Binəqədi rayonu 30 nömrəli tam orta məktəb

Binəqədi rayonu 30 nömrəli tam orta məktəb Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Binəqədi rayonu 30 nömrəli tam orta məktəb, Middle School, Binəqədi Rayon. M. Məhəmmədxan küç-4, Binagadi.

Yay məktəbi3C və 5B Sinif Şagirdləri Yay Məktəbində həm əyləndilər,həm öyrəndilər!Məktəbimizdə təşkil olunan yay məktəbi...
19/06/2026

Yay məktəbi

3C və 5B Sinif Şagirdləri Yay Məktəbində həm əyləndilər,həm öyrəndilər!
Məktəbimizdə təşkil olunan yay məktəbi çərçivəsində 3C və 5B sinif şagirdləri yay günlərini səmərəli və maraqlı keçirirlər. Dərslərin bitməsinə baxmayaraq, şagirdlər böyük həvəslə məktəbə gələrək müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edirlər.
Yay məktəbi proqramı çərçivəsində 3C və 5B sinifləri üçün xüsusi məşğələlər təşkil olunub.

✅️Müəllimimizin uğuru                                                                                                   ...
18/06/2026

✅️Müəllimimizin uğuru
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində məktəbin musiqi müəllimi Vüsalə İsgəndərova 56 bal toplamışdır.
Bu münasibətlə müəllimimizi təbrik edir və ona bundan sonra da pedaqoji fəaliyyətində uğurlar arzulayırıq.

✅️Buraxılış gecəsi  14.06.2026-cı  ildə tarixdə  Rəşid Behbudov  adına Mahnı Teatrında 4C sinfinin  Buraxılış  Gecəsi ke...
16/06/2026

✅️Buraxılış gecəsi
14.06.2026-cı ildə tarixdə Rəşid Behbudov adına Mahnı Teatrında 4C sinfinin Buraxılış Gecəsi keçirilib. Sinif rəhbəri Elnarə Mərdanovanın rəhbərliyi ilə təşkil olunmuş tədbirdə şagirdlər əvvəlcə 44 günlük Vətən müharibəsinə həsr olunmuş kompazisiya ilə çıxış ediblər.
Daha sonra şagirdlərin Azərbaycanın mədəniyyətinə,ədəbiyyatına həsr olunmuş səhnəcikləri zalda əyləşən iştirakçıların gurultulu alqışlarına səbəb olub. Tədbir "Bütöv Azərbaycan" kompazisiyası ilə yekunlaşmışdır.
Sonda məktəbin direktoru Mehriban Poladova çıxış edərək əməyi keçən sinif müəllimi Elnarə müəllimə,şagirdlərinə və valideynlərinə öz təşəkkürünü bildirib,qeyd edib ki,balaca balaların ifasında Azərbaycanı belə təmsil etmək böyük ürək və istedad istəyir. Çıxışının sonunda şagirdlərə təhsillərində ancaq müvəffəqiyyətlər və qalibiyyətlər arzu edib.

✅️Məktəb illərinə vida Məzunlarımız üçün "Son zəng" çalındı​           Bu gün ölkəmizin bütün ümum təhsil məktəblərində ...
13/06/2026

