21/05/2026
“Ayın oyunu” layihəsi çərçivəsində məktəbimizdə velosiped yarışı keçirildi. Yarış fiziki tərbiyə müəllimi Əliyev Cabir tərəfindən təşkil olundu.
Şagirdlərin böyük həvəslə iştirak etdiyi yarışda çeviklik, sürət və dözümlülük bacarıqları nümayiş etdirildi. İştirakçılar sağlam rəqabət şəraitində mübarizə apararaq idman ruhunu və komanda yoldaşlığı prinsiplərini nümayiş etdirdilər.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibi Əhmədov Elnur oldu. Qalib şagird təbrik edildi və ona gələcək yarışlarda da uğurlar arzulandı.
Bu cür tədbirlərin keçirilməsi şagirdlərin sağlam həyat tərzinə marağının artırılmasına, onların fiziki hazırlığının gücləndirilməsinə və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir.