Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəb

Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəb

Share

Göyçay şəhər Mehman Muradov adına 4 nömrəli tam orta məktəb

23/06/2026

Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətlə inkişafıdır. İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun dövlət səfəri bir daha Azərbaycanla Mərkəzi Asiya ölkələri, ümumilikdə türk dünyası ilə əlaqələrin inkişafına mühüm töhfə vermək baxımından əhəmiyyət kəsb etdi. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər, verilən mesajlar göstərir ki, Bakı ilə Aşqabad arasında əməkdaşlıq artıq yeni inkişaf mərhələsinə daxil olur.
Prezident İlham Əliyevin mətbuata bəyanatında səsləndirdiyi fikirlər bu münasibətlərin mahiyyətini aydın şəkildə ifadə edir. Dövlət başçısının nitqində vurğulandığı kimi iki ölkə arasında münasibətlər möhkəm təməl – tarixi bağlar, mədəni və mənəvi əlaqələr üzərində qurulub. Azərbaycan-Türkmənistan əlaqələrinin bugünkü səviyyəsini məhz bu amillər şərtləndirir. Xalqlarımızı ortaq etnik köklər, dil yaxınlığı və əsrlər boyu formalaşmış mənəvi bağlılıq birləşdirir. Həmçinin qarşılıqlı səfərlərin dinamikliyi fonunda ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru irəliləyən Azərbaycan-Türkmənistan münasibətlərinin gələcəyi üçün yeni imkanlar yaranır. Bu gün rəsmi Bakı və Aşqabad arasında mövcud olan qardaşlıq bağları həm güclü liderlərin siyasi iradəsi, həm də Trans-Xəzər nəqliyyat və enerji layihələrinin səmərələliyi baxımından nümunəvi inkişaf modelini nümayiş etdirir.
Bakıda keçirilən təkbətək və geniş tərkibli görüşlər zamanı danışıqların əsas istiqamətlərini təşkil edən mövzularda siyasi əlaqələrlə yanaşı, ticari-iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat, logistika, kənd təsərrüfatı, sənaye, humanitar sahələr, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət istiqamətləri təşkil etdi. Prezident İlham Əliyev mətbuata bəyanatla çıxışı zamanı bu məqamlara bir daha diqqət çəkdi, xüsusilə nəqliyyat və logistika əməkdaşlığının uzunmüddətli xarakter daşıdığını vurğulayaraq Azərbaycan və Türkmənistanın Şərq-Qərb marşrutlarının inkişafında mühüm rol oynadığını bir daha səsləndirdi. Dövlət başçısının çıxışında digər əsas diqqət çəkən məqamlardan biri Qarabağın bərpasına Türkmənistanın verdiyi dəstəyin yüksək qiymətləndirilməsi oldu. Prezident İlham Əliyev vurğuladı ki, Türkmənistanın Ümummilli Lideri Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Füzulidə məscid tikilir və artıq layihənin icrasına başlanılıb. Bu təkcə humanitar yardım deyil, işğaldan azad edilmiş torpaqlarda həyatın bərpasına qardaş dəstəyinin simvoludur.
Prezident İlham Əliyevin bəyanatında diqqət çəkən digər mühüm məqam Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Şurasına tamhüquqlu üzv edilməsində Türkmənistanın göstərdiyi dəstəyə görə təşəkkür etməsi oldu. Dövlət başçısı bunu tarixi hadisə adlandırdı və bu yanaşma heç də təsadüfi deyildi. Ölkə başçısının nitqində qeyd olunduğu kimi coğrafi olaraq Mərkəzi Asiyanın bir hissəsi olmasaq da, mədəni və tarixi abidələrimiz, həmçinin regional qarşılıqlı əlaqə və nəqliyyat və logistika problemləri ilə bağlı konkret məsələlər təbii olaraq böyük Mərkəzi Asiyanın vahid geosiyasi və geoiqtisadi bölgə kimi qəbul edilməsi üçün ilkin şərtlər yaradır. Bu gün bu əlaqələr qarşılıqlı səfərlərin dinamikliyi fonunda yüksələn xətlə daha da möhkəmlənir.
Danışıqların məzmununda həmçinin humanitar əməkdaşlıq məsələləri də xüsusi yer tuturdu. Təhsil, səhiyyə, idman, mədəniyyət sahələrində imzalanan sənədlər xalqlarımız arasında əlaqələrin daha da dərinləşdirilməsinə xidmət edir. Türkmənistan Prezidentinin çıxışında bu istiqamətdə məqamlara toxunuldu, Azərbaycan-Türkmənistan xalqlarını əsrlər boyu formalaşmış dostluq, qohumluq və ortaq dəyərlərin birləşdirdiyi vurğulandı. Ali qonaq Türkmənistanın Azərbaycanla əməkdaşlığın daha da inkişafına böyük əhəmiyyət verdiyini deyərək, ölkələrimizi və xalqlarımızı əsrlər boyu mehriban qonşuluq əlaqələri, ortaq tarix, mədəniyyət, dil və mənəvi dəyərlərin birləşdirdiyini bildirdi.
Beləliklə 22 iyun 2026-cı il tarixli Bakı görüşü Azərbaycan-Türkmənistan münasibətlərində yeni strateji mərhələnin başlanğıcı kimi yadda qaldı. İmzalanmış sənədlərin miqyası, müzakirə olunan məsələlərin geniş spektri və dövlət başçılarının verdiyi mesajlar bir daha göstərdi ki, tərəflər münasibətləri daha yüksək səviyyəyə qaldırmaq əzmindədirlər. Ümumilikdə Azərbaycan və Türkmənistanın formalaşdırdığı strateji xətt isə təkcə iki ölkənin deyil, bütövlükdə Trans-Xəzər regionunun təhlükəsizlik, nəqliyyat və enerji xəritəsini yenidən formalaşdırır.

