M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbi

M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbi

Share

Məktəb Balakən rayonu Meşəşambul kəndində yerləşir, hazırda 194
şagird təhsil alır.

Photos from M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbi's post 22/05/2026

22.05.2026-cı il tarixində Məhəmməd Hudulov adına Meşəşambul kənd tam orta ümumtəhsil məktəbinin İnformatika müəllimi S.Alqayeva "İnsan hüquqları " çərçivəsində Rəqəmsal transformasiya,Süni intellekt mövzusunda 6 -cı sinifdə tədbir keçirmişdir. Tədbirin əsas məqsədi şagirdləri texnologiyanın sadəcə passiv istifadəçisi deyil, onun imkanlarından düzgün, etik və yaradıcı şəkildə yararlana bilən subyektinə çevirməkdir.


Photos from M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbi's post 22/05/2026

22.05.2026-cı il tarixində Məhəmməd Hudulov adına Meşəşambul kənd tam orta ümumtəhsil məktəbin 9-cu sinif şagirdlərin valideynləri ilə nizam-intizam və təlim-tərbiyə məsələlərinə həsr olunmuş iclas keçirilib.İclas zamanı şagirdlərin dərsə davamiyyeti,davranışı,məktəb qaydalarına əməl etməsi və təhsil nailiyyətləri müzakirə olundu.Vaıideynlərlə məktəb-valideyn əməkdaşlığının əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı və tövsiyələr verildi.


Photos from M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbi's post 22/05/2026

22.05.2026-cı il tarixində Məhəmməd Hudulov adına Meşəşambul kənd tam orta ümumtəhsil məktəbində "Təmiz ətraf mühit və sağlam gələcək hüquqlarımız" mövzusunda 7-ci sinifdə dəyirmi masa keçirilib.Məqsəd: Şagirdlərdə ətraf mühitin qorunması,ekologiyaya qayğı və sağlam həyat tərzi haqqında maarifləndirmə aparmaq.
Tədbir şagirdlərdə ekoloji düşüncənin formalaşmasına,təbiətə qayğı hissinin artırılmasına və sağlam gələcək üçün məsuliyyət anlayışının gücləndirilməsinə xidmət edir.



Photos from M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbi's post 22/05/2026

22.05.2026-cı il tarixində Məhəmməd Hudulov adına Meşəşambul kənd tam orta ümumtəhsil məktəbin Coğrafiya müəllimi C.Saramanova 18 May-18 İyun İnsan hüquqları çərçivəsində məktəbin fəaliyyət planına uyğun olaraq 6-cı sinifdə "Dayanıqlı inkişaf "mövzusunda maarifləndirici tədbir keçirilib.Müəllim şagirdlərə geniş məlumat verdi.Dayanıqlı inkişaf-insanların bu günkü tələbatlarını ödəyərkən gələcək nəsillərin imkanlarına zərər vermədən inkişaf etməsidi.Bu anlayış təbiətin qorunması,iqtisadi inkişaf və sosial rifahın birlikdə təmin olunmasına əsaslanır.



Photos from M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbi's post 22/05/2026

22.05.2026-cı il tarixində Məhəmməd Hudulov adına Meşəşambul kənd tam orta ümumtəhsil məktəbin Fiziki-tərbiyə müəllimi R.Hudulov tərəfindən "Dözümlülük hərəki qabiliyyəti " mövzusunda ustad dərs keçirilib.Dərsdə şagirdlərə sağlam həyat tərzi, idmanın insan sağlamlığındakı rolu haqqında məlumat verildi.


Photos from M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbi's post 22/05/2026

22.05.2026-ci il tarixində 18 May-18 İyun İnsan hüquqları çərçivəsində məktəbin fəaliyyət planına uyğun olaraq 9-cu sinifdə ustad dərs keçirilib.Fənn müəllimi R.Uruxov şagirdlərə İnsan hüquq və azadlıqları haqqında ətraflı məlumat verilib,onların hüquqi biliklərinin artırılması istiqamətində tədbirlər həyata keçirildi.


