Balakən şəhəri Zərifə Əliyeva adına tam orta ümumtəhsil məktəbi

Balakən şəhəri Zərifə Əliyeva adına  tam orta ümumtəhsil məktəbi

Share

Balakən rayonu Akademik Z. Əliyeva adına şəhər 3 saylı tam orta məktəb - Azərbaycan Respub

Photos from Balakən şəhəri Zərifə Əliyeva adına  tam orta ümumtəhsil məktəbi's post 02/03/2026

📌Mülki Müdafiə Günü ilə bağlı maarifləndirici tədbir keçirildi
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Şimal-Qərb Regional Mərkəzinin müvafiq tapşırığına əsasən 6B sinfində 1 Mart – Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş maarifləndirici tədbir təşkil olundu.

Tədbir “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusu ətrafında keçirildi. Şagirdlərə mülki müdafiənin əhəmiyyəti, fövqəladə hallarda davranış qaydaları, ekoloji risklərin qarşısının alınması və təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat verildi.

Tədbir zamanı interaktiv müzakirələr aparıldı, şagirdlər fövqəladə hallarda düzgün qərarvermə bacarıqlarını nümayiş etdirdilər və təhlükəsizlik qaydalarına dair biliklərini möhkəmləndirdilər.

Belə maarifləndirici tədbirlərin keçirilməsi şagirdlərdə məsuliyyət hissinin formalaşmasına, təhlükəsizlik mədəniyyətinin yüksəldilməsinə və fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasına xidmət edir.

Photos from Balakən şəhəri Zərifə Əliyeva adına  tam orta ümumtəhsil məktəbi's post 01/03/2026

Akademik Zərifə Əliyeva adına tam orta ümumtəhsil məktəbində Tarix aylığı çərçivəsində 8a və 8b sinifləri arasında tarix fənni üzrə bilik yarışı keçirilmişdir.

Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin tarixə marağının artırılması, onların bilik və dünyagörüşünün genişləndirilməsi, eləcə də sağlam rəqabət mühitinin formalaşdırılması olmuşdur. Suallar müxtəlif dövrləri və mövzuları əhatə etmiş, iştirakçılar öz hazırlıq səviyyələrini yüksək səviyyədə nümayiş etdirmişlər.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekun nəticələrinə əsasən 8a sinfi qalib adını qazanmışdır. Qalib sinfi təbrik edir, bütün iştirakçılara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Tariximizi öyrənmək və onu gələcək nəsillərə düzgün şəkildə çatdırmaq hər birimizin borcudur.

Tarix aylığı çərçivəsində keçirilən bu cür tədbirlər şagirdlərin vətənpərvərlik ruhunun gücləndirilməsinə mühüm töhfə verir.

