23/06/2026
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında “Müəssisələrdə ISO Standartlarının əhəmiyyəti və tətbiqi” mövzusunda seminar keçirilib.
Seminarda müəssisələrdə keyfiyyət, əməyin mühafizəsi və idarəetmə sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyi vurğulanıb. ISO standartlarının tətbiqinin təşkilatların səmərəliliyinin artırılması, risklərin azaldılması və beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsində mühüm rol oynadığı qeyd edilib.
Təlimçi qismində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sağlamlığın Mühafizəsi şöbəsinin müdir müavini Aysel Quliyeva çıxış edib. O, ISO standartlarının müəssisələrdə düzgün tətbiq mexanizmləri, əməyin mühafizəsi sistemləri və təhlükəsiz iş mühitinin yaradılmasında beynəlxalq təcrübənin əhəmiyyəti barədə ətraflı məlumat verib.
Seminar interaktiv formatda davam edib və iştirakçıların sualları cavablandırılıb.
10/06/2026
10 iyun 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında “İnsan Hüquqları Aylığı” çərçivəsində “İnklüziv təhsilin hüquqi mexanizmləri – milli təcrübə” mövzusunda tədbir keçirilib.
Tədbirdə inklüziv təhsilin hüquqi əsasları, beynəlxalq təcrübə, təhsil hüququnun təminatı və bu sahədə mövcud çağırışlar müzakirə olunub. Çıxış edənlər inklüziv təhsilin inkişafı, əlçatan təhsil mühitinin formalaşdırılması və tələbə hüquqlarının qorunması istiqamətində fikir və təkliflərini bölüşüblər.
06/06/2026
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi üzvləri üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan “Rəqəmsal Bacarıqlar və Ofis Proqramları” üzrə təlim kursları uğurla başa çatıb.
İki ay davam edən təlimlər çərçivəsində iştirakçılar rəqəmsal bacarıqların inkişafı, müasir ofis proqramlarından səmərəli istifadə və iş prosesinin daha effektiv təşkili sahəsində bilik və bacarıqlarını artırıblar.
Təlim proqramını uğurla tamamlayan iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.
İştirakçıları təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
02/06/2026
25.05.2026-cı il tarixində Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının Sosial iş fakültəsinin “HİH və sosial fənlər” kafedrasının müəllimi dos. S.N. Hüseynova tərəfindən “Defektologiya” fənni üzrə 511 saylı qrupda “Nevrozlar” mövzusunda seminar keçirilmişdir.
Seminar məşğələsində beyin həmləsi, “Kahoot” proqramı, quiz, qrup şəklində slayd təqdimatı və refleksiya metodlarından istifadə olunmuşdur.
02/06/2026
“Idea + Gəlir Modeli + İstifadəçi Cəlbi Modeli” adlı rəqəmsal startap layihəsi təqdim olundu
Rəqəmsal İqtisadiyyat fənni çərçivəsində 137 saylı qrupun tələbələri tərəfindən hazırlanan “Öz Rəqəmsal Startapını Qur: Idea + Gəlir Modeli + İstifadəçi Cəlbi Modeli” adlı sərbəst iş uğurla təqdim edilmişdir. Layihənin əsas məqsədi müasir rəqəmsal iqtisadiyyat şəraitində innovativ biznes ideyalarının formalaşdırılması, onların gəlir mexanizmlərinin hazırlanması və istifadəçi auditoriyasının cəlb olunması yollarının araşdırılması olmuşdur.