N. Nərimanov adına Mahamalar kənd tam orta məktəbi

N. Nərimanov adına Mahamalar kənd tam orta məktəbi

Share

N.Nərimanov adına Mahamalar kənd tam orta məktəbi 2009-cu ildə Təhsil Nazirliyinin vəsaiti hesabına yenidən tikilib istifadəyə verilmişdir.

13/06/2026

Müttəfiqliyin Şuşa Zirvəsi

Şuşa Azərbaycan xalqının milli mənliyinin, əyilməz ruhunun, tarixi ədalətinin uca zirvəsidir. Təqvimlər 15 iyun 2021-ci ili göstərəndə bu müqəddəs ucalıqda dünyanın hərbi-siyasi tarixinə daha bir silinməz səhifə yazıldı. Həmin gün Qarabağın baş tacında ucalan üçrəngli bayrağımızın fonunda Şuşa Bəyannaməsinin imzalanması ilə Bakı və Ankaranın çoxəsrlik qardaşlıq bağları rəsmən beynəlxalq hüququn ən uca nöqtəsinə - strateji müttəfiqlik zirvəsinə qaldırıldı.
Bu tarixi hadisənin Azərbaycan xalqının Qurtuluş Gününə təsadüf etməsi isə sözün həqiqi mənasında tarixin qanunauyğun ssenarisi idi. 1993-cü ilin o böhranlı iyun günlərində Ulu Öndər Heydər Əliyevin xalqın istəyi ilə hakimiyyətə qayıdışı dövlətimizi xaosdan necə xilas etdisə, düz 28 il sonra onun vəsiyyəti olan "Bir millət, iki dövlət" fəlsəfəsi də Şuşada imzalanan Bəyannamə ilə gələcək nəsillərin sarsılmaz təhlükəsizlik zəmanətinə çevrildi.
Vətən müharibəsinin üzərindən 7 ay keçdikdən sonra - 2021-ci ilin iyununda Prezident İlham Əliyevin qardaş ölkənin lideri Rəcəb Tayyib Ərdoğanı Qarabağda qarşılaması və burada imzalanan Şuşa Bəyannaməsi gələcəyə doğru atılan ən böyük addım oldu.
İmza mərasimindən sonra dövlət başçılarının mətbuata verdiyi bəyanatlar bu bəyannamənin həm də gələcək nəsillərin təhlükəsizlik sənədi olduğunu sübut etdi. Prezident İlham Əliyev bəyannamənin adındakı "müttəfiqlik" kəlməsinin çəkisinə diqqət yönəldərək qeyd etdi: "...Bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır".
Dövlətimizin rəhbəri vurğuladı ki, bu gün Türkiyə və Azərbaycan bir-birinə dünya çapında ən yaxın olan ölkələrdir: "Bizi birləşdirən bir çox amillər var, ilk növbədə, tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün biz dünya miqyasında, dünya çapında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsi