı sinif şagirdləri uğurla çıxış edərək 1-ci, 2-ci və 3-cü yerlərə layiq görüldülər. Sonda şagirdlərə Diplomlar təqdim olundu.
27/12/2025
26.12.2025-ci il tarixdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göygöl rayon A.Şəmşir adına U.M.M-də Yeni il bayramına həsr olunmuş tədbir keçirildi. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Göygöl rayon İcra Hakimiyyətinin müavini Kəmalə İbrahimova, Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsi Göygöl rayonu üzrə nümayəndəsi Vüsal Rzayev çıxış edərək tədbir iştirakcılarını Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edərək ən xoş arzularını bildirdilər. Tədbir müəllim və şagirdlərin rəngarəng ifaları ilə davam etdirildi.
20/12/2025
“Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti görüş Göygöl rayon Aşıq Şəmşir adına Uşaq musiqi məktəbində baş tutub
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiyamızın əhəmiyyəti və onun ölkənin hüquqi sistemindəki rolu” mövzusunda keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Göygöl rayon Mədəniyyət Mərkəzinin, Aşıq Şəmşir adına Uşaq musiqi məktəbinin əməkdaşları iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova giriş nitqi ilə tədbiri açıq elan edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2025-ci ilin Azərbaycanda "Konstitusiya və Suverenlik ili" elan edilməsi mühüm tarixi əhəmiyyət daşıyır. Bu il müstəqil Azərbaycan Respublikasının ilk-yeni Konstitusiyasının qəbul edilməsinin 30 ili, Ermənistan ordusu üzərində qazanılan böyük Zəfərin 5 ili tamam olur. Bu məqsədlə keçirilən silsilə tədbirlər Konstitusiyamızın daha dərindən öyrənilməsinə xidmət edir.
Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə nümayəndəsi Vüsal Rzayev çıxışında qeyd edib ki, qürurverici haldır ki, möhtərəm Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tərəfindən 44 Günlük Vətən müharibəsində və 2023-cü il 19-20 sentyabr antiterror əməliyyatlarında bütün torpaqlarımız erməni işğalçılarından azad edilərək ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, ata-baba yurdundan didərgin salınmış bir milyondan çox soydaşımızın konstitusion hüququ bərpa edilmişdir.
Musiqi məktəbinin direktoru Nuranə Quliyeva çıxışında vurğulayıb ki, hər birimiz Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, dövlət və cəmiyyət qarşısında məsuliyyətimizi dərk etməli və üzərimizə düşən vəzifələri yerinə yetirməliyik.
Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Əfsanə Cəfərova vurğuladı ki, Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi əsaslı islahatlar nəticəsində qəbul edilən Konstitusiyamız dövlət, cəmiyyət, vətəndaş arasındakı münasibətləri tənzimləyən ən ali qanundur, qanunvericilik sisteminin əsasıdır.
Sonda mövzu ətrafında diskussiya aparıldı və Aşıq Şəmşir adına Uşaq musiqi məktəbinin şagirdlərinin uğurlarından, gələcək tədbirlərdən, qarşıya qoyulan məqsədlərdən bəhs edildi.
13/12/2025
Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göygöl rayon Aşıq Şəmşir adına U.M.M-nin müəllim kollektivi 12.12.2025-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə bağlı abidəsini ziyarət ediblər. Ümummilli lider Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.
27/11/2025
26 noyabr 2025-ci il tarixdə Gəncə -Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Göygöl rayon Aşıq Şəmşir adına uşaq musiqi məktəbində 26 Noyabr Kələğayı gününə həsr olunmuş ‘’Azərbaycan kələğayısı’’ adlı tədbir keçirilib. Tədbirdə qadınlarımızın İsmət rəmzi olan sevimli baş örpəyli, milli ipəyimizin ən gözəl nümunəsi olan Azərbaycan kələğayısı,onun naxışlarırının xarakterizə etdiyi simvollar haqqında çıxışlar səslənib.
Çıxışlarda qeyd olunub ki, maddi və mənəvi sərvətlərimizin əvəzolunmaz bir hissəsi olan kələğayı milli örpək kimi bugün də sevilərək istifadə ve istehsal olunur. Bu sahəyə xüsusi dövlət qayğısı göstərilir. 2003-cü ildən İsmayıllı rayonunun Basqal qəsəbəsində ‘’Kəlagayı’ İpək Mərkəzi fəaliyyət göstərir. Həmçinin Basqalda unikal interaktiv ‘’Kəlağayı‘’ muzeyi yaradılıb. UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabr 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti ‘’Kəlağayı simvolizmi və ənənəvi sənəti’ ’adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə R26 noyabr 2025 ci il tarixdə Gəncə -Daşkəsən Regional Mədəniyyət İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.
Tədbirdə məktəblilərin ifasında rəngarəng mahnı və rəqslər ifa edilib.
05/11/2025
05.11.2025-ci il tarixdə Gəncə-Daşkən Regional Mədəniyyət İdarəsi Göygöl rayon A.Şəmşir adına Uşaq Musiqi Məktəbində YAP Göygöl rayon təşkilatı və A.Şəmşir adına U.M.M-nin birgə təşkilatçılığı ilə 8 Noyabr ”Zəfər günü” nə həsr olunmuş “Vətən sevgisi ilə Zəfərə doğru “adlı tədbir keçirildi. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının qurucusu və yaradıcısı Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Daha sonra tədbir iştirakçılarına “Şuşa sən azadsan” adlı kino filmi nümayiş olundu. Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və A.Şəmşir adına U.M.M-nin direktoru Nuranə Quliyeva çıxış edərək Müzəffər Ali Baş Komandanımız ,cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə edilən,bu gün 5-ci ilini qeyd etdiyimiz Möhtəşəm Zəfərin əhəmiyyətindən danışdılar. Yekunda musiqi məktəbinin şagirdləri rəngarəng musiqi nömləri ilə çıxış etdilər.