5 Nömrəli Texniki Peşə Məktəbi

5 Nömrəli Texniki Peşə Məktəbi Xəzər rayonunun Buzovna qəsəbəsindəki 5 nömrəli texniki peşə məktəbi Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə yenidən inşa edilib.

Texniki peşə məktəbi 1,2 hektarlıq ərazidə yerləşir. 1969-cu ildən fəaliyyət göstərən məktəb yenidənqurmaya qədər tornaçı, bərbər, maliyyə-uçot ixtisasları üzrə təhsil verib. Yenidənqurmadan sonra məktəb xarici görünüşü və maddi-texniki bazası ilə bərabər profilini də dəyişib, kino, teatr, həmçinin mədəniyyət və incəsənətin digər müvafiq işçi bazasını peşəkar texniklərlə təmin etməyi qarşısına məqsəd qoyub. Məktəbdə ən müasir səsyazma və səyyar telestudiya çəkiliş avadanlığının qurulduğu studiyalar yaradılıb ki, bu stidiyalar birbaşa yayım imkanlarına malikdir. Məktəbdə akt zalı, dərs, qrim, dekorasiya otaqları, dərzi sexi, tibb məntəqəsi, kitabxana və digər emalatxanalar yaradılıb. Kitabxanada mədəniyyət və incəsənətə dair kitablarla yanaşı, müxtəlif dərs vəsaitləri də vardır. Məktəbin həyətində ayrıca idman kompleksi inşa edilib. Burada futzal, basketbol, voleybol, yüngül atletika qurğuları və trenajorlar yerləşdirilib.

5 nömrəli texniki peşə məktəbində kino, videoçəkiliş üzrə operatorlar, səhnə işıq və qrim ustaları, kinotelemontajçılar, səs operatorları, teatr, kino və telestudio dekoratorları, dərzilər, kompyuterlərin təmiri və xidməti üzrə texniklər hazırlanır. Burada təhsil ikiillikdir. Hazırda təhsil alan şagirdlərin sayı 160 nəfərdir. Gələcək illərdə onların sayı 320-ə çatdırılacaq.

28/02/2017

🇦🇿 Şəhidlərimizi yad edək...🇦🇿
- olan igidlərimizin əziz xatirəsi üçün paylaşaq.

04/05/2016

Məktəbimizin tanıtım rolikini görək məktəbimizin neçə şagirdi bəyənəcək və paylaşaraq məktəbimizi tanıdacaq? ;)

Fənn: Gənclərin hərbi çağırışadək hazırlığıMüəllim: Qafarov Elbrus- Elbrus müəllimin şagirdlərindən kimlər var?- Elbrus ...
17/04/2016

Fənn: Gənclərin hərbi çağırışadək hazırlığı
Müəllim: Qafarov Elbrus

- Elbrus müəllimin şagirdlərindən kimlər var?
- Elbrus müəllimin hərbi rütbəsi nədir, kim bilir?

14/02/2016

"Dərsdən Sonra" verilişi 07.02.2016

05/02/2016

DİQQƏT!

07 Fevral 2016 -cı il tarixində saat 12:40 -da "Mədəniyyət" ( ) kanalında 5 Nömrəli Texniki Peşə Məktəbi 'ndə çəkilişi tamamlanan "Dərsdən Sonra" adlı veriliş efirdə olacaq.

İzləməyi unutmayın!

5 Nömrəli Texniki Peşə Məktəbi 'nin "Qrimçi -pastijor" qrupunun tələbələrindən möhtəşəm sənət əsərləri. ^_^
04/01/2016

5 Nömrəli Texniki Peşə Məktəbi 'nin "Qrimçi -pastijor" qrupunun tələbələrindən möhtəşəm sənət əsərləri. ^_^

Bu gün 15 Sentyabr - Bilik Günü və 2015-2016 Dərs ilinin ilk günüdür!Bu münasibətlə bütün şagirdlərimizi səmimi qəlbdən ...
15/09/2015

Bu gün 15 Sentyabr - Bilik Günü və 2015-2016 Dərs ilinin ilk günüdür!

Bu münasibətlə bütün şagirdlərimizi səmimi qəlbdən təbrik edirik. Onlara yeni dərs ilində uğurlar arzu edirik. ^_^

- Yeni dərs ilində 5 Nömrəli Texniki Peşə Məktəbi 'də şagird adını qazananlar var? Yeni dərs gününüz necə keçib? 2-ci ilində olan şagirdlərimiz sizləri unutmamışıq, sizlərədə UĞURLAR arzu edirik. ;)

Məktəbimizin şagirdlərindən soruşuruq:- Sizcə, bu şəkil 5 Nömrəli Texniki Peşə Məktəbi 'nin hansı otağıdır?
27/02/2015

Məktəbimizin şagirdlərindən soruşuruq:

- Sizcə, bu şəkil 5 Nömrəli Texniki Peşə Məktəbi 'nin hansı otağıdır?

  Prezidenti İlham Əliyev 'in 5 Nömrəli Texniki Peşə Məktəbi 'ndəki stendi:
09/01/2015

Prezidenti İlham Əliyev 'in
5 Nömrəli Texniki Peşə Məktəbi 'ndəki stendi:

Heydər Əliyev büstü / 5 Nömrəli Texniki Peşə Məktəbi 'nin FoyesiŞəkli çəkdi: Məktəbin şagirdi Ibrahim Necefli
29/12/2014

Heydər Əliyev büstü / 5 Nömrəli Texniki Peşə Məktəbi 'nin Foyesi

Şəkli çəkdi: Məktəbin şagirdi Ibrahim Necefli

15/10/2014

- Məktəbimizin şagirdlərinə Salamlar! :) Dərsləriniz necə keçir?

05/10/2014

Salamlar, Bayramınız Mübarək Olsun! ^_^

- Bu 3 gün içində məktəbimiz üçün darıxan var? ;)

Address

Bakı şəhəri, Xəzər Rayonu, Heydər Eyvazov Küç . 28
Buzovna
AZ1090

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 18:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when 5 Nömrəli Texniki Peşə Məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category