Füzuli Dövlət Peşə Təhsil Mərkəzi PHŞ

Füzuli Dövlət Peşə Təhsil Mərkəzi PHŞ Eğitim

🎓 22 iyun 2026-cı il tarixində Füzuli Dövlət Peşə Təhsil Mərkəzində Dayə və Aqroservis mütəxəssisi ixtisasları üzrə təhs...
22/06/2026

🎓 22 iyun 2026-cı il tarixində Füzuli Dövlət Peşə Təhsil Mərkəzində Dayə və Aqroservis mütəxəssisi ixtisasları üzrə təhsil alan tələbələr Dövlət Buraxılış İmtahanında iştirak etdilər.

İmtahan prosesi mövcud qaydalara uyğun, şəffaf və obyektiv şəkildə təşkil olunmuşdur. Tələbələr təhsil müddəti ərzində qazandıqları nəzəri bilik və praktik bacarıqları nümayiş etdirərək peşə hazırlığı səviyyələrini ortaya qoymuşlar.

Füzuli Dövlət Peşə Təhsil Mərkəzi olaraq bütün tələbələrimizə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

22/06/2026
📚 İmtahan öncəsi tələbələrlə görüş keçirildi18–19 iyun tarixlərində Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqu S. Bə...
22/06/2026

📚 İmtahan öncəsi tələbələrlə görüş keçirildi

18–19 iyun tarixlərində Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin psixoloqu S. Bədələova tərəfindən tələbələrlə imtahan öncəsi maarifləndirici söhbətlər aparılmışdır.

Görüş zamanı tələbələrə imtahan həyəcanının idarə olunması, stresin azaldılması, vaxtın səmərəli planlaşdırılması və imtahanlara psixoloji hazırlıq mövzularında tövsiyələr verilmişdir. Həmçinin, özünəinamın artırılması və imtahan prosesində uğurlu nəticə əldə etmək üçün vacib məqamlara toxunulmuşdur.

Keçirilən görüşlərin əsas məqsədi tələbələrin imtahanlara daha inamlı, hazırlıqlı və motivasiyalı şəkildə qatılmalarına dəstək olmaqdır.

Tələbələrimizə qarşıdakı imtahanlarda uğurlar arzulayırıq!

📢 Füzuli Dövlət Peşə Təhsil Mərkəzində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib.Tədbirdə korrupsi...
19/06/2026

📢 Füzuli Dövlət Peşə Təhsil Mərkəzində “Korrupsiyaya qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə korrupsiyanın cəmiyyətin inkişafına mənfi təsirləri, şəffaflığın və hesabatlılığın təmin edilməsinin əhəmiyyəti, eləcə də korrupsiyaya qarşı mübarizədə hər bir vətəndaşın rolu müzakirə olunub.

Çıxışlarda qeyd edilib ki, korrupsiyaya qarşı effektiv mübarizə yalnız qanunların tətbiqi ilə deyil, həm də dürüstlük, məsuliyyət və vətəndaş mövqeyinin gücləndirilməsi ilə mümkündür. Bu baxımdan gənclərin hüquqi biliklərinin artırılması və antikorrupsiya dəyərlərinin təbliği xüsusi əhəmiyyət daşıyır.

18/06/2026
15 İyun – Azərbaycan xalqının parlaq gələcəyinin başlanğıcı, Milli Qurtuluş Günüdür! 🗓️✨Füzuli Dövlət Peşə Təhsil Mərkəz...
15/06/2026

15 İyun – Azərbaycan xalqının parlaq gələcəyinin başlanğıcı, Milli Qurtuluş Günüdür! 🗓️✨

Füzuli Dövlət Peşə Təhsil Mərkəzinin rəhbərliyi və kollektivi Milli Qurtuluş Günü münasibətilə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər gül dəstələri düzmüş, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. 💐

1993-cü ilin 15 iyun günü Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı təkcə bir dövlətin deyil, bütöv bir millətin qurtuluşu oldu. Məhz Heydər Əliyevin sarsılmaz iradəsi, uzaqgörən siyasəti və Vətən sevgisi sayəsində Azərbaycan parçalanmaqdan, xaosdan xilas olaraq sabitlik və inkişaf yoluna qədəm qoydu.

Bu gün dahi liderin şah əsəri olan müstəqil Azərbaycan, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da güclənir, işğaldan azad olunmuş torpaqlarımızda, o cümlədən doğma Füzulimizdə həyat yenidən canlanır!

Milli Qurtuluş Günümüz mübarək olsun! 🇦🇿❤️

15/06/2026

🇦🇿 15 İyun – Milli Qurtuluş Günü

15 İyun Azərbaycan tarixində dövlətçiliyimizin qorunub saxlanıldığı, sabitlik və inkişaf yolunun əsasının qoyulduğu mühüm bir gündür.

Ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın gələcək inkişafının təməlini formalaşdırıb.

Milli Qurtuluş Günümüz mübarək! 🇦🇿

Address

Füzuli Rayon Horadiz şəhəri
Fizuli
1916

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994513314472

Alerts

Be the first to know and let us send you an email when Füzuli Dövlət Peşə Təhsil Mərkəzi PHŞ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Füzuli Dövlət Peşə Təhsil Mərkəzi PHŞ:

Shortcuts

Share

Category