Göyçay rayon Şıxbəy kənd T.İsmayılov adına ümumi orta məktəb

Göyçay  rayon  Şıxbəy kənd T.İsmayılov  adına  ümumi  orta məktəb Təhsil millətin gələcəyidir.

Avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.Bu əlamətdar gün Ümummilli Lider Hey...
03/08/2026

Avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur.
Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Sərəncamına əsasən təsis edilib. Ulu Öndərin müvafiq tarixli həmin sərəncamı ilə ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçid bütövlükdə təmin edilib və yeni əlifbadan istifadə müstəqil respublikamızın ictimai-siyasi həyatında mühüm rol oynayıb. Bu qərar latin qrafikalı Azərbaycan əlifbasına tam keçidin başa çatdırılması ilə yanaşı, ana dilimizin qorunmasına və təbliğinə göstərilən dövlət qayğısının mühüm təzahürüdür. Bu mənada hər il böyük qürurla qeyd etdiyimiz 1 Avqust – Azərbaycan Dili və Azərbaycan Əlifbası Günü sadəcə təqvimdə sadəcə əlamətdar bir gün kimi deyil, bu gün milli kimliyimizin, mənəvi ucalığımızın və müstəqil dövlətçilik strategiyamızın təntənəsidir.
XX əsrdə xalqımızın yazı sisteminin dörd dəfə süni şəkildə dəyişdirilməsi - ərəb qrafikasından latına, latından kirilə, müstəqillik illərində isə yenidən latın qrafikalı əlifbaya keçid sadəcə texniki və ya linqivistik dəyişikliklər deyildi. Bu, bir millətin tarixi yaddaşını qoparmaq, onu öz tarixi köklərindən ayırmaq istəyən imperiya siyasətinin birbaşa təzahürü idi. Kiril əlifbasına keçidlə xalqımızın əsrlər boyu formalaşmış zəngin ədəbi, elmi və fəlsəfi irsi arxivlərdə kilidlənsə də, xalqın milli dil ruhunu zəncirləmək mümkün olmadı.
Totaritar sovet rejiminin ən amansız dövründə - 1978-ci il Azərbaycan SSR konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit edilməsi isə SSRİ miqyasında analoqu olmayan bir siyasi hünər idi. Bu fundamental tarixi hadisə Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliyinin, sarsılmaz siyasi iradəsinin və xalqına olan sonsuz sevgisinin nəticəsi idi. Ulu Öndər yaxşı bilirdi ki, gələcəkdə qurulacaq müstəqil dövlətin sarsılmaz təməli məhz milli dilin hüquqi və siyasi mühafizəsindən başlayır. Heydər Əliyev ana dilimizin əhəmiyyətini hər zaman ən ali kürsülərdən bəyan edərək deyirdi: “Dil hər bir millətin varlığının əsasıdır. Dil xalqın sərvətidir. Xalqın daxili aləmini, onun mədəniyyətini, mənəviyyatını dil formalaşdırır.
Ümummilli Lider Azərbaycan dilinin qorunmasını və inkişafını milli siyasətin prioritet istiqamətlərindən biri olduğunu daim vurğulayırdı. Müstəqilliyin bərpası dövründə də Azərbaycan dilinin hüquqi statusunun möhkəmləndirilməsi və bu kimi istiqamətdə ardıcıl addımlar atıldı. Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səs verməsi ilə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında Azərbaycan dili dövlət dili statusunu qəti şəkildə təsbit etdi. Ulu Öndər Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli Fərmanı ilə Azərbaycanda latın qrafikalı əlifbaya tam keçidin təmin olunması və 1 Avqustun xüsusi gün kimi təsis edilməsi dövlətçilik tariximizin ən mühüm dönüş nöqtələrindən idi. Bu tarixi tədbirlər xalqımızı öz tarixi köklərinə qaytarmaqla yanaşı, Türk dünyası ilə mədəni inteqrasiyanı dövlət səviyyəsində gerçəkləşdirdi.
Bu gün ölkə başçısı, möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dil siyasəti tamamilə yeni, keyfiyyətcə ali bir mərhələyə qədəm qoymuşdur. Cənab prezident ana dilini dövlət müstəqilliyinin ən mühüm amillərindən biri hesab edərək, onun qorunması və beynəlxalq miqyasda təbliğ olunması üçün bir-birindən mühüm sərəncamlar imzalamışdır. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən 2004-2008-ci illərdə latın qrafikası ilə çap olunacaq əsərlərin geniş qrafikası hazırlanmış, bununla da milli ədəbi irsimizin yenilənmiş əlifba ilə kütləvi tirajlanmasına start verilmişdir. Həmçinin dövlət başçısının 2004-cü il 14 yanvar tarixli “Azərbaycan Milli Ensklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamları ilə ana dilinin həyatımızın bütün sahələrində müfəssəl təsviri gerçəkləşmişdir. Həmçinin bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq 2013-cü ildə təsdiq edilmiş Dövlət Proqramı, 2018-ci ildə imzalanan “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncam Azərbaycan dilinin mövqeyinin gücləndirilməsinə xidmət etdi. Həmin ilin noyabrında imzalanan “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman isə dil normalarına əməl olunması istiqamətində yeni mərhələ açdı. Milli kimliyimizi, milli-mənəvi dəyərlərimizi, mədəniyyətimizi özündə əks etdirən dilimizin qorunmasına, inkişafına xidmət edən bu addımların sırası genişdir.
Bu gün Azərbaycan dili müstəqil dövlətimizin əsas atributlarından biri olmaqla yanaşı, milli kimliyimizin, suverenliyimizin və mənəvi bütövlüyümüzün ən möhkəm dayağı kimi çıxış edir. Biz fəxr edirik ki, bu gün bizim rəsmi dövlət dilimiz həm də Zəfər dilidir. Bu dil – 30 illik Vətən həsrətinə son qoyan Şuşada, Xankəndidə suverenliyimizi bəyan edən müzəffər Ali Baş Komandanın dünyaya diqtə etdiyi haqqın və ədalətin səsidir. İndi Azərbaycan dili beynəlxalq tribunalardan sadəcə bir ölkənin dili kimi deyil, regionun geosiyasi xəritəsini dəyişmiş qalib və qüdrətli bir dövlətin güclü bir iradəsi kimi eşidilir. Əminliklə demək olar ki, xalqımızın milli-mənəvi dəyərlərinə söykənən ardıcıl dövlət siyasəti nəticəsində Azərbaycan dili bundan sonra da inkişaf edəcək, beynəlxalq nüfuzunu daha da möhlkəmləndirəcək, dünya azərbaycanlılarını vahid ideya ətrafında birləşdirən sarsılmaz mənəvi körpü kimi əbədi yaşayacaq və müstəqil Azərbaycan dövlətinin qüdrətinin, milli həmrəyliyinin və əbədi varlığının ən möhtəşəm rəmzlərindən biri olaraq gələcək nəsillərə qürurla ötürüləcəkdir.

