Şabran rayonu Taxtalar kənd ümumi orta ümumtəhsil məktəbi

Şabran rayonu Taxtalar kənd ümumi orta ümumtəhsil məktəbi Taxtalar kənd ümumi orta məktəbi Şabran rayonunundan 7 km aralıda yerləşir

28 avqust 2026-cı il tarixində Şabran rayonu Taxtalar kənd ümumi orta ümumtəhsil məktəbində 2026/2027-ci tədris ilinin i...
30/08/2026

28 avqust 2026-cı il tarixində Şabran rayonu Taxtalar kənd ümumi orta ümumtəhsil məktəbində 2026/2027-ci tədris ilinin ilk Pedaqoji Şura İclası təşkil edildi.
İclasda əsasən təhlükəsiz və sağlam məktəb mühitinin təmin edilməsi, valideyn-məktəb-şagird əməkdaşlığının gücləndirilməsi, müəllimlərin etik davranış qaydalarına əməl etməsi,metodbirləşmələrin və müəllimlərin metodik fəaliyyətinin təşkili müzakirə olundu.
Həmçinin IV və VI siniflərin monitorinq nəticələri, problemlərin müəyyən olunması və həlli yolları araşdırıldı.

04/08/2026
16/07/2026

Avropa İttifaqı artıq uzun illərdir Azərbaycan üçün əsas ticarət tərəfdaşıdır və son illərdə bu əlaqələr əhəmiyyətli dərəcədə dərinləşib. Enerji, ticarət və investisiya sahələrində Azərbaycan-Aİ əməkdaşlığı yalnız iqtisadi fayda gətirmir, həm də geostrateji əhəmiyyət kəsb edir.

Ölkəmizin Slovakiya ilə əlaqələri Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir. Slovakiya nümunəsi həm də onu göstərir ki, İttifaqın üzvü olan ölkələr milli maraqları qorumaqla bərabər, eyni zamanda, blokun ümumi siyasətinə uyğun əməkdaşlıq apara bilirlər. Bu əməkdaşlıq həm iki ölkənin maraqlarına xidmət edir, həm də regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdırır, yeni investisiya imkanları açır və sülhün iqtisadi dividendlərinin reallaşmasına şərait yaradır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.

Qeyd edilməlidir ki, Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb, iki ölkə arasında diplomatik münasibətlər isə 1993-cü il noyabrın 23-də qurulub. Sonrakı illərdə münasibətlərin institusional bazası mərhələli şəkildə möhkəmləndirilib. Qarşılıqlı diplomatik nümayəndəliklərin yaradılması siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verib.

İyulun 13-də Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin Azərbaycana rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi, iqtisadi, mədəni sahələrdə ikitərəfli münasibətlərin daha da genişləndirilməsinə yönəlmiş addımdır. Səfər, eyni zamanda, regionun sabitliyinə, investisiya imkanlarının inkişafına və qarşılıqlı faydalı layihələrin təşviqinə təkan verəcəkdir.

Səfər çərçivəsində Qarabağın dilbər güşəsi olan Şuşa şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Görüşlərdən sonra hər iki dövlətin başçısı mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev mətbuata bəyanatında bildirib: “Şadam ki, Azərbaycan-Slovakiya əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır”. Dövlətimizin başçısı qeyd edib ki, dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir.

Qeyd edilib ki, bu gün Azərbaycan-Slovakiya siyasi əlaqələri çox yüksək səviyyədədir. Dövlətimizin başçısı bildirib ki, qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. Ölkə başçısı deyib: Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. “Bu gün biz cənab Prezidentlə birlikdə Ağdam rayonunun Baş Qərvənd kəndinə gedəcəyik. Burada Slovakiya şirkəti “ağıllı kənd” layihəsini icra edir və bu layihə ilə tanış olacağıq”, - deyən dövlətimizin başçısı Qarabağın bərpasına verdiyi dəstəyə görə Slovakiya Prezidentinə bir daha təşəkkürünü bildirib.

Əminəm ki, bundan sonra da bu münasibətlər inkişaf edəcək. Çünki biz konkret işlərin tərəfdarıyıq. “Hər iki tərəf ikitərəfli münasibətlərə çox böyük önəm verir. Deyə bilərəm ki, son illər ərzində çox güclü tərəfdaşlıq yaradılmışdır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Öz növbəsində Slovakiya Prezidenti Peter Pelleqrini Şuşada Azərbaycanda rəsmi səfərdə, o cümlədən Qarabağda, Şuşada olmağından çox məmnun olduğunu bildirib: “Mənim üçün bu gün burada olmaq böyük şərəfdir. Mən və həmkarlarım burada çox genişmiqyaslı bərpa işlərinin şahidi oluruq. Burada mən Sizin qısa müddətdə nələr əldə etdiyinizi, nəyə nail olduğunuzu xüsusilə vurğulamaq istəyirəm. Mənim üçün böyük şərəfdir ki, slovak şirkətləri də məhz bu regionun inkişafına öz töhfəsini verirlər. Ümid edirəm ki, onlar bundan sonra da müxtəlif layihələrdə iştirak edəcəklər.

