Samux rayon Çobanabdallı kənd tam orta məktəbi

Samux rayon Çobanabdallı kənd tam orta məktəbi Samux rayon Çobanabdallı kənd H.Zərdabi adına tam orta ümumtəhsil məktəbi
(2)

11/08/2026

📢 Gəncə-Daşkəsən Regional Təhsil İdarəsi tərəfindən vakant inzibati-təsərrüfat və tədris-köməkçi vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edilir!

📌 Vakant vəzifələr:

🔹 Təsərrüfat işləri üzrə direktor müavini
🔹 Təsərrüfat müdiri
🔹 Uşaq birliyi təşkilatı rəhbəri
🔹 Kitabxana müdiri
🔹 Kitabxanaçı
🔹 Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri
🔹 Psixoloq
🔹 Katibə-kargüzar
🔹 Laborant
🔹 İnternat tipli ümumi təhsil müəssisələrində tərbiyəçi

📋 Vəzifələrin tutulmasına dair tələblər:

🔗 https://docs.google.com/presentation/d/1du2UydVH_3SxytcSc1-Wod3sZr3R1jyh/edit?slide=id.p1 =id.p1

📝 Müsabiqənin mərhələləri:

1️⃣ Qeydiyyat
2️⃣ Test imtahanı

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər. İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər.

Namizədlərin təqdim etdikləri sənədlər əsasında müraciət etdikləri vəzifəyə uyğunluğu qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının tələblərinə uyğun olaraq yoxlanılacaq.

🔗Qeydiyyat üçün link:
https://docs.google.com/forms/d/e/1FAIpQLSf1gjyglKr1dvevW1NXMk7DVJ5xsGMTRwj8YwZt-lvd8AU-fg/viewform?usp=publish-editor

💻 Test imtahanı:
Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq.

✔️ 15 sual – Azərbaycan Respublikasının qanunvericiliyi
✔️ 15 sual – informasiya-kommunikasiya texnologiyaları
✔️ 30 sual – müraciət edilən vəzifə üzrə peşə bilikləri

Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. 30 və daha çox bal toplayan namizədlər müsabiqədən uğurla keçmiş hesab edilirlər. Müsabiqənin nəticələrinə uyğun olaraq namizədlərin vakant vəzifələrə təyinatı həyata keçirilir və ya onlar 1 il müddətinə ehtiyat kadr siyahısına daxil edilirlər.

Ehtiyat kadr siyahısına daxil edilmiş namizədlər həmin müddət ərzində müvafiq vəzifələr üzrə yeni vakant yerlər yarandıqda, müəyyən edilmiş qaydada işə təyin oluna bilərlər.

📄 Qeydiyyat zamanı tələb olunan sənədlər:

📌 Şəxsiyyət vəsiqəsinin surəti;
📌 Təhsil haqqında sənədin surəti;
📌 Əmək kitabçasının surəti (olduğu halda);
📌 Namizədi xarakterizə edən əlavə sənədlər (sertifikat, diplom və s.) – istəyə bağlıdır.

📎 Sənədlər skan edilmiş formada qeydiyyat linkində müvafiq bölməyə yüklənməlidir.

❗ Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə müraciət edən namizədlər qeydiyyat zamanı hərbi biletin surətini də qeydiyyat sisteminə yükləməlidirlər.

Eyni vakant yer üzrə iki və ya daha çox namizəd eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük veriləcək:

▪️ Təhsil səviyyəsi daha yüksək olan namizədə;
▪️ İş stajı daha çox olan namizədə;
▪️ Təhsil müəssisəsinə daha yaxın ərazidə yaşayan namizədə.

📅 Qeydiyyat prosesi 11–18 avqust tarixlərini əhatə edəcəkdir.

⚠️ Namizəd yalnız bir vakant vəzifə üzrə qeydiyyatdan keçə bilər.

Vahid məktəbli geyiminə riayət edilməsi ilə bağlıHörmətli valideynlər və əziz şagirdlər!Məktəb təhsil və tərbiyə mühitid...
10/08/2026

Vahid məktəbli geyiminə riayət edilməsi ilə bağlı
Hörmətli valideynlər və əziz şagirdlər!

Məktəb təhsil və tərbiyə mühitidir. Bu mühitdə nizam-intizamın, məktəb qaydalarının və ümumi davranış mədəniyyətinin qorunması hər bir şagird üçün vacib tələbdir.

Vahid məktəbli geyimi məktəbin daxili nizam-intizamının mühüm tərkib hissəsi olmaqla yanaşı, şagirdlər arasında bərabərlik, kollektivlik və məktəbə mənsubluq hissinin formalaşmasına xidmət edir. Məktəbli forması şagirdin diqqətinin geyim və xarici görünüşə deyil, əsas məqsəd olan təhsilə yönəlməsinə də şərait yaradır.

Bununla əlaqədar olaraq bütün valideynlərdən övladlarının məktəbə müəyyən edilmiş vahid məktəbli geyimində gəlməsinə ciddi nəzarət etmələri xahiş olunur.
Şagirdlərin:

məktəbə səliqəli və müəyyən edilmiş vahid geyimdə gəlməsi;
məktəbli formasına uyğun olmayan geyim və aksesuarlardan istifadə etməməsi;
məktəb geyiminin təmiz və səliqəli saxlanılması;
məktəbin müəyyən etdiyi geyim qaydalarına hörmətlə yanaşması tələb olunur.

