Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya

Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya Sağlamlıq imkanları məhdud və sağlam şəxslərin birgə təhsil aldığı ümumi təhsil müəssisəsi.

🌿 Dəyərlərimizi yaşadan ən gözəl ənənələrdən biri...İllər keçsə də, doğma məktəbə bağlılıq, həmkar sevgisi və birlik his...
06/08/2026

🌿 Dəyərlərimizi yaşadan ən gözəl ənənələrdən biri...
İllər keçsə də, doğma məktəbə bağlılıq, həmkar sevgisi və birlik hissi dəyişmir.
Göyçay şəhər S. Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın təqaüddə olan müəllim heyəti ilə növbəti Qəbələ səfərimiz xoş ovqat, səmimi söhbətlər və unudulmaz anlarla yadda qaldı.
Səfərimizə məktəbimizin həyətində bir araya gələrək başladıq. Çəkilən xatirə şəkli uzun illərin zəhmətini, dostluğunu və doğma məktəbə olan sədaqəti özündə əks etdirdi. Daha sonra isə Qəbələnin əsrarəngiz təbiəti qoynunda keçirilən gəzinti hər kəsə xoş təəssüratlar bəxş etdi.
Bu görüş bir daha göstərdi ki, müəllimlik sadəcə peşə deyil, ömür boyu davam edən mənəvi bağ və böyük bir ailədir. Dəyərli müəllimlərimizə möhkəm cansağlığı, xoş günlər və belə gözəl görüşlərin davamlı olmasını arzulayırıq. 💙
📸 Bir məktəb, bir ömür, saysız-hesabsız xatirələr...
🌿🤝📚


02/08/2026
Xatirələrdə yaşayan dəyərli təhsil fədaisi...Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın...
02/08/2026

Xatirələrdə yaşayan dəyərli təhsil fədaisi...
Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın ilk direktoru, unudulmaz təhsil təşkilatçısı Tahir Fərzəliyev ömrünü Azərbaycan təhsilinin inkişafına, gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş ziyalılardan biri olmuşdur.
Tahir müəllim məktəbimizin təməlini qoyan, onun ilk uğurlarının formalaşmasında əvəzsiz xidmətlər göstərən, rəhbərliyi dövründə təhsil ocağımızı nümunəvi məktəblərdən birinə çevirən dəyərli pedaqoq idi. O, yüksək təşkilatçılığı, zəngin idarəçilik təcrübəsi, prinsipiallığı, humanistliyi və qayğıkeşliyi ilə həm müəllimlərin, həm də şagirdlərin dərin hörmətini qazanmışdır.
Tahir müəllim təkcə bacarıqlı təhsil təşkilatçısı və rəhbər deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik, xeyirxah və qayğıkeş insan idi. O, internat məktəbində təhsil alan uşaqlara böyük həssaslıq və ata qayğısı ilə yanaşar, onların təhsili, sağlamlığı və sosial rifahı üçün əlindən gələni əsirgəməzdi. Xüsusilə valideyn himayəsindən məhrum və həssas kateqoriyadan olan uşaqlara göstərdiyi diqqət və qayğı onu tanıyanların yaddaşında dərin iz buraxmışdır.
Səməd Vurğunun yaradıcılığına sonsuz məhəbbət bəsləyən Tahir müəllim, məktəbimizə böyük Azərbaycan şairi Səməd Vurğunun adının verilməsində də mühüm rol oynamışdır. Onun rəhbərliyi altında məktəbin inkişafı, tədrisin keyfiyyətinin yüksəldilməsi və sağlam təhsil mühitinin formalaşdırılması istiqamətində mühüm işlər görülmüşdür.
İllər ötür, nəsillər dəyişir, lakin əsl müəllim və əsl rəhbərin qoyduğu iz heç vaxt silinmir. Tahir müəllimin əziz xatirəsi bu gün də məktəbimizin tarixində, onu tanıyanların qəlbində və yetişdirdiyi yüzlərlə insanın uğurlarında yaşayır.
Allah rəhmət etsin.
Onun əziz xatirəsi daim ehtiramla anılacaq.

Araşdırmanı aparan və materialı tərtib edən: Fidan Abdullayeva
Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın psixoloqu





01/08/2026

✍️ Doğma dilimiz qürur mənbəyimizdir.

🇦🇿 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili GünüDil hər bir xalqın milli kimliyini, tarixini, mədəni irsini və ...
01/08/2026

🇦🇿 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü
Dil hər bir xalqın milli kimliyini, tarixini, mədəni irsini və mənəvi dəyərlərini özündə yaşadan ən böyük sərvətdir. Azərbaycan dili xalqımızın birlik və bütövlüyünün, dövlətçiliyimizin və milli-mənəvi dəyərlərimizin əsas dayaqlarından biridir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan dilinin qorunması və inkişafına xüsusi diqqət göstərilmiş, bu sahədə mühüm addımlar atılmışdır. Məhz bu siyasətin nəticəsi olaraq 1 Avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Bu əlamətdar gün münasibətilə hər birimizi doğma dilimizi sevməyə, onu saf, düzgün və zəngin şəkildə qoruyub gələcək nəsillərə ötürməyə dəvət edirik.
🇦🇿 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününüz mübarək!📚✍️