Peter Pelleqrini bildirib ki, Azərbaycanla Slovakiya arasındakı strateji tərəfdaşlıq sadəcə rəsmi bir sənəddən və ya formal diplomatik münasibətlərdən ibarət deyil, hər iki ölkə bir-birinə həqiqi dostdur və tərəfdaşların bir-birinə təklif edəcəyi bir çox perspektivli sahələr mövcuddur.

“Slovakiya öz tərəfdaşları ilə səmimi əməkdaşlıq qurmaq niyyətindədir və Azərbaycan məhz belə tərəfdaşdır. Azərbaycan regionun sabitliyinin və inkişafının qarantı və əsas oyunçusudur, regionun, eyni zamanda, nəqliyyat marşrutlarının və qovşaqlarının birləşdiyi məkandır”, - o əlavə edib.

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin ölkəmizə rəsmi səfəri dost ölkələr arasında əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə bərabər iki ölkənin maraqlarına xidmət edir. Həmçinin regionda iqtisadi və siyasi sabitlik üçün önəmli model formalaşdır, yeni investisiya imkanları açır. Diplomatiya, iqtisadi investisiyalar, sənaye əməkdaşlığı və parlament dialoqları strateji tərəfdaşlığın mühüm komponentləri olaraq bu əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik ifadə edir.

28/06/2026

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesində Taxtalar kənd ümumi orta ümumtəhsil məktəbinin müəllimləri də iştirak etmişdir.
Belə ki, məktəbin texnologiya müəllimi Fərqanə Hüseynova 53 bal, təsviri incəsənət müəllimi Fəridə Məhəmmədəliyeva 46 bal toplayaraq uğur qazanmışlar.
Hər iki müəllimimizi məktəb kollektivi adından təbrik edir,gələcək işlərində nailiyyətlər arzulayırıq.

