09/06/2026
Sabir Ələkbərov adına Əmirvar Əhmədli kənd ümumi orta ümumtəhsil məktəbində Bağırova Aysel Cavad qızı tərəfindən “İnsan hüquqları və azadlıqları” mövzusunda maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbirin əsas məqsədi şagirdlərə insan hüquq və azadlıqları haqqında ətraflı məlumat vermək, onların hüquqi biliklərini artırmaq və cəmiyyətdə hüquqi dəyərlərə hörmət hissini aşılamaq olmuşdur.
Tədbirdə insan hüquqlarının mahiyyəti, insanların bərabərliyi, təhsil, söz, vicdan və sərbəst fikir ifadə etmək hüquqları barədə geniş məlumat verilmişdir. Şagirdlər mövzu ilə bağlı təqdimatlar etmiş, hüquq və azadlıqların qorunmasının əhəmiyyəti haqqında fikirlərini bölüşmüşlər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, insan hüquqlarına hörmətin hər bir vətəndaşın əsas vəzifələrindən biri olduğu vurğulanmışdır. Tədbir şagirdlərin böyük marağı və fəal iştirakı ilə başa çatmışdır.