27/02/2026

Xocalı Soyqırımı Memorialının açılışı ədalətin təntənəsidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri fevralın 26-da Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının açılışında iştirak ediblər. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən, erməni faşistləri tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Bunun məsuliyyətini Ermənistan dövləti daşıyır. Bir gecə içində 600-dən çox günahsız mülki şəxs, onlardan 106-sı qadın, 63-ü uşaq erməni faşistləri tərəfindən qəddarcasına qətlə yetirilmişdir, 150 nəfər itkin düşmüş və aydın məsələdir ki, onlar da ermənilər tərəfindən öldürülmüşdür.
Dövlətimizin başçısı bildirib ki, Azərbaycan xalqı üçün bu, ən böyük faciədir. Bu faciəni dünya ictimaiyyətinə çatdırmaq üçün, bizim haqq işimizi dünya birliyinə təqdim etmək üçün həm Azərbaycan dövləti, həm ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları, demək olar ki, bir çox qurumlar fəal çalışıblar. Burada xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istərdim. Fond yarandıqdan dərhal sonra “Xocalıya ədalət!” genişmiqyaslı hərəkatına start verdi. Bu təşəbbüsü Fondun vitse-prezidenti Leyla Əliyeva həyata keçirirdi. Son 20 il ərzində onun təşəbbüsü ilə dünyanın bir çox ölkələrində bir çox tədbirlər, təqdimatlar, simpoziumlar, konfranslar keçirilmişdir, bir çox kitablar, broşürlər, bukletlər dərc edilmişdir. Məhz bizim təkidli səylərimiz nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını soyqırımı kimi rəsmən tanıyıb və bu proses davam etdirilir. 20-yə yaxın ölkənin Xocalı soyqırımını rəsmən tanıması bir addım idi, Vətən müharibəsi və şanlı Zəfərimiz ikinci addım idi, Xocalı şəhərinin iki il yarım bundan əvvəl azad edilməsi isə son addımlardan biri idi. Nəhayət, axırıncı addım bu yaxınlarda müharibə cinayətkarlarına qarşı Bakıda keçirilmiş məhkəmə prosesi idi. Xocalı soyqırımını törətmiş, əli Azərbaycan xalqının qanına batmış quldurlar məhkəmə qarşısında cavab verməli oldular.
Vətən müharibəsi və antiterror əməliyyatı nəticəsində müharibə cinayətkarlarının bir hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmişdir, bir hissəsi, xüsusilə separatçıların liderləri sayılan ünsürlər isə müxtəlif dövrlərdə saxlanılmış və məhkəmə qarşısına gətirilmişdir. Ədaləti biz özümüz təmin etdik, xalqımız bir yumruq kimi birləşərək həm 2020-ci, həm 2023-cü illərdə böyük qəhrəmanlıq göstərmişdir. Biz ədaləti Silahlı Qüvvələrimizin peşəkarlığı, fədakarlığı, rəşadəti hesabına özümüz təmin etdik. Əlbəttə ki, müharibə cinayətkarlarını ədalət məhkəməsinə gətirmək və ədalətli məhkəməni təşkil etmək bizim ədalətimizin son nöqtəsi idi. Cəmi 44 gün ərzində düşməni məğlubiyyətə uğratdıq, düşmən təslim oldu, kapitulyasiya aktına imza atdı. 2023-cü ildə cəmi bir neçə saat davam edən antiterror əməliyyatı nəticəsində qanunsuz xunta rejimi məhv edildi, işğalçılar torpaqlarımızdan qovuldu, torpaqlarımızda qanunsuz məskunlaşmış 15 minlik erməni ordusu tərk-silah edildi və təslim oldu. Bu da erməni separatçılığına, onların tabutuna vurulmuş son mismar idi. Xocalıya ədalət məhz o vaxt təmin edildi.
Bu gün Xocalı Soyqırımı Memorialının məhz Xocalıda açılışı ədalətin təntənəsidir. Bu Kompleks silinməz yaddaşımızın təcəssümü olacaq. Biz Xocalı soyqırımını heç vaxt unutmamalıyıq. Ermənistan dövlətinin vəhşiliklərini heç vaxt unutmamalıyıq. Öz tariximizi heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq, həmişə güclü olmalıyıq, həmişə düşmən bizdən qorxmalıdır, necə ki, bu gün qorxur. Məhz bu qorxu nəticəsində bu gün Azərbaycan xalqı sülh içində yaşayır.
Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz ruhunu görürük. Çünki bu qədər, - yəni Xocalı soyqırımı XX əsrin ən qanlı cinayətlərindən biri idi və xalqımız buna məruz qalmışdı, - 30 il ərzində ədalətsizliklə üzləşən xalqımız öz mənliyini, ləyaqətini, inamını saxladı. Biz bu Memorial Kompleksin açılışında iştirak edərkən bir daha deyirik ki, bu gün Azərbaycan dövləti o qədər güclüdür ki, heç kimin ağlına bizə qarşı hər hansı bir təxribat törətmək gəlməsin.
Bu gün bütün şəhidlərimizin qisası alınmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz onların xatirəsini qəlbimizdə əbədi yaşadacağıq. Biz heç vaxt nə Xocalı soyqırımını, nə Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa cinayətləri unutmayacağıq.

Photos from Balakən şəhəri Zərifə Əliyeva adına  tam orta ümumtəhsil məktəbi's post 26/02/2026

Hazırlıq B sinfində Xocalı soyqırımının anım günü ilə əlaqədar xüsusi tədbir təşkil olunmuşdur.

Balaca fidanlarımız bu faciənin xatirəsini ehtiramla yad edərək mövzuya uyğun rəsmi rəngləmələr həyata keçirmiş, öz duyğu və düşüncələrini kağız üzərində ifadə etmişlər. Tədbirin əsas məqsədi uşaqlara milli tariximizi yaş səviyyəsinə uyğun şəkildə aşılamaq, vətənpərvərlik hisslərini formalaşdırmaq və şəhidlərimizin əziz xatirəsini unutmamaqdır.

Şagirdlərin hazırladıqları rəsm işləri onların həm yaradıcılıq bacarıqlarını, həm də mövzuya həssas yanaşmalarını bir daha nümayiş etdirdi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 🕯️🇦🇿

26/02/2026

26 Fevral - Xocalı Soyqırımı Günü

Photos from Balakən şəhəri Zərifə Əliyeva adına  tam orta ümumtəhsil məktəbi's post 26/02/2026

🥀26 fevral - Xocalı soyqırımı
Akademik Zərifə Əliyeva adına tam orta ümumtəhsil məktəbində Xocalı faciəsi ilə bağlı anım tədbiri keçirildi.

