Göyçay şəhər 3 nömrəli tam orta məktəb

Göyçay şəhər 3 nömrəli tam orta məktəb

Share

3 nömrəli məktəbin dünəni bu günü sabahı

Photos from Göyçay şəhər 3 nömrəli tam orta məktəb's post 04/11/2024

Göyçay şəhər akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbin 5 j sinfinin "Zəfər Günü" ilə bağlı kecirilmiş tədbiri.
Sinif rəhbəri Azərbaycan dili və Ədəbiyyat müəllimi Quliyeva Nuriyyə.

Photos from Göyçay şəhər 3 nömrəli tam orta məktəb's post 04/11/2024
02/11/2024

2 j sinfi.
Sinif rəhbəri:Ələkbəroba Elnarə

Photos from Göyçay şəhər 3 nömrəli tam orta məktəb's post 02/11/2024

"Mənim hüququm, mənim vəzifələrim" mövzusunda dəyirmi masa

Photos from Göyçay şəhər 3 nömrəli tam orta məktəb's post 31/10/2024

𝟒𝟒 𝐠𝐮̈𝐧𝐥𝐮̈𝐤 𝐕ə𝐭ə𝐧 𝐦𝐮̈𝐡𝐚𝐫𝐢𝐛ə𝐬𝐢𝐧𝐝ə 𝐬̧ə𝐡𝐢𝐝 𝐨𝐥𝐦𝐮𝐬̧ 𝐩𝐨𝐥𝐤𝐨𝐯𝐧𝐢𝐤-𝐥𝐞𝐲𝐭𝐞𝐧𝐚𝐧𝐭 𝐕𝐢𝐝𝐚𝐝𝐢 𝐗ə𝐥𝐢𝐥𝐨𝐯𝐮𝐧 𝐝𝐨̈𝐫𝐝𝐮̈𝐧𝐜𝐮̈ 𝐢𝐥𝐝𝐨̈𝐧𝐮̈𝐦𝐮̈ 𝐪𝐞𝐲𝐝 𝐨𝐥𝐮𝐧𝐮𝐛

31 oktyabr 2024-cü il tarixdə 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn polkovnik-leytenant Vidadi Xəlilovun dördüncü ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında məzarı önündə qeyd olunub.
Tədbirdə iştirak edən Rayon İcra Hakimiyyətinin başçısı aparatının müavinləri, Müdafiə Nazirliyi “N” saylı hərbi hissəsinin əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri düzüblər.
Mərasimində şəhid Vidadi Xəlilovun qısa və mənalı ömür yolundan danışılıb. Dövlətimiz tərəfindən şəhid polkovnik-leytenanta verilən təltiflərdən, ailəsinə göstərilən diqqət və qayğıdan söz açılıb.
Qeyd edilib ki, Vidadi Vaqif oğlu Xəlilov 1982-ci il iyulun 16-da Göyçayda ziyalı ailəsində doğulub. 1999-cu ildə Heydər Əliyev adına Azərbaycan ali hərbi məktəbinə yüksək nəticələrlə qəbul olunub. 2003-2004-cü illərdə Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində ixtisas kursu keçib. 2004-cü ildə Müdafiə Nazirliyinin əmrinə əsasən xidməti davam etdirmək üçün Azərbaycan Respublikasının Silahlı qüvvələrinin N saylı hərbi hissəsinə göndərilib. O, müxtəlif hərbi hissələrdə işini şərəf və ləyaqətlə yerinə yetirərək polkovnik-leytenant rütbəsinə qədər yüksəlib.
Polkovnik-leytenant Vidadi Xəlilov və əsgərləri İkinci Qarabağ müharibəsi döyüşlərində Füzuli, Murov, Qubadlı, Laçın istiqamətlərində hərbi əməliyyatlar apararaq həmin ərazilərin işğaldan azad edilməsinə nail olublar. O, 2020-ci il oktyabrın 30-da Laçın dəhlizində şəhidlik zirvəsinə yüksəlib. Doğma yurdu olan Göyçay şəhəri Şəhidlər Xiyabanında dəfn edilib.
Bu gün Göyçayın ən abad küçələrindən biri şəhid polkovnik-leytenant Vidadi Xəlilovun adını daşıyır. Həmçinin şəhidin yaşadığı küçədə adına bulaq inşa edilmişdir.
Şəhid Vidadi Xəlilov Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilmişdir.
Anım tədbirinin sonunda şəhidin təhsil aldıgı Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompazisiya ilə çıxış etdilər.




Photos from Göyçay şəhər 3 nömrəli tam orta məktəb's post 30/10/2024

30 oktyabr 2024-cü il tarixdə Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Mövsümov Fərid Zakir oğlunun ildönümü Göyçay şəhər Şəhidlər Xiyabanında qeyd edilib.
Mərasimdə iştirak edən rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların nümayəndələri, şəhid ailələri, ictimaiyyət üzvləri şəhidlərin əziz xatirəsini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri düzüblər.
Şəhidlərin ildönümü mərasimlərində çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Zəfər Qələbəsindən və şəhidlərin keçdiyi döyüş yolundan, qəhrəmanlığından bəhs ediblər.
Şəhidin ailə üzvləri tədbir iştirakçılarına öz minnətdarlığını bildirərək onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə öz təşəkkürünü çatdırıb.
Anım tədbirinin sonunda Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.

Xatırladaq ki, Şəhid Mövsümov Fərid Zakir oğlu 19.09.1987-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 05 oktyabr 2020-ci il tarixdə qismən səfərbərlik üzrə hərbi xidmətə cəlb edilmiş, 30 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.



Photos from Göyçay şəhər 3 nömrəli tam orta məktəb's post 25/10/2024

Akademik Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə "Yaşıl dünya naminə həmrəylik ili" ilə əlaqədar olaraq məktəb ərazisinə gül kolları əkilmişdir.

Photos from Göyçay şəhər 3 nömrəli tam orta məktəb's post 25/10/2024

Göyçay şəhər Ziya Bünyadov adına 3 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Əmr N√ 3 -29 69 2 -07 F /24 Xüsusi hallar zamanı görülməli işlər barədə prosedur Qaydalar haqqında müəllim kollektivi və texniki heyətin iştirakı ilə ayrı -ayrılıqda maarifləndirici görüşlər keçirildi.


Want your school to be the top-listed School/college in Göyçay?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Göyçay

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00