Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəb

Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəb

Share

Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsil məktəbi - Azərbaycan Respublikasının Şabran şəhəri

Photos from Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəb's post 25/05/2026

🎓 Məktəbəhazırlıq qrupunda buraxılış sevinci 🎓

25 may 2026-cı il tarixində məktəbimizin Məktəbəhazırlıq qrupunda tədris ilinin yekunu münasibətilə tədbir keçirildi. Tədris ili ərzində əldə etdikləri bilik və bacarıqları uğurla mənimsəyən balaca şagirdlərimiz bu mərhələni böyük sevinc və həyəcanla başa vuraraq yay tətilinə yollanırlar.
Gələcəkdə 1-ci sinif şagirdləri olaraq məktəb həyatına rəsmi addım atacaqlarının fərqində olan balacalar öz məsuliyyətlərini dərk etdiklərini nümayiş etdirdilər. Məktəbəhazırlıq təlimini müvəffəqiyyətlə tamamlayan hər bir uşaq sertifikatla təltif olundu.
🌼 Əziz balalar, sizə dincələcəyiniz, inkişaf edəcəyiniz və yeni biliklər üçün güc toplayacağınız xoş və mənalı bir yay tətili arzu edirik!


25/05/2026

28 May – Müstəqillik Günü Azərbaycan tarixində ən əlamətdar günlərdən biridir. Məhz bu gün, təkcə Azərbaycanda, həm də təkcə türk dünyasında deyil, bütövlükdə, müsəlman Şərqində Demokratik Cümhuriyyətin yarandığı bir gündür. Bu gün Azərbaycanın yurdsevən, demokratiya, tərəqqipərvər və millətsevən insanları müstəqillik elan ediblər. Məhz 1918-ci ilin 28 may günü Azərbaycan özünü bir dövlət kimi varlığını dünyaya göstərdi. 107 yaşlı Azərbaycan Demokratik Cumhuriyyətinin bəyan edildiyi gün, 28 may onun varisi olan Azərbaycan Respublikasının da Müstəqillik Günü kimi təsbit olunmuşdur.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.
Qısa müddət ərzində dövlətin siyasi, iqtisadi, hüquqi, mədəni və digər sahələrində həyata keçirilmiş mütərəqqi siyasət Azərbaycanda müstəqil, demokratik dövlətçilik ənənələrinin, milli ruhun formalaşmasında və gələcək inkişafında mühüm rol oynamış oldu.
Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin dövrdə mürəkkəb siyasi şəraitdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıb. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz qorunmağa başladı. Ölkədə ictimai-siyasi sabitlik hökm sürməyə başladı, iqtisadi inkişafımızın təməli qoyuldu. Ümummilli lider Heydər Əliyev eyni zamanda hakimiyyətə gəldikdən sonra məhz 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan etmiş azərbaycanlıların adlarının əbədiləşdirilməsi, o tarixi anlara abidənin ucaldılması, İlham Əliyevin İstiqlaliyyət küçəsində abidənin açılış mərasimində iştirak etməsi - bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin məhz tarixi köklərimizə nə qədər böyük önəm verdiyini bir daha göstərir.
Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyi əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır. Artıq torpaqlarımız işğaldan azaddır, respublikamızın ərazi bütövlüyü bərpa olunub. Bu gün İlham Əliyevin liderliyi ilə müstəqilliyimizin ən şərəfli tarixi yazılır. Şanlı Ordumuz 30 ildən sonra düşmən tapdağında olan tarixi ərazilərimizi azad etdi. Bu gün həmin ərazilərimizdə üçrəngli Azərbaycan bayrağının qürurla dalğalanması həm cümhuriyyətin qurucularının, müasir Azərbaycan dövlətinin banisi, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə ən böyük hədiyyədir.

Photos from Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəb's post 25/05/2026

🎓 “Son dərs günü” və “Məzun günü” qeyd olundu

Şabran şəhəri Samir Zülfüqarov adına 3 nömrəli tam orta ümumtəhsiı məktəbinin nəzdində fəaliyyət göstərən İcma əsaslı məktəbəqədər təhsilin inkişafı mərkəzində balaca fidanlarımız üçün “Son dərs günü” və “Məzun günü” keçirildi.
Mərkəzdə məktəbəhazırlıq təlimini uğurla başa vuran uşaqlar sertifikatlarla təltif olundular. Bu sevincli gün onların məktəb həyatına atacağı ilk addımın möhkəm təməli oldu.
🎉 Uşaqlarımıza gələcək təhsil həyatlarında uğurlar və xoş istirahət arzulayırıq!