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı xarici siyasətimizin əsas prioritet istiqamətlərindən biridir. Xüsus...
03/08/2026

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı xarici siyasətimizin əsas prioritet istiqamətlərindən biridir. Xüsusilə qardaş Qırğız Respublikası ilə münasibətlər eyni soy-kökə, ortaq dini və mənəvi dəyərlərə, zəngin tarixi mədəni irsə söykənir. Böyük tarixə malik olan bu əlaqələr zaman-zaman inkişaf edərək özünün müasir inkişaf səviyyəsinə çatıb. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasəti nəticəsində iki qardaş ölkə arasında əlaqələr ənənəvi dostluq münasibətlərindən strateji tərəfdaşlığa, artıq isə müttəfiqlik səviyyəsinə yüksəlib. Bu inkişaf yalnız ikitərəfli münasibətlərin dinamikasını əks etdirmir, eyni zamanda Türk dünyasında siyasi həmrəyliyin, qarşılıqlı etimadın və ortaq strateji maraqların daha da möhkəmləndiyini nümayiş etdirir. Prezident İlham Əliyevin Qırğız Respublikasına ötən gün iki günlük dövlət səfəri Azərbaycan-Qırğızıstan münasibətlərində yeni əməkdaşlıq mərhələsinin başlanğıcı kimi yadda qaldı. Dövlət başçısının Qırğızıstana səfərinin gündəliyi kifayət qədər zəngin olub. Keçirilən görüşlərdə prezidentlər dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazır olduqlarını bildiriblər. Səfər çərçivəsində Azərbaycanın və Qırğızıstanın dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması hər iki ölkə arasında münasibətləri yeni mərhələyə daşıyır. Belə ki, müqavilə iki ölkə arasında mövcud olan siyasi etimadın, qarşılıqlı hörmətin və uzunmüddətli əməkdaşlıq iradəsinin hüquqi əsaslarını daha da möhkəmləndirməklə yanaşı, Azərbaycan-Mərkəzi Asiya münasibətlərinin inkişafında da yeni mərhələnin başlanğıcını ifadə edir. Prezident İlham Əliyev mətbuata bəyanatında bu məqamı xüsusi olaraq vurğulayaraq qeyd etmişdi ki, müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq. Biz bütün təşəbbüslərdə - həm beynəlxalq platformalarda, həm də iqtisadi-ticari sahədə və təhlükəsizliyin möhkəmləndirilməsində bir-birimizi bundan sonra da dəstəkləyəcəyik.
Səfərin ən diqqət çəkən məqamlarından dövlət başçılarının təltifolunma mərasimi olub. Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Prezident İlham Əliyevi 1-ci dərəcəli “Manas” ordeni ilə təltif etməsi dövlətimizin başçısının Türk dünyasında malik olduğu yüksək nüfuzun və xidmətlərinə verilən dəyərin təzahürüdür. Prezident İlham Əliyevin Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbaycanın ali dövlət mükafatı olan “Heydər Əliyev” ordeni ilə təltif etməsi isə iki ölkə arasında dostluq münasibətlərinin, qarşılıqlı hörmətin və strateji tərəfdaşlığın ən yüksək səviyyədə inkişaf etdiyini ortaya qoydu. Bütün bunlar Bişkekdə yazılan qardaşlıq salnaməsinin ən parlaq səhifəsi kimi tarixə düşdü. Bu həmçinin ölkələrimiz arasında münasibətlərin sarsılmaz təməllər üzərində qurulduğunu bir daha bütün dünyaya nümayiş etdirdi.
Səfər çərçivəsində digər mühüm məqam 3-cü Dövlətlərarası Şuranın iclası zamanı dövlət başçılarının səsləndirdiyi fikirlər münasibətlərin gələcək perspektivlərini ehtiva edirdi. Dövlət başçıları qarşılıqlı əlaqələrin, o cümlədən iqtisadi-ticari, humanitar və mədəni əlaqələrin inkişaf perspektivləri haqqında bəyanatlar veriblər. Prezident İlham Əliyev Azərbaycanın Qırğızıstanda, həmçinin İssık-Kulun infrastrukturunun, burada turizmin inkişafında da iştirakını xüsusi vurğulayıb. Həmin ərazidə beşulduzlu “Bakı” hotelinin açılışı həm dostluq münasibətlərinin təzahürü, həm də Azərbaycanın İssık-Kulun turizm potensialının inkişafına töhfəsini qeyd edib. Prezident İlham Əliyevin diqqət çəkdiyi məqamlardan biri də Qarabağın bərpasına qardaş Qırğızıstanın verdiyi töhfə olub. Prezident xüsusi olaraq vurğulayıb ki, Ağdam rayonunda inşa edilən və böyük Qırğız xalqının qəhrəmanı Manasın adını daşıyan müasir məktəb iki xalq arasında dostluğun, qardaşlığın və ortaq mədəni irsin nümunəsidir.
Dövlət səfərinin mühüm nəticələrindən biri Azərbaycan-Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması barədə qəbul edilən qərardır. Bu addım iqtisadi əməkdaşlığın yeni mərhələyə yüksəldiyini göstərməklə yanaşı, mühüm perspektivli istiqamətlər üzrə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar açır. Həmçinin qeyd edək ki, fondun maliyyə imkanlarının artırılması hər iki ölkənin iqtisadi potensialının səmərəli şəkildə birləşdirilməsinə xidmət edən mühüm strateji qərardır.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha nümayiş etdirir ki, Azərbaycan bu gün regionda söz sahibi olan, etibarlı tərəfdaş kimi qəbul edilən, təşəbbüsləri beynəlxalq səviyyədə dəstəklənən nüfuzlu dövlətdir. Dövlət başçımızın həyata keçirdiyi balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət nəticəsində ölkəmiz müxtəlif coğrafiyalarda etibarlı dostlar və strateji müttəfiqlər qazanır, beynəlxalq münasibətlər sistemində mövqeyini daha da möhkəmləndirir.

Azərbaycanın xarici siyasətinin fundamental əsaslarını qarşılıqlı hörmət və ehtiram, dövlətlərin suverenliyinə və ərazi ...
23/07/2026

