M.Piriyev adına Əliabad kənd tam orta məktəbi

M.Piriyev adına Əliabad kənd tam orta məktəbi Azerbaycanin Milli Qehremani Mubariz İbrahimovun tehsil aldigi mektebin resmi sehifesi

Malik Piriyev adına Əliabad kənd tam orta ümumtəhsil məktəbi üzrə 2026-2027 ci tədris ili üçün şagirdlərin geyim forması
10/08/2026

Malik Piriyev adına Əliabad kənd tam orta ümumtəhsil məktəbi üzrə 2026-2027 ci tədris ili üçün şagirdlərin geyim forması

Bu gün Bayraq ordenli  ,Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü,Murov fatehi şəhid Saleh Nəriman oğlu Məcidzadənin doğum g...
16/07/2026

Bu gün Bayraq ordenli ,Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüsü,Murov fatehi şəhid Saleh Nəriman oğlu Məcidzadənin doğum günüdür.Məktəbimizin müəllim və şagirdləri şəhidimizin ata ocağını ziyarət etmişlər.Şadirdlər şeirlər söyləmiş,kompozisiyalar təqdim etmişlər.

23/06/2026
Şəhid,Milli Qəhrəman Pəncəli Teymurovun evi.. Hər şəhid bir dastandir. Şəhidimizin anası Vahiməana-"Mən oğlumu şəhid ola...
21/06/2026

Şəhid,Milli Qəhrəman Pəncəli Teymurovun evi.. Hər şəhid bir dastandir. Şəhidimizin anası Vahimə
ana-"Mən oğlumu şəhid olandan sonra tanımışam" Beləcə bu başlıqlı bir dastandır Pəncəli
Teymurov..
Məktəbimiz adından şəhidimizin ev muzeyini ziyarət etdik.Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik Ruhları qarşısında baş əyirik.

19/06/2026

📢Yeni təmayül tədris modelinə müəllimlərin qeydiyyatı başlayıb

Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün nəzərdə tutulan yeni təmayül tədris modelinə müəllimlərin qeydiyyatı başlayıb.

Tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə qabaqcıl pedaqoji təcrübəyə malik müəllimlər də yeni təmayül tədris modelinə cəlb olunacaqlar. Seçim zamanı peşəkarlıq, pedaqoji fəaliyyət göstəriciləri və tədrisin keyfiyyətinə təsir edən digər meyarlar nəzərə alınacaq.

Yeni təmayül tədris modelində iştirak etmək istəyən müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.

Müəllimlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/1fDlqPF5kVDJ4I-8T4LA3Ej99-rVeJeHYUYYuEGrhGJM/edit

Bu gün məktəbimizdə “Son Zəng” tədbiri böyük coşğu və sevinc hissi ilə keçirildi. Məzunlarımız üçün unudulmaz anlarla ya...
13/06/2026

Bu gün məktəbimizdə “Son Zəng” tədbiri böyük coşğu və sevinc hissi ilə keçirildi. Məzunlarımız üçün unudulmaz anlarla yadda qalan bu əlamətdar gündə şagirdlərimiz, müəllimlərimiz və valideynlərimiz bir araya gəldilər.
Tədbirdə şagirdlərin hazırladığı maraqlı çıxışlar, musiqi nömrələri və rəqslər təqdim olundu. Məzunlarımıza gələcək həyat yollarında uğurlar arzulayır, onlara yeni nailiyyətlər və parlaq gələcək diləyirik.
Əziz məzunlar, yolunuz açıq, uğurlarınız bol olsun!

Məktəbimizin 10 və 11 ci sinif sagirdləri ilə səfərbərlik mövzusunda maarifləndirmə
05/06/2026

Məktəbimizin 10 və 11 ci sinif sagirdləri ilə səfərbərlik mövzusunda maarifləndirmə

01/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Malik Piriyev adına Əliabad kənd tam orta ümumtəhsil məktəbində tədbir keçirilmişdir.
Bütün uşaqların bayramını təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu gələcək arzulayırıq!

28 May – Respublika Günü münasibətilə məktəbimizdə tədbir təşkil olunmuşdur.Tədbirin məqsədi şagirdlərdə vətənə sevgi, m...
27/05/2026

28 May – Respublika Günü münasibətilə məktəbimizdə tədbir təşkil olunmuşdur.
Tədbirin məqsədi şagirdlərdə vətənə sevgi, milli dəyərlərə hörmət və müstəqillik tariximizə bağlılıq hissini daha da gücləndirmək olmuşdur.
Şagirdlərimizin hazırladıqları şeirlərlə çıxış etdi.
Azərbaycanın müstəqilliyi uğrunda çalışan bütün qəhrəmanlarımızı ehtiramla yad edir, xalqımızı Respublika Günü münasibətilə təbrik edirik! 🇦🇿

Biləsuvar rayon M.Piriyev adına Əliabad kənd tam orta ümumtəhsil məktəbi. 25.05.2026 tarixində məktəbimizdə şagirdlərin ...
25/05/2026

Biləsuvar rayon M.Piriyev adına Əliabad kənd tam orta ümumtəhsil məktəbi.
25.05.2026 tarixində məktəbimizdə şagirdlərin iştirakı ilə insan hüquqları mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirin məqsədi şagirdlərdə insan hüquq və azadlıqları haqqında məlumatlılığın artırılması, onların hüquq və vəzifələrinin daha yaxşı mənimsənilməsinə dəstək olmaq idi.

Address

Əliabad Kəndi. M. İbrahimov Küçəsi
Bilyasuvar

Telephone

29-47-3-35

Website

Alerts

Be the first to know and let us send you an email when M.Piriyev adına Əliabad kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category