Daşkəsən rayonu üzrə təhsil sektoru

Daşkəsən rayonu üzrə təhsil sektoru Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Daşkəsən rayonu üzrə təhsil sektoru, Education, Heydər Əliyev Meydanı 1, Dashkesan.

Daşkəsən rayonunda Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər)...
02/03/2025

Daşkəsən rayonunda Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçirilib.

2 mərkəzdə təşkil olunan bilik yarışıdan 339 nəfər şagird iştirak etmişdir.

Qeyd edək ki, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif, fənn müsabiqələri isə VI-VII siniflər üçün təşkil olunub. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahanda iştirak ediblər.

Şagirdlərimizə uğurlar arzulayırıq!

Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində Daşkəsən şəhəri İmadəddin Nəsimi adına 1 nömrəli tam orta ümumtəhs...
01/03/2025

Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində Daşkəsən şəhəri İmadəddin Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 8a sinfində "Ədəbiyyat bilicisi" adlı bilik yarışı keçirilib.

Qeyd edək ki, 2025-ci ilin fevral ayı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Azərbaycan dili və ədəbiyyat" fənn aylığı elan edilmişdir.

Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində Daşkəsən rayonu Daşkəsən qəsəbə tam orta ümumtəhsil məktəbində şag...
01/03/2025

Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində Daşkəsən rayonu Daşkəsən qəsəbə tam orta ümumtəhsil məktəbində şagirdlər arasında bilik yarışı keçirilib.

Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Samirə Məmmədəliyeva tərəfindən şagirdlərə Azərbaycan dili fənnindən V-X sinifləri əhatə edən mövzular üzrə 40 sual təqdim olunmuş, şagirdlər komanda şəklində sualları cavablamışdır.

Qalib komandalara diplom və hədiyyələr təqdim olunmuşdur.

"Sağlamlıq və təhlükəsizlik" aylığı çərçivəsində Daşkəsən rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ü...
01/03/2025

"Sağlamlıq və təhlükəsizlik" aylığı çərçivəsində Daşkəsən rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin VIII-IX sinif şagirdləri arasında "Şən startlar" yarışının rayon mərhələsi keçirilib.

Dövlət Himninin səslənməsi ilə açıq elan edilən yarışda şagirdlər komandalar şəklində müxtəlif maneələri keçərək yarışı tamamlamalı olublar.

Yarışın nəticəsinə əsasən I yerə Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin, II yerə Anar Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin, III yerə İmadəddin Nəsimi adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin və Mikayıl Mustafayev adına Bayan kənd tam orta ümumtəhsil məktəblərinin şagirdləri layiq görülüblər.

Qalib komandalar Daşkəsən rayonu üzrə təhsil sektoru tərəfindən mükafatlandırılıblar.

01/03/2025

Daşkəsən rayon Əmirvar-Əhmədli kənd S.Ələkbərov adına ümumi orta məktəb Gəncə şəhərindən 52 km uzaqlıqda yerləşir. Təhsil müəssisəsinin pedaqoji heyəti 14 nəfərdən ibarətdir.

Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində Daşkəsən rayonu Şahvələdli kənd ümumi orta ümumtəhsil məktəbində A...
28/02/2025

Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində Daşkəsən rayonu Şahvələdli kənd ümumi orta ümumtəhsil məktəbində Azərbaycan dilinin saflığını qorumaq məqsədilə milli mənşəli sözləri əhatə edən "Ana dilim - Qürurum" adlı söz oyunu yarışı keçirilmişdir.

Qeyd edək ki, 2025-ci ilin fevral ayı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Azərbaycan dili və ədəbiyyat" fənn aylığı elan edilmişdir.

Daşkəsən rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual yarış keçirilib Daşkəsən Rayon İcra Haki...
28/02/2025

Daşkəsən rayonunda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual yarış keçirilib


Daşkəsən Rayon İcra Hakimiyyəti, Daşkəsən rayonu üzrə təhsil sektoru və İnkişaf və Karyera Mərkəzinin Gəncə-Daşkəsən regional nümayəndəliyinin Daşkəsən bölməsinin birgə təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin komandaları arasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş bilik yarışı keçirilib.

17 komanda qalibiyyət uğrunda mübarizə aparıb. Məktəblilər Azərbaycan Respublikasının Konstitusiyası, dövlət rəmzləri, hüquq sistemi, vətəndaş hüquq və vəzifələri, suverenlik və müstəqillik tarixi barədə suallara cavab veriblər. Eyni zamanda Konstitusiyanın onlara verdiyi hüquq və azadlıqlar, dövlətin əsas qanunları və suverenliyin mahiyyəti barədə daha ətraflı məlumat əldə ediblər.

