Binəqədi rayonu 182 N-li tam orta ümumtəhsil məktəbi

Binəqədi rayonu 182 N-li tam orta ümumtəhsil məktəbi 182 №-li tam orta ümumtəhsil məktəbi Binəqədi qəsəbəsində yerləşir. 182 N-li tam orta ümumtəhsil məktəbi

Məktəbimizdə növbəti Pedaqoji Şura iclası keçirilmişdir. İclas zamanı tədris prosesinin təşkili, qarşıda duran vəzifələr...
15/05/2026

Məktəbimizdə növbəti Pedaqoji Şura iclası keçirilmişdir. İclas zamanı tədris prosesinin təşkili, qarşıda duran vəzifələr, əldə olunan nəticələr və perspektiv hədəflərlə bağlı geniş müzakirələr aparılmışdır.



15/05/2026

4l və 4h siniflərində 15 may "Ailə Günü" Psixoloqlar Z.Aybəniz, Ə.Əsədova,UBTR N.Gülnarə

Məktəbin kitabxanasında "Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi"  təşkil olunub. Sərgidə türk dünyasının o...
13/05/2026

Məktəbin kitabxanasında "Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş sərgi" təşkil olunub. Sərgidə türk dünyasının ortaq dili, ədəbiyyatı və mədəni irsini əks etdirən kitablar, jurnallar və müxtəlif nəşrlər nümayiş etdirilib. Tədbirin əsas məqsədi şagirdlərdə milli-mənəvi dəyərlərə, ana dilinə və türkoloji irsə marağın artırılması olub.
Sərgi kitabxana heyəti – Reyhan Qarayevanın, Aynur Həmzəyevanın və Könül Səfərovanın təşkilatçılığı ilə həyata keçirilib. Tədbirdə məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Qoşqar Hümbətov, Azərbaycan dili və ədəbiyyatı müəllimi Fərqanə Bayramova, həmçinin uşaq birliyi təşkilatı rəhbəri Gülnarə Nəbiyeva iştirak ediblər.
Çıxış edənlər Türkoloji Qurultayın Azərbaycan elm və mədəniyyəti tarixində mühüm əhəmiyyət daşıdığını vurğulayıb, bu cür tədbirlərin gənc nəslin maariflənməsində xüsusi rol oynadığını qeyd ediblər.
Sərgi şagirdlərin böyük marağına səbəb olub. Onlar nümayiş etdirilən kitablarla tanış olub, türk dünyasının zəngin ədəbi və mədəni irsi haqqında məlumat əldə ediblər. Tədbir iştirakçılar tərəfindən maraq və rəğbətlə qarşılanıb.

Məktəbimizdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş geniş tədbi...
08/05/2026

Məktəbimizdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş geniş tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, şagirdlər və valideynlər iştirak etdilər.
Əvvəlcə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri giriş sözü ilə açan məktəbin rəhbərliyi Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı misilsiz xidmətlərindən danışdı. Qeyd olundu ki, müasir Azərbaycanın inkişafı və qazandığı uğurlar məhz Ulu Öndərin uzaqgörən siyasətinin nəticəsidir.
Tədbir zamanı tarix müəllimləri çıxış edərək Heydər Əliyevin zəngin siyasi fəaliyyəti, xalqına bağlılığı və dövlətçilik ideyaları haqqında ətraflı məlumat verdilər. Bildirildi ki, Ulu Öndər hər zaman təhsilə, gənclərə və milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm vermişdir.
Şagirdlər tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirildi, mahnılar ifa olundu və səhnəciklər nümayiş etdirildi. Tədbirdə nümayiş olunan videoçarxlar və təqdimatlar iştirakçılar tərəfindən maraqla qarşılandı.
Sonda vurğulandı ki, Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq və onun ideyaları gələcək nəsillərə yol göstərəcəkdir.
Tədbir yüksək əhval-ruhiyyə və böyük qürur hissi ilə başa çatdı.

Bakıda 30 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir 2026-2027-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci ...
05/05/2026

Bakıda 30 alternativ qeydiyyat mərkəzi fəaliyyət göstərir
2026-2027-ci dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 30 alternativ qeydiyyat mərkəzi fəaliyyətə başlayıb.
Eyni zamanda birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər.
www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət etmək tövsiyə olunur.
Təhsil müəssisələrindəki alternativ qeydiyyat mərkəzləri Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Nizami rayonu üzrə 145, 10, Nərimanov rayonu üzrə 45, Suraxanı rayonu üzrə 279, 280, 114, Qaradağ rayonu üzrə 321, 273, 288, 110, 320, 180, Sabunçu rayonu üzrə 74, 130, 108, 170, Səbail rayonu üzrə 236, Yasamal rayonu üzrə 18, 336, Xəzər rayonu üzrə 88, 156, 234, Xətai rayonu üzrə 257, 165, 261, Pirallahı rayonu üzrə isə 168 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.
Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Valideyn alternativ qeydiyyat mərkəzinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.
Qeyd edək ki, 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə uşaqların elektron qeydiyyatı prosesinə 1 may saat 11:00-dan etibarən start verilib.
Alternativ qeydiyyat mərkəzləri:
https://baku.edu.gov.az/az/page/276