15/06/2026

Bu gün Azərbaycanda Milli Qurtuluş Günü qeyd olunur

33 il əvvəl - Milli Məclisin 1993-cü il iyunun 15-də keçirilən iclasındakı çıxışında Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin gələcək inkişaf strategiyasını elan edib və bu gün Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub.

Photos from Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəb's post 14/06/2026

Respublikanın bütün ümumi təhsil müəssisələrində olduğu kimi 13 İyun 2026-cı il tarixdə Göyçay rayon Mehman Muradov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində "Son zəng ' tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Rəsmi hissədə məktəb rəhbərliyi, ibtidai sinif müəllimləri,sinif rəhbərləri, valideyn nümayəndəsi çıxış edərək məzunları təbrik edib, onlara müstəqil həyatda və gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbirin ən təsirli məqamı Şəhid valideyninin çıxışı ilə yadda qalmışdır.Həm qürur, həm də kövrək duyğuların əks olunduğu çıxış məzunlara yüksək vətənpərvərlik aşılamış, böyük ehtiramla qarşılanmışdır.Tədbirdə məzun və şagirdlərin təqdimatında bir-birindən maraqlı ədəbi- bədii kompozisiyalar, musiqili proqram nümayiş olunub.
Sonda tədris ili boyu müxtəlif müsabiqələrdə, olimpiadalarda fərqlənən şagirdlər təltif olunub Həmçinin Məktəbin Həmkarlar İttifaqı Təşkilatı tərəfindən məktəb rəhbəri və bir qrup müəllim Təşəkkünamə ilə mükafatlandırılb.

Bütün məzunlarımıza dövlətimizə və xalqımıza faydalı vətəndaş olmaq yolunda uğurlar arzulayırıq!

Photos from Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəb's post 09/06/2026

"Texnologiya fənn aylığı" çərçivəsində fənn müəllimi Səkinə Mürsəlovanın rəhbərliyi ilə növbəti praktiki məşğələ təşkil olunub.
"Duru xəmir məmulatlarının hazırlanması texnologiyası" mövzusuna həsr olunmuş dərsdə şagirdlərə milli mətbəximizin nümunələrindən olan Maxaranın hazırlanma qaydası əyani şəkildə nümayiş etdirilib.Dərs zaman şagirdlər həm nəzəri biliklərə yiyələnib,həm də duru xəmirin düzgün hazırlanması və bişirilməsi texnologiyasını praktiki olaraq icra ediblər.

