Şabran şəhər 3 nömrəli ümumi orta məktəb

Şabran şəhər 3 nömrəli ümumi orta məktəb Şabran Rayon Təhsil Sektorunun tabeliyində ümumtəhsil məktəbi

16/09/2026

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri artıq 22-ci dəfə təşkil olundu. Səfər zamanı diplomatların burada aparılan bərpa-quruculuq işləri ilə tanış olmasına, tarixi və dini abidələri ziyarət etməsinə

Ermənistanın aqressiv reaksiyası heç bir məntiqə sığmır. Bu, birbaşa Azərbaycanın daxili işlərinə qarışmaq cəhdidir. Açıq görünür ki, Ermənistanda revanşist düşüncə hələ də qalmaqdadır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bəyan edən Ermənistanın bəzi dairələri xarici diplomatların Azərbaycanın ərazisinə səfərini az qala siyasi cinayət kimi təqdim etməyə çalışır və şou düzəldirlər. Halbuki xarici diplomatların Azərbaycanın suveren ərazisində hərəkətinə nəinki Ermənistan, heç bir ölkə və ya təşkilat müdaxilə edə bilməz.

Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatları zamanı Azərbaycan öz ərazisində suverenliyini tam təmin edib. Bu reallıq bütün dünya tərəfindən də qəbul olunur. Maraqlıdır ki, 30 il işğal siyasəti həyata keçirən və buna görə heç bir beynəlxalq təzyiq və sanksiya görməyən Ermənistan indi Fransa, ABŞ və Avropa İttifaqının nümayəndələrinin obyektiv mövqeyini həzm edə bilmir. Əslində Qərb diplomatları məhz indi-azad olunmuş ərazilərə səfər etməklə, həqiqəti öz adı ilə çağırmaqla ədalət prinsipinə riayət etmiş olurlar. Bu ölkələr Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyırlar. Bu isə o deməkdir ki, diplomatların Qarabağa səfəri Ermənistanın siyasi dairələrinin istəklərindən asılı deyil. Əslində, bu reaksiyalar Ermənistanın öz daxilində də ciddi sual doğurmalıdır. Əgər rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünü tanıyırsa, Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul edirsə və sülh gündəliyindən danışırsa, onda həmin ölkənin media və siyasi dairələrində niyə bunun tam əksi olan ritorika səslənir? Ermənistanın bu səfər fonunda tarixi və mədəni irslə bağlı iddiası isə sadəcə riyakarlığın növbəti təzahürüdür.

Ermənistan hələ də Gəncəsər və Xudavəngi özlərinin müstəsna irsi kimi təqdim etməyə çalışır, eyni zamanda indiki Ermənistan ərazisində azərbaycanlıların çoxəsrlik yaşayışını və onların yaratdığı zəngin tarixi-mədəni irsi inkar edirlər. Bu yanaşma erməni saxtakarlığının ən radikal formada davam etdiyini göstərir. Yeri gəlmişkən, tarixi irslə bağlı iddialar Ermənistanın indiki ərazisindəki Azərbaycan irsinin taleyinə də diqqət yetirilməsini zəruri edir. Azərbaycan xalqı əsrlər boyu indiki Ermənistan ərazisində yaşayıb, burada özünəməxsus milli mədəni irs nümunələri yaradıb. Bu irsin əhəmiyyətli hissəsi müxtəlif dövrlərdə dağıdılıb, dəyişdirilib və ya izləri silinib. Burada söhbət bütövlükdə bir xalqın tarixi-mədəni izlərinin yaddaşdan silinməsi təhlükəsindən gedir. Bu həm də beynəlxalq hüququn prinsiplərinin pozulması deməkdir. 1954-cü il Haaqa Konvensiyası bu baxımdan mühüm beynəlxalq hüquqi çərçivə yaradır.