Məktəbimizdə 30.04.2026- ci il tarixində rus fənnini tədris edən Qəmbərova Elnara və Hacıyeva Aidə  müəllimlərin təşkila...
04/05/2026

Məktəbimizdə 30.04.2026- ci il tarixində rus fənnini tədris edən Qəmbərova Elnara və Hacıyeva Aidə müəllimlərin təşkilatçılığı,5F və 5L sinif şagirdlərinin iştirakı ilə “Праздник букваря” adlı möhtəşəm tədbir keçirildi.
Tədbir zamanı şagirdlər bir-birindən maraqlı çıxışları ilə yadda qaldılar. Rus dilində söylənilən şeirlər, ifa olunan mahnılar və təqdim edilən səhnəciklər tədbirə xüsusi rəng qatdı 🎭🎶
Balaca şagirdlərimizin səhnə mədəniyyəti, özünəinamı və istedadı hər kəs tərəfindən böyük maraq və alqışla qarşılandı.
Bu gözəl və yaddaqalan tədbirin təşkilinə görə müəllimlərimizə təşəkkür edir, şagirdlərimizə isə yeni uğurlar arzulayırıq 🌟

Böyük qürur hissi ilə paylaşırıq! 🇦🇿“Şahinlər” hərbi-idman yarışında 182 nömrəli tam orta ümumtəhsil məktəbinin komandas...
30/04/2026

Böyük qürur hissi ilə paylaşırıq! 🇦🇿
“Şahinlər” hərbi-idman yarışında 182 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası Binəqədi rayonu üzrə III yerə layiq görülüb! 🥉
Bu uğur əzmkarlığın, komanda ruhunun və vətənpərvərliyin bariz nümunəsidir. Şagirdlərimizi və onların müəllimlərini ürəkdən təbrik edir, daha böyük nailiyyətlər arzulayırıq!

30 aprel 2026-cı il tarixində Binəqədi rayonu 182 nömrəli tam orta ümumtəhsil məktəbində " Narkomaniya  ilə mübarizə "mö...
30/04/2026

30 aprel 2026-cı il tarixində Binəqədi rayonu 182 nömrəli tam orta ümumtəhsil məktəbində " Narkomaniya ilə mübarizə "mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbir Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşı, polis polkovnik-leytenantı Əhməd Məlikov tərəfindən təşkil olunmuşdur. Tədbirdə polis əməkdaşları ilə yanaşı digər qonaqlar da iştirak etmişdir.
Görüş zamanı şagirdlərə narkomaniyanın zərərləri, onun insan sağlamlığına və cəmiyyətə mənfi təsirləri barədə ətraflı məlumat verilmiş, sağlam həyat tərzinin təşviqi istiqamətində maarifləndirici söhbətlər aparılmışdır.

182 №-li tam orta ümumtəhsil məktəbin həkimləri tərəfindən sağlam qidalanma haqqında şagirdlərlə maarifləndirici görüş
28/04/2026

182 №-li tam orta ümumtəhsil məktəbin həkimləri tərəfindən sağlam qidalanma haqqında şagirdlərlə maarifləndirici görüş

Bakı Şəhəri Binəqədi rayonu 182 nömrəli tam orta ümumtəhsil məktəbinin böyük uğuru.Respublika Fənn Olimpiadasında gümüş ...
27/04/2026

Bakı Şəhəri Binəqədi rayonu 182 nömrəli tam orta ümumtəhsil məktəbinin böyük uğuru.

Respublika Fənn Olimpiadasında gümüş medal qazanaraq böyük uğura imza atan 11 ci sinif şagirdimiz Əmirov Hüseyn Azər oğlunu ürəkdən təbrik edirik. Bu nailiyyət yalnız onun zəhmətinin deyil, eyni zamanda müəllimi Hümbətov Qoşqar İslam oğlunun fədakar əməyinin nəticəsidir.

Həm şagirdimizi, həm də onun müəllimini təşəkkürnamə ilə mükafatlandırdıq. Onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq! 🌟

Məktəbin Mülki Müdafiə üzrə illik planına əsasən, 20 aprel tarixində 182 nömrəli tam orta ümumtəhsil məktəbində Mülki Mü...
23/04/2026

Məktəbin Mülki Müdafiə üzrə illik planına əsasən, 20 aprel tarixində 182 nömrəli tam orta ümumtəhsil məktəbində Mülki Müdafiə Günü keçirildi.
Tədbir şagirdlərin fəal iştirakı ilə təşkil olundu, məktəbdə təxliyyə keçirildi. Bu cür tədbirlər şagirdlərdə fövqəladə hallarda düzgün davranış qaydalarının formalaşdırılmasında mühüm rol oynayır.

Address

Ramazanov Küçəsi 84
Binagady

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00

Telephone

+994124111182

Website

Alerts

Be the first to know and let us send you an email when Binəqədi rayonu 182 N-li tam orta ümumtəhsil məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Binəqədi rayonu 182 N-li tam orta ümumtəhsil məktəbi:

Shortcuts

Share

Category