📰 22 İyul – Milli Mətbuat Günü!​Azərbaycan milli mətbuatının təməlinin qoyulduğu "Əkinçi" qəzetinin nəşrindən 151 il ötü...
22/07/2026

📰 22 İyul – Milli Mətbuat Günü!
​Azərbaycan milli mətbuatının təməlinin qoyulduğu "Əkinçi" qəzetinin nəşrindən 151 il ötür!
​1875-ci ildən bəri xalqımızın maariflənməsində, milli oyanışında və cəmiyyətin obyektiv məlumatlandırılmasında mətbuatın rolu əvəzsizdir.
​📌 Mətbuatın əsas dəyərləri:
🔹 Maarifçilik: İntellektual inkişafa dəstək
🔹 Obyektivlik: Qərəzsiz və dəqiq məlumat
🔹 Milli-mənəvi dəyərlər: Vətənpərvərlik və qürur
​Məktəb kollektivi olaraq həqiqət carçısı olan bütün media nümayəndələrini təbrik edirik! Qələminiz hər zaman iti, vicdanınız azad olsun! ✍️✨




Böyük uğurlar böyük zəhmətin bəhrəsidir! 🌟Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın te...
15/07/2026

Böyük uğurlar böyük zəhmətin bəhrəsidir! 🌟
Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın texnologiya müəllimi Sevinc Məmmədova müəllimlərin işə qəbulu (MİQ) imtahanında 82 bal toplayaraq yüksək nəticə əldə etmişdir.
Bu nailiyyət peşəsinə sevgi, davamlı özünüinkişaf və məsuliyyətli əməyin ən gözəl təzahürüdür. Sevinc müəllimənin qazandığı uğur yalnız şəxsi nailiyyət deyil, həm də gimnaziyamızın təhsil ənənələrinin və müəllim potensialının göstəricisidir.
Sevinc Məmmədovanı bu əlamətdar uğuru münasibətilə ürəkdən təbrik edir, ona gələcək fəaliyyətində yeni zirvələr, tükənməz enerji və daha böyük nailiyyətlər arzulayırıq! 🌹👏





🌿✨ Xatirələrə səyahət, dəyərə ehtiram... ✨🌿💚 Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın...
10/07/2026

🌿✨ Xatirələrə səyahət, dəyərə ehtiram... ✨🌿
💚 Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın təqaüddə olan dəyərli müəllimləri ilə Oğuzun füsunkar Xalxal istirahət məkanına təşkil olunan gəzinti unudulmaz anlarla yadda qaldı.
🍀 Təbiətin sakitliyi, səmimi söhbətlər, birlikdə bölüşülən xoş xatirələr və ürəkdən gələn təbəssümlər bu günü daha da mənalı etdi.
🌹 Bu görüş ömrünü təhsilə həsr etmiş müəllimlərimizin əməyinə və məktəbimizə bəxş etdikləri dəyərə sonsuz hörmət və minnətdarlığın ifadəsi idi.
🤝 Siz bizim üçün sadəcə təqaüddə olan müəllimlər deyil, gimnaziyamızın qızıl fondusunuz. Sizin izinizlə formalaşan nəsillər bu gün də uğurlar qazanmağa davam edir. ❤️
🌿 Xatirələr köhnəlmir, dəyər verildikcə daha da gözəlləşir... 💚




📍 Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının təşəbbüsü ilə partiyanın veteran üzvü, Göyçay şəhər S.Vurğun adına...
26/06/2026

📍 Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının təşəbbüsü ilə partiyanın veteran üzvü, Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın hərbi hazırlıq rəhbəri Nağıyev Alik Sərdar oğlu 65 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif olunub.
Alik müəllimin ictimai-siyasi fəaliyyəti, partiya sıralarında uzunmüddətli xidmətləri və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsindəki əməyi yüksək qiymətləndirilib.



🇦🇿 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü 🇦🇿Xalqımızın təhlükəsizliyinin, dövlətimizin müstəqilliyinin və ərazi büt...
26/06/2026

🇦🇿 26 İyun – Azərbaycan Silahlı Qüvvələri Günü 🇦🇿
Xalqımızın təhlükəsizliyinin, dövlətimizin müstəqilliyinin və ərazi bütövlüyünün keşiyində ayıq-sayıq dayanan Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətini 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirik.
Qəhrəman hərbçilərimizin şücaəti, vətənpərvərliyi və fədakarlığı hər zaman xalqımız üçün qürur mənbəyidir. Vətən uğrunda canından keçən şəhidlərimizi dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayırıq.
Azərbaycan Ordusu daim qüdrətli, dövlətimiz isə əmin-amanlıq və inkişaf yolunda uğurlu olsun!
🇦🇿 26 İyun – Silahlı Qüvvələr Günümüz mübarək! 🇦🇿



Address

Göyçay ş. , R. Rza Küç. 130
Göyçay
2300

Telephone

+994202740912

Website

Alerts

Be the first to know and let us send you an email when Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya:

Shortcuts

Share

Category