Xüsusilə qeyd edirik ki, məktəbli geyimi ilə bağlı tələblərə əməl olunmaması məktəbdə ümumi nizam-intizamın pozulmasına və digər şagirdlər üçün də mənfi nümunənin yaranmasına səbəb ola bilər.

Valideynlərdən bu məsələyə məsuliyyətlə və tələbkarlıqla yanaşmaları, şagirdlərdən isə məktəbin qaydalarına şüurlu şəkildə əməl etmələri xahiş olunur.

Məktəbin nüfuzu, nizam-intizamı və vahid təhsil mühitinin qorunması hər birimizin məsuliyyətidir.

Hörmətlə, Məktəb rəhbərliyi

Qeyd: Vahid məktəbli geyimi ilə bağlı müəyyən edilmiş tələblərə yeni tədris ilinin ilk günündən etibarən ciddi şəkildə riayət olunmalıdır.

Samux rayon Çobanabdallı kənd tam orta məktəbi  2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul davam edir...
07/08/2026

Samux rayon Çobanabdallı kənd tam orta məktəbi 2026-2027-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına qəbul davam edir.
Qeydiyyat üçün məktəbdə yaradılmış qəbul şöbəsinə yaxınlaşın.

04/08/2026

📌 2026–2027-ci tədris ili üçün məktəbəhazırlıq qruplarına qəbul prosesi ilə bağlı tez-tez verilən sualların cavabları

🔗 Ətraflı:https://edu.gov.az/uploads/mutda/2026/mektebehazirliq-qruplari-sual-cavab.pdf

04/08/2026

📢İcma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində tərbiyəçi-müəllim vəzifəsi üzrə müsabiqənin test imtahanı mərhələsi 5 avqust 2026-cı il tarixində keçiriləcək.

🗓️Test imtahanında iştirak edəcək namizədlər şəxsiyyəti təsdiq edən sənədi mütləq şəkildə özləri ilə gətirməlidirlər. 🪪Namizədlər qeydiyyatda olduqları rayon üzrə aşağıdakı imtahan mərkəzlərinə yaxınlaşmalıdırlar: 📍

🏛️ Gəncə şəhəri, Göygöl və Daşkəsən rayonları – Gəncə şəhəri M. Mehdizadə adına 4 nömrəli xarici dillər təmayüllü məktəb-liseyə;

🏛️ Goranboy rayonu – Goranboy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinə;

🏛️ Samux rayonu – Samux rayon Çobanabdallı kənd tam orta ümumtəhsil məktəbinə yaxınlaşmalıdırlar.

İmtahanda iştirak etməli olan namizədlərin saat 09:00-da müvafiq imtahan mərkəzlərində olmaları tələb olunur.

🕘Namizədlərin imtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədi təqdim etmələri mütləqdir.

🪪📝 Qeyd: Test imtahanının tarixi, vaxtı və keçiriləcəyi məkan barədə məlumatlar namizədlərin şəxsi kabinetlərində də yerləşdirilib.

Samux rayon Çobanabdallı kənd tam orta məktəbi  məktəbəhazırlıq (sıfırncı) qrup rəhbəri Gülnara Qarayeva.
04/08/2026

Samux rayon Çobanabdallı kənd tam orta məktəbi məktəbəhazırlıq (sıfırncı) qrup rəhbəri Gülnara Qarayeva.

Sevindirici xəbər!Samux rayon Çobanabdallı kənd tam orta məktəbi  2025-2026-cı tədris ili üzrə məzunu Verdiyeva Mədinə q...
01/08/2026

Sevindirici xəbər!

Samux rayon Çobanabdallı kənd tam orta məktəbi 2025-2026-cı tədris ili üzrə məzunu Verdiyeva Mədinə qəbul imtahanında lll qrup üzrə 522 bal toplaması münasibətilə təbrik edirik.

Samux rayon Çobanabdallı kənd tam orta məktəbi  2025-2026-cı tədris ili üzrə məzunu Kazımova Mələkxanım Elsevər qızını q...
31/07/2026

Samux rayon Çobanabdallı kənd tam orta məktəbi 2025-2026-cı tədris ili üzrə məzunu Kazımova Mələkxanım Elsevər qızını qəbul imtahanında 333 bal toplaması münasibətilə təbrik edirik.

Samux rayon Çobanabdallı kənd tam orta məktəbi  2025-2026-cı tədris ili üzrə məzunu Kazımova Aylin Elşad qızı 3-cü qrup ...
30/07/2026

Samux rayon Çobanabdallı kənd tam orta məktəbi 2025-2026-cı tədris ili üzrə məzunu Kazımova Aylin Elşad qızı 3-cü qrup üzrə qəbul imtahanında 380.4 bal toplaması münasibətilə təbrik edirik.

Address

Samux Rayonu Çobanabdallı Kəndi
Chobanabdally
AZ5111

Opening Hours

Monday 08:00 - 16:00
Wednesday 08:00 - 16:00
Friday 08:00 - 16:00

Telephone

+994556215045

Alerts

Be the first to know and let us send you an email when Samux rayon Çobanabdallı kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Samux rayon Çobanabdallı kənd tam orta məktəbi:

Shortcuts

Share

Category