Mübariz Liseyi -Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksi

Mübariz Liseyi -Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin rəsmi səhifəsi Biz Mübariz gənclər yetişdiririk!

📚 Mübariz İbrahimov adına Təhsil Kompleksində Bilik Günü qeyd olunub 🇦🇿Mübariz İbrahimov adına Təhsil Kompleksində 15 Se...
15/09/2026

📚 Mübariz İbrahimov adına Təhsil Kompleksində Bilik Günü qeyd olunub 🇦🇿

Mübariz İbrahimov adına Təhsil Kompleksində 15 Sentyabr – Bilik Günü münasibətilə tədbir keçirilib. 🎓

Tədbirdə Kompleksin rəhbərliyi, müəllim və inzibati heyəti, şagirdlər və valideynlər iştirak ediblər.

🕊️ Tədbir şəhidlərin əziz xatirəsinin yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

🎤 İcraçı direktor Aqşin Bağırov çıxış edərək bildirib ki, təhsil Azərbaycanın dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. O qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təhsil sahəsində müəyyən etdiyi strateji kurs bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir və keyfiyyətli təhsil sisteminin formalaşdırılması, savadlı, vətənpərvər və yüksək dünyagörüşlü gənc nəslin yetişdirilməsi dövlət təhsil siyasətinin əsas məqsədlərindəndir.

🎭 Tədbirin bədii hissəsində 5–7-ci sinif şagirdlərinin təqdimatında “Mübarizlik göstərirlər mübarizlər” adlı xor kompozisiyası, həmçinin xor-rəqs kompozisiyası nümayiş olunub.

🔔 Tədbir Kompleksin himninin səsləndirilməsi və yeni tədris ilinin ilk zənginin çalınması ilə başa çatıb.

Yeni tədris ili uğurlu və yaddaqalan olsun! 🇦🇿✨

15 Sentyabr – Bilik GünüdürYeni tədris ilinin başlanması şagirdlər üçün yeni biliklərin, yeni məqsədlərin və yeni uğurla...
15/09/2026

15 Sentyabr – Bilik Günüdür

Yeni tədris ilinin başlanması şagirdlər üçün yeni biliklərin, yeni məqsədlərin və yeni uğurların başlanğıcıdır. Təhsil Kompleksində şagirdlərin hərtərəfli inkişafının təmin edilməsi, müasir bilik və bacarıqlara yiyələnməsi, milli-mənəvi dəyərlərə bağlı, savadlı və məsuliyyətli şəxsiyyət kimi formalaşması istiqamətində təhsil prosesinin səmərəli təşkili əsas prioritetlərdəndir.

Bilik Günü münasibətilə bütün şagirdlərimizi, müəllim və əməkdaşlarımızı, valideynləri və təhsil ictimaiyyətini təbrik edir, yeni tədris ilində hər kəsə möhkəm cansağlığı, yüksək nailiyyətlər və uğurlar arzulayırıq.


14/09/2026


🎓 Mübariz İbrahimov adına Təhsil Kompleksində IX sinif şagirdlərinin gələcək təhsil və karyera istiqamətlərini müəyyənlə...
10/09/2026

🎓 Mübariz İbrahimov adına Təhsil Kompleksində IX sinif şagirdlərinin gələcək təhsil və karyera istiqamətlərini müəyyənləşdirmələrinə dəstək məqsədilə “Peşə Seçimi” mövzusunda görüş keçirilib. ✨

Görüş zamanı şagirdlərə müxtəlif peşə və ixtisaslar, onların gələcək karyera imkanları, düzgün peşə seçiminin əhəmiyyəti barədə məlumat verilib. 📚

Şagirdlərin maraq və bacarıqlarına uyğun istiqamət seçmələri ilə bağlı faydalı tövsiyələr səsləndirilib. 💡🎯

Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

🎓 600 baldan yuxarı nəticə göstərən məzunlarla görüş keçirilibBiləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov ...
08/09/2026

🎓 600 baldan yuxarı nəticə göstərən məzunlarla görüş keçirilib

Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək qəbul olunan məzunlarla və olimpiada qalibləri ilə görüşüb.

Tədbirdə Mübariz İbrahimov adına Təhsil Kompleksinin icraçı direktoru Aqşin Bağırov və Kompleksin yüksək nəticə göstərərək ali təhsil müəssisələrinə qəbul olunan məzunlarıda iştirak ediblər.

Faiq Qürbətov tələbə adını qazanan gəncləri və olimpiada qaliblərini təbrik edərək, onlara şəxsi həyatlarında və təhsildə uğurlar diləyib, bu nailiyyətlərin əldə olunmasında əməyi olan valideyn və müəllimlərə minnətdarlığını bildirib.

İcra başçısı ölkəmizdə Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulmuş təhsilin inkişafı strategiyasının Prezident İlham Əliyev tərəfindən yeni dövrün reallıqlarına uyğun olaraq uğurla davam etdirildiyini qeyd edib. O, təhsil sahəsinə göstərilən diqqət və qayğı nəticəsində ölkəmizdə, eləcə də Biləsuvar rayonunda həyata keçirilən layihələr, təhsilin inkişafı istiqamətində atılan mühüm addımlar və yaradılan müasir təhsil imkanları barədə danışıb.