Azərbaycanın xarici siyasətinin fundamental əsaslarını qarşılıqlı hörmət və ehtiram, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq və bərabər hüquqlu əməkdaşlıq prinsipləri təşkil edir. Ölkəmiz bu istiqamətdə ardıcıl siyasət yürütməklə qlobal arenada etibarlı tərəftaş kimi tanınır, beynəlxalq münasibətlər sistemində mövqeyini möhkəmləndirir və sülhə, təhlükəsizliyə eləcə də qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfələr verir.
Azərbaycanın xarici siyasətində Avropa ölkələri ilə əməkdaşlıq xüsusi önəm kəsb edir. Ölkəmiz siyasi dialoqun genişlənməsində, iqtisadi əlaqələrin dərinləşməsində, enerji təhlükəsizliyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayır. Şübhəsiz ki, Prezident İlham Əliyevin praqmatik siyasəti və liderliyi nəticəsində Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirib, qarşılıqlı maraqlara əsaslanan münasibətlər isə yeni inkişaf mərhələsinə yüksəlib. Bu baxımdan Prezident İlham Əliyevin iyulun 21-də Almaniya Federativ Respublikasına rəsmi səfəri Azərbaycan – Avropa münasibətlərdə formalaşmış etimad mühitinin, ölkəmizin beynəlxalq nüfuzunun və artan geosiyasi çəkisinin növbəti ifadəsi kimi yadda qaldı. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və verilən bəyənatlar Bakı – Berlin münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunun göstəricisidir.
Ölkə başçısının Almaniyaya rəsmi səfəri zamanı alman iş adamları ilə keçirilən görüşlər səfərin diqqətçəkən məqamları sırasında yer aldı. Bu təmaslar Azərbaycanın iqtisadi imkanlarına və investisiya mühitininə marağın artdığını nümayiş etdirdi. Yeni mərhələdə əməkdaşlığın enerji təhlükəsizliyi ilə məhdudlaşmayaraq bərpaolunun enerji, yaşıl keçid, sənaye, nəqliyyat-logistika, rəqəmsallaşma, səhiyyə, peşə təhsili, alman şirkətlərinin Azərbaycana investisiyalarının artırılması istiqamətində müzakirələr aparıldı. Səfər çərçivəsində qeyd olunan məqamlarla yanaşı işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə daha fəal iştirakla bağlı konkret təkliflər də irəli sürüldü, bu amillər gələcəkdə iqtisadi əlaqələrin daha da genişlənəcəyinə əsas verir.
Səfər çərçivəsində Kansler Fridrix Mertsin Azərbaycan ilə Almaniya arasında davamlı və məhsuldar əməkdaşlığı səbrsizliklə gözləyirəm bəyanatı göstərilən ehtiramın, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və praqmatik xarici siyasət kursuna verilən yüksək qiymətin, habelə qarşılıqlı etimada əsaslanan əməkdaşlığın gələcək inkişafına olan inamın parlaq ifadəsi kimi yadda qaldı.
Liderlərin mətbuata bəyanatında iki ölkə arasında münasibətlərin gələcək spektri geniş şəkildə şərh olundu. Prezident İlham Əliyevin bəyənatında Cənubi Qafqazda yaranmış yeni reallıqla bağlı fikirlər xüsusi diqqətçəkən məqamlar idi.
Dövlət başçısı qeyd etdi ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra davamlı sülhün təmin olunması istiqamətində ardıcıl təşəbbüslərlə çıxış edir. Prezident İlham Əliyev çıxışı əsnasında həmçinin Almaniyanın Cənubi Qafqazdaki sülh prosesinə, Ermənistan – Azərbaycan münasibətlərinin normallaşmasında verdiyi dəstəyi yüksək qiymətləndirdi. Prezident çıxışında Avropa İttifaqı ilə münasibətlərin inkişafına da toxundu, Prezidentin nitqində Avropa İttifaqının yüksək səviyyəli nümayəndələrinin Azərbaycana səfəri qarşılıqlı münasibətlərdə yeni mərhələnin başlanğıcı kimi dəyərləndirildi, həmçinin qeyd olundu ki, Almaniya Avropa İttifaqının aparıcı üzvüdür, rəsmi Berlinlə strateji tərəfdaşlığın möhkəmləndirilməsi Azərbaycan – Avtopa İttifaqı əlaqələrinin daha da inkişaf etməsinə mühim töhfə verəcək.
Bütövlükdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri Azərbaycanın balanslaşdırılmış və praqmatik xarici siyasət kursunun növbəti uğurlu təzahürü kimi yadda qaldı. İmzalanmış sənədlər, yaradılan yeni əməkdaşlıq mexanizmləri və strateji dialoqun başlanması təsdiqləyir ki, Azərbaycan ilə Almaniya arasında münasibətlər qarşıdakı illərdə daha da genişlənəcək, iqtisadi, enerji, nəqliyyat, investisiya və siyasi sahələrdə əməkdaşlıq yeni məzmun qazanacaq. Bu amillər həm iki ölkənin milli maraqlarına, həm də Avropa ilə Cənubi Qafqaz arasında sabitliyin, təhlükəsizliyin və qarşılıqlı faydalı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. “Əkinçi” qəzetinin çap olunduğu gün - iyulun 22-si ölkəmi...
23/07/2026

Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür. “Əkinçi” qəzetinin çap olunduğu gün - iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir. XIX əsrin sonlarında yalnız Azərbaycanda deyil, bütün Qafqazda böyük əks-səda doğuran “Əkinçi” qəzetinin nəşri milli maarifçilik hərəkatının təməl daşlarından biri oldu. Qəzetin həm naşiri, həm redaktoru, həm də korrektoru Azərbaycan tarixində silinməz iz qoymuş təbiətşünas-alim Həsən bəy Zərdabi idi. Onun başlatdığı bu maarfiçilik hərəkatına Mirzə Fətəli Axundzadə, Seyid Əzim Şirvani, Nəcəf bəy Vəzirov, Mirzə Ələkbər Sabir, Əsgər ağa Gorani və digər mütəfəkkir ziyalılar da öz dəyərli töhfələrini verdilər. Onların ortaq səyi ilə “Əkinçi” yalnız bir qəzet deyil, həm də milli oyanışın, xalqı maarifə səsləyən ilk tribunalardan biri oldu. Lakin onun fəaliyyəti Çar Rusiyası tərəfindən 1877-ci ilin sentyabrında dayandırıldı, buna baxmayaraq qəzet Azərbaycan mətbuatı tarixində silinməz iz qoyaraq milli jurnalistika ənənələrinin təməlini formalaşdırdı və sonraki qəzet və jurnallar üçün örnəyə çevrildi. Əkinçidən sonra “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “Fiyuzat”, “Molla Nəsrəddin”, “Açıq söz” və digər nəşrlər milli mətbuatımızın inkişafında yeni mərhələnin əsasını qoydu. Bu nəşrlər dövrün ictimai-siyasi, sosial və mədəni hadisələrini əks etdirərək maarifçilik hərəkatının inkişafına mühim töhfələr verdi.
Azərbaycan Xaq Cumhuriyyəti dövründə qızıl dövrünü yaşayan, sovet dönəmində idealoji çərçivələrə baxmayaraq milli ruhunu qoruyan mətbuatımız müstəqilliyimizin bərpasından sonra tamamilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində yeni mərhələ açdı. Bu sahənin maddi texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin hüquqlarının qorunması, peşəkar medianın formalaşması istiqamətində sistemli tədbirlər görüldü. Söz və mətbuat azadlığını məhdudlaşdıran maneələr aradan qaldırıldı, senzura ləğv edildi, medianın hüquqi və iqtisadi bazası möhkəmləndirildi, eyni zamanda mətbuatın müstəqil fəaliyyətini təmin edən qanunvericilik bazası yaradıldı, vətəndaş cəmiyyətinin inkişafında medianın rolunun artırılması istiqamətində ardıcıl addımlar atıldı. Ulu Öndər hər zaman deyirdi: Jurnalist əməyi qeyri adi əməkdir. Böyük səy, zəhmət, cəsurluq, hünər, fədəkarlıq, öz peşəsinə vurğunluq tələb edən əməkdir. Ümummilli lider xarici səfərləri, eləcə də ölkəmizdə keçirilən mötəbər tədbirlər zamanı media nümayəndələri ilə söhbət edir, onlara müsahibələr verir, öz fikirlərini bölüşürdü. Heydər Əliyevin mətbuat nümayəndələrinə səmimi münasibəti onları daha həvəsli işləməyə, peşələrinin sirlərinə dərindən yiyələnməyə, eyni zamanda cəsarətli olmağa sövq edirdi. Ulu Öndərin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycanda demokratik media mühitinin formalaşmasına mühüm töhfə verdi. “Jurnalistlərin dostu” kimi tanınan Ümummilli lider ölkənin mürəkkəb dövründə belə mətbuat azadlığının qorunmasını prioritet hesab etmiş və 1998-ci ildə dövlət senzurasını ləğv etməklə milli medianın inkişafında yeni mərhələnin əsasını qoymuşdur.
2003-cü ildə Heydər Əliyev siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi mətbuata diqqət və qayğıda da özünün aydın ifadəsini tapıb. 2008-ci ildə “Azərbaycan Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” nın qəbul edilməsi mətbuatın inkişafına göstərilən diqqət və qayğının ən bariz nümunələrindəndir. Konsepsiyaya uyğun olaraq 22 may 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradıldı. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən bu kimi tədbirlərə xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyi idi. Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman dövlət başçısının diqqət mərkəzində olduğuna görə kütləvi informasiya vasitələrinə birdəfəlik yardımlar göstərilmiş, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri həyata keçirilmişdir. Həmçinin bu istiqamətdə həyata keçirilən bir çox mütərəqqi addımlar, fərman və sərəncamlar milli mətbuatımızın inkişafına xidmət edən reallıqlardır. Atılan hər bir addım qalib, bütövləşən Azərbaycanın mətbuatının inkişafına, fəaliyyət istiqamətinin genişləndirilməsinə xidmət edir.
Azərbaycan milli mətbuatın inkişafı və zəngin irsinin qorunması istiqamətində həyata keçirilən dövlət siyasəti ardıcıl xarakter daşıyır. Dövlətimizin media sahəsində həyata keçirdiyi məqsədyönlü islahatlar, rəqəmsallaşma və hüquqi mühitin təkmilləşdirilməsi medianın müasir çağırışlara uyğun inkişafına şərait yaradır. Hazırda media sahəsində surətli qloballaşma prosesi gedir ki, bu da öz növbəsində mətbutla bağlı qanunvericiliyin təkmilləşdirilməsi zəruri edir. 2021-ci ldə qəbul olunmuş “Media haqqında” Qanun bu sahədə fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyənləşdirilməklə yanaşı informasiyanın əldə olunması, hazırlanması, ötürülməsi və yayımı üzrə ümumi qaydaları da dəqiqləşdirib. Bütün bu istiqamətdə qəbul olunan qanunlar mediamızın inkişafına xidmət edən yeni töhfələrdir. Azərbaycan mediası yalnız informasya yayan institut deyil, həm də milli maraqların qorunmasına, ictimai həmrəyliyin möhkəmləndirilməsinə və dövlətin kommunikasiya siyasətinin həyata keçirilməsinə xidmət edən mühüm strateji resusdur. Əminik ki, Azərbaycan mətbuatı bundan sonra da milli maraqların keşiyində dayanaraq həqiqətin carçısı olacaq və ölkəmizin beynəlxalq aləmində nifuzun artmasına, mədəni zənginliyimizin tanıdılması, təbliğ edilməsinə, Azərbaycan reallıqlarının, milli mənəvi dəyərlərimizin, respublikamızın həyatında baş verən yeniliklərin operativ, obyektiv və peşəkar şəkildə yerli və beynəlxalq ictimaiyyətə çatdırılmasına layiqli töhfələr verməyə davam edəcəkdir.

