Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəb

Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəb Biləsuvar şəhər 4 nömrəli tam orta məktəb şəhid Əlövsət Eynullayevin adını daşıyır.

Məktəbin peşə təmayüllü siniflərin  "Dərzi,aşpaz" "Kompüter operatoru,IKT Help Desk" ixtisaslarında təhsil alan şagirdlə...
10/06/2026

Məktəbin peşə təmayüllü siniflərin "Dərzi,aşpaz" "Kompüter operatoru,IKT Help Desk" ixtisaslarında təhsil alan şagirdlərin praktiki imtahanları uğurla başa çatmışdır.
MÜTDA ŞSRTİ




06/06/2026

Hər bir uğurlu kollektivin görünən nailiyyətləri ilə yanaşı, görünməyən, lakin çox dəyərli zəhmət sahibləri də vardır. Məktəbimizin belə dəyərli əməkdaşlarından biri – Əliyeva Gülnarə Novruz qızının doğum günüdür.
Gülnarə xanım illərdir ki, öz məsuliyyəti, çalışqanlığı və əməyinə olan sədaqəti ilə məktəbimizin həyatında xüsusi yer tutur. Səssiz zəhməti, vicdanlı fəaliyyəti və işinə olan sevgisi ilə məktəb mühitinin səliqə-sahmanına, rahatlığına və nümunəvi atmosferin formalaşmasına mühüm töhfələr verir.
Bu əlamətdar gün münasibətilə Gülnarə xanımı səmimi-qəlbdən təbrik edir, ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, könül rahatlığı və yeni yaşında saysız-hesabsız uğurlar arzulayırıq.
Qoy həyatınızın hər günü əməyinizə göstərilən hörmət və ehtiramla, ailənizin sevgisi və doğmalarınızın qayğısı ilə müşayiət olunsun. Zəhmətinizin bəhrəsini daim görəsiniz, üzünüzdən təbəssüm, evinizdən ruzi-bərəkət əskik olmasın!
🎂 Doğum gününüz mübarək olsun, Gülnarə xanım!
Sizə sağlamlıq, xoşbəxtlik və işıqlı sabahlar arzulayırıq!
Biləsuvar şəhər Ə. Eynullayev adına 4 nömrəli tam orta məktəbin kollektivi 🌹👏🏻✨

Ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması üçün tədbirlər təşkil edilib. T...
02/06/2026

Ailələrin, valideynlərin və uşaqların internetdəki təhlükələr barədə məlumatlandırılması üçün tədbirlər təşkil edilib.
Tədbirdə şagirdlərlə insan hüquq və azadlıqları, hüquqların qorunması və cəmiyyətdə qarşılıqlı hörmət prinsipləri barədə maarifləndirici söhbətlər aparıldı. Şagirdlərin mövzu ilə bağlı fikirləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.

02/06/2026

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü.
3 a sinfi bu bayrama daha da rəng qatdılar.
Müəllim: Əliyeva Töfə

02/06/2026

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü.
1 Ç sinfi bu bayrama daha da rəng qatdılar.
Müəllim: Məhəmmədova Hicranə

02/06/2026

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü.
2a sinfi bu bayrama daha da rəng qatdılar.
Müəllim: Mənsimova Dilrubə

Məktəbin peşə təmayüllü sinifləri 1 İyun-Beynəlxalq Uşaqlar Günü münasibəti ilə rayonda aztəminatlı ailələrin uşaqlarına...
01/06/2026

Məktəbin peşə təmayüllü sinifləri
1 İyun-Beynəlxalq Uşaqlar Günü münasibəti ilə rayonda aztəminatlı ailələrin uşaqlarına hədiyyələr təqdim etdilər.Uşaqların sevincinə şərik olmaq və onlara qayğı göstərmək məqsədilə həyata keçirilən aksiya xoş anlarla yadda qaldı.


01/06/2026

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə tədbir keçirildi. Bütün şagirdlərimizi təbrik edir,...
01/06/2026

1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə məktəbimizdə tədbir keçirildi.
Bütün şagirdlərimizi təbrik edir, onlara sağlamlıq,xoşbəxtlik, uğurlar və parlaq gələcək arzulayırıq.
Bayramınız mübarək, əziz balalar!

IV siniflərdə şagird nailiyyətlərinin artırılmasına istiqamətləndirilmiş dəstəkləyici fəaliyyət planı əsasında aparılmış...
19/05/2026

IV siniflərdə şagird nailiyyətlərinin artırılmasına istiqamətləndirilmiş dəstəkləyici fəaliyyət planı əsasında aparılmış monitorinq-2 məktəbin ibtidai sinif müəllimləri ilə birlikdə müzakirə edilərək təhlil edildi və tövsiyələr verildi.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Abbasova Elnarə tərəfindən 4-cü sinif üzrə monitorinq qiymətləndirmə çərçivə sənədində olan yeniliklər müəllimlərin nəzərinə çatdırıldı.

Address

Bilyasuvar

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+994252953309

Alerts

Be the first to know and let us send you an email when Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəb posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Biləsuvar şəhər Əlövsət Eynullayev adına 4 nömrəli tam orta məktəb:

Shortcuts

Share