Azərbaycan dövləti öz ərazisindəki müxtəlif dini və mədəni irs nümunələrinin qorunmasına məsuliyyətlə yanaşır. Bu, Azərbaycanın multikultural və tolerant dövlət kimi dəyişməyən siyasətidir. Bir sözlə, diplomatların səfərinə reaksiyalar Ermənistanın revanşist dairələrinin hələ də zərərsizləşdirilmədiyini təsdiqləyir. Üstəlik, “Artsax”ın tör-töküntüləri diplomatik nümayəndələrə “müraciət” də ünvanlayıb. Bununla yanaşı Ermənistanın informasiya məkanında yayılan bir sıra materialların hakimiyyətə yaxın resurslarda da tirajlanması, həmçinin parlamentin spikerinin yanaşması elə Ermənistan iqtidarının da eyni təxribatçı mövqeyi bölüşdüyünü təsdiqləyir.

Bir tərəfdən sülh və normallaşmadan danışılır, digər tərəfdən isə Azərbaycanla sülhün əsas şərtlərinə zidd olan revanşist narrativlər dövriyyəyə buraxılır. Ermənistan cəmiyyəti anlamalıdır ki, müharibə bitdikdən sonra davamlı sülh qurmaq üçün reallıqları qəbul etməkdən başqa yol yoxdur. Ona görə də İrəvan sülhlə bağlı mövqeyinə korrektələr etməlidir. Əgər Ermənistan həqiqətən sülhə hazırdırsa, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinə səfər edən diplomatları hədəfə almaq əvəzinə onların bölgədə gördükləri reallıqla tanış olmasına hörmətlə yanaşmalıdır.

Düşünürəm ki, başlanğıcların ən gözəli məktəbə başlamaqdır. Çünki məktəb sadəcə dərslərin başladığı yer deyil.Məktəb arz...
15/09/2026

Düşünürəm ki, başlanğıcların ən gözəli məktəbə başlamaqdır.

Çünki məktəb sadəcə dərslərin başladığı yer deyil.
Məktəb arzuların çin olduğu, dostluqların yarandığı, xəyalların böyüdüyü yerdir. Burada ilk dəfə “mən bacararam” deyirik, ilk uğurlarımızı yaşayır, gələcəyimizə doğru ilk addımlarımızı atırıq.

Bu gün məktəbimiz ən əziz və ən balaca qonaqlarına — birinci sinfə qədəm qoyan körpələrimizə qollarını açdı. Balaca əllər böyük arzulara, kiçik addımlar böyük gələcəyə doğru yola çıxdı.

Xoş gəldiniz, sevimli birincilər!❤️
Məktəb həyatınızın ən gözəl başlanğıcı olsun! 📚

📊 Nəticələrimiz inkişafımızın göstəricisidir!Şabran şəhəri 3 nömrəli ümumi orta ümumtəhsil məktəbinin 6-cı və 4 ću  sini...
13/09/2026

📊 Nəticələrimiz inkişafımızın göstəricisidir!

Şabran şəhəri 3 nömrəli ümumi orta ümumtəhsil məktəbinin 6-cı və 4 ću sinif şagirdlərinin son 3 ilin monitorinq nəticələrinin müqayisəli təhlili müsbət dinamikanı göstərir.
🎯 Daha yüksək nəticələr üçün birlikdə irəliləyirik!

#4 ću sinif

03.09.2026-cı il tarixində məktəbimizdə birinci pedaqoji şura iclası keçirildi. İclasda yeni dərs ilində nəzərdə tutulmu...
09/09/2026

03.09.2026-cı il tarixində məktəbimizdə birinci pedaqoji şura iclası keçirildi. İclasda yeni dərs ilində nəzərdə tutulmuş məsələlər müzakirə edildi.
Yeni tədris ilimiz uğurlu olsun!

şəhər 3 nömrəli ümumi orta ümumtəhsil

Müəllimlərimizi Tanıyaq! Bu gün peşəsinə sevgi və məsuliyyətlə yanaşan, şagirdlərinin inkişafında öz izi olan dəyərli mü...
07/09/2026

Müəllimlərimizi Tanıyaq!

Bu gün peşəsinə sevgi və məsuliyyətlə yanaşan, şagirdlərinin inkişafında öz izi olan dəyərli müəllimlərimizi təqdim edirik.

Əməyi, zəhməti və müəllim sevgisi ilə seçilən müəllimlərimizi fəaliyyətində uğurlar arzulayırıq!