✅️Məktəb illərinə vida Məzunlarımız üçün "Son zəng" çalındı

Bu gün ölkəmizin bütün ümum təhsil məktəblərində məzunlar üçün ən yadda qalan günlərdən biri – "Son zəng" tədbiri keçirilib. Məktəb həyatının başa çatdığını və yeni, müstəqil bir mərhələnin başladığını simvolizə edən bu gün, məzunlar üçün həm kövrək, həm də qürurverici anlarla yadda qalıb.
​Tədbirdə çıxış edən məktəbin direktoru Mehriban Poladova,Bakı Şəhəri Binəqədi rayonu İcra və Bələdiyyə nümayəndələri,müəllimlər və valideynlər məzunlara gələcək həyatlarında uğurlar arzulayıb, onlara vətənə layiqli övlad olmaları üçün tövsiyələrini veriblər. Məzunlar isə öz növbəsində, onları doğma məktəbdən ayıran bu yolda ilk addımlarını ataraq, müəllimlərinə və məktəb kollektivinə minnətdarlıqlarını bildiriblər.
​Məktəb həyətində səslənən "Son zəng" sədaları ilə şagirdlər uşaqlıq illəri ilə vidalaşaraq, gələcək hədəflərinə doğru ilk addımlarını atıblar. Bu gün təkcə dərslərin bitməsi deyil, həm də böyük həyata gedən yolun başlanğıcı kimi qeyd olunub.
Həyətdə rəngbərəng şarlar, gözlərdə həm sevinc, həm də ayrılıq yaşları var idi. İllərini bu gənclərin gələcəyinə həsr edən müəllimlər son dəfə öz yetirmələrini xeyir-dua ilə yola saldılar, məzunlar isə sonuncu zəngin sədaları altında göy üzünə xəyallarını bəzəyən şarları və azadlıq rəmzi olan göyərçinləri uçurdular.
Arzu edirik ki, məktəb divarları arasında qazandığınız biliklər və gözəl dostluqlar gələcək həyat yolunuzda sizə hər zaman işıq saçsın.
Atacağınız hər addım sizi böyük uğurlara, xəyallarınızın zirvəsinə çatdırsın.
Yolunuz açıq, gələcəyiniz parlaq olsun, əziz məzunlar!

✅️Yaşıl layihə: Təbiət və memarlığın harmoniyası"  "Yaşıl layihə:Təbiət və memarlığın harmoniyası"adlı layihənin keçiril...
09/06/2026

✅️Yaşıl layihə: Təbiət və memarlığın harmoniyası"
"Yaşıl layihə:Təbiət və memarlığın harmoniyası"adlı layihənin keçirilməsi ilə bağlı Tədbirlər Planına əsasən məktəbin 5B sinfi sinif rəhbəri Gülüstan Musayevanın rəhbərliyi ilə Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələ rayonuna ekskursiya etmişlər.
Şagirdlər Qəbələnin zəngin təbiəti, meşə ekosistemi və su mənbələri ilə yaxından tanış olublar. Bioloji müxtəlifliyin qorunmasının əhəmiyyətini əyani şəkildə öyrənən məktəblilər, rayonun turistlik zona kimi yaxşı inkişaf etdiyini öz gözləri ilə görmüşlər.
Bu cür layihələr uşaqlarda təbiətə sevgi, ekoloji məsuliyyət və vətəndaşlıq mövqeyini gücləndirir.

✅️Qobustan Milli Parkına ekskursiya                                                                                     ...
07/06/2026

✅️Qobustan Milli Parkına ekskursiya
5C sinfi sinif rəhbəri Gülanə Qaçaylının rəhbərliyi ilə tariximizin və mədəniyyətimizin ən qədim izlərini qoruyan Qobustan Milli Tarix-Bədii Qoruğuna növbəti maraqlı və maarifləndirici ekskursiya təşkil edilib.Səyahət çərçivəsində şagirdlər minilliklərin sirlərini özündə daşıyan qayaüstü təsvirlər, qədim insan düşərgələri və bənzərsiz palçıq vulkanları ilə yaxından tanış olublar.
Ekskursiyanın ən yaddaqalan anlarından biri Qobustanın simvolu sayılan təbii zərb aləti – "Qavaldaş"ın ziyarəti olub. Şagirdlər bu qədim daşın ətrafında toplaşaraq daşın çıxardığı fərqli ritmik sədalarını dinləyiblər.