Photos from Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəb's post 09/06/2026

"Texnologiya və Təsviri incəsənət fənn aylığı"çərçivəsində tədbirlər keçirilib.

Texnologiya və Təsviri incəsənət fənn aylıqları çərçivəsində tədbirlər davam etdirilir.
Fənn müəllimi Səkinə Mürsəlovanın təşkilatçılığı ilə şagirdlərin əl işlərindən ibarət sərgi və keramika üzərində rəngkarlıq mövzusunda praktik məşğələlər keçirilib.
Şagirdlər həm rəssamlıq bacarıqlarını nümayiş etdirib, eyni zamanda keramika nümunələri üzərində naxışlar və rəngləmə işləri apararaq yaradıcılıq qabiliyyətlərini inkişaf etdiriblər.

08/06/2026

İbtidai təhsil pilləsini müvəffəqiyyətlə başa vuran 4-cu sinif şagirdlərimizin Məzun Günü qeyd olunmuşdur.
Qələm tutmağı öyrəndikləri bu fundamental 4 illik dövrü uğurla tamamlayan balaca fidanlarımız ibtidai sinif xatirələrini qəlblərinə köçürərək ümumi orta təhsil pilləsinə doğru növbəti mühüm addım atmışlar.
Bu unudulmaz uşaqlıq, ibtidai sinif illərini əbədiləşdirmək,hər bir şagirdin qəlbində silinməz iz qoymaq üçün sinif müəllimi Xatın Məmmədova innovativ yaradıcılıq nümayiş etdirmişdir.Müəllimimiz müasir elmin və rəqəmsal dünyanın ən son nailiyyətlərindən olan süni intellekt texnologiyası vasitəsilə uşaqların fərdi özəlliklərini, qəlb dünyasını musiqi dili ilə tərənnüm edərək hər bir şagirdin fərdi xüsusiyyətlərinə, xarakterinə ,adına özəl unikal musiqi parçaları bəstələmişdir.
Şagirdlər üçün sürpriz olan bu unikal rəqəmsal xatirə onların yaddaşında həmişə xoş bir iz olaraq qalacaqdır.

Əziz 4-cü sinif məzunlarımız!
İbtidai təhsil dövrü bitsə də, qarşıda sizi daha bir parlaq və uğurlu gələcək gözləyir.

Yolunuz açıq, uğurlarınız daimi olsun!




Photos from Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəb's post 08/06/2026

"Texnologiya fənn aylığı" çərçivəsində şagirdlərin asudə vaxtının səmərəli təşkili və əmək vərdişlərinin inkişafı məqsədilə silsilə tədbirlər keçirilir.
Bu tədbirlər çərçivəsində əsas fəaliyyətlərdən biri "Buterbrodların hazırlanması texnologiyası" mövzusunda təşkil edilən praktik məşğələ oldu.
Şagirdlər dərsliklərdəki nəzəri bilikləri təcrübədə tətbiq edərək yaradırıcı düşüncə və kulinariya bacarıqlarını nümayiş etdirdilər.

Photos from Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəb's post 06/06/2026

Bu gün ölkə üzrə bütün ümumi təhsil müəssisələrinin 6-cı sinif şagirdlərinin iştirakı ilə Milli Monitorinq İmtahanı keçirilir.Bu mühüm qiymətləndirmə prosesi çərçivəsində imtahan öncəsi şagirdlərlə maarifləndirici görüşlər keçirilib, onların imtahana psixoloji və metodik cəhətdən tam hazır olmaları üçün vacib tövsiyələr çatdırılıb.

Əziz şagirdlərimiz hər birinizə uğurlar arzulayırıq, inanırıq ki, ilboyu qazandığınız fundamental bilik və bacarıqlarınızı maksimum səviyyədə nümayiş etdirəcəksiniz.

Yolunuz açıq olsun!

Photos from Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi's post 05/06/2026
Want your school to be the top-listed School/college in Göyçay?

Click here to claim your Sponsored Listing.

Location

Category

Website

Address


Göyçay