Qlobal geosiyasi proseslərin ən həssas və dinamik dövrlərindən birini yaşadığımız hazırki mərhələdə Qarabağın tacı Şuşa ...
16/07/2026

Qlobal geosiyasi proseslərin ən həssas və dinamik dövrlərindən birini yaşadığımız hazırki mərhələdə Qarabağın tacı Şuşa şəhəri növbəti dəfə mühüm dünya miqyaslı müzakirələrin mərkəzinə çevrildi. Azərbaycan Prezidenti bu tədbirdə iştirak etməklə 53 ölkədən 160 nümayəndənin, o cümlədən 30 xəbər agentliyinin, 60-dan çox media qurumunun, eləcə də media sahəsində fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsissatın iştirak etdiyi “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunmuş IV Şuşa Qlobal Media Forumunun əhəmiyyətini, beynəlxalq nüfuzunu və davamlı xarakterini vurğuladı.
Dövlət başçısının vurğuladığı kimi Şuşa Qlobal Media forumu artıq beynəlxalq xarakter daşıyır, iştirakçıların sayı ildən ilə artır və bu, tədbirə olan beynəlxalq marağın davamlı şəkildə yüksəldiyini göstərir. Azərbaycanın, xüsusilə işğaldan azad edilmiş Qarabağın və Şuşanın belə nüfuzlu auditoriyanı qəbul etməsi ölkəmizin beynəlxalq mövqeyini möhkəmləndiyini, regionun isə sülh, əməkdaşlıq və dialoq məkanına çevrildiyini nümayiş etdirir.
Prezident İlham Əliyev forum çərçivəsində Azərbaycanın artıq orta güc statusuna malik bir dövlət kimi qlobal sülhün və əməkdaşlığın möhkəmləndirilməsinə töhfə vermək əzmini beynəlxalq ictimaiyyətə bir daha bəyan etdi. Dövlət başçısı 3 saata yaxın davam edən görüşündə ən həssas məsələlərə toxunaraq Azərbaycanın qarşısında duran çağırışları yerinə yetirdiyini geniş şəkildə şərh etdi. Dövlət başçısının çıxışında Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri ilə bağlı fikirlər xüsusi əhəmiyyət daşıyırdı.
Xarici media nümayəndələrinin həmin ərazilərə səfəri, həyata keçirilən layihələrlə yaxından tanış olması Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə birbaşa təqdimatı baxımından mühüm əhəmiyyət daşıyırdı. Forum zamanı Türkiyə - Azərbaycan münasibətlərinə verilən yüksək qiymət də xüsusi diqqət çəkən məqamlardan idi. Prezident İlham Əliyevin “Biz təkcə qardaş və dost deyilik, biz müttəfiqik fikri” iki ölkə arasında münasibətlərin ən yüksək strateji səviyyəyə yüksəldiyini bir daha təsdiqlədi. Forumda Avropa İttifaqı ilə münasibətlər də geniş şəkildə dəyərləndirildi. Prezident İlham Əliyev Avropa Şurası Parlament Asambleyasının Azərbaycana münasibətdə nümayiş etdirdiyi qərəzli yanaşmanı da kəskin tənqid etdi.
Dövlət başçısı xatırlatdı ki Ermənistan işğalçı qüvvələri Azərbaycan torpaqlarını işğal altında saxladığı bütün dövrlərdə ölkəmiz AŞPA tərəfindən heç vaxt sanksiyaya məruz qalmayıb, lakin ərazilərimizin tam azad edilməsindən sonra Azərbaycana qarşı ultimatum xarakterli və tamamilə qəbuledilməz tələblərin irəli sürülməsi AŞPAnın ölkəmizə münasibətdə ikili standartlardan çıxış etdiyini açıq şəkildə nümayiş etdirir. Ölkə başçısının vurğuladığı kimi 5 il ərzində Azərbaycanı hədəfə alan 13 qətnamə qəbul edilib və onlardan heç biri bizə vacib deyil və hər hansı məsələyə təsir etmir.
