20/03/2026
Məktəbimizin dil-ədəbiyyat müəllimi Səmədova Elza rəhbərlik etdiyi 5ç sinfi ilə birgə "Xoş gəlmisən,Novruzum" adlı tədbir keçirmişdir.Tədbirdə minilliklər boyu formalaşan Novruz bayramının mədəni irsə daxil olduğu,qışla vidalaşan "Keçəl,Kosa"atributları,Novruzun rəngarəng elementlərindən olan yumurta döyüşməsi,"Novruz haxıştalar"ı bir çox Novruz adətləri öz əksini tapıb.Novruz adətlərinin milli-mənəvi dəyərlərimizin,tariximizin,xalq yaddaşımızın ayrılmaz parçası olduğu,onların qorunması gələcək nəsillərə milli kimlik və ənənə sevgisinin ötürülməsində vacib rolu olduğu şavirdlərin diqqətinə çatdırılıb.
20/03/2026
Ramazan bayramınız mübarək!
19/03/2026
Məktəbimizin ibtidai siniflərində Azərbaycan xalqının zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı münasibətilə şənlik keçirilmişdir.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərə Novruz bayramının adət-ənənələrini aşılamaq, milli irsimizə sevgi və hörmət hissini gücləndirmək olmuşdur. Şənlik zamanı şagirdlər baharın gəlişini tərənnüm edən şeirlər səsləndirmiş, mahnılar ifa etmiş, maraqlı səhnəciklərlə çıxış etmişlər. Bayramın rəmzləri olan Kosa və Keçəl obrazları tədbirə xüsusi rəng qatmış, uşaqların sevincinə səbəb olmuşdur.
Həmçinin milli oyunlar təşkil edilmiş, Novruz süfrəsinin atributları nümayiş etdirilmişdir. Şagirdlərin hazırladığı çıxışlar iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanmışdır.
Tədbir açıq havada, baharın gəlişini simvolizə edən ocaq ətrafında davam etdirilmiş, şagirdlər bayram tonqalının üzərindən atlanaraq qədim ənənələrimizi yaşatmış və sevinc dolu anlar yaşamışlar.
Sonda qeyd olunmuşdur ki, Novruz bayramı xalqımızın birlik, bərabərlik və həmrəylik rəmzidir və bu kimi tədbirlər gənc nəslin milli ruhda tərbiyəsində mühüm rol oynayır.
19/03/2026
18.03.2026 - ci il tarixində məktəbimizin lX siniflərində biologiya müəllimi Seyidbəyli Şəmsiyyə və təşkilatçı Yusifova Gülnarın iştirakı ilə reproduktiv sağlamlıqla bağlı keçiriləcək tədbirlər çərçivəsində olan "Yeniyetmələrin sirləri" mövzusunda tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi yeniyetmələrin sağlam həyat tərzi barədə maarifləndirilməsi, onların fiziki və psixoloji inkişaf dövründə qarşılaşdıqları sualların düzgün şəkildə cavablandırılması, gigiyena qaydalarına riayət etməyin vacibliyinin aşılanması olmuşdur. Çıxışlar zamanı şagirdlərə reproduktiv sağlamlığın qorunması, zərərli vərdişlərdən uzaq durmağın əhəmiyyəti və düzgün davranış modelləri haqqında ətraflı məlumat verilmişdir.
Tədbir interaktiv formada təşkil olunmuş, şagirdlər onları maraqlandıran sualları ünvanlandıraraq ətraflı cavablar almış, mövzu ətrafında fikir mübadiləsi aparılmışdır. Sonda iştirakçılara sağlam gələcəyin təməlində düzgün məlumat və maarifləndirmənin mühüm rol oynadığı bir daha vurğulanmışdır.
19/03/2026
Bu gün VlA, VA və VIÇ sinif şagirdləri, eləcə də müəllimlərimizlə birlikdə Vətən uğrunda canından keçmiş şəhidimizin əziz ailəsini ziyarət etdik. Onların qüruru, səbr və mətanəti hər birimiz üçün əsl örnəkdir.
Ziyarət zamanı şəhidimizin keçdiyi şərəfli həyat yolu, göstərdiyi qəhrəmanlıq nümunələri şagirdlərə ətraflı şəkildə çatdırıldı. Şagirdlərimiz vətənpərvərlik ruhunda tərbiyənin əhəmiyyətini bir daha dərk etdilər, şəhid ailəsinə öz ehtiram və hörmətlərini bildirdilər.Şəhidlərimiz bizim baş tacımızdır.
onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
19/03/2026
18.03.2026 - ci il tarixində məktəbimizin VIII siniflərində biologiya müəllimi Seyidbəyli Şəmsiyyə , təşkilatçı Yusifova Gülnarın iştirakı ilə reproduktiv sağlamlıqla bağlı keçiriləcək tədbirlər çərçivəsində olan "Zərərli vərdişlər: Alkoqolizm və narkomaniya" mövzusunda tədbir keçirilmişdir.Tədbirin əsas məqsədi şagirdlərə zərərli vərdişlərin insan sağlamlığına, xüsusilə də gələcək həyatlarına və reproduktiv sağlamlığa mənfi təsirləri barədə ətraflı məlumat vermək, onları bu kimi təhlükələrdən uzaq durmağa təşviq etmək olmuşdur. Çıxışlar zamanı alkoqol və narkotik maddələrin orqanizmə vurduğu zərərlər, psixoloji və sosial fəsadları geniş şəkildə izah edilmiş, real nümunələr əsasında mövzu şagirdlərə çatdırılmışdır.
