15/04/2025
Şabran şəhəri 2 nömrəli tam orta məktəb liseyin şagirdləri – Tunca Mürşüdova və Xumar Cəfərli mötəbər turnirdə birinci yerə layiq görülərək qızıl medal qazanıblar.
Təbrik edirik!
Şabran şəhəri 2 nömrəli tam orta məktəb liseyin şagirdləri – Tunca Mürşüdova və Xumar Cəfərli mötəbər turnirdə birinci yerə layiq görülərək qızıl medal qazanıblar.
Ətraflı: muallim.edu.az/news/67fdf17ebbdb7a72cfaa70bb
11/04/2025
Təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı görüşlər keçirilib
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin kimya, biologiya, fizika, coğrafiya, informatika, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri ilə sertifikatlaşdırmaya hazırlıq məqsədilə maarifləndirici görüşlər keçirilmişdir.
07/04/2025
Şabran şəhər Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdi Sənan Babayev "Əlaçı" televiziya layihəsinin qalibi olub.
Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq.
Əlaçı | 04.04.2025
Bizi İzləyin: Whatsapp: https://whatsapp.com/channel/0029Va8QgvE5fM5Yy1EyAy0KFacebook: https://www.facebook.com/ictimai.tv/Instagram: https://www.instagram.c...
07/04/2025
📢 Uşaqların I sinfə qəbulu prosesi başlayır!
🗓️ 1 may saat 11:00-dan etibarən 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.
13/03/2025
“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin açılış mərasimi keçirilib.
Bütün müsabiqə iştirakçılarına, o cümlədən Şabran şəhəri Tofiq Abbasov adına 1 nömrəli tam orta ümumumtəhsil məktəbinin və Roman Yusifov adına 2 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin komandasına uğurlar arzulayırıq.
12/03/2025
Təhsilverənlərin sertifikatlaşdırması ilə bağlı görüşlər keçirilib
Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin kimya, biologiya, fizika, coğrafiya, informatika, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri ilə sertifikatlaşdırmaya hazırlıq məqsədilə maarifləndirici görüşlər keçirilib.
Keçirilmiş görüşlərdə təhsilverənlərin sertifikatlaşdırması ilə əlaqədar müəllimləri maraqlandıran suallar cavablandırılıb.
17/02/2025
Təhsil İnstitutu 2025-2026-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində metodist kimi fəaliyyət göstərəcək şəxslərin seçimi üçün “Müasir metodist” müsabiqəsi elan edir.
Ölkənin müxtəlif regionlarından sertifikasiya imtahanından uğurla keçən fənn müəllimləri müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.
Metodist kimi fəaliyyət göstərmək istəyən namizədlər üçün aşağıdakı tələblər nəzərə alınır:
Pedaqoji təhsil;
Ən azı 7 illik pedaqoji təcrübə;
Sertifikasiya balı 51 və 51-dən yuxarı;
İKT bacarıqları;
Xarici dil üzrə bilik və bacarıqlar (arzu olunandır).
Qeydiyyatdan keçən və qeyd olunan tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunurlar. Müsahibə mərhələsindən müvəffəqiyyətlə keçən müəllimlər “Metodist hazırlığı” təlimlərinə cəlb edilirlər.
Təlimlərdə iştirak edən və uğur qazanmış namizədlər metodik xidmətə cəlb edilirlər.
Qeydiyyat üçün son müraciət tarixi 20 fevral 2025-ci ildir.
Qeydiyyatdan keçmək üçün müvafiq keçidə daxil ola bilərsiniz:
https://docs.google.com/forms/d/11Hd_a745-enO0YnBckquQ0mmXOSeWIoQ6gVCVi54z6o/edit
“Müasir metodist” müsabiqəsi üzrə qeydiyyatın bitməsinə son 3 gün qaldı!
10/02/2025
Şabran şəhəri Məmmədağa Nəzirov adına 4 nörməli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi - Şabran rayonu uşaq-gənclər idman-şahmat məktəbinin stolüstü tennis dərnəyinin üzvü Tunar Bağırov seçmə komandanın tərkibində Xorvatiyanın Osiyek şəhərində təşkil olunan “Europe Youth Series” turnirində bürünc mükafata layiq görülüb. O, qoşa mübarizədə fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Məşqçi-müəllim: 1-ci kateqoriyalı baş məşqçi-müəllim Zakir Cavadov
Təbrik edirik!
Qeyd edək ki, stolüstü tennis üzrə nəticələrinə görə Şabran rayonu uşaq-gənclər idman-şahmat məktəbi Respublika üzrə 3-cü yerdədir.
10/02/2025
Şabran rayon ümumtəhsil müəssisələri üzrə “Sabahın Alimləri” XIV Respublika Layihə Müsabiqəsinin finalına vəsiqə qazanan şagirdlər
Şagirdlərimizi və onların layihə rəhbərlərini təbrik edir, finalda uğurlar arzulayırıq!
06/02/2025
Quba-Xaçmaz Regional Təhsil İdarəsi əhatə dairəsində olan ümumi təhsil müəssisələrində vakant olan məktəb psixoloqu vəzifəsi üçün işə qəbul elan edir.
Quba-Xaçmaz Regional Təhsil İdarəsi əhatə dairəsində olan ümumi təhsil müəssisələrində vakant olan məktəb psixoloqu vəzifəsi üçün işə qəbul elan edir. Ali təhsil müəssisələrini psixoloq ixtisası üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi almış şəxslər bu vəzifəyə müraciət edə bilərlər.
Tələb olunan zəruri sənədlər:
-İxtisası üzrə ali təhsil diplomu və ona əlavənin əsli,
-Şəxsiyyəti təsdiq edən sənədin əsli.
Müraciət etmək istəyən şəxslər, zəruri sənədlərini 5 fevral 2025-ci il tarixindən 14 fevral 2025-ci il tarixinə qədər (iş günləri ərzində, saat 09:00–17:00 arasında) Quba-Xaçmaz Regional Təhsil İdarəsinə təqdim etməlidirlər.
Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının ümumi təhsil müəssisələrinin psixoloq vəzifəsi üzrə vakant yerlərini aşağıdakı linkdən əldə edə bilərsiniz: https://docs.google.com/spreadsheets/d/1uQywOACNOUuSlxyOGDKfTP6trpggkWxSZIEsPENRHvQ/edit?gid=55120495 =55120495
04/02/2025
Şabran rayonu üzrə təhsil sektoru tərəfindən rayonun ümumi təhsil müəssisələrinin direktorları ilə iclas keçirilib.
İclasda məktəbdaxili nizam-intizam qaydaları, “Təhsilverənlərin etik davranış Qaydaları”na riayət olunması, təhsilverənlərin sertifikatlaşdırılması imtahanlarına hazırlıq vəziyyəti müzakirə olunub, müəssisə rəhbərlərinə cari işlər barədə müvafiq tapşırıqlar verilərək onları maraqlandıran suallar cavablandırılıb.
31/01/2025
Gənc müəllimlərlə görüş keçirilib.
Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta ümumtəhsil məktəbində 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışan gənc müəllimlər iştirak ediblər.
Tədbirin gedişində Quba-Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin şagirdlərinin iştirakı ilə mahnı və rəqs nömrələri nümayiş olunub.
Tədbirin sonunda bir qrup gənc müəllim fəxri fərman və hədiyyələrlə təltif edilib.
Bütün gənc təhsil işçilərini və təltif edilən müəllimlərimizi Gənclər Günü münasibətilə təbrik edirik.