Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə
26.04.2026 cı il tarixdə keçirilən buraxılış imtahaninda 200 baldan yuxarı nəticə göstərən şagirdlərimiz.
1. Novruzov İbrahim Seymur-294 bal (fərqlənmə)
2. Əlizadə Siyavuş Ülvi -280 bal (fərqlənmə)
3. Abdullazadə Sara Ruhulla -269 bal (fərqlənmə)
4. Hüseynov Ceyhun Ramil -269 bal (fərqlənmə)
5. Mehdizadə Mircəlal Siyavuş- 267 bal (fərqlənmə)
6. Kövsərli Gülgün Səbuhi -267 bal (fərqlənmə)
7. Zeynallı Fəridə Zeynal -263 bal
8. Muradova Nəzakət Rəşid -260 bal (fərqlənmə)
9. Qəhrəmanova Rəna Elnur -259 bal (fərqlənmə)
10. Bəşirli Emin Elsevər- 258 bal
11. Şükürova Fidan Rəşad- 257 bal
12. Xəlilli Yaşar Tural -255 bal (fərqlənmə)
13. Həmidli Nazlı Həkim -253 bal (fərqlənmə)
14. Seyidli Tunar Adil -245 bal (fərqlənmə)
15. Hacızadə Ayxan Kamil -243 bal
16. Süleymanlı Xədicə Elnur -243 bal
17. Bəkirova Gülər Famil - 236 bal
18. Həsənli Fidan Elnur -235 bal
19. Babazadə Məleykə Mehman -233 bal
20. Rüstəmli Pərvanə Qüdrət -233 bal
21. Kazımlı Mircavad Mirqalib- 232 bal
22. Süleymanlı Dəniz Elnur -231 bal
23. Məmmədov Əli Ruslan- 229 bal
24. Rüstəmli Leyla Hikmət -227 bal
25. Həsənli Ramiz Tural -225 bal
26. Fətullazadə Nuray Sadiq - 226 bal
27. Qədirli Kənan Fəqan -224 bal
28. Allahyarova Solmaz Vüqar - 219 bal
29. Səlimova Fəridə Saleh -217 bal
30. Osmanlı Zəhra Elçin -216 bal
31. Əsgərli Gülay Muğan -216 bal
32. Qafurlu Fəridə Ceyhun - 214 bal
33. Həsənzadə Leyla Həsənağa- 206 bal
34. Məhərrəmli Murad Rəhim- 206 bal
35. Qarazadə Səfurə Ehtiram -205 bal
36. Qafarova Zəhra Taleh - 205 bal
37. İbrahimli İbrahim Malik -204 bal
38. Abdullayeva Ləman Taleh- 203 bal
39. Cəfərli Mədinə Əli -203 bal
40. Tahirli Xədicə Azər -202 bal
41. Əlizadə Lalə Ruslan -202 bal
42. Əmirli Nazlı Valeh -202 bal
43. Əhmədzadə Maya Rəhman-201bal
44. Mehdizadə Nuray Elmir -200 bal
45. Seyidli Banuçiçək Nicat -200 bal
46. Əliyeva Aytən İslam -200 bal
👏 Şagirdlərimizi,kollektivimizi, valideynlərimizi təbrik edirik,uğurlar arzu edirik.
Göyçay şəhər Ziya Bünyadov adına 3 nömrəli tam orta ümumtəhsil məktəb
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göyçay şəhər Ziya Bünyadov adına 3 nömrəli tam orta ümumtəhsil məktəb, Middle School, Göyçay.
26/05/2026
Məktəbimizin növbəti uğuru: Gənc diplomatımız Lalə Əlizadə! ✨
23–24 may tarixlərində "Landau" məktəbinin West Town korpusunda keçirilən "Unity Force IMUN" konfransı uğurla başa çatdı.
Birləşmiş Millətlər Təşkilatının simulyasiyası olan bu nüfuzlu platformada şagirdlər fərqli ölkələrin nümayəndəsi qismində qlobal problemləri müzakirə edir, diplomatik bacarıqlarını və debat qabiliyyətlərini nümayiş etdirirlər.
Bu mötəbər tədbirdə Göyçay şəhər akademik Ziya Bünyadov adına 3 saylı tam orta ümumtəhsil məktəbinin 9"B" sinif şagirdi Əlizadə Lalə Ruslan qızı Rusiyanı təmsil edərək yüksək performans göstərmiş və xüsusi nailiyyət qazanmışdır! 🏆 Lalənin nümayiş etdirdiyi yüksək məsuliyyət, aktivlik və peşəkar diplomatik yanaşma münsiflər heyətinin böyük rəğbətini qazanmışdır.