Eyni zamanda, şagirdlərlə interaktiv müzakirələr aparılmış, onların sualları cavablandırılmış, sağlam həyat tərzinin üstünlükləri vurğulanmışdır. Tədbir şagirdlər tərəfindən maraqla qarşılanmış və onların maariflənməsi baxımından əhəmiyyətli olmuşdur.
18/03/2026
Məktəbimizin Təsviri incəsənət müəllimi Həsənova Aysanın təşəbbüsü ilə Vl e ,Vlç sinifləri ilə birgə “Elimizə Bahar gəlir” adlı resm sərgisi təşkil edildi Sagirdlər yağlı boya və quaş texnikası ilə çəkdikləri rəsmlərdə baharın gözəlliyini və təbiətin oyanışını canlandırıblar. Sərginin əsas məqsədi şagirdlərin yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, estetik zövqlərini inkişaf etdirmək və onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaq olmuşdur. Tədbir zamanı nümayiş olunan rəsmlər məktəb kollektivinin və şagirdlərin böyük marağına səbəb olmuş, müəllim və valideynlər tərəfindən yüksək qiymətləndirilmişdir.
17/03/2026
Məktəbimizin 1 “C” sinif şagirdləri, sinif müəllimi Elnarə Bayramovanın təşkilatçılığı ilə milli-mənəvi dəyərlərimizin təbliği və şəhidlərimizin əziz xatirəsinin yad edilməsi məqsədilə bayram günləri münasibətilə şəhid Ramil Rəhimovun ailəsini ziyarət etmişlər.
Ziyarət zamanı şagirdlər şəhidimizin əziz xatirəsini ehtiramla anmış, ailə üzvlərinə dərin hörmət və diqqətlərini ifadə etmişlər. Bu cür təşəbbüslər gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına, onların milli dəyərlərimizə bağlılığının daha da güclənməsinə mühüm töhfə verir.
Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayır və onların qəhrəmanlığı gələcək nəsillər üçün örnək olaraq qalacaqdır.
17/03/2026
Baharın gəlişinin müjdəçisi olan ilaxır çərşənbə münasibətilə məktəb kollektivi olaraq hər birinizi ürəkdən təbrik edirik!
Axır çərşənbə xalqımızın zəngin milli-mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan, birlik və həmrəyliyin rəmzi olan müqəddəs günlərdən biridir. Bu əziz gündə yandırılan tonqallar, edilən arzular və bölüşülən sevinc hər bir evə ruzi-bərəkət, xoşbəxtlik və uğur gətirsin.
Şagirdlərimizin simasında gələcəyimizin daha işıqlı, ümidli və uğurlu olacağına inanır, hər bir ailəyə sevinc, sağlamlıq və firavanlıq arzulayırıq.
Bayramınız mübarək!
16/03/2026
Məktəbimizdə V A sinfində Azərbaycan dili və Ədəbiyyat müəllimi Natəvan Nərimanovanın təşkilatçılığı ilə keçirilən açıq dərsdə şagirdlər “Misirə səyahət” mövzusu əsasında bu ölkənin tarixi, mədəniyyəti və turizm məkanları haqqında maraqlı məlumatlar əldə etdilər. Dərs zamanı şagirdlərin fəal iştirakı təmin olundu, mövzu ətrafında təqdimatlar və müzakirələr aparıldı. Açıq dərs şagirdlərin dünyagörüşünün genişlənməsinə və xarici ölkələrin mədəni irsi ilə daha yaxından tanış olmalarına mühüm töhfə verdi.
16/03/2026
Nüvə, kimyəvi və bioloji silahlar insanlara və ətraf mühitə böyük zərər verə bilər. Buna görə də belə hallarda təhlükəsizlik qaydalarına əməl etmək çox vacibdir.YusifovŞiraslan , Yusifova Gülnar , Məmmədova Sədaqətin təşkilatçılığı ilə bu günkü tədbirimiz nüvə və digər kütləvi qırğın silahlarından qorunma mövzusuna həsr olunmuşdur. Müasir dövrdə insanların təhlükəsizliyi çox vacib məsələdir. Belə təhlükələr zamanı hər bir insanın düzgün davranış qaydalarını bilməsi həyati əhəmiyyət daşıyır.
14/03/2026
12.03.2026 ci il tarixində məktəbimizin Biologiya müəllimi Seyidbəyli Şəmsiyyə və Təşkilatçı Gülnar Yusifova" VIII-IX siniflərlə Sağlamlıq və Təhlükəsizlik qaydaları", "Zərərli vərdişlər" və "Yeniyetmələrin sirləri" mövzusunda şagirdlərlə mili -mənəvi dəyərlərin aşılanması , sağlamlığın qorunması, şagirdlərin önəmi haqqında tədbirin təşkil etmişdirlər.