15/05/2026
İdman yarışları çərçivəsində" yüngül atletika" idman yarışları keçirildi.
Qeys Baxışov adına Çərəcə kənd tam orta məktəbin rəsmi facebook səhifəsi. digər səhifələrdə əsas mənbəyini işarə etməmiş paylaşılması qadağandır.
Qeys Baxışov adına Cərəcə kənd tam orta məkətbin facebook səhifəsindən istifadə qaydaları:
- Səhifədə məktəbin səlahiyyətlərinə aid olmayan suallar cavablandırılmır
- Səhifədə reklam yerləşdirmək qadağandır
- BÖYÜK HƏRFLƏRLƏ yazılan müraciət, şərh, sual və s. pozulacaq
- Təhqir, böhtan sözlərdən istifadə edən istifadəçi dərhal səhifədən kənarlaşdırılacaq.
- Səhifədə paylaşılan məlumatların (foto, video, yazı və s.) Yığcam Göstər
15/05/2026
İdman yarışları çərçivəsində" yüngül atletika" idman yarışları keçirildi.
Fənn aylıqları çərçivəsində Təbiət fənnidən intellektual yarış keçirildi.
13/05/2026
Məktəbimizdə şagirdlər üçün “İlkin hərbi qeydiyyata alınma qaydaları” mövzusunda maarifləndirici təqdimat nümayiş olundu. Təqdimat zamanı şagirdlərə ilkin hərbi qeydiyyat prosesi, qaydalar və vacib məqamlar barədə ətraflı məlumat verildi.
06/05/2026
Mayın 4-də Ermənistanın paytaxtı İrəvan şəhərində “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısı keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə videobağlantı formatında çıxış edib.
Ölkə başçısının çıxışı sülh gündəliyi, Avropa Parlamenti ilə bağlı verilmiş qərar və digər məsələləri əhatə edib. Prezident İlham Əliyevin çıxışında Azərbaycanla Ermənistan arasında normallaşma prosesi çərçivəsində atılan addımlar, keçən ilin avqust ayında Vaşinqtonda baş tutan sülh sammiti, o cümlədən sülhün bərqərar olması istiqamətində ölkəmizin təşəbbüsləri geniş şəkildə şərh olunub. Ölkə başçısının istər müxtəlif beynəlxalq platformalarda, istərsə də yerli və xarici mediaya müsahibələrində olduğu kimi “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında çıxışı da Azərbaycanın milli maraqlara cavab verən praqmatik xarici siyasət kursunu və qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi.
Bu çıxış regionumuzda sülh, sabitlik və inkişafın təmin edilməsi üçün zəruri addımlar barədə bir ismarıc və çağırış olmaqla yanaşı eyni zamanda AŞPA və Avropa Parlamenti kimi Avropa təsisatlarının ölkəmizə qarşı uzun illər ərzində nümayiş etdirdiyi ikili standart və qərəzli yanaşmanın, sülh və əməkdaşlığa xələl gətirən mövqenin ifşası idi. Dövlət başçısının Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyasına yönəlmiş iradları faktlara və konkret siyasi hadisələrə əsaslanırdı. Prezidentin vurğuladığı kimi hər bir ölkənin ərazi bütövlüyü eyni dəyərə malikdir və bu sahədə ikili standartların tətbiqi qəbuledilməzdir. Bu, beynəlxalq münasibətlər sistemində obyektivlik və ədalət prinsiplərinin qorunmasının vacibliyini bir daha gündəmə gətirir. Prezidentin nitqində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səsləndirilən prinsipial mövqe dövlət siyasətinin dəyişməz xəttini bir daha əks etdirir.
Dövlət başçısı ikili standartların bu gün AŞPA-nın sanki iş təlimatına çevrildiyini və Azərbaycanın ərazi bütövlüyünün istənilən digər ölkənin ərazi bütövlüyü qədər eyni dəyərə malik olduğunu bildirməsi bu məsələdə konkret qətiyyətin səciyyəsi idi. Ölkə başçısı bütün bunlara cavab olaraq Azərbaycan Parlamentinin mayın 1-də Avropa Parlamenti ilə bütün sahələrdə əməkdaşlığı dayandırmaq, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin işinə son qoymaq və Avronest Parlament Assambleyasında üzvülüyü dayandırmasına aid prosedurlara başlaması ilə bağlı rəsmi qərarın qəbul edildiyini diqqətə çatdırdı. Heç şübhəsiz ki, prezidentin də vurğuladığı kimi İkinci Qarabağ müharibəsi bitdikdən 6 ay sonra – 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-a qədər Avropa Parlamentinin Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul etməsi əsl riyakarlıq və qərəz nümunəsi hesab edilməlidir. Xüsusilə də sonuncu sənədin Zirvə görüşü ərəfəsində qəbul edilməsi məqsədli siyasi təzyiqin təzahürüdür.
Prezident İlham Əliyevin çıxışında xüsusi diqqət çəkən məqamlardan biri də “Trampın Beynəlxalq Sülh və Rifah Maşrutu” layihəsi ilə bağlı səslənən fikirlər idi. Prezidentin nitqində qeyd olunub ki, Azərbaycanı Naxçıvanla birləşdirəcək və eyni zamanda Orta Dəhlizin tərkib hissəsinə çevriləcək bu marşrut regionun geoiqtisadi xəritəsini dəyişdirə biləcək strateji layihə hesab olunur. Bu təşəbbüs təkcə Ermənistan-Azərbaycan münasibətlərinə deyil, Avropa ilə Asiya arasında alternativ logistika marşrutların inkişafına da ciddi təsir göstərə bilər.
