Daşkəsən şəhəri İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəb

Daşkəsən şəhəri İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəb Daşkəsən şəhəri İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəb

20/08/2026
18/08/2026

📢 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

🗓️ 20 avqust saat 15:00-dan etibarən 2026–2027-ci tədris ili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşdiriləcək. Proses 2–9-cu və 11-ci sinif şagirdlərini əhatə edəcək.

💻 Şagirdlərin elektron yerdəyişməsi sy.edu.az portalı vasitəsilə həyata keçirilir.

📌 Nəzərinizə çatdırırıq ki, internetə çıxış imkanı olmayan vətəndaşlar yerdəyişmə prosesi ilə bağlı aidiyyəti üzrə Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, Agentliyin Vətəndaşlara Xidmət Mərkəzinə, eləcə də ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

18/08/2026

546 məzun məktəbi fərqlənmə attestatı ilə bitirib

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində təhsil alan 546 nəfər məzun məktəbi fərqlənmə attestatı ilə başa vurub.

Yüksək göstəricilər əldə edən məzunlardan 326 nəfəri ümumi orta təhsil (9-cu sinif) səviyyəsi üzrə, 220 nəfəri isə tam orta təhsil (11-ci sinif) səviyyəsi üzrə fərqlənmə attestatına layiq görülüb.

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi üzrə ümumilikdə 14 881 nəfər məzun attestatla təmin olunub.

Mövcud qaydalara əsasən, fərqlənmə attestatı şagirdin oxuduğu müddətdə bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətləri 5 (beş) olan və buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplayan məzunlara verilir.

Xatırladaq ki, cari tədris ilindən etibarən ümumi təhsil müəssisələrinin məzunlarına təhsil haqqında dövlət sənədləri rəqəmsallaşma siyasətinə uyğun olaraq elektron formatda təqdim olunur.

Bu ildən etibarən məzunlar öz attestatlarını "myGov" platforması üzərindən rahat şəkildə əldə edə bilərlər.

18/08/2026

Təmayül tədris modelinin tətbiq olunduğu Gəncə şəhəri M. Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbinin tarix müəllimi – Fidan Məmmədova

📌 Gəncə Dövlət Universitetinin bakalavr məzunudur
📌 Sertifikasiya balı – 57/60
📌 MİQ 2020 – 58/60
📌 Tarix fənninin tədrisi və imtahan hazırlığı istiqamətində ixtisaslaşıb
📌 Pedaqoji fəaliyyətində şagirdyönümlü və fərdi yanaşmanı əsas götürür, hər bir şagirdin bilik və bacarıqlarını nəzərə alaraq onların potensialının üzə çıxarılmasına və inkişaf etdirilməsinə xüsusi diqqət yetirir
📌 Müxtəlif siniflər üzrə tarix fənninin tədrisi sahəsində təcrübəyə malikdir
📌 Şagirdlərin blok və qəbul imtahanlarına hazırlanması istiqamətində təcrübəyə malikdir
📌 Müasir tədris metodlarından və rəqəmsal təhsil texnologiyalarından səmərəli istifadə edir
📌 Tarix fənninin daha praktik, anlaşıqlı və nəticəyönümlü tədrisinə üstünlük verir
📌 Dərslərdə interaktiv, fəal təlim və şagirdlərin dərs prosesində aktiv iştirakını təmin edən metodlardan istifadə edir
📌 Tarixi hadisə və proseslərin səbəb-nəticə əlaqələrinin, xronoloji ardıcıllığın və tarixi düşünmə bacarıqlarının formalaşdırılmasına xüsusi önəm verir
📌 Şagirdlərdə analitik və tənqidi düşünmə, müqayisə və nəticə çıxarma bacarıqlarının inkişaf etdirilməsinə çalışır
📌 İmtahan hazırlığı prosesində sistemli, planlı və nəticəyönümlü yanaşmadan istifadə edir
📌 Şagird nailiyyətlərinin yüksəldilməsi və yüksək nəticələrin əldə olunması istiqamətində davamlı fəaliyyət göstərir
📌 Tədris prosesində müasir təhsil texnologiyalarından və innovativ yanaşmalardan istifadə etməklə dərslərin səmərəliliyini artırmağa çalışır
📌 Pedaqoji fəaliyyətinin əsas məqsədi şagirdlərə yalnız tarixi biliklər qazandırmaq deyil, eyni zamanda onlarda tarixi düşüncə, araşdırma, analiz və müstəqil nəticə çıxarma bacarıqları formalaşdırmaqdır

18/08/2026
18/08/2026

Yeni təmayüllü tədris modelinə böyük maraq: 1126 nəfər namizəd

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən və yeni təmayüllü tədris modelinin tətbiq olunacağı ümumi təhsil müəssisələrində çalışmaq istəyən fənn müəllimlərinin qeydiyyat mərhələsi yekunlaşıb.

Layihə çərçivəsində ümumilikdə 1126 nəfər müəllim qeydiyyatdan keçib.

Müəllimlərin məktəblər üzrə qeydiyyat statistikası aşağıdakı kimidir:

Gəncə şəhər M.Ə.Sabir adına 5 nömrəli tam orta ümumtəhsil məktəbi: 358 nəfər müəllim;

Gəncə şəhər M.Füzuli adına 22 nömrəli tam orta ümumtəhsil məktəbi: 327 nəfər müəllim;

Gəncə şəhər 9 nömrəli tam orta ümumtəhsil məktəbi: 252 nəfər müəllim;

Gəncə şəhər N. Aydın adına 18 nömrəli tam orta ümumtəhsil məktəbi: 245 nəfər müəllim;

Goranboy şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbi: 64 nəfər müəllim.

Qeydiyyatdan keçmiş namizədlərin peşəkar bilik, pedaqoji fəaliyyət və metodiki bacarıqlarının qiymətləndirilməsi üçün keçirilən müsahibə mərhələsi davam edir.

Address

Səməd Vurğun Küçəsi
Dashkesan
14A

Website

Alerts

Be the first to know and let us send you an email when Daşkəsən şəhəri İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Daşkəsən şəhəri İmadəddin Nəsimi adına 1 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category