Photos from Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəb's post 25/05/2026

Bu gün məktəbin psixoloqu Vüsalə Hüseynova tərəfindən 8c sinfində fənlər üzrə tədris keyfiyyətinin qiymətləndirilməsi məqsədilə anonim sorğu keçirilmişdir.
Sorğunun keçirilməsində əsas məqsəd şagirdlərin dərs prosesinə münasibətinin, tədris mühitinin və fənlər üzrə mənimsəmə səviyyəsinin öyrənilməsi olmuşdur. Şagirdlər sorğuda sərbəst və anonim şəkildə iştirak edərək öz fikir və təkliflərini bölüşmüşlər.

Photos from Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəb's post 25/05/2026

📌 İlkin hərbi qeydiyyatla bağlı maarifləndirici görüş keçirildi

25.05.2026-cı il tarixdə məktəbin hərbi rəhbəri Abgül Quliyevin iştirakı ilə 2026-cı ildə ilkin hərbi qeydiyyata alınacaq 2012-ci il təvəllüdlü kişi cinsli şagirdlərlə görüş keçirildi.
Görüş zamanı şagirdlərə my.gov.az portalında elektron kabinet açmalarının vacibliyi diqqətə çatdırıldı. Bildirildi ki, hərbi xidmətlə bağlı bütün məlumatlar — SMS bildirişləri, tibbi komissiyaya çağırışlar, barələrində qəbul edilən qərarlar, ilkin hərbi qeydiyyata alınma məlumatları və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə — məhz həmin portal vasitəsilə əldə olunacaq.
Şagirdlərə elektron xidmətlərdən düzgün istifadə qaydaları izah edildi, portalda qeydiyyat prosesinin əhəmiyyəti barədə ətraflı məlumat verildi.
Sonda şagirdlərin sualları cavablandırıldı, mövzu ilə bağlı maarifləndirici izahatlar təqdim olundu.



25/05/2026

📢 ELAN

Şabran şəhərində “Tam orta məktəb” layihəsinin icrasına başlanılır!

2026–2027-ci tədris ili üzrə Şabran şəhərində “Tam orta məktəb” layihəsi çərçivəsində 10-cu siniflərə şagird qəbulu aparılır.

Layihənin əsas məqsədi tam orta təhsil səviyyəsində — yəni X–XI siniflərdə — şagirdlərin maraq və meyillərinə uyğun keyfiyyətli təhsil mühiti yaratmaq, onların fərdi inkişaf imkanlarını genişləndirmək və gələcək ali təhsil hazırlığına daha məqsədyönlü dəstək göstərməkdir.

Qəbulda iştirak etmək istəyən şagirdlər və valideynlər aşağıda təqdim olunacaq qeydiyyat linki vasitəsilə müraciət edə bilərlər.

🔗 Qeydiyyat linki:
https://forms.gle/hdHJkMcyipZ97wSz9

📌 Qeyd: Qəbul prosesi ilə bağlı əlavə məlumatlar məktəb və müvafiq təhsil qurumları tərəfindən paylaşılacaq.

Hörmətli valideynlər və əziz şagirdlər, bu fürsətdən yararlanaraq gələcək təhsil yolunuzu daha güclü və məqsədyönlü şəkildə qurmağa dəvət olunursunuz.

Uğurlu gələcək keyfiyyətli təhsildən başlayır!

Photos from Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəb's post 22/05/2026

📚 “Oxu dəqiqələri” layihəsi çərçivəsində mütaliə tədbiri keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müvafiq təlimatına əsasən ümumi təhsil müəssisələrində həyata keçirilən “Oxu dəqiqələri” layihəsi çərçivəsində məktəbimizdə mütaliə mədəniyyətinin təşviqi məqsədilə maarifləndirici tədbir təşkil olunmuşdur.
Tədbir çərçivəsində 8 c sinfində Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygül İbrahimovanın və kitabxanaçı Nəzakət Rəşidovanın təşkilatçılığı ilə Daniel Defonun “Robinzon Kruzo” əsərinin mütaliəsi həyata keçirilmişdir. Şagirdlər əsərin ideya xətti, mövzusu və obrazları haqqında fikir mübadiləsi aparmış, əsərdən çıxarılan nəticələri bölüşmüşlər.
Oxu prosesi interaktiv formada təşkil olunmuş, şagirdlərin fəal iştirakı təmin edilmişdir. Tədbirin əsas məqsədi şagirdlərdə oxu vərdişlərinin formalaşdırılması, bədii ədəbiyyata marağın artırılması və mütaliə mədəniyyətinin inkişaf etdirilməsidir.
Qeyd edək ki, layihə çərçivəsində bu istiqamətdə tədbirlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.


