Göyçay şəhər 6 nömrəli tam orta məktəb

Göyçay şəhər 6 nömrəli tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göyçay şəhər 6 nömrəli tam orta məktəb, School, Göyçay.

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə 4a sinifi ilə tədbir keçirilmişdir.Tədbirin ssenarisinin hazı...
01/06/2022

1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə 4a sinifi ilə tədbir keçirilmişdir.Tədbirin ssenarisinin hazırlanması və təşkilati işlərinin həyata keçirilməsində sinifin sinif rəhbəri Şefiyeva Aygün köməklik gostermisdir.Tedbirde məktəb direktoru Yeganə Mehdiyeva, dərs hissə müdiri Natavan Qasımova və Uşaq birliyi təşkilatı rəhbəri Təravət Qarayeva iştirak ediblər.Tədbirdə uşaqlar müəyyən şeirlər,musiqilər səsləndirib, rəqslər ediblər.Kiçik yarislar təşkil olunub şagirdlər mükafatlandırılıblar.
"Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır".

Şagirdlərimiz 7-ci və 8-ci siniflər arasında keçirilən Coco Cola futbol turnirində rayon birinciliyində çempion olublar....
26/05/2022

Şagirdlərimiz 7-ci və 8-ci siniflər arasında keçirilən Coco Cola futbol turnirində rayon birinciliyində çempion olublar.Onlari təbrik edir uğurlarının davamlı olmasını arzu edirik.Qeyd edək ki şagirdləri bu turnirə məktəbin bədən tərbiyəsi müəllimləri Osmanlı Anar və Seyidov Natiq hazirlayıb.

23.05.2022 ci ildə 8-ci və 9cu siniflər arasında "Şuşa ili"ilə əlaqədar məktəbin ders hissə müdiri Natavan Qasımovanin b...
23/05/2022

23.05.2022 ci ildə 8-ci və 9cu siniflər arasında "Şuşa ili"ilə əlaqədar məktəbin ders hissə müdiri Natavan Qasımovanin başçılığı ilə"Ayrılmadı könül candan!”adlı inşa müsabiqəsi keçirilib.Müsabiqə Şuşanın və bütövlükdə Qarabağın çoxəsrlik mədəni, tarixi irsinin təbliği və qorunması, gənc nəsil tərəfindən öyrənilməsi, həmçinin şagirdlərdə düzgün yazı vərdişlərinin inkişafı, ədəbi dil normalarına riayət olunmasının təmin edilməsi məqsədilə keçirilib.
Nəticələr qısa müddətdə şagirdlərə verilicək.

19/05/2022

Məktəbimizin ana dili və ədəbiyyat müəllimi Nuriyeva İradə müəlliməni başda müdir Mehdiyeva Yeganə və dərs hissə müdiri Natavan Qasımova olmaqla bütün sagird-müəllim kollektivi adından 65 yaşını təbrik edirik.Ona uzun ömür can sağlığı arzu edirik.

17.05.2022 ci ildə "Şuşa il"nə həsr olunmuş məktəblərarası intellektual yarışma keçirilib.Şagirdlərimiz yarışmada fəal i...
18/05/2022

17.05.2022 ci ildə "Şuşa il"nə həsr olunmuş məktəblərarası intellektual yarışma keçirilib.Şagirdlərimiz yarışmada fəal iştirak ediblər.
Şagirdlərimizi təbrik edir,növbəti belə yarışmalarda daha da müvəffəq olmağı arzu edirik!

18/05/2022

28 may Respublika günü münasibəti ilə 8B sinifi vətənpərvərlik mövzusunda tədbir keçiriblər.Tədbirin ssenarisini 8B-nin sinif rəhbəri Sevinc İbrahimova hazırlayıb.

12/05/2022

2022-ci ilin ölkəmizdə "Şuşa İli" elan olunması ilə əlaqədar məktəbimizdə "Şuşanın dağları" adlı tədbir keçirilib. Tedbirde məktəbin müəllimləri və şagirdlər iştirak edibler.Tədbirin ssenarisini dərs hissə müdiri Natavan Qasımova hazirlayib.Şagirdlərə Şuşa ile bağlı musiqi parçalarının hazırlanmasına məktəbin musiqi müəllimi Əsgərova Vusale köməklik edib.
Tədbirdə bir sıra çıxislar-seirler,musiqilər səsləndirilib.

Tədbirdə çıxış edən şagirdlər qeyd ediblər ki, Qarabağın tacı olan Şuşa şəhəri xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.

Məktəbin ana dili və ədəbiyyat müəllimi Vəfa Məmmədova 9-cu sinif şagirdləri ilə birgə Aşıq Ələsgərin 200 illiyini keçir...
10/05/2022

Məktəbin ana dili və ədəbiyyat müəllimi Vəfa Məmmədova 9-cu sinif şagirdləri ilə birgə Aşıq Ələsgərin 200 illiyini keçiriblər.Tedbirdə şagirdlər Aşıq Ələsgərin həyat və yaradıcılığı haqqında maraqlı faktlar söyləyiblər.Şagirdlər tərəfindən Aşıq Ələsgərin bir sıra şeirləri səsləndirilib.

Məktəbin 11a sinif şagirdi Nərmin Əlizadə Şuşa haqqında rəsm müsabiqəsində 1-ci yeri qazanıb.Sonda təhsil şöbəsi tərəfin...
10/05/2022

Məktəbin 11a sinif şagirdi Nərmin Əlizadə Şuşa haqqında rəsm müsabiqəsində 1-ci yeri qazanıb.Sonda təhsil şöbəsi tərəfindən sertifikatla mükafatlandırılıb.

Ruhumun ünvanı -Şuşa başlığı altında 7,8,9-cu siniflər arasında yarışma keçirilib.Yarişmanin aparıcısı məktəbin tarix mü...
10/05/2022

Ruhumun ünvanı -Şuşa başlığı altında 7,8,9-cu siniflər arasında yarışma keçirilib.Yarişmanin aparıcısı məktəbin tarix müəllimi Günay Məmmədova olub.
Məktəbin direktoru Yeganə Mehdiyeva,dərs hissə müdiri Natavan Qasımova,məktəbin tarix müəllimi Tərlan Qarayev və məktəbin gənclərin çagirisa qədərki hazırlığı müəllimi Ərəstun Kərimov şagirdlərə Şuşa,onun tarixi haqqında maraqlı məlumatlar verib,şagirdlərə uğur arzu ediblər.

09/05/2022

Şuşa-Qarabağın döyünən ürəyi başlığı altında rəsm müsabiqəsi keçirilib.Şagirdlərin Şuşa ile bağlı rəsmləri nümayiş etdirilib.

Address

Göyçay

Website

Alerts

Be the first to know and let us send you an email when Göyçay şəhər 6 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category