Tədbirdə çıxış edən Mübariz İbrahimov adına Təhsil Kompleksinin İcraçı direktoru Aqşin Bağırov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Biləsuvar sektorunun müdiri Müşfiq Dadaşov yüksək nəticə göstərən məzunları təbrik edərək, əldə olunan uğurların şagird, müəllim və valideynlərin birgə əməyinin nəticəsi olduğunu vurğulayıblar. Onlar gənclərə gələcək təhsil həyatlarında uğurlar arzulayaraq, savadlı və peşəkar kadr kimi formalaşmalarının vacibliyini qeyd ediblər.

Məzunlar göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildirərək gələcək təhsil və karyera planlarını bölüşüblər.

✨ Mübariz İbrahimov adına Təhsil Kompleksi olaraq bütün məzunlarımızı qazandıqları yüksək nəticələr münasibətilə təbrik edir, onlara tələbəlik həyatlarında və gələcək karyeralarında uğurlar arzulayırıq!

VACANCY ANNOUNCEMENT | CAMBRIDGE ICT TEACHERMübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi (Cambridge In...
07/09/2026

VACANCY ANNOUNCEMENT | CAMBRIDGE ICT TEACHER

Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksi (Cambridge International School) is inviting applications from experienced, motivated, and enthusiastic Cambridge ICT (Information and Communication Technology) Teachers to join our team.

Our school complex welcomes qualified professionals who can deliver high-quality instruction in digital skills, information and communication technologies, and the fundamentals of programming, in line with modern educational standards.

Requirements:

* Bachelor’s degree in ICT, Computer Science, Educational Technology, or a related field;
* Teaching certificate and/or relevant teaching qualification;
* Minimum 2 years of teaching experience;
* Strong knowledge of ICT and digital teaching tools;
* Excellent written and spoken English skills (minimum IELTS score of 6.5–7.0);
* Experience teaching coding and/or programming fundamentals to students;
* Strong classroom management and communication skills.

How to Apply: Interested candidates are invited to send their CVs to [email protected].


Mübariz İbrahimov adına Təhsil Kompleksinin IV sinif şagirdi Samirə Cəfərova beynəlxalq riyaziyyat olimpiadasında uğur q...
07/09/2026

Mübariz İbrahimov adına Təhsil Kompleksinin IV sinif şagirdi Samirə Cəfərova beynəlxalq riyaziyyat olimpiadasında uğur qazanıb.

Samirə Cəfərova 2026 Singapore and Asian Schools Math Olympiad (SASMO) olimpiadasında iştirak edərək “Silver Award” (Gümüş mükafat) əldə edib.

Şagirdimizin bu nailiyyəti riyaziyyat sahəsində bilik və bacarıqlarının, məntiqi düşünmə qabiliyyətinin və əzmkarlığının göstəricisidir.

Samirəni və onun müəllimlərini bu uğur münasibətilə təbrik edir, qarşıdakı beynəlxalq müsabiqələrdə yeni nailiyyətlər arzulayırıq! 👏🏆

01/09/2026

🇬🇧 MÜBARİZ LYCEUM ANNOUNCES ADMISSIONS TO ITS CAMBRIDGE SECTION ✨

International education. A strong academic foundation. Preparation for a global future. 🌍

Mübariz İbrahimov Education Complex is pleased to announce admissions to its Cambridge section.

The Cambridge programme provides students with an educational environment aligned with international standards, supporting the development of their English language skills, analytical thinking, academic potential, and international communication abilities. 📚

Our goal is not only to provide high-quality education, but also to prepare students to succeed in the global academic and professional environment. 🎓

✨ Join the Cambridge community and invest in your future today!

🇦🇿 MÜBARİZ LİSEYİ CAMBRIDGE BÖLMƏSİNƏ QƏBUL ELAN EDİR ✨

Beynəlxalq təhsil. Güclü akademik baza. Qlobal gələcəyə hazırlıq. 🌍

Mübariz İbrahimov adına Təhsil Kompleksi Cambridge bölməsinə şagird qəbulu elan edir.

Cambridge proqramı şagirdlərə beynəlxalq standartlara uyğun təhsil mühiti təqdim edir, onların ingilis dili bacarıqlarının, analitik düşüncəsinin, akademik potensialının və beynəlxalq ünsiyyət qabiliyyətlərinin inkişafına imkan yaradır. 📚

Məqsədimiz yalnız yüksək keyfiyyətli təhsil vermək deyil, həm də şagirdləri qlobal təhsil və peşə mühitində uğur qazanmağa hazırlamaqdır. 🎓

✨ Cambridge ailəsinə qoşulun və gələcəyinizə bu gündən yatırım edin!

Address

Heydər Əliyev Küç. 2D
Bilyasuvar
AZ1300

Alerts

Be the first to know and let us send you an email when Mübariz Liseyi -Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Mübariz Liseyi -Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksi:

Shortcuts

Share

Category