13/06/2026
Bu gün məktəbimizdə Son zəng tədbiri təşkil edilib. Rəhimli kənd tam orta ümumtəhsil məktəbindən 8 nəfər şagirdimiz məzun oldu. Tədbirdə Məktəb direktoru Vüsal Musayev, Rəhimli bələdiyyəsinin sədri Əlirəhim Bibiquliyev çıxış etdi. Bir qrup müəllim və şagird fəxri fərmana layiq görüldü. Şagirdlərin ifasında müxtəlif mahnı və rəqslər ifa olundu. Məzunlarımızı təbrik edir onlara gələcək həyatlarında uğurlar arzu edirik