✅️Məktəbin kitabxana müdiri Elnurə İsmayılovanın Fəxri Fərmanla təltif olunması          Yeni Azərbaycan Partiyası Binəq...
06/06/2026

✅️Məktəbin kitabxana müdiri Elnurə İsmayılovanın Fəxri Fərmanla təltif olunması
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında partiyanın fəal üzvlərindən olan Elnurə İsmayılovanın 65 illik yubileyi münasibətilə görüş keçirilib.
Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrin – o cümlədən təhsilin və sosial-iqtisadi sahənin inkişafına göstərilən dövlət qayğısından və bu sahənin müasir, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində həyata keçirilən islahatlardan ətraflı danışıb. Bu gün ölkəmizdə təhsil sisteminin özünün yeni inkişaf mərhələsində mühüm uğurlar əldə etdiyini, dövlətimizin məqsədyönlü strateji inkişaf proqramını müvəffəqiyyətlə icra etdiyini vurğulayıb.
Vüsar İsmayılovun sözlərinə görə, partiya fəalları rayonun təhsil sahəsinin inkişafına töhfələr verməklə yanaşı, ziyalı kimi partiyamızın sıralarında da uğurla təmsil olunurlar. Partiyamızın və rayon təşkilatının ictimai həyatında, müxtəlif tədbirlərində daim fəal iştirak edərək ərazi partiya təşkilatının üzvlərinin ictimai fəallığına da öz dəstəklərini verirlər. Rayon təşkilatının sədri daha sonra yubilyarı təbrik edərək ona möhkəm can sağlığı, uzun ömür, səadət dolu günlər və fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.
Görüşün sonunda yubilyar göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib və Yeni Azərbaycan Partiyası sıralarında təmsil olunmasının onun üçün böyük qürur olduğunu söyləyib.
Sonda doğum günü qeyd edilən partiya fəalı rayon təşkilatının ictimai həyatında fəal iştirakına və yubileyi münasibətilə Fəxri Fərmanla təltif edilib, ona hədiyyə təqdim olunub.

✅️Şagird nailiyyətinin ölçülməsi-Böyük  Summativ  Qiymətləndirmə       Məktəbin V- IX və X-XI sinifləri üzrə Bilik və Ba...
06/06/2026

✅️Şagird nailiyyətinin ölçülməsi-Böyük Summativ Qiymətləndirmə

Məktəbin V- IX və X-XI sinifləri üzrə Bilik və Bacarıqların Summativ Qiymətləndirilməsi (BSQ) keçirildi. Şagirdlər Azərbaycan dili,Riyaziyyat və İngilis dili fənləri üzrə əldə etdikləri bilik və bacarıqları təyin olunmuş vaxt ərzində nümayiş etdirdilər.
Məktəb rəhbərliyinin də nəzarəti ilə qiymətləndirmə şəffaf və qaydalara uyğun şəkildə təşkil olundu.
BSQ-nin keçirilməsində məqsəd şagirdlərin təlim nailiyyətlərini müəyyən etmək və onların inkişaf səviyyəsini qiymətləndirməkdir.

✅️Təltifnamələr        Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi təərfindən məktəbimizin bir neçə müəllimi 28 M...
05/06/2026

✅️Təltifnamələr
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Komitəsi təərfindən məktəbimizin bir neçə müəllimi 28 May Müstəqillik Günü münasibətilə təltif olunmuşlar.

05/06/2026

✅️Lövhədəki yazıdan ürəklərə köçən nəğmə - Tənəffüs: Ruhun qidası
5.06.2026-cı il tarixdə 8 B sinif şagirdləri Mirzəzadə Ümidin gitarada ifası ilə dərsi daha maraqlı etdilər. Gənc istedadın canlı performansı bitdikdən sonra sinif otağı güclü alqış sədaları ilə guruldadı.Şagirdlərin bu cür yaradıcı təşəbbüsləri məktəblərdə estetik tərbiyənin və musiqi mədəniyyətinin inkişaf etdirilməsinin vacibliyini bir daha sübut edir.

Address

Binəqədi Rayon. M. Məhəmmədxan Küç-4
Binagadi

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+994125681784

Website

Alerts

Be the first to know and let us send you an email when Binəqədi rayonu 30 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Binəqədi rayonu 30 nömrəli tam orta məktəb:

Shortcuts

Share

Category