Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

  • Home
  • Azerbaijan
  • Buzovna
  • Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir.

5 №- li BPM–i Xəzər rayonu Buzovna qəsəbəsi, H.Eyvazov küçəsi 28-də yerləşir. Məktəb 1969–cu ildən 55№-li Texniki Peşə Məktəbi adı altında uyğunlaşdırılmış köhnə binada fəaliyyətə başlayıb, Buzovna qəsəbəsi Albalılıq dayanacağında yerləşən Müdafiə Nazirliyinin Bakı Aqreqat İstehalat Birliyi “İqlim” Zavoduna Tornaçı, Frezerçi, Elektrik qaz qaynaqçısı, Mexaniki yığma çilingəri, Avtomobil təmiri çilingəri, Əməliyyatçı- mühasib, Buzovna qəsəbəsində yerləşən 2 №–li Bakı Tikiş Fabrikinə “Tikişçi və tikiş avadanlığı operatoru" peşələri üzrə ixtisaslı fəhlə kadrları hazırlamışdır. 1972–ci ildən şagirdlərə peşə ilə yanaşı orta təhsil də verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 1996–cı il tarixli 116 saylı qərarı ilə 55№-li TPM–nin adı dəyişilərək 5№-li Bakı Peşə Məktəbi adlandırıldı.
2011–ci il ildə H.Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə məktəbin köhnə binası sökülüb, yerində müasir tipli, yeni məktəb binası tikilib və 2012-ci ildə istifadəyə verilmişdir. Köhnə ixtisaslar ləğv edilmiş və yeni məktəbin profilinə uyğun ixtisaslar açılmışdır.
İxtisaslar üzrə kadrlar hazırlamaq üçün məktəb yüksək səviyyədə texniki və əyani vəsaitlərlə təchiz olunmuşdur. Belə ki, 60 kv.m sahədə 30 nəfər tamaşaçı tutumlu,
3 kamera ilə təchiz olunmuş çəkiliş studiyası, rejissor otağı (bütün avadanlıqları ilə birlikdə), səsyazma studiyası, montaj otağı, dekorator emalatxanası, tikiş və biçim emalatxanası, 60 kv.m sahədə 8 stullu qrim otağı istifadədədir.Məktəb həmçinin akt zalı, idman zalı,kitabxana,bufet ilə təchiz olunub. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016 - cı il 11 oktyabr tarixli 405 nömrəli Qərarına əsasən 5 nömrəli Bakı Peşə Məktəbi, 13 nömrəli Bakı Peşə Məktəbi və 15 nömrəli Bakı Peşə Liseyi birləşdirilərək bu lisey və məktəblərin bazasında Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin yaradılması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Təhsil nazirinin 03 noyabr 2016-cı il tarixli 710 nömrəli əmrinin icrası məqsədilə "Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin Əsasnaməsi"nin 5.4.8 - ci bəndini rəhbər tutaraq hal-hazırda mərkəzin direktor vəzifəsini Pərviz Asif oğlu Həmzəyev icra edir.

Cari ildə peşə təhsilində 7 ixtisas üzrə beynəlxalq sertifikat əldə etmək imkanı təqdim olunur.“Azərbaycan müəllimi” xəb...
24/07/2026

Cari ildə peşə təhsilində 7 ixtisas üzrə beynəlxalq sertifikat əldə etmək imkanı təqdim olunur.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media üçün keçirilən brifinqdə məlumat verib.

İ.Bayramlı bildirib ki, “Code Academy”, “Baku Design Academy”, “IMZA Group” və KVET Əlavə Təhsil Mərkəzi ilə əməkdaşlıq çərçivəsində beynəlxalq sertifikat proqramları həyata keçirilir.

Ətraflı: https://muallim.edu.az/7-pese-ixtisasi-uzre-beynelxalq-sertifikat-almaq-mumkun-olacaq-ilqar-bayramli

🎓 Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir. 📌 Qəbul qaydaları:🔶 İlk və texniki peşə təhsili səviyyələri...
23/07/2026

🎓 Peşə təhsili müəssisələrinə tələbə qəbuluna start verilir.

📌 Qəbul qaydaları:
🔶 İlk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir;
🔶 Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.

🕐 Son müraciət tarixi: 10 avqust, 18:00
🔗 Qeydiyyat linki: https://portal.edu.az/
🔗 Qəbul planı: https://shorturl.at/yWxTW
🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1336/inner

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tədris etdiyi ixtisaslar aşağıdakılardan ibarətdir:

🟡 İlk peşə təhsili
1. Qida və qeyri-qida məhsulları satıcısı, nəzarətçi-xəzinədar / dual
2. Bərbər
3. Kompüter sistem inzibatçısı
4. Reklam dizayneri
5. Plastik boru qaynaqçısı

🟠 Texniki peşə təhsili
1. Kinomontajçı / dual
2. Dərzi / dual
3. Bərbər-vizajist-manikürçü
4. Səhnə kostyumları üzrə dərzi
5. Geyim üzrə dizayner
6. Təmirçi-çilingər / dual
7. Xalçaçı
8. Zərgər / dual
9. Video çəkilişi üzrə operator / dual
10. Səs operatoru
11. Aşpaz / dual
12. Qrimçi-pastijor
13. İnteryer və eksteryerin bədii tərtibatçısı
14. Tədbirlərin təşkilatçısı
15. Florist
16. İşıq operatoru / dual
17. Qənnadçı, şirniyyatçı / dual
18. Veb-dizayner və proqram təminatçısı
19. Əməliyyatçı-mühasib

🟤Yüksək texniki peşə təhsili
1. Satış və marketinq
2. Tədbirlərin planlaşdırılması və təşkili
3. Media və audiovizual texnologiyaların istismarı
4. Saç kəsimi və gözəllik xidmətlərinin təşkili
5. Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı
6. Veb-dizayn və proqram təminatı
7. Rəqəmsal məzmun idarəçiliyi
8. İnteryer dizayn
9. Moda dizaynı

22/07/2026

22 İyul – Milli Mətbuat Günü

Dəqiq, operativ və məsuliyyətli informasiya cəmiyyətin inkişafında mühüm rol oynayır.

Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

📌 Peşə təhsili üzrə ixtisasların yeni təsnifatı müzakirə olunubElm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan ...
14/07/2026

📌 Peşə təhsili üzrə ixtisasların yeni təsnifatı müzakirə olunub

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Texniki Universitetində “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi ilə bağlı peşə təhsili müəssisələrinin rəhbərləri və aidiyyəti əməkdaşlarının iştirakı ilə görüş keçirilib.

Görüşdə bildirilib ki, yeni təsnifat əmək bazarının mövcud və gələcək tələblərinə uyğun kadr hazırlığını təmin etməyə, təhsil proqramlarını təkmilləşdirməyə və peşə təhsilinin keyfiyyətini artırmağa xidmət edir. İxtisasların sayının azaldılması deyil, onların optimallaşdırılması və yeni ixtisasların yaradılması nəzərdə tutulduğu vurğulanıb.

Tədbirdə layihə üzrə görülən işlər təqdim olunub, yeni təsnifatın tətbiqi və təkmilləşdirilməsi ilə bağlı iştirakçıların rəy və təklifləri dinlənilib, fikir mübadiləsi aparılıb.

Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23222-1

14/07/2026

Peşə təhsili üzrə ixtisasların təsnifatı yenilənir

13/07/2026

Address

Bakı şəhəri Buzovna Qəsəbəsi Heydər Eyvazov Küç. 28
Buzovna
1000

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994709751315

Alerts

Be the first to know and let us send you an email when Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi:

Shortcuts

Share

Category