25/08/2026

Azərbaycan Prezidentinin Özbəkistana səfəri iki qardaş ölkə arasında münasibətlərin yüksək səviyyəsini nümayiş etdirən mühüm siyasi hadisə kimi yadda qaldı. Daşkənddə keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr və imzalanan sənədlər Azərbaycan–Özbəkistan əlaqələrinin strateji məzmununu daha da zənginləşdirdi. Səfərin siyasi nəticələri Azərbaycanın xarici siyasətinin ardıcıl, çevik və milli maraqlara söykənən xarakterini də bir daha göstərdi.

Azərbaycanı və Özbəkistanı birləşdirən münasibətlər yalnız dövlətlərarası əməkdaşlıq çərçivəsində bitmir. Ortaq tarixi yaddaş, dil və mədəni yaxınlıq, qarşılıqlı hörmət və etimad bu əlaqələrin möhkəm təməlini təşkil edir. Son illərdə siyasi münasibətlərin sürətli inkişafı həmin təməl üzərində yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına imkan yaradıb.

Daşkənddə Azərbaycan Prezidentinin yüksək səviyyədə qarşılanması və keçirilən görüşlər dövlətimizin başçısının beynəlxalq müstəvidə formalaşmış siyasi nüfuzunun daha bir ifadəsi oldu. Müasir dünya siyasətində liderin çəkisi yalnız tutduğu vəzifə ilə ölçülmür. Ölkəsinin milli maraqlarını qlobal proseslərin dinamikası ilə uzlaşdırmaq, müxtəlif dövlətlərlə etibarlı tərəfdaşlıq münasibətləri qurmaq və qəbul edilən qərarları real nəticələrə çevirmək liderliyin əsas göstəricilərindəndir. Azərbaycan Prezidentinin xarici siyasət fəaliyyəti bu baxımdan xüsusi diqqət çəkir.

Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi ölkənin iqtisadi potensialı, enerji imkanları, nəqliyyat-logistika layihələri və fəal diplomatiyası ilə birbaşa bağlıdır. Bakı son illərdə müxtəlif siyasi və iqtisadi platformaların mühüm tərəfdaşına çevrilib. Şərqlə Qərb arasında nəqliyyat bağlantılarının inkişafı, enerji təhlükəsizliyi, yeni kommunikasiya marşrutlarının yaradılması və regional əməkdaşlığın genişləndirilməsi Azərbaycanın geosiyasi əhəmiyyətini artırır. Özbəkistanla münasibətlər də bu geniş mənzərənin mühüm hissəsidir. Mərkəzi Asiyanın aparıcı dövlətlərindən biri olan Özbəkistanla əlaqələrin dərinləşməsi Azərbaycanın regionla münasibətlərinə yeni dinamika gətirir. Eyni zamanda, iki ölkənin nəqliyyat, energetika, investisiya, sənaye, kənd təsərrüfatı, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığının genişlənməsi qarşılıqlı iqtisadi imkanları artırır.
Səfərin ən mühüm siyasi nəticələrindən biri “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə”nin imzalanmasıdır. Sənəd iki ölkə arasında münasibətlərin xarakterini və gələcək inkişaf istiqamətlərini ifadə edən mühüm siyasi-hüquqi sənəd kimi qiymətləndirilə bilər. “Əbədi dostluq” anlayışının dövlətlərarası sənəddə təsbit olunması Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin uzunmüddətli perspektivini göstərir.
Digər mühüm sənəd “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının üçüncü iclasının Qərarı”dır. Ali Dövlətlərarası Şuranın fəaliyyəti iki ölkə arasında siyasi dialoqun institusional əsaslarını möhkəmləndirir. Bu format dövlət başçıları səviyyəsində qəbul edilən qərarların ardıcıl icrasına, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə və mövcud layihələrin genişləndirilməsinə imkan yaradır.
Daşkənd görüşlərinin diqqətçəkən məqamlarından biri də Azərbaycan diplomatiyasının yalnız siyasi bəyanatlarla kifayətlənməyən konkret nəticələrə istiqamətlənən xarakteridir. Son illərdə Azərbaycanın müxtəlif dövlətlərlə münasibətlərində əldə etdiyi razılaşmalar, yaradılan yeni əməkdaşlıq platformaları və həyata keçirilən layihələr xarici siyasətin praktik nəticələrini ortaya qoyur.
Prezident İlham Əliyevin diplomatik xəttində əsas məqamlardan biri Azərbaycanın milli maraqlarının qorunması ilə yanaşı, ölkənin beynəlxalq əməkdaşlıq imkanlarının maksimum genişləndirilməsidir. Azərbaycan Prezidentinin müxtəlif dövlətlərin liderləri ilə qurduğu münasibətlər, beynəlxalq və regional platformalarda fəal iştirakı ölkəmizin diplomatik imkanlarını genişləndirir.
Daşkənd səfəri həm də Mərkəzi Asiya ilə Azərbaycan arasında münasibətlərin yeni geosiyasi reallıqlar fonunda əhəmiyyətini artırır. Xəzər dənizi üzərindən keçən nəqliyyat bağlantıları, Orta Dəhliz, enerji və logistika layihələri Azərbaycanı Mərkəzi Asiya ölkələri üçün Avropa istiqamətində mühüm tərəfdaşa çevirir. Özbəkistanla münasibətlərin dərinləşməsi bu baxımdan yalnız ikitərəfli əməkdaşlıq məsələsi kimi yox, daha geniş regional inteqrasiya prosesinin tərkib hissəsi kimi də əhəmiyyət daşıyır.

