ADPU Cəlilabad filialı tələbələri

ADPU Cəlilabad filialı tələbələri

Share

Tələbələrimizi bir məkanda görmək arzusundayıq.

30/01/2023

Salam, əziz tələbələr. ADPU Cəlilabad filialı ilə bağlı maraqlı anları paylaşmaq üçün səhifəyə admin tələb olunur. Maraqlananlar əlaqə saxlaya bilər. Əlaqə: 0705560263

16/10/2021

Çox təəssüf. Allah rəhmət eləsin

Çox təəssüf hissi ilə bildirmək istəyirik ki, bu gün filialımızın müəllimi, bütün tələbələrin və müəllimlərin sevimlisi, daim gülərüz və pozitiv olan Ayaz müəllim vəfat etmişdir. Ayaz müəllimə rəhmət diləyirik. Məkanı cənnət olsun. Allah yaxınlarına səbr versin.

05/09/2021

2021-2022 Tələbə adinı qazanan her kese uğurlar! ADPU Cəlilabad filialı

25/09/2020

ADPU Cəlilabad Filialına 2020/2021-ci Tədris ilində qəbul olunmuş şəxslər Qeydiyyatdan keçmək üçün Fotodakı sənədləri təqdim etməlidirlər.

18/04/2020

Eziz ADPU-CF telebeleri artiq bizim unimizde qeydiyyat siyahisi gotururler ,kimlerse hansisa kataqoriyaya düşurse lazim olan senedleri Muhasibatliğa email ve yaxud vaccapla yollaya biler.

17/04/2020

Eziz telebe yoldaşlarimiz,necesiz? karona(covid-19)virusu ucbatindan bir neçe aydir ki unimizden ,telebe yoldawlarimizdan,muellimlerimizden uzağiq men inaniram ki,her biriniz menim kimi cox darixmisiz ...inwallah en qisa zamanda bu xestelik geder ve bizlerde unimize geri donerik.(

