Rəqəmsal Hekayədanışma

Rəqəmsal Hekayədanışma Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Rəqəmsal Hekayədanışma, Education, Bilyasuvar.

14.01.2023 –cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vl...
25/01/2023

14.01.2023 –cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vl qrant müsabiqəsinin qalibi Biləsuvar rayon Aşağı Cürəli kənd O.Babayev adına tam orta məktəbin Informatika müəllimi Hüseynova Rəfiqənin "Rəqəmsal Hekayədanışma" adlı layihəsinin bağlanış tədbiri keçirildi. Tədbirdə Biləsuvar rayonunun təhsil şöbəsinin əməkdaşı, Aşağı Cürəli kənd tam orta məktəbinin direktoru Hüseynov Ramin, 1 saylı N.Gəncəvi adına məktəbin direktoru Abıyeva Xanımgül layihənin təlimçisi Zeynal Rəşidli ediblər. Bağlanış mərasimində çıxış edənlər layihədən əldə etdikləri bacarıqlardan, rəqəmsal hekayədanışmanın əhəmiyyətindən, ölkəmizin təhsil siyasətindən danışdılar.
Sonda bütün iştirakçılara sertifkatlar təqdim edildi.

3-4 dekabr tarixlərində "Rəqəmsal Hekayədanışma" layihəsinin növbəti təlimləri keçirilmişdir. Təlimlərdə iştirak edən mü...
13/01/2023

3-4 dekabr tarixlərində "Rəqəmsal Hekayədanışma" layihəsinin növbəti təlimləri keçirilmişdir. Təlimlərdə iştirak edən müəllimlər Peşəkar Fotoqrafçılığın əsasları, Media resurslardan düzgün istifadə, Video redaktə edən proqramlardan düzgün istifadə
mövzuları üzrə bir sıra əhəmiyyətli məlumatlar əldə ediblər. Bundan başqa, layihə iştirakçılarına bir sıra yeni proqramlarda təqdimatlar hazırlamaq öyrədilmişdir. Təlimlərdə müəllimlər bir sıra nəzəri biliklərlə bərabər praktiki fəaliyyətlər də görmüşlər.

12-13 noyabr tarixlərində "Rəqəmsal Hekayədanışma" layihəsinin ilk təlimləri keçirilmişdir. Təlimlərdə iştirak edən müəl...
13/01/2023

12-13 noyabr tarixlərində "Rəqəmsal Hekayədanışma" layihəsinin ilk təlimləri keçirilmişdir. Təlimlərdə iştirak edən müəllimlər Rəqəmsal Hekayədanışmanın əsasları mövzusu üzrə bir sıra faydalı məlumatlar əldə ediblər. Təlimlərdə müəllimlər düzgün və cəlbedici təqdimatlar hazırlamaqla bağlı öz bilik və bacarıqlarını inkişaf etdirmiş və bir sıra praktiki işlər görmüşlər.

31.10.2022 -ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vl...
10/11/2022

31.10.2022 -ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Vl qrant müsabiqəsinin qalibi Biləsuvar rayon Aşağı Cürəli kənd O.Babayev adına tam orta məktəbin Informatika müəllimi Hüseynova Rəfiqənin "Rəqəmsal Hekayədanışma" adlı layihəsinin açılış mərasimi keçirildi.
Tədbirdə Biləsuvar rayonunun təhsil şöbəsinin əməkdaşı Əlsafa müəllim, Aşağı Cürəli kənd tam orta məktəbinin direktoru Hüseynov Ramin, 1 saylı N.Gəncəvi adına məktəbin direktoru Abıyeva Xanımgül müəllimə, layihənin təlimçisi Zeynal Rəşidli və layihənin eksperti Etiram Sadıqzadə iştirak ediblər. Açılış mərasimində çıxış edənlər ölkəmizdə təhsil sahəsində aparılan islahatlardan, qrand layihələrindən, müəllimlərin rəqəmsal bacarıqlara yiyələnmələrinin əhəmiyyətindən söz açıblar. Açılış nitqlərindən sonra tədbir layihə iştirakçıların suallarının cavablandırılması ilə davam edibdir.
Qeyd edək ki layihənin əsas məqsədi müəllimlərin rəqəmsal hekayədanışma bacarıqlarını mənimsəyib öz dərslərində bu metodlardan istifade etmələrini təmin etməkdir.

Address

Bilyasuvar

Website

Alerts

Be the first to know and let us send you an email when Rəqəmsal Hekayədanışma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Rəqəmsal Hekayədanışma:

Shortcuts

Share

Category