Şagirdimizi bu parlaq uğuru münasibətilə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində daha böyük zirvələr fəth etməyi arzulayırıq! 🌟
Lalənin yetişməsində, onun bu uğura imza atmasında böyük əməyi və zəhməti olan dəyərli müəllimlərimizə dərin təşəkkürümüzü bildiririk. Sizin dəstəyiniz bu qələbənin ən möhkəm təməlidir! 🤝
25/05/2026
Mayın 28-də Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 108 il ötür. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması beş min illik dövlətçilik tariximizin şanlı səhifələrindən olmaqla yanaşı, xalqımızın milli azadlıq mücadiləsinin məntiqi nəticəsi olaraq tariximizə mühüm hadisə kimi daxil oldu. 1813 və 1828-ci illərdə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Çar Rusiyasının tərkibində müstəmləkə olmaqla çoxsaylı deqredasiya və represiyalara məruz qalmışdı. Bu mərhələdə həmçinin Azərbaycanda elmin, təhsilin, müstəqil iqtisadi siyasətin inkişafı üçün hər hansı bir şərait olmamış, hətta xalqımızın qarşısına müxtəlif maneələr çıxarılmışdır. Belə olan halda təqribən 90 il sonra yeni əsrin çağırışlarına – yeni dövrün tələblərinə uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxmışdır. Beləliklə Azərbaycan Xalq Cümhuriyyəti yaradılmışdır. Şübhəsiz ki, AXC-nin yaradılması Azərbaycanın dövlətçilik tarixinin xüsusi bir səhifəsidir. Qısa bir dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Mövcudluğun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizlik ortadan qaldırıldı. Eyni zamanda olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Müstəqil, azad, demokratik dövlət qurmaq məqsədini qarşıya qoyan demokratik cümhuriyyət öz müqəddaratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. AXC hökumətinin xarici siyasətinin başlıca məqsədi yeni yaradılmış dövləti dünyaya tanıtmaq idi. Paris Sülh Konfransında, dünyanın siyasi nizamının yenidən quruluş aldığı bir zamanda müttəfiq dövlətlər tərəfindən Cümhuriyyətin tanınmasını, habelə dünyanın aparıcı dövlətləri ilə diplomatik əlaqələrin yaradılmasını təmin etmək idi. Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.
Tarixi proseslər və hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi nə qədər mürəkkəb proses olsa da, onu qoruyub saxlamaq daha çətin və məsuliyyətli vəzifədir. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, digər tərəfdən daxili münaqişələr, ölkədə hökm sürən xaos, anarxiya çətin durum yaratmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Çıxışlarında müstəqil Azərbaycan Respublikasını Azərbaycan Xalq Cümhuriyyətinin qanuni varisi olduğunu dəfələrlə vurğulayan Ümummilli Lider demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq həmin günü Respublika Günü elan etmiş və bu bizim milli bayramımızdır – deyə qeyd edirdi: Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl şəxsiyyətləri, mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli dirçəliş, milli oyanış əhval-ruhiyyəsi yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır. Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır.
Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən həyata keçirilən çoxsaylı sərəncam və tədbirlər Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında sərəncamlar, Bakı şəhərinin İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin açılış mərasimin keçirilməsi, Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamlar, 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunması xüsusi qeyd olunan məqamlardandır.
Müasir Azərbaycan dövləti 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Təsadüfi deyil ki, 2021-ci ilin oktyabr ayının 15-dən sonra Müstəqillik Günümüzü də məhz AXC-nin yaranması tarixi yəni 28 may 1918-ci il tarixindən hesablanır. Belə ki, 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. Bunlar özlüyündə milli yaddaşın bərpası, milli özünüdərkin təşviqi olmaqla yanaşı, həm də Cümhuriyyət dəyərlərinə, onun qurucularına olan hörmət və ehtiramın nümunəsidir. Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident İlham Əliyevin Müzəffər Ali Baş komandan kimi gərgin əməyi, Şanlı Ordumuzun rəşadəti sayəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2023-cü ilin Şanlı Zəfərləri nəticəsində Azərbaycan müasir tarixinin ən parlaq və qürurverici səhifələrini yazdı. Azərbaycan xalqı bu gün öz tarixindən və keçmişindən ilhamlanaraq qalib, müzəffər bir dövlətin vətəndaşı kimi bütöv və azad Vətəndə yaşamağın qüruru içərisindədir.
23/05/2026
"Rəqəmsal bacarıqlar layihəsinin təbliği çərçivəsində 6b sinfində növbəti " Bilik yarışı".
22/05/2026
"Rəqəmsal bacarıqlar layihəsinin təbliği çərçivəsində 6v sinfində " Bilik yarışı".
21/05/2026
Son illərdə qlobal əhəmiyyətli beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan növbəti dəfə planetin diqqət mərkəzinə çevrilmişdir. Dünyanın ən nüfuzlu toplantılarından sayılan COP 29-dan sonra paytaxtımız daha bir iri maştablı humanitar və iqtisadi platformanın – Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasına ev sahibliyi edir.
Mayın 18-də Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının(WUF13) açılış mərasimi təkcə beynəlxalq tədbirin başlanğıcı deyil, həm də Azərbaycanın urbanizasiya, dayanıqlı inkişaf və qlobal əməkdaşlıq sahəsində formalaşdırdığı strateji xəttin növbəti mühüm təqdimatı kimi yadda qaldı. Bu forum paytaxt Bakının artıq regional deyil, qlobal müzakirə platformalarından birinə çevrildiyini bir daha nümayiş etdirir. WUF13 yalnız müzakirə platforması deyil, bu forum şəhərlərin gələcəyi ilə bağlı qlobal baxışların formalaşdığı, innovativ yanaşmaların təqdim olunduğu və dayanıqlı urban inkişaf modellərinin müzakirə edildiyi mühüm qərar məkanıdır. Məhz bu baxımdan, Bakının belə bir tədbirə ev sahibliyi etməsi təsadüfi deyil. Son illərdə ölkəmizdə həyata keçirilən genişmiqyaslı şəhərsalma layihələri, xüsusilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi Azərbaycanın bu sahədə qabaqcıl təcrübəyə malik olduğunu sübut edir. Forumun açılış mərasimində çıxış edən ölkə başçısı düşünülmüş, proqram xarakterli və konseptual çıxışı ilə həm Azərbaycanın şəhərsalma sahəsindəki fəlsəfəsini, həm də işğaldan azad edilmiş ərazilərdə aparılan misilsiz quruculuq tədbirləri, infrastruktur layihələrin icrası istiqamətində görülən işlərin mahiyyətini bir daha dünyaya bəyan etdi.
Prezident İlham Əliyev çıxışı əsnasında şəhərsalma sahəsində həyata keçirilən siyasətin əsas istiqamətlərini, tarixi-mədəni irsin qorunması ilə müasir urbanizasiya arasında yaradılmış balansı, postmünaqişə dövründə aparılan yenidənqurma işlərini və ekoloji transformasiya layihələrini geniş şəkildə şərh etdi. Dövlət başçısının nitqində qədim memarlıq irsi ilə müasir urbanizasiya modellərinin uzlaşdırılması, azad edilmiş ərazilərin yenidən qurulması, yaşıl şəhər konsepsiyaları və insan yönümlü inkişaf prinsipləri əsas xətt kimi diqqət çəkirdi. Prezident çıxışında xüsusi vurğuladı ki, şəhərsalma yeni binaların tikilməsi deyil, həm də milli irsin qorunması prosesidir. Azərbaycanın qədim şəhərləri, tarixi abidələri haqqında səsləndirilən fikirlər ölkəmizin zəngin mədəni irsinin beynəlxalq auditoriyaya təqdimatı baxımından mühüm əhəmiyyət daşıyırdı. Şamaxıdakı qədim məscid, Naxçıvandakı Möminə xatun turbəsi, Şəkinin tarixi abidələri, Lahıcın mühəndislik sistemi, Şuşanın meamrlıq irsi və bir sıra memarlıq nümunələri xalqımızın əsrlər boyu formalaşdırdığı yüksək mədəniyyətin göstəriciləridir. Dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan yalnız musiqisi və ədəbiyyatı ilə deyil, həm də memarlıq nümunələri ilə qədim tarixini yaşadır və gələcək nəsillərə ötürür.