Photos from M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbi's post 22/05/2026

Məhəmməd Hudulov adına Meşəşambul kənd tam orta ümumtəhsil məktəbində 22.05.2026-ci il tarixində 18 may-18 iyun İnsan hüquqları aylığı ilə bağlı 7-ci sinifdə şeir müsabiqəsi keçirilib.Tədbirin keçirilməsində məqsəd şagirdlərdə bərabərlik,azadlıq və humanizm dəyərləri haqqında düşüncə formalaşdırmaqdır.



22/05/2026

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və fədakarlığı
sayəsində Azərbaycan öz dövlətçiliyini qorumuşdur

Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. 1918-ci il mayın 28-də Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaratmışdır. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir.
Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, habelə demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır.
Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Milli ordu qurulmuş və Qafqaz İslam Ordusu ilə birlikdə Bakı işğalçılardan azad edilmişdir. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur.
Dünya birliyi tərəfindən tanınan Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində ölkəmizin beynəlxalq hüququn subyekti olması 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını almışdır.
Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
1918-ci ilin avqustunda “Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi.
XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.
Kiçik bir ölkə Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər Heydər Əliyevin respublikada uğurla gerçəkləşdirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşını özünə qaytararaq milli mənlik şüurunu inkişaf etdirdi, azərbaycançılıq məfkurəsi işığında müstəqillik arzularının güclənməsi və yaxın gələcəkdə yenidən həqiqətə çevrilməsinə zəmin yaratdı.Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir. Bununla da müstəqilliyə gedən yolun əsası qoyulub. Sovet İttifaqı mövcud olduğu bir vəziyyətdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.
2007-ci il 25 may tarixində Azərbaycanın paytaxtı Bakı şəhərinin İstiqlaliyyət küçəsində dövlət başçısının təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal bəyannaməsi abidəsinin rəsmi açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Bu qərar Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdə yeri və rolunun dərindən öyrənilməsinə xidmət etmişdir.
Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur.
1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamentində qaldırılmış və 1920-ci il aprelin 27-də oradan götürülmüş Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 2018-ci il mayın 24-də yenidən öz Vətəninə qaytarılmışdır və hal-hazırda həmin bayraq Dövlət Bayrağı Muzeyinin əsas eksponatlarından biridir.
2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.
Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.

Photos from M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbi's post 21/05/2026

Məhəmməd Hudulov adına Meşəşambul kənd tam orta ümumtəhsil məktəbində 21.05.2026-cı il tarixində məktəbin ayrı-ayrı sinif şagirdləri ilə "Davranış qaydaları " mövzusunda maarifləndirici söhbət aparılıb.Nizam-intizam qaydalarına əməl edən şagirdlərə yaşıl kart təqdim olunub.
Davranış qaydalarına əməl edən şagird həm özünü inkişaf etdirir,həm də ətraf mühitdə müsbət nümunə olur.


Photos from M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbi's post 21/05/2026

20.05.2026-cı il tarixində Məhəmməd Hudulov adına Meşəşambul kənd tam orta ümumtəhsil məktəbində Milli-mənəvi dəyərlərin təbliği məqsədi ilə görkəmli şair Xəlil Rza Ulutürk yaradıcılığına həsr olunmuş "Sən azadsan,Azərbaycan" adlı mütaliə saatı keçirilib.Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər.Şagirdlər şairin əsərlərində əks olunan milli ruh,Vətən sevgisi və azadlıq duyğuları barədə məlumat verdilər.


Photos from M. Hudulov adına Meşəşambul kənd tam orta məktəbi's post 21/05/2026

21.05.2026-cı il tarixində Məhəmməd Hudulov adına Meşəşambul kənd tam orta ümumtəhsil məktəbində Riyaziyyat-İnformatika fənn aylığı çərçivəsində fənn müəllimi K.Qafarova tərəfindən "Rəqəmlərin sehrli aləmi "adlı riyaziyyat gecəsi keçirilib.Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin riyazi biliklərini inkişaf etdirmək,onların məntiqi təfəkkürünü formalaşdırmaq və fənnə olan marağını artırmaq olub.Tədbirin sonunda şagirdlər hədiyyələrnən təltif olunublar.


Want your school to be the top-listed School/college in Belokani?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Meşəşambul Kəndi
Belokani
0800