Prezident İlham Əliyevin çıxışının yekun hissəsində səsləndirdiyi mesajlar isə bütövlükdə Azərbaycanın strateji xəttini ifadə edirdi. Prezidentin nitqində Azərbaycanın prinsipial mövqeyi qəti şəkildə vurğulanır: Bütün təxribatlara və sülh prosesinə maneə olmaq istəyən qüvvələrin cəhdlərinə baxmayaraq, Azərbaycan sülh gündəliyinə sadiqdir və regional münasibətlərin normallaşdırılması istiqamətində siyasi iradəsini qoruyur.
05/05/2026
Məktəbimizdə yaradılmış elm guşələri.
01/05/2026
Göyçay rayon Qeys Baxışov adına Çərəcə kənd tam orta ümumtəhsil məktəbinin 5-ci sinif şagirdi Salmanlı Aişə Baba qızına LMO-nın yarım final turunda iştirak etmək üçün buraxılış vərəqi təqdim edildi. Şagirdimizə uğurlar arzulayırıq.
29/04/2026
Dəyişən qlobal və geosiyasi proseslər fonunda Azərbaycanın artan nüfuzu, oynadığı fəal rol Bakıya olan marağın artmasını şərtləndirir. Latviya prezidentinin ardınca Ukraynanın dövlət başçısı Volodimir Zelenskinin və Çexiyanın baş naziri Andrey Babişin Azərbaycana səfərinə məhz bu aspektdən yanaşmaq lazımdır. Bütün bu səfərlərin ana xəttini ikitərəfli əlaqələrin genişləndirilməsilə yanaşı, həm də enerji təhlükəsizliyi, eyni zamanda regional sabitliyin təmin olunmasında birgə səylərin birləşdirilməsi təşkil edir. Bu ümumi geosiyasi fon Azərbaycan ilə Çexiya arasında münasibətlərin inkişafına da müsbət təsir göstərir. Qarşılıqlı hörmət, etibarlı tərəfdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik əsasında formalaşan əlaqələr son illərdə dinamik inkişaf mərhələsinə qədəm qoyub. Hər iki ölkə siyasi dialoqun gücləndirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və enerji təhlükəsizliyi, sənaye, nəqliyyat, müdafiə sahəsi kimi strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. Avropa ilə Cənubi Qafqaz arasında mühüm körpü rolunu oynayan Azərbaycan ilə Çexiya beynəlxalq və regional məsələlərdə də oxşar mövqelərdən çıxış edərək əməkdaşlığın coğrafiyasını və məzmununu davamlı şəkildə genişləndirirlər.
Aprelin 27-də Çex Respublikasının baş naziri Andrey Babişin ölkəmizə səfəri, səfər çərçivəsində Qəbələdə baş tutan tarixi görüş zamanı keçirilən mühüm tədbirlər, mətbuata verilən ismarıclar yol xəritəsi olaraq gələcək perspektivləri müəyyən edir. Prezident İlham Əliyevin mətbuata bəyanatında vurğuladığı kimi ölkələrimiz arasında münasibətlər dinamik şəkildə inkişaf edir və siyasi dialoq mərhələsinə qədəm qoyub. Bu müstəvilərdə keçirilən görüşlərdə iqtisadi və bir çox sferalarda konkret layihələr müzakirə olunub və əməkdaşlığın genişləndirilməsi üçün real imkanlar mövcuddur.
Səfərin mühüm cəhədlərindən biri də onun simvolik məzmunudur. Belə ki, Andrey Babişin Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana etməsi Bakının Avropa üçün etibarlı tərəfdaş kimi artan rolunun göstəricisidir. Regional təhlükəsizlik, Avropa enerji təhlükəsizliyi, ikitərəfli iqtisadi münasibətlər və qlobal gündəmdə yer alan məsələlər ətrafında aparılan müzakirələr Azərbaycan-Çexiya münasibətlərini real siyasi məzmun qazandığını bariz şəkildə nümayiş etdirir. Eyni zamanda Çexiyanın baş nazirinin Azərbaycanı strateji tərəfdaş adlandırması münasibətlərin səviyyəsini aydın göstərən mühüm mesajdır. Bu yanaşma Avropa İttifaqı məkanında Azərbaycanın artan rolunu, xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik kimi sahələrdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin təsdiqidir. Azərbaycanın bu gün dünyanın diqqət mərkəzində olması, səsləndirilən fikirlər heç də təsadüfi deyil. Azərbaycan özünü sabitlik təmin edən aktor kimi təqdim edir. Qəbələ görüşləri regionda yeni güc balansının formalaşdığını göstərməklə yanaşı, Avropada Azərbaycanın mövqeyini gücləndirmiş olur. Dövlət başçısı çıxışında Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu xüsusi vurğulayaraq ölkənin artıq bir sıra Avropa dövlətlərinə qaz ixrac etdiyini və bu konteksdə ölkənin enerji diplomatiyasının uğurunu və Avropa bazarında mövqelərinin möhkəmləndiyini göstərir. Prezident həmçinin ticarət dövriyyəsinin artırılması, investisiya mühitinin yaxşılaşdırılması və konkret layihələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində çağırışlar edib.
27/04/2026
Bu gün məktəbimizdə məktəb rəhbərliyi tərəfindən növbəti valdeyin iclası təşkil olundu.
27/04/2026
Nümunəvi davranışına görə şagirdlərə yaşıl kartlar təqdim olundu.
24/04/2026
Buraxılış imtahanı ilə əlaqədar IX sinif şagirdlərinin valideynləri ilə görüş təşkil olundu.
| Monday | 08:30 - 18:00 |
| Tuesday | 08:30 - 18:00 |
| Wednesday | 08:30 - 18:00 |
| Thursday | 08:30 - 18:00 |
| Friday | 08:30 - 18:00 |