Füzuli rayon Qayıdış qəsəbə 8 nömrəli tam orta məktəb

Füzuli rayon Qayıdış qəsəbə 8 nömrəli tam orta məktəb Təhsil

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik.

13/06/2026
İlk əmək fəaliyyətinə məktəbimizdə, bizimlə birlikdə başlayan dəyərli müəllimlərimizlə bu gün vidalaşırıq...Birlikdə keç...
13/06/2026

İlk əmək fəaliyyətinə məktəbimizdə, bizimlə birlikdə başlayan dəyərli müəllimlərimizlə bu gün vidalaşırıq...
Birlikdə keçən zaman ərzində göstərdiyiniz zəhmət, səmimiyyət və əməyiniz üçün təşəkkür edirik.
Yolunuz daim açıq, uğurlarınız bol olsun.
Məktəbimizdən və kollektivimizdən xoş xatirələrlə ayrılır, iş həyatınızda gözəl bir iz buraxdığımızı düşünürük.
Hər birinizə yeni yolunuzda uğurlar arzulayırıq.

Bu gün məktəb həyatının ən unudulmaz və duyğulu günlərindən biri – “Son zəng” günüdür.Əziz məzunlarımızı ürəkdən təbrik ...
13/06/2026

Bu gün məktəb həyatının ən unudulmaz və duyğulu günlərindən biri – “Son zəng” günüdür.
Əziz məzunlarımızı ürəkdən təbrik edir, onlara gələcək həyat yollarında uğurlar arzulayırıq. İnanırıq ki, qazandığınız bilik, təcrübə və dəyərlərlə daim yüksək nailiyyətlər əldə edəcək, məktəbimizin adını qürurla təmsil edəcəksiniz.
Arzu edirik ki, hər biriniz tələbə adını qazanaraq arzularınıza doğru inamla addımlayasınız, seçdiyiniz peşədə uğurlu və faydalı insanlar olasınız.
Sizə açıq yollar, uğurlu gələcək, tələbəlik sevinci və həyata keçən arzular diləyirik.

12/06/2026

Hörmətli müəllimlər, valideynlər və əziz şagirdlər!
​Məktəbimizdə "Son zəng" tədbiri 13 iyun tarixində saat 10:00-dan 12:00-dək məktəbin akt zalında rəsmi təlimatlara uyğun olaraq keçiriləcəkdir.
Tədbirdə yalnız I və XI siniflərin şagirdləri və onların valideynləri iştirak edəcəkdir.
Tədbirlə bağlı aşağıdakı qaydalara əməl olunması mütləqdir:
​Bütün şagirdlər tədbirə tam və səliqəli məktəbli formasında gəlməlidirlər. Məzunların xarici görünüşü məktəbin daxili intizam qaydalarına uyğun olmalıdır.
Tədbirdə bayağı musiqilərin səsləndirilməsinə qətiyyən yol verilməyəcək, bədii hissə yalnız məktəbin daxili imkanları çərçivəsində təşkil olunacaqdır.
Rəsmi qərara əsasən, məktəb heyətinə və ya şagirdlərin bir-birinə hər hansı bir formada hədiyyə və gül dəstələrinin təqdim olunması QƏTİ QADAĞANDIR.
​Qaydaların pozulmamasına və tədbirin yüksək intizamla keçirilməsinə hər birinizin məsuliyyətlə yanaşmasını xahiş edirik.
​Hörmətlə,
Məktəb Rəhbərliyi

10/06/2026
10/06/2026

Bu gün “Oxu Klubu” nun qonaqları III sinif şagirdlərimiz oldu.
Şagirdlərimiz Kəmalə müəllim və kitabxana müdirimiz Aysel müəllimin təşkilatçılığı ilə Mirvarid Dilbazinin “Diyircəkli araba” və Astrid Lindgrenin “Günəşim mənim” kitabları ilə tanış oldular.
Kitabların sehrli dünyasına maraqlı səyahət edən şagirdlərimizə bol mütaliə və uğurlar arzulayırıq

Address

Füzuli Rayon Qayıdış Qəsəbə 8
Füzuli

Website

Alerts

Be the first to know and let us send you an email when Füzuli rayon Qayıdış qəsəbə 8 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share