08/03/2020
Mobile uploads 13/09/2019
26/08/2019

98 yaşlı Azərbaycan Dövlət Pedaqoji Universiteti

Hörmətli həmkarlar, tələbələr və əməkdaşlar!
Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) yaradılmasının 98 ili tamam olur. 1921-ci il avqust ayının 26-da xalqımızın böyük maarifpərvər oğlu, görkəmli dövlət xadimi, məşhur yazıçı Nəriman Nərimanovun imzaladığı müvafiq dekretlə Azərbaycanda ilk ali pedaqoji təhsil müəssisəsi yaradılmışdır. ADPU ölkəmizdə ilk azərbaycandilli universitet olmuşdur. Bu illər ərzində ADPU böyük və şərəfli inkişaf yolu keçərək zəngin ənənələrə malik nüfuzlu elm və təhsil müəssisəsi kimi tanınmışdır. ADPU respublikamızda yüksəkixtisaslı pedaqoji və elmi-pedaqoji kadr hazırlığında əvəzsiz xidmətlər göstərmişdir. ADPU ölkəmizdə müəllim hazırlığının mərkəzi hesab edilir. Hazırda universitet öz şərəfli və müqəddəs missiyasını uğurla yerine yetirir.
Fəaliyyətlərinə xalqımızın dahi oğlu, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin yüksək qiymət verdiyi Azərbaycan müəllimləri respublikamızın elmi-intellektual potensialının formalaşmasında böyük əmək sərf etmişlər. Ulu Öndər demişdir: “Mən Yer üzündə müəllim adından yüksək ad tanımıram”. Pedaqogika, psixologiya və ayrı-ayrı fənlərin tədrisi metodikası məhz bu ali məktəbdə təşəkkül tapmış, inkişaf edərək yüksək səviyyəyə çatmışdır. Eyni zamanda fəaliyyəti dövründə ADPU yalnız respublikamız üçün deyil, Gürcüstan, Mərkəzi Asiya respublikaları və digər ölkələr üçün də yüksəkixtisaslı müəllimlər və elmi kadrlar hazırlamışdır. ADPU ölkəmizdə elmin və təhsilin inkişafına böyük töhfələr verən çoxsaylı alimlər yetişdirmiş, fəaliyyəti ərzində elmi mərkəz kimi formalaşıb inkişaf etmişdir. Pedaqoji Universitetin məzunları sırasında ölkəmizdə və onun hüdudlarından kənarda tanınan çoxsaylı alimlər, ictimai-siyasi xadimlər, yazıçı və şairlər, bəstəkarlar, xalq qəhrəmanları bu ali təhsil müəssisəsinin nüfuzunun daha geniş miqyasda artmasında, yüksəlməsində mühüm rol oynamışlar. Böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 10 prezidentinin 3-ü–Yusif Məmmədəliyev, Zahid Xəlilov, Həsən Abdullayev, 3 vitse-prezidenti – Heydər Hüseynov, Səməd Vurğun və İsa Həbibbəyli ADPU-nun məzunlarıdır. Universitetimizin məzunları bu gün respublikamızın müxtəlif ali məktəblərində, elmi-tədqiqat institutlarında, orta ixtisas, orta ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, hüquq-mühafizə orqanlarında, həmçinin dövlət idarəçiliyinin ayrı-ayrı sahələrində uğurla fəaliyyət göstərirlər. ADPU-da hazırda 18 minə yaxın tələbə təhsil alır. ADPU-nun bölgələrdə 5 filialı var. Azərbaycan Dövlət Pedaqoji Kolleci ADPU-nun nəzdində fəaliyyət göstərir. Son illər ADPU-da idarəetmə və təhsil sahəsində aparılan ciddi islahatlar, geniş və məqsədyönlü tədbirlər nəticəsində universitetimizin cəmiyyətdə müsbət imici formalaşmış, qabaqcıl və nüfuzlu ali təhsil müəssisəsi kimi tanınmışdır. Lakin biz əldə edilən uğurlarla kifayətlənməməli, müasir dünyanın inkişaf dinamikasına uyğun fəaliyyət göstərməli, Təhsil Nazirliyi tərəfindən pedaqoji təhsil sahəsində qarşımıza qoyulan vəzifələrin uğurlu həlli üçün əzmlə, fədakarlıqla çalışmalıyıq.
Xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev təhsil sisteminin və insan kapitalının inkişafına Azərbaycan dövlətçiliyinin tərkib hissəsi kimi böyük önəm verir. Dövlət başçımız demişdir: “Təhsil hər bir dövlətin gələcəyidir. Hər bir ölkənin inkişaf dinamikasının hərəkətverici qüvvəsi təhsildir, elmdir, texnologiyalardır, innovasiyalardır. Təbii resurslar yox, məhz təhsil. Buna görə də Azərbaycanda təhsilin səviyyəsi daha da yüksəlməlidir, təhsilin səviyyəsi dünyanın ən yüksək standartlarına cavab verməlidir. Təhsilin səviyyəsinin yüksəldilməsi ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcəkdir. Bizim gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bu amillərin sintezi ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcəkdir”. Müəllim adına, müəllim əməyinə böyük qiymət verən ölkə Prezidenti demişdir: “Müəllimlər Azərbaycan cəmiyyətinin elitasıdır”.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni sahələrin inkişafına çoxsaylı sanballı töhfələr verir.
Öz strukturuna, tələbə və müəllim heyətinin sayına görə ölkəmizin ən böyük ali təhsil müəssisələrindən biri olan, pedaqoji və elmi-pedaqoji kadr hazırlığında baza ali məktəb rolunu oynayan ADPU-nun üzərinə böyük və məsuliyyətli vəzifələr düşür. 2021-ci ildə ADPU-nun fəaliyyətə başlamasının 100 ili tamam olur. Yubiley həm də hesabat deməkdir. Biz bu böyük tarixi yubileyə yüksək səviyyədə hazırlaşmalıyıq. Biz müasir dövrün sürətlə dəyişən tələblərinə cavab verən, hərtərəfli bilik və bacarıqlara, analitik və kreativ düşüncəyə, yüksək mənəvi- əxlaqi keyfiyyətlərə malik pedaqoji və elmi-pedaqoji kadrların hazırlanması üçün səylərimizi daha da artırmalı, fəaliyyətimizi daha da gücləndirməliyik.
Hamınızı bu xoş və əlamətdar gün münasibətilə ürəkdən təbrik edir, şərəfli, müqəddəs və eyni zamanda məsuliyyətli fəaliyyətimizdə böyük uğurlar arzulayıram.

Cəfər Cəfərov,
ADPU-nun rektoru, professor

18/08/2019

Salam əziz ADPU Cəlilabad filialı tələbələri necəsiz...deməy olar ki,çoxu yazır səhifənin admini kimdi ? Məndə bu mesajlara cavab verməkdən yorulmuşam, maraģlananların maraģı olduğu suala cavab:səhifənin iki admini var Ümman Alaşarlı,Elmeddin Elmeddin Begaliyev..
Səhifənin açılmasında əsas məqsəd tələbələrmizi bir arada görməkdir ..Kimin nəsə sualı olsa uniylə baģlı cavablaya bilərik

Want your school to be the top-listed School/college in Dzhalilabad?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Dzhalilabad