Azərbaycan Prezidentinin Özbəkistana səfəri bir daha göstərdi ki, ölkəmizin beynəlxalq mövqeyi ayrı-ayrı diplomatik görüşlərin nəticəsi ilə ölçülə bilməz. Bu mövqe ardıcıl siyasətin, güclü dövlətçilik xəttinin, genişlənən iqtisadi imkanların və Prezident İlham Əliyevin fəal diplomatik fəaliyyətinin nəticəsində formalaşıb. Daşkənddə keçirilən görüşlər və imzalanan sənədlər həmin siyasətin növbəti mühüm səhifəsini təşkil edir.

Bu səfər Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrində yeni imkanlar açmaqla yanaşı ölkəmizin beynəlxalq münasibətlər sistemində artan rolunu da təsdiqləyir. Daşkənddə nümayiş etdirilən siyasi etimad, imzalanan tarixi sənədlər və əldə olunan razılaşmalar Azərbaycan diplomatiyasının gücünü, Prezident İlham Əliyevin qəbul olunan liderliyini və ölkəmizin qlobal əhəmiyyətinin getdikcə artdığını aydın şəkildə ortaya qoydu..

14/08/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri muxtar respublikanın gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə kimi diqqət çəkdi. Səfər çərçivəsində həyata keçirilən görüşlər, açılışlar, yeni layihələrin təməlqoyma mərasimləri və Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər Naxçıvanın inkişafına kompleks yanaşmanın formalaşdığını göstərdi. Bu yanaşmada iqtisadiyyat, sənaye, enerji, nəqliyyat, təhlükəsizlik və sosial rifah bir-birini tamamlayan istiqamətlər kimi nəzərdən keçirilir.

Naxçıvanın Azərbaycanın dövlətçilik tarixində xüsusi yeri olmaqla yanaşı, onun coğrafi mövqeyi muxtar respublikanı ölkənin regional və geoiqtisadi siyasətində fərqləndirən əsas amillərdəndir. Uzun müddət mürəkkəb coğrafi şəraitin yaratdığı nəqliyyat və logistika məhdudiyyətləri Naxçıvanın iqtisadi potensialının tam reallaşdırılmasına müəyyən çətinliklər yaradıb. Hazırda isə dövlət siyasətinin əsas məqsədlərindən biri həmin məhdudiyyətləri inkişaf imkanlarına çevirmək və Naxçıvanı daha geniş regional iqtisadi əlaqələr sisteminə inteqrasiya etməkdir. Bu istiqamətdə Naxçıvanın 2023–2027-ci illər üzrə Dövlət Proqramı xüsusi əhəmiyyət daşıyır. Sənəddə iqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, investisiyaların təşviqi, infrastrukturun yenilənməsi, sosial xidmətlərin keyfiyyətinin artırılması və nəqliyyat imkanlarının genişləndirilməsi kimi prioritetlər müəyyənləşdirilib. Dövlət Proqramının həyata keçirilməsi Naxçıvanın mövcud potensialının daha səmərəli istifadəsinə və iqtisadi inkişafın yeni mənbələrinin formalaşdırılmasına xidmət edir. Son illərdə idarəetmə sahəsində həyata keçirilən dəyişikliklər də bu prosesin mühüm hissəsidir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin yaradılması mərkəzi dövlət siyasəti ilə yerli idarəetmə arasında koordinasiyanın gücləndirilməsi baxımından mühüm institusional addım olub. 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklər isə idarəçilik mexanizmlərinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində atılan addımların hüquqi müstəvidə davamı kimi qiymətləndirilə bilər. Naxçıvanın inkişafında iqtisadiyyatın şaxələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan avqustun 11-də Naxçıvan Sənaye Parkının təməlinin qoyulması diqqətçəkən hadisələrdən biridir. Sənaye parkının yaradılması yalnız yeni istehsal müəssisələrinin yerləşdirilməsi ilə məhdudlaşmır. Layihə yerli xammaldan və istehsal potensialından daha səmərəli istifadə, qeyri-neft sektorunun genişləndirilməsi, yeni investisiyaların cəlb edilməsi və məşğulluğun artırılması üçün yeni imkanlar yaradır. Parkın miqyasının böyük olması isə Naxçıvanın gələcəkdə Azərbaycanın mühüm sənaye mərkəzlərindən birinə çevrilməsi perspektivini gücləndirir. İqtisadi inkişafın davamlı olması üçün enerji təminatının etibarlılığı da mühüm şərtdir. Naxçıvanda enerji infrastrukturunun yenilənməsi, elektrik şəbəkəsinin modernləşdirilməsi və enerji istehsalı imkanlarının artırılması bu baxımdan strateji əhəmiyyət daşıyır. Muxtar respublikanın qazlaşdırılmasının yüksək səviyyəyə çatdırılması da əhalinin və iqtisadiyyatın enerji təminatının dayanıqlılığı baxımından mühüm nəticədir. Qarşıdakı mərhələdə enerji infrastrukturunun daha da inkişaf etdirilməsi Naxçıvanın yalnız enerji istehlakçısı deyil, müəyyən istiqamətlərdə enerji istehsal və ixrac imkanlarına malik iqtisadi məkan kimi formalaşmasına zəmin yarada bilər.

Prezident İlham Əliyevin avqustun 11-də verdiyi müsahibədə Zəngəzur dəhlizinə dair səsləndirdiyi fikirlər layihəyə daha geniş prizmadan yanaşmanı ortaya qoyur. Burada söhbət yalnız avtomobil və dəmir yolu əlaqəsindən getmir. Layihənin multimodal kommunikasiya sistemi kimi inkişaf etdirilməsi, müxtəlif nəqliyyat marşrutlarının bir-birinə bağlanması və gələcəkdə enerji-kommunikasiya imkanlarının da bu sistemə inteqrasiyası Naxçıvan üçün yeni iqtisadi perspektivlər yaradır. Zəngəzur istiqamətində bağlantının formalaşması Naxçıvanın həm Şərq–Qərb, həm də Şimal–Cənub nəqliyyat marşrutları ilə daha sıx əlaqələnməsinə imkan verə bilər. Naxçıvanın İran vasitəsilə cənub istiqamətinə, Türkiyə və Avropa istiqamətinə isə qərbə çıxış imkanları onun regional logistika sistemində mövqeyini gücləndirmək potensialına malikdir. Bu baxımdan Naxçıvanın gələcəkdə yalnız nəqliyyat marşrutunun bir hissəsi deyil, müxtəlif istiqamətlərin kəsişdiyi regional logistika qovşağına çevrilməsi real perspektiv kimi nəzərdən keçirilə bilər. Alternativ nəqliyyat bağlantılarının da gündəmdə saxlanılması bu strategiyanın çoxşaxəli xarakterini göstərir. Naxçıvanla Şərqi Zəngəzur arasında İran ərazisindən keçməklə kommunikasiya əlaqələrinin yaradılması imkanları muxtar respublikanın logistika sisteminin yalnız bir marşrutdan asılı olmamasına şərait yarada bilər. Beləliklə, Azərbaycan ərazisi, İran və Türkiyə istiqamətlərində formalaşacaq əlaqələr Naxçıvanın regional ticarət və tranzit imkanlarını genişləndirə bilər. Bu prosesin iqtisadi nəticələri yalnız yükdaşımaların artması ilə məhdudlaşmayacaq. Nəqliyyat bağlantılarının yaxşılaşdırılması logistika xərclərinin azalmasına, yerli istehsalın daha geniş bazarlara çıxışına, xarici investisiyaların cəlb edilməsinə və yeni sahibkarlıq imkanlarının yaranmasına şərait yarada bilər. Xüsusilə Naxçıvanda istehsal olunan qeyri-neft-qaz məhsullarının Azərbaycanın digər bölgələrinə və xarici bazarlara çıxarılması üçün daha əlverişli logistika imkanlarının yaradılması iqtisadi fəallığın artmasına əhəmiyyətli təsir göstərə bilər. Bu baxımdan Naxçıvan Sənaye Parkı ilə nəqliyyat layihələri arasında qarşılıqlı əlaqə xüsusi əhəmiyyət kəsb edir. İstehsal müəssisələrinin yaradılması və məhsul çeşidlərinin artırılması nəqliyyat imkanlarının genişləndirilməsi ilə paralel aparıldıqda daha böyük iqtisadi səmərə verə bilər. Digər tərəfdən, inkişaf etmiş logistika infrastrukturu investorlar üçün Naxçıvanın cəlbediciliyini yüksəldərək yeni sənaye və xidmət sahələrinin yaranmasını stimullaşdıra bilər.