Tədbirin əsas məqsədi şagirdlərə Xocalı soyqırımının tarixi həqiqətlərini çatdırmaq, gənc nəsildə vətənpərvərlik ruhunu gücləndirmək və milli yaddaşımızın qorunmasının vacibliyini bir daha diqqətə çatdırmaq olmuşdur. Çıxışlar zamanı faciənin xalqımızın tarixində dərin iz buraxdığı vurğulanmış, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilmişdir.

Tədbirin təşkilatçıları – Sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini Leyla Mansurova, Azərbaycan dili müəllimi Rəsmiyyə Eminli, ibtidai sinif müəllimi və “Xocalı soyqırımını tanıdaq” ictimai birliyinin üzvü Afət Yetimova tədbirin ərsəyə gəlməsində və keçirilməsində fəal rol almışlar.

Şagirdlər tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar, şeirlər və təqdimatlar tədbirə xüsusi məna qatmış, Xocalı həqiqətlərinin unudulmaması və gələcək nəsillərə ötürülməsinin hər birimizin vətəndaşlıq borcu olduğu bir daha qeyd edilmişdir.

Xocalı qurbanlarının əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Photos from Balakən şəhəri Zərifə Əliyeva adına  tam orta ümumtəhsil məktəbi's post 25/02/2026

📚 Açıq dərs təşkil olundu.

Akademik Zərifə Əliyeva adına tam orta ümumtəhsil məktəbinin 4 “b” sinfində İngilis dili fənni üzrə açıq dərs keçirilib. Dərs İngilis dili müəllimi Günəş Cumayevanın təqdimatında təşkil olunub.

Açıq dərs zamanı şagirdlər mövzu ətrafında fəal iştirak edərək dinləmə, oxu, danışıq və yazı bacarıqlarını nümayiş etdiriblər. İnteraktiv təlim üsullarından istifadə olunması dərsin daha maraqlı və səmərəli keçməsinə şərait yaradıb. Şagirdlərin xarici dil bacarıqlarının inkişafına yönəlmiş tapşırıqlar onların mövzunu dərindən mənimsəməsinə imkan verib.

Dərsin əsas məqsədi şagirdlərin ingilis dili üzrə kommunikativ bacarıqlarını inkişaf etdirmək, sərbəst fikir ifadə etmə və düzgün tələffüz vərdişlərini möhkəmləndirmək olub.

Qeyd edək ki, açıq dərslərin təşkili müəllimlərin təcrübə mübadiləsi aparması və tədrisin keyfiyyətinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Photos from Balakən şəhəri Zərifə Əliyeva adına  tam orta ümumtəhsil məktəbi's post 25/02/2026

Oxu mədəniyyətinin formalaşdırılması və şagirdlərdə mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə məktəbimizdə “Oxu dəqiqələri”nin tətbiqi uğurla davam etdirilir.

Bu istiqamətdə 2 “B” sinif şagirdləri yazıçı Zahid Xəlilin “Şəhərbadam şəhərinin uşaqları” əsərinin növbəti fəslini böyük maraq və həvəslə oxumuşlar. Şagirdlər oxu zamanı hadisələrin məzmunu üzərində fikir mübadiləsi aparmış, qəhrəmanların davranışlarını təhlil etmiş və öz münasibətlərini bildirmişlər.

“Oxu dəqiqələri” şagirdlərin söz ehtiyatının zənginləşdirilməsinə, nitq bacarıqlarının inkişafına və kitab sevgisinin artırılmasına mühüm töhfə verir.
Məktəbimizdə bu istiqamətdə işlər ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. 📚

Photos from Balakən şəhəri Zərifə Əliyeva adına  tam orta ümumtəhsil məktəbi's post 24/02/2026

🌇“Ümumdünya Şəhərsalma Forumu”nun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun və dayanıqlı inkişaf strategiyasının bariz göstəricisidir. Bu mötəbər tədbirin respublikamızda təşkili şəhərsalma, ekoloji tarazlıq, innovativ infrastruktur və müasir urbanizasiya sahəsində aparılan uğurlu siyasətin dünya miqyasında yüksək qiymətləndirildiyini bir daha təsdiqləyir.

Akademik Zərifə Əliyeva adına tam orta ümumtəhsil məktəbində bu mövzu ilə bağlı maarifləndirici görüş keçirilmişdir.
Məktəbin coğrafiya müəllimi Sevda Kazımova şagirdlərə forum haqqında ətraflı məlumat vermiş, tədbirin dövlətimiz üçün əhəmiyyətini xüsusi vurğulamışdır. Bildirilmişdir ki, United Nations Human Settlements Programme (UN-Habitat) tərəfindən təşkil olunan World Urban Forum dünyanın müxtəlif ölkələrindən dövlət nümayəndələrini, mütəxəssisləri və şəhərsalma üzrə ekspertləri bir araya gətirir.