Gərgin mübarizə şəraitində keçən yarışda Hafiz Qasımov adına Əmirvar kənd tam orta ümumtəhsil məktəbinin "Turan Birliyi" komandası 1-ci, Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin "Zəfər Yolu" komandası 2-ci, Mikayıl Mustafayev adına Bayan kənd tam orta ümumtəhsil məktəbinin "Alfa" komandası 3-cü yerə layiq görülüb.

Qalib komandalar mükafatlandırılıb.

Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində Daşkəsən şəhəri Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil m...
27/02/2025

Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində Daşkəsən şəhəri Səməd Vurğun adına 4 nömrəli tam orta ümumtəhsil məktəbində IV sinif şagirdləri arasında " Sözün sehri " adlı bilik yarışı və əyləncəli "Kub" oyunu keçirilmişdir.

Qeyd edək ki, 2025-ci ilin fevral ayı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Azərbaycan dili və ədəbiyyat" fənn aylığı elan edilmişdir.

Azərbaycan dili və ədəbiyyat fənn aylığı  çərçivəsində Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil...
27/02/2025

Azərbaycan dili və ədəbiyyat fənn aylığı çərçivəsində Daşkəsən şəhəri Anar Mürsəlov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbiminin şagirdləri və Azərbaycan dili və ədəbiyyatı müəllimi Lamiə Dadaşzadə ilə birlikdə "Divar qəzeti" hazırlayıblar.

Qeyd edək ki, 2025-ci ilin fevral ayı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində "Azərbaycan dili və ədəbiyyat" fənn aylığı elan edilmişdir.

“Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edəcək şagirdlərə ustad dərsləri təşkil olunub.Azərbaycan Respublikası Elm və ...
27/02/2025

“Ən yaxşı təqdimat” müsabiqəsində iştirak edəcək şagirdlərə ustad dərsləri təşkil olunub.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar respublikanın ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Ən yaxşı təqdimat” müsabiqəsinə start verilib.

Müsabiqəyə hazırlıq çərçivəsində məktəblilərin natiqlik və təqdimat bacarıqlarını inkişaf etdirmək üçün xüsusi ustad dərsləri təşkil olunub. Peşəkar təlimçilər - Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzinin direktoru Elşən Tağıyevin və Samirə Məmmədəliyevanın keçdiyi dərslərdə şagirdlərə auditoriya qarşısında sərbəst danışmaq, təqdimatın məzmununu düzgün qurma, inandırıcı çıxış texnikaları, dinləyicilərin diqqətini cəlb etmə metodları, təqdimat zamanı müvafiq jest və mimikalardan istifadə qaydaları öyrədilib. Bundan əlavə, məktəblilər praktik məşğələlərdə öz çıxışlarını sınaqdan keçirərək təlimçilərdən fərdi tövsiyələr alıblar.

"Sağlamlıq və təhlükəsizlik" aylığı çərçivəsində Daşkəsən rayonu Mikayıl Mustafayev adına Bayan kənd tam orta ümumtəhsil...
25/02/2025

"Sağlamlıq və təhlükəsizlik" aylığı çərçivəsində Daşkəsən rayonu Mikayıl Mustafayev adına Bayan kənd tam orta ümumtəhsil məktəbinin V sinfində kimya müəllimi Günel Alyarova "Sağlam bədəndə sağlam ruh olar" mövzusunda tədbir təşkil etmişdir.

Daşkəsən şəhəri İmadəddin Nəsimi adına 1 nömrəli tam orra ümumtəhsil məktəbinin fizika müəllimi Məlahət Məmmədova 8a sin...
25/02/2025

Daşkəsən şəhəri İmadəddin Nəsimi adına 1 nömrəli tam orra ümumtəhsil məktəbinin fizika müəllimi Məlahət Məmmədova 8a sinfində "İstilik miqdarı, xüsusi istilik tutumu" mövzusunda açıq dərs təşkil etmişdir.

Şagirdlər mövzu ilə bağlı təqdimatlar etmiş, fəallıq göstərmişlər. Dərsdə təcrübələr aparılmışdır.

Address

Heydər Əliyev Meydanı 1
Dashkesan
AZ1600

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994222155482

Website

Alerts

Be the first to know and let us send you an email when Daşkəsən rayonu üzrə təhsil sektoru posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category