18/09/2026
Bu gün məktəbdə " Sülh aylığı" çərçivəsində Azərbaycan Respublikasının dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan 20 sentyabr Suverenlik Günü ilə bağlı tədbir keçirilmişdir.
Tədbirin əsas məqsədi şagirdlərə Azərbaycanın dövlət müstəqilliyi və suverenliyinin tarixi əhəmiyyəti barədə məlumat vermək, onlarda vətənpərvərlik, dövlətçilik və milli dəyərlərə hörmət hisslərini gücləndirmək olmuşdur.
Tədbir şəhidlərin əziz xatirəsinin yad edilməsi və dövlət himninin səsləndirilməsindən sonra açıq elan olundu.
Tədbir zamanı Azərbaycanın suverenliyinin tarixi əsaslarından, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda apardığı mübarizədən, dövlət müstəqilliyinin qorunub saxlanılmasının əhəmiyyətindən bəhs edilmişdir.
Tədbirdə məktəbin tarix müəllimi İ. Ağayev çıxış edərək Azərbaycanın dövlətçilik tarixindən, suverenliyin xalqımız üçün əhəmiyyətindən və ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində əldə olunan tarixi nailiyyətlərdən danışmışdır.
Daha sonra məktəbin Azərbaycan dili müəllimi M. Cəfərov çıxış edərək dövlətçilik, milli birlik və vətənpərvərlik mövzularında fikirlərini bölüşmüş, gənc nəslin Azərbaycan dövlətinə və milli dəyərlərə bağlı ruhda tərbiyə olunmasının vacibliyini qeyd etmişdir.