13/06/2026
Beyləqan rayonu Raqub Ağamalıyev adına Dünyamalılar kənd tam orta ümumtəhsil məktəbində 2025–2026-cı tədris ilinin “Son Zəng” tədbiri keçirildi.
Tədbirdə məktəbin məzunları, müəllimlər, valideynlər və qonaqlar iştirak etdilər. Şagirdlər məktəb illəri ilə bağlı xoş xatirələrini bölüşərək müəllimlərinə minnətdarlıqlarını ifadə etdilər. Məzunlar üçün səslənən son zəng onların həyatında yeni bir mərhələnin başlanğıcını simvolizə etdi.
Bütün məzunlarımızı təbrik edir, gələcək həyatlarında uğurlar arzulayırıq!