Gələcəkdə AŞPA ilə münasibətlərlə bağlı sualları cavablandırarkən cənab Prezident qeyd etdi ki, Azərbaycan hər zaman konstruktiv dialoqun tərəfdarı olub, əlbəttə gələcəkdə AŞPA ilə münasibətlərin yeni formatda qarşılıqlı etimad, bərabərlik, bərpa etdiyimiz suverenliyimizə hörmət və siyasi qərəzdən uzaq əməkdaşlıq prinsipləri əsasında inkişaf etdirilməsi həm təşkilatın nüfuzunun artmasında, həm də Avropa məkanında sağlam dialoqun formalaşmasına xidmət edəcək. Forum çərçivəsində dövlət başçısı mövcud geosiyasi, iqtisadi və nəqliyyat reallıqlarının Azərbaycanın strateji əhəmiyyətini daha da artırdığını xüsusi vurğuladı.
Son illər həyata keçirilən iri miqyaslı infrastruktur layihələri, enerji təhlükəsizlik sahəsində qazanılan naliyyətlər, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, çoxtərəfli əməkdaşlıq siyasəti sayəsində ölkəmizin regionun aparıcı dövlətlərindən biri kimi mövqeyini daha da möhkəmləndirdiyini qeyd etdi. Forum çərçivəsində səsləndirilən fikirlər Azərbaycanın regional və qlobal geosiyasi prosesslərdə oynadığı rolun daha aydın təqdim olunmasına imkan yaratdı.
Prezident İlham Əliyev bu məqamlara diqqət çəkərək qeyd etdi ki qonşularla qarşılıqlı etimada və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan münasibətlər olmadan heç bir ölkənin etibarlı tranzit mərkəzinə çevrilməsi mümkün deyil. Məhz bu prinsipə əsaslanan xarici siyasət kursu nəticəsində Azərbaycan Şərq – Qərb və Şimal – Cənub nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından birinə çevrilib, Avrasiya məkanında etibarlı logistika və enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirib. Forumda həmçinin ABŞ - Azərbaycan münasibətlərindən də geniş şəkildə bəhs olundu.
Dövlət başçısı iki ölkə arasında strateji tərəfdaşlığın inkişaf etdiyini, müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal işlərin aparıldığını vurğuladı. Cənab Prezident Tarixi Vaşinqton görüşünə diqqət çəkərək sülh sazişinin paraflanmasının əhəmiyyətini, hazırki Amerika – Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu xüsusi vurğuladı. Həmçinin 907-ci düzəlişlə bağlı fikirlər səsləndirərkən qeyd etdi ki, Azərbaycana qarşı qəbul edilmiş ən ədalətsiz qərarlardan biri kimi ölkəmiz keçmiş sovet respublikaları arasında ABŞ Konqresinin ayrıseçkiçilik siayəsinə məruz qalan yeganə dövlət olub və həmçinin vurğuladı ki, bu nə qədər tez və tam şəkildə ləğv edilərsə həm Azərbaycan, həm də ikitərəfli münasibətlərin gələcək inkişafı baxımından bir o qədər də faydalı olacaq.
Ümumilikdə Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər bir daha göstərdi ki, Azərbaycanın xarici siyasəti praqmatik, balanslaşdırılmış və uzunmüddətli strateji hədəflərə əsaslanır. Məhz bu siyasət nəticəsində Azərbaycan regionda həm etibarlı tərəfdaş, həm də qlobal əməkdaşlığın fəal iştirakçısı kimi qəbul edilir.

