Şuşa şəhər 3 nömrəli tam orta məktəb

Şuşa şəhər 3 nömrəli tam orta məktəb Şuşa şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbi -Qarabağ RTİ,Şuşa Şəhəri üzrə Təhsil Sektoru

01/08/2026
19/07/2026

📍Türkiyədə uşaqların təhlükəsizliyi ilə bağlı yeni qanun layihəsi hazırlanır

Yeni layihəyə əsasən, müxtəlif asılılıqlardan əziyyət çəkən və təhlükə yaradan 18 yaşadək şəxslər zəruri hallarda valideyn razılığı olmadan məcburi müalicəyə cəlb oluna biləcək.

Eyni zamanda, uşaqların müalicəsi və qoruyucu tədbirlərə mane olan və ya övladlarının vəziyyətinə laqeyd yanaşan valideynlər üçün hüquqi məsuliyyət, o cümlədən 3 gündən 10 günədək məcburi həbs nəzərdə tutulur.

Layihədə həmçinin 15 yaşadək və 15–18 yaş qrupu üçün sosial media istifadəsinə fərqli yaş məhdudiyyətləri və məzmun tələblərinin tətbiqi planlaşdırılır.

Ətraflı: https://muallim.edu.az/turkiyede-laqeyd-valideynler-mesuliyyete-celb-edile-bilerler

03/07/2026

🎨 Canva artıq “Rəqəmsal məktəb”də!

“Rəqəmsal məktəb” platformasının müəllim və şagird kabinetlərində “Canva” aləti istifadəyə verilib.

Artıq müəllimlər dərs materiallarını, təqdimatları, poster və digər vizual resursları daha rahat hazırlaya, şagirdlər isə layihə, təqdimat və yaradıcı tapşırıqlarını vahid platformada hazırlayaraq öz ideyalarını vizual şəkildə təqdim edə biləcəklər.

“Canva”nın “Rəqəmsal məktəb”ə inteqrasiyası:
✨ tədris və öyrənmə prosesini daha interaktiv edir;
📚 vizual öyrənməni dəstəkləyir;
⏱️ hazır şablonlarla vaxta qənaət yaradır;
💡 yaradıcılıq və rəqəmsal bacarıqların inkişafına töhfə verir.

Rəqəmsal transformasiya istiqamətində atılan bu addım müəllim və şagirdlər üçün daha müasir, yaradıcı və səmərəli tədris mühiti formalaşdırmağa xidmət edir.

03/07/2026

Təhsil İnstitutu dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılmasının qiymətləndirmə çərçivəsini təqdim edir.

Müvafiq keçidə daxil olmaqla qiymətləndirmə çərçivəsi ilə tanış ola bilərsiniz:

https://arti.edu.az/wp-content/uploads/2026/07/030726_M%C9%99kt%C9%99b%C9%99q%C9%99d%C9%99r_sertifikatlasdirma_c%C9%99rciv%C9%99_s%C9%99n%C9%99di-1.pdf

03/07/2026

Tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli üzrə X və XI siniflərə şagird qəbulu davam edir!

Şagirdlərin maraq və bacarıqlarına uyğun fərdiləşdirilmiş təhsil, gücləndirilmiş tədris, peşəkar müəllim heyəti və mütəmadi qiymətləndirmə əsasında həyata keçirilən yeni təmayül tədris modeli ali təhsilə məqsədyönlü hazırlıq üçün geniş imkanlar yaradır.

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu aparılır:
📍 Ağcabədi şəhəri M. Aranlı adına 11 nömrəli tam orta ümumtəhsil məktəbi
https://forms.gle/wvrm4dXrMXrmyN1S8
📍 Bərdə şəhəri Elgiz Kərimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbi
https://forms.gle/eooAcWJPuGwroZfQA
📍 Horadiz şəhəri Mahir Səfərov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi
https://forms.gle/yT9uGzXBN3xLwRJS8
📍 Tərtər şəhəri Rafiq Nuriyev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbi
https://forms.gle/ykyU7hxrWDmYNHX98

02/07/2026

İyulun 2-si – Azərbaycan Polisi Günüdür.

İctimai asayişin qorunması, eyni zamanda təhsil müəssisələrində təhlükəsizliyin təmin olunmasına xidmət edən bütün polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara şərəfli xidmətlərində uğurlar arzulayırıq.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

29/06/2026

Məktəbəhazırlıq qruplarında və ümumi təhsil müəssisələrində mobil və elektron cihazlardan istifadəyə dair qaydalar təsdiqlənib.

"Azərbaycan müəllimi" xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev müvafiq qərar imzalayıb.

Qərara əsasən, təhsilalanların dərs (məşğələ) müddətində mobil və elektron cihazlardan istifadə etməsi qadağandır.

Müəssisəyə təhsilalanlar tərəfindən gətirilən mobil və elektron cihazlar dərs (məşğələ) müddətinin sonunadək müəssisə rəhbərliyi tərəfindən müəyyən edilmiş saxlama yerlərində (mobil qutular, şkaflar və s.) söndürülmüş vəziyyətdə və ya səssiz rejimdə saxlanılmalıdır.

Ətraflı: https://muallim.edu.az/mektebehazirliq-qruplari-ve-mekteblerde-telefonlardan-istifade-qaydalari-tesdiqlenib

25/06/2026

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü

Address

Biləcəri 13-cü Küçə
Binagady

Opening Hours

Monday 08:30 - 16:30
Tuesday 08:30 - 16:30
Wednesday 08:30 - 16:30
Thursday 08:30 - 16:30
Friday 08:30 - 16:30
Saturday 08:30 - 16:30

Telephone

+994 012 4011799

Website

Alerts

Be the first to know and let us send you an email when Şuşa şəhər 3 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Şuşa şəhər 3 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category