Forumun Azərbaycanda keçirilməsi ölkəmizin dayanıqlı şəhər inkişafı, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, eləcə də azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işlərinin beynəlxalq səviyyədə təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır.

Görüş zamanı şagirdlər mövzu ətrafında fəal müzakirələr aparmış, şəhərlərin gələcəyi, ekoloji təhlükəsizlik və müasir urbanizasiya prosesləri barədə dəyərli biliklər əldə etmişlər. Bu kimi maarifləndirici tədbirlər gənc nəslin dünyagörüşünün genişlənməsinə və onların qlobal proseslərə həssas, məlumatlı vətəndaş kimi formalaşmasına mühüm töhfə verir.



Photos from Balakən şəhəri Zərifə Əliyeva adına  tam orta ümumtəhsil məktəbi's post 24/02/2026

Akademik Zərifə Əliyeva adına tam orta ümumtəhsil məktəbində şagirdlər arasında anket sorğusu keçirilib.

Tədbirin məqsədi şagirdlərin maraqlarını, fikirlərini və ehtiyaclarını öyrənmək, həmçinin məktəb mühitinin daha da inkişaf etdirilməsi üçün qiymətli məlumatlar toplamaq olub. Sorğuda iştirak edən şagirdlər səmimi cavabları ilə töhfə veriblər.

Belə təşəbbüslər gənclərin fikir və düşüncələrinin dinlənilməsi, onların məktəb həyatında aktiv iştirakının təmin olunması baxımından əhəmiyyətlidir. 📝✨

Photos from Balakən şəhəri Zərifə Əliyeva adına  tam orta ümumtəhsil məktəbi's post 24/02/2026

Tarix aylığı çərçivəsində məktəbimizdə 9-cu sinif şagirdlərinin iştirakı ilə “Cavid ömrü” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük mütəfəkkir və dramaturq Hüseyn Cavidin həyat və yaradıcılığına həsr olunub.
Dəyirmi masada müəllim Ramilə Xəlilova şagirdlərə Hüseyn Cavidin keşməkeşli həyat yolu, ədəbi irsi, milli-mənəvi dəyərlərimizin qorunmasında və inkişafında göstərdiyi misilsiz xidmətlər barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, Cavid yaradıcılığı azadlıq, ədalət, humanizm və vətənpərvərlik ideyalarının təcəssümüdür.
Şagirdlər tərəfindən şairin əsərlərindən nümunələr səsləndirilib, onun taleyi və yaradıcılığı ətrafında maraqlı müzakirələr aparılıb. Çıxışlarda vurğulanıb ki, Hüseyn Cavidin zəngin ədəbi irsi bu gün də gənc nəslin mənəvi tərbiyəsində mühüm rol oynayır.

Belə maarifləndirici tədbirlər şagirdlərdə tariximizə və ədəbiyyatımıza marağın artırılmasına, milli kimlik və dəyərlərimizin daha dərindən mənimsənilməsinə xidmət edir. 📚✨

Photos from Balakən şəhəri Zərifə Əliyeva adına  tam orta ümumtəhsil məktəbi's post 24/02/2026

📚 Həyat bilgisi dərsi – “Yaşayış yeri” mövzusu
Akademik Zərifə Əliyeva adına tam orta ümumtəhsil məktəbində 2A sinfində Həyat bilgisi fənni üzrə maraqlı və interaktiv dərs keçirilib. Dərsin mövzusu “Yaşayış yeri” olub.
Dərs zamanı şagirdlər müxtəlif yaşayış məntəqələri – kənd, qəsəbə və şəhər haqqında məlumat əldə edib, insanların yaşayış şəraitinin fərqləri və xüsusiyyətləri barədə müzakirələr aparıblar. Mövzu əyani vəsaitlər və sual-cavab əsasında izah olunub, şagirdlər fəal iştirak edərək öz fikirlərini sərbəst şəkildə ifadə ediblər.
Dərs müəllimə Səadət Cabbarova tərəfindən yüksək peşəkarlıqla təşkil olunub. Şagirdlərin mövzuya marağı və fəallığı dərsin səmərəli keçdiyini bir daha göstərdi.
Şagirdlərimizə uğurlar arzulayır, müəllimimizə təşəkkür edirik! 🌟

Want your school to be the top-listed School/college in Belokani?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


S. Gözəlov 8
Belokani
008

Opening Hours

Monday 08:00 - 14:00
Tuesday 08:00 - 14:00
Wednesday 08:00 - 14:00
Thursday 08:00 - 14:00
Friday 08:00 - 14:00