Photos from Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəb's post 22/05/2026

📌 “Son zəng” tədbiri ilə əlaqədar onlayn iclas keçirildi

22.05.2026-cı il tarixdə məktəbin direktoru Nərmin Vəliyevanın rəhbərliyi ilə 11-ci sinif şagirdlərinin valideynlərinin iştirakı ilə Teams platforması üzərindən onlayn iclas keçirildi.
İclasda TTİDM Nuranə Balabəyova, UBTR-i Şəfəq Qəribova, psixoloq Vüsalə Hüseynova və sinif rəhbərləri iştirak etdilər.
“Son zəng” tədbiri ilə əlaqədar olaraq məktəb rəhbərliyi tərəfindən valideynlərlə təhlükəsizlik qaydaları müzakirə olundu. Görüş zamanı tədbir müddətində ictimai asayişin qorunması, şagirdlərin təhlükəsiz davranış qaydalarına əməl etməsi, nəqliyyat vasitələrindən istifadə zamanı diqqətli olunması, icazəsiz və təhlükəli hallardan uzaq durulması barədə ətraflı məlumat verildi.
Valideynlərə övladlarına nəzarətin gücləndirilməsi, şagirdlərə isə məktəbin daxili nizam-intizam qaydalarına riayət etmələrinin vacibliyi bir daha xatırladıldı.
Məqsədimiz “Son zəng” sevincini təhlükəsiz və xoş xatirələrlə yadda qalan bir günə çevirməkdir. 💐

Photos from Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəb's post 22/05/2026

✅️ ŞAGİRD NİZAM-İNTİZAM QAYDALARI ÇƏRÇİVƏSİNDƏ NÖVBƏTİ RƏĞBƏTLƏNDİRMƏ TƏDBİRİ KEÇİRİLİB.

22 may 2026-cı il tarixində məktəbdə "Nizam-İntizam Qaydaları" çərçivəsində növbəti "Rəğbətləndirmə tədbiri" təşkil edilib.
Belə ki, məktəbin Nizam - İntizam Şurasının iclasının qərarına əsasən bir qrup təhsildə fərqlənən nümunəvi şagirdlərə məktəbin direktoru Nərmin Vəliyeva tərəfindən "Yaşıl Kart"lar təqdim olunub.
Tədbirin məqsədi şagirdlər arasında nizam-intizamı və məsuliyyəti artırmaq, onlara sosial və akademik fəaliyyətlərində motivasiya vermək, yaxşı davranış nümunələri göstərən şagirdləri tanıtmaq və mükafatlandırmaq olub.
"Yaşıl Kart"la rəğbətləndirilən şagirdlərimizi ürəkdən təbrik edirik!



Photos from Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəb's post 22/05/2026

Korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirici görüş

Məktəbimizdə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi məqsədilə 10c sinif şagirdləri ilə maarifləndirici görüş keçirilib. Görüş Azərbaycan dili və ədəbiyyat fənn müəllimi Nərmin Vəliyevanın təşkilatçılığı ilə baş tutub.
Tədbir zamanı şagirdlərə korrupsiyanın mahiyyəti, növləri, onun cəmiyyətə mənfi təsirləri, mübarizə üsulları, həmçinin bu sahədə mövcud qanunvericilik barədə ətraflı məlumat verilib. Şagirdlərlə mövzu ətrafında fikir mübadiləsi aparılıb, onların sualları cavablandırılıb.
Görüşün keçirilməsində əsas məqsəd şagirdlərdə korrupsiyaya qarşı mənfi münasibətin formalaşdırılması və hüquqi maarifləndirmənin artırılması olub.



Photos from Şabran şəhər S. Zülfüqarov adına 3 nömrəli tam orta məktəb's post 22/05/2026

♦️ Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası

21.05.2026-cı il tarixində məktəbin TTİDM-i Nuranə Balabəyova və psixoloq Vüsalə Hüseynovanın iştirakı ilə məktəbəhazırlıq qruplarında monitorinq keçirildi.
Monitorinqin keçirilməsində əsas məqsəd balacalarımızın məktəb həyatına hazırlıq səviyyəsinin müəyyənləşdirilməsi olmuşdur. Proses zamanı uşaqların bilik, bacarıq və psixoloji hazırlıq səviyyələri diqqətlə izlənilmiş, onların inkişaf göstəriciləri qiymətləndirilmişdir.
Keçirilən bu cür monitorinqlər məktəbəhazırlıq qruplarında təlim prosesinin daha səmərəli təşkili, uşaqların fərdi inkişaf xüsusiyyətlərinin müəyyənləşdirilməsi və gələcək təhsil mərhələsinə uğurlu adaptasiyasının təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.



Want your school to be the top-listed School/college in Dävächi?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Xaqani 1
Dävächi
1700