Prezidentin çıxışında ekoloji layihələrlə bağlı fikirlər də yer aldı. Dövlət başçısı qeyd etdi ki, Bakı uzun illər neft sənayesinin təsiri nəticəsində ciddi ekoloji problemlərlə üzləşmişdir. Son illərdə həyata keçirilən layihələr şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Vaxtilə ağır çirklənməyə məruz qalmış qara şəhərin müasir Ağ şəhərə çevrilməsi urbanistik transformasiyanın uğurlu nəticəsidir.
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən yenidənqurma layihələri prezidentin çıxışında geniş yer alan məqamlardan idi. Ermənistanın işğalı dövründə Azərbaycan şəhərlərinin dağıdılması dünya ictimaiyyətinə çatdırıldı. Dövlət başçısı Ağdamın işğal dövründə tamamilə yerlə yeksan edilməsini, “Qafqazın Xirosiması” adlandırılmasını işğal dövründə törədilmiş vandalizmin aydın şəkildə təzahürü olduğunu bildirdi. Prezident nitqində postmünaqişə dövründə azad olunmuş bütün ərazilərdə quruculuq konsepsiyalarının icra olunmasından geniş şəkildə bəhs etdi. Qısa müddət ərzində yolların, körpülərin, tunellərin, hava limanların, sosial obyektlərin tikilməsi Azərbaycanın güclü iqtisadi imkanlarını nümayiş etdirdiyini vurğuladı. Prezidentin çıxışında postmünaqişə dövründə həyata keçirilən ən mühüm dövlət layihələrindən olan Böyük Qayıdış Proqramı istiqamətində həyata keçirilən tədbirlərə də toxunuldu. Ölkə başçısının çıxışında həmin ərazilərdə məşğulluq məsələsi də xüsusi qeyd olunan məqamlardan idi. Prezident qeyd etdi ki, insanların evlə təmin olunması ilə yanaşı, onların iş yerləri ilə təmin olunması da əsas prioritetlərdəndir. Çıxışda vurğulandı ki, Qarabağ və Şərqi Zəngəzurda yaradılan sənaye zonaları və iqtisadi layihələr regionun uzunmüddətli inkişafına hesablanmış strateji addımlardır.
Forumda qeyd olunan mühüm məqamlardan biri də şəhərsalma prosesinin insan amilinə xidmət etməsidir. Ümumilikdə həyata keçirilən bütün layihələrin əsas məqsədi insanların rahat yaşayışı, təhlükəsizliyi və rifahının təmin olunmasıdır. Bu baxımdan müasir şəhərsalma yalnız tikinti prosesi deyil, həm də sosial rifah, məşğulluq, ekoloji tarazlıq və mədəni irsin qorunması kimi vacib amilləri özündə birləşdirən kompleks inkişaf modelidir.
Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumundakı çıxışı Azərbaycanın gələcək inkişaf strategiyasını, müasir şəhərsalma fəlsəfəsini və postmünaqişə dövründə həyata keçirilən genişmiqyaslı quruculuq siyasətini beynəlxalq ictimaiyyətə təqdim edən mühüm siyasi mesajlarla yadda qaldı. WUF13 kimi mötəbər beynəlxalq platformada səsləndirilən bu mesajlar Azərbaycanın təkcə regionda deyil, qlobal şəhərsalma və davamlı inkişaf gündəliyində də fəal rol oynadığını bir daha nümayiş etdirdi.
20/05/2026
Ak. Z. Bünyadov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbin bu günkü qonağı Təhsil İnstitutu Pisixologiya və Xüsusi Təhsil Şöbəsinin müdiri Pisixologiya Elmləri Doktoru Elxan Bəylərov məktəb kollektivi, valideynlər, şagirdlər ilə Narkotik maddələrdən qeyri tibbi istifadənin qarşısının alınması istiqamətində maarifləndirici görüş keçirdi.
19/05/2026
19 May - dahi Azərbaycan şairi ,həmyerlimiz R.Rzanın doğum günü münasibətilə keçirilən tədbir.
19/05/2026
18May - Beynəlxalq Muzeylər Günü ilə əlaqədar R.Rzanın ev- muzeyində keçirilmiş tədbir.Burada məktəblilər Xalq şairi R.Rzanın zəngin ədəbi irsi ilə tanıs olmuş və şeirlər səsləndirmişlər.
Sinif 5j .
Sinif rəhbəri :Osmanova Günay .
Azərbaycan dili və ədəbiyyat müəllimi Quliyeva Nuriyyə.
Click here to claim your Sponsored Listing.
Location
Category
Website
Address
Göyçay
Opening Hours
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |
| Saturday | 08:00 - 17:00 |