Beləliklə, Naxçıvanın gələcək inkişaf modeli bir istiqamətlə məhdudlaşmır. Təhlükəsizlik, sənaye, enerji, nəqliyyat, logistika və sosial siyasət bir-biri ilə əlaqəli şəkildə həyata keçirildikdə daha dayanıqlı nəticələr əldə etmək mümkündür. Bu modelin mərkəzində isə insan amili dayanır. Yeni iş yerlərinin yaradılması, gənclərin məşğulluğunun artırılması, təhsil və səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, şəhər və kəndlərdə infrastrukturun yenilənməsi iqtisadi layihələrin sosial nəticələrini müəyyən edən əsas göstəricilərdir.

Prezident İlham Əliyevin avqustun 11-də Naxçıvana səfəri və səfər çərçivəsində səsləndirdiyi fikirlər bütövlükdə muxtar respublikanın yeni inkişaf mərhələsinin konturlarını ortaya qoyur. Bu mərhələnin əsas məqsədi Naxçıvanın mövcud potensialını tam reallaşdırmaq, onun iqtisadiyyatını şaxələndirmək, enerji və nəqliyyat imkanlarını genişləndirmək, təhlükəsizliyini daha da möhkəmləndirmək və əhalinin sosial rifahını yüksəltməkdir.

Nəticə etibarilə, Naxçıvanın gələcəyi yalnız muxtar respublikanın daxili inkişafı ilə deyil, Azərbaycanın bütövlükdə formalaşdırdığı regional nəqliyyat, enerji və iqtisadi strategiya ilə sıx bağlıdır. Dövlət siyasətinin ardıcıl həyata keçirilməsi, yeni infrastruktur layihələrinin tamamlanması və investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində Naxçıvanın Azərbaycanın regional iqtisadi sistemində daha mühüm mövqe tutması üçün geniş imkanlar yaranır. Bu baxımdan 11 avqust səfəri Naxçıvanın inkişafında növbəti mərhələnin başlanğıcını ifadə edən mühüm siyasi və strateji mesaj kimi qiymətləndirilə bilər.

05/08/2026

Address

Şabran şəhəri, Nizami 29
Dävächi

Opening Hours

Monday 08:00 - 19:00
Tuesday 08:00 - 19:00
Wednesday 08:00 - 19:00
Thursday 08:00 - 19:00
Friday 08:00 - 19:00

Telephone

+994233533200

Website

Alerts

Be the first to know and let us send you an email when Şabran şəhər 3 nömrəli ümumi orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şabran şəhər 3 nömrəli ümumi orta məktəb:

Shortcuts

Share

Category