Avropa Kommisiyasının prezdenti Ursula fon der Lyayenin Azərbaycana həyata keçirdiyi ötən gün məlum işgüzar səfər, xüsus...
06/07/2026

Avropa Kommisiyasının prezdenti Ursula fon der Lyayenin Azərbaycana həyata keçirdiyi ötən gün məlum işgüzar səfər, xüsusilə də ali qonaqla aparılan geniş müzakirələr, eyni zamanda liderlərin mətbuata birgə bəyanatında prezident İlham Əliyevin prinsipial və rəsmi statistikaya əsaslanan çıxışı ölkəmizin həm Avropanın etibarlı strateji tərəfdaşı, həm də regionda diqtə olunan şərtləri deyil, suveren maraqları rəhbər tutan müstəqil güc mərkəzi olduğunu nümayiş etdirdi.
Prezdent İlham Əliyev öz bəyanatında Azərbaycan ilə Avropa Komissiyası arasındakı münasibətlərə böyük önəm verdiyini vurğulayıb. Dövlət başçısı iqtisadi əlaqələrin mövcud vəziyyətini rəsmi göstəricilərlə diqqətə çatdırıb. Prezdentin nitqində qeyd olunub ki, Avropa İttifaqı Azərbaycanın bir nömrəli ticarət tərəfdaşıdır və ölkənin ümumi xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Aİ-nın payına düşür, vurğulanıb ki, Azərbaycan eyni zamanda Avropa İttifaqı üçün Cənubi Qafqazın əsas ticarət mərkəzidir. Belə ki, Avropa İttifaqının bütün Cənubi Qafqaz regionu ilə apardığı ümumi ticarət dövriyyəsinin təxminən 70 % - i Azərbaycanın payına düşür.
​Dövlət başçısının çıxışında iki tərəf arasında enerji sahəsində uğurlu strateji tərəfdaşlığın qurulduğu qeyd olunub. Xatırladılıb ki, xüsusi ilə 2022-ci ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memerandumundan sonra əməkdaşlıq daha da dərinləşib. Prezident İlham Əliyev qeyd edib ki, geosiyasi krizislər fonunda çətin vəziyyətlə üzləşən Avropa İttifaqı Bakıda etibarlı, müstəqil, proaktiv və sabit bir alternativ tərəfdaş tapıb. Son 4 il ərzində Azərbaycanın Avropa İttifaqına təbii qaz ixracının təxminən 65% artdığını diqqətə çatdıran dövlət başçısı bu göstəricinin Avropa İttifaqının 2022-ci ildə tamamilə doğru seçim etdiyini bildirib.
​Prezident İlham Əliyev ənənəvi enerji ixracı ilə yanaşı, bərpaolunan enerji potensialının reallaşdırılması layihələrini də şərh edib. Bəyanatda həmçinin Azərbaycanın Şərq və Qərb arasında, həmçinin mərkəzi Asiya və Avropa regionlarını birləşdirən “Orta Dəhliz” layihəsindəki mühüm logistik roluna toxunulub. Prezident İlham Əliyev vurğulayıb ki, bu gün bütün istiqamətlər üzrə Azərbaycan ərazisindən keçən yüklərin həcmi sürətlə artmaqdadır, Azərbaycan bu məqsədlə həm ölkə daxilində, həm də qonşuluqda nəqliyyat infrastrukturunun inkişafına böyük həcmli investisiyalar yatırıb və bu proses hazırda davam etdirilir.
​Dövlət başçısı çıxışında xüsusi olaraq regionun gələcək təhlükəsizlik və sabitlik arxitekturasından da geniş şəkildə bəhs edib. Prezident İlham Əliyev Azərbaycan ilə Ermənistan arasında sülh və normallaşma prosesinin uğurla davam etdiyini diqqətə çatdırıb. Regionda Azərbaycanın sülhün və əməkdaşlığın təşviqində sabitlik, etimad və ortaq rifah mühitinin yaradılmasında qətiyyətli liderlik nümayiş etdirdiyi bir daha bəyan olub.
Dövlət başçısı həmçinin Avropa Komissiyasının regionda sülh və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində göstərdiyi dəstəyi yüksək qiymətləndirib, Azərbaycanın Avropa İtifaqı ilə qarşılıqlı faydalı əməkdaşlığın bütün istiqamətləri üzrə inkişafında maraqlı olduğunu bildirib və həmçnin birgə səylər nəticəsində Cənubi Qafqazın sabitlik, təhlükəsizlik, əməkdaşlıq və davamlı inkişaf məkanına çevriləcəyinə əminliyini ifadə edib.

Address

Göyçay

Website

Alerts

Be the first to know and let us send you an email when Göyçay rayon Şıxbəy kənd T.İsmayılov adına ümumi orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category