-XaçmazRTİ

12/06/2026

Şuşa Bəyannaməsinin imzalanmasından 5 il keçir. Bu sənədin imzalanmasının Milli Qurtuluş Gününə təsadüf etməsi rəmzi məna daşıyır. 15 iyun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanı parçalanmaq və məhv olmaq təhlükəsindən xilas etdi. 2021-ci ildə məhz bu tarixdə imzalanan Şuşa Bəyannaməsi dövlət müstəqilliyimizin dönməzliyini və suverenliyimizin sarsılmazlığını bir daha rəsmiləşdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın birgə imzaladığı bu Bəyannamə iki dost, qardaş ölkənin münasibətlərinin gələcək inkişafının yol xəritəsi oldu. Şuşa Bəyannaməsində yer alan günümüzün aktual məsələləri sırasında Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə fəaliyyətlərini, eyni zamanda, media sahəsində əməkdaşlığı xüsusi qeyd etməliyik. Azərbaycan-Türkiyə Media Platformasının yaradılması strateji qərar olmaqla hər iki dövlətin maraqları baxımından perspektivlərə hesablanıb. Reallıq budur ki, Ermənistan havadarlarının dəstəyi ilə Azərbaycana qarşı torpaq iddiası irəli sürməklə yanaşı, qardaş ölkəyə qondarma “erməni soyqırımı” məsələsi ilə çıxış edir. Türkiyə bu məsələnin həlli ilə bağlı tarixçilərdən ibarət Azərbaycan-Türkiyə birgə komissiyasının yaradılması və dünya arxivlərinin açılması təşəbbüsünü irəli sürsə də qarşı tərəf fakt qarşısında acizliyini dərk etdiyi üçün müxtəlif bəhanələrlə bu məsələdən yayındığını, bununla tarixçilərin deyil, siyasətçilərin məşğul olduğunu bəyan etməklə illərdir apardıqları təbliğatın saxtalığını təsdiqləyir. Beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edərək dünyaya ədalət, beynəlxalq hüquq anlayışlarının mahiyyətini və mövcudluğunu çatdıran iki qardaş ölkə həm diaspor təşkilatlarının birgə fəaliyyətini genişləndirməklə, həm də yaratdıqları Media Platforması ilə həqiqətlərinin təbliğində uğurlara imza atırlar. Şuşa Bəyannaməsində tərəflər Ermənistanın Türkiyəyə qarşı əsassız iddialarının, tarixin təhrif olunması və tarixi faktların təhrif olunmaqla siyasiləşdirilməsi cəhdlərinin regionda sülhə və sabitliyə ziyan vurduğunu vurğulayaraq bu kontekstdə 1915-ci il hadisələri ilə bağlı olaraq öz arxivlərini açan Türkiyənin Ermənistandakı və digər ölkələrdəki arxivlərin açılması və bu mövzuda tarixçilər tərəfindən araşdırmaların aparılmasına yönəlmiş səylərini qətiyyətlə dəstəkləyirlər. Azərbaycan-Türkiyə Media Platformasının imkanları nəzərə alınmaqla, iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahələrində əməkdaşlığı daha da gücləndirəcək və bu çərçivədə xarici işlər nazirlikləri arasında davamlı olaraq informasiya üzrə sıx məsləhətləşmələr və mübadilələr həyata keçiriləcək. Ümumilikdə Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının, müttəfiqliyinin bütün istiqamətlərdə təsdiqi və bu birliyin sarsılmazlığının, hər iki ölkənin daim bir-birinin yanında olmasının, bundan sonra da birgə addımlayacaqlarının Qarabağdan, Şuşadan verilən mesajıdır: Biz bir yerdəyik, bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, enerjidən nəqliyyata, müdafiədən ticarətə, kənd təsərrüfatından təhsilə qədər hər sahədə Azərbaycanla güclü əməkdaşlıqlar qururuq. Prezident İlham Əliyevin bənzərsiz töhfələri sayəsində münasibətlərimizi hər gün təkcə bölgəyə deyil, bütün dünyaya nümunə olacaq səviyyəyə çatdırırıq. Dövlətimizin başçısı İlham Əliyev Şuşa Bəyannaməsinin imzalanmasından sonra mətbuata bəyanatında “Əziz qardaşım Azərbaycanda dəfələrlə olub, ancaq biz ilk dəfə Qarabağ torpağında - Şuşada bir yerdəyik. Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır” söyləyərək iki dost, qardaş ölkənin münasibətlərinin dünəninə, bu gününə baxış əsasında qarşıdakı dövrün hədəflərini açıqladı. Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir.

Şabran rayonu Taxtalar kənd ümumi orta ümumtəhsil məktəbində "15 İyun-Milli Qurtuluş Günü"-nə həsr olunmuş "Dəyirmi masa...
10/06/2026

Şabran rayonu Taxtalar kənd ümumi orta ümumtəhsil məktəbində "15 İyun-Milli Qurtuluş Günü"-nə həsr olunmuş "Dəyirmi masa" təşkil olundu.Məktəbin fənn müəllimi G.Ramazanova VIII sinif şagirdləri ilə "Qurtuluşumuzun səbəbkarı" adlı "Dəyirmi masa" hazırladı.

-XaçmazRTİ orta ümumtəhsil məktəbi

"İnsan hüquqları aylığı" çərçivəsində məktəbin Uşaq Birliyi Rəhbəri S.Qasımova VIII sinifdə "İnsan hüquqları"mövzusunda ...
08/06/2026

"İnsan hüquqları aylığı" çərçivəsində məktəbin Uşaq Birliyi Rəhbəri S.Qasımova VIII sinifdə "İnsan hüquqları"mövzusunda maarifləndirici söhbət apardı.

-XaçmazRTİ

Şabran rayonu Taxtalar kənd ümumi orta ümumtəhsil məktəbinin VI sinif şagirdlərinə monitorinq imtahanının buraxılış vərə...
05/06/2026

Şabran rayonu Taxtalar kənd ümumi orta ümumtəhsil məktəbinin VI sinif şagirdlərinə monitorinq imtahanının buraxılış vərəqləri verildi.
Şagirdlərimizə uğurlar arzulayırıq.

01/06/2026

Bu gün "1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Günü"-dür.Bayramınız mübarək ,əziz uşaqlar.

28/05/2026

Address

Taxtalar Kəndi
Dävächi
1700

Opening Hours

Monday 09:00 - 15:00
Tuesday 09:00 - 15:00
Wednesday 09:00 - 15:00
Thursday 09:00 - 15:00
Friday 09:00 - 15:00

Telephone

+994705493938

Website

Alerts

Be the first to know and let us send you an email when Şabran rayonu Taxtalar kənd ümumi orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şabran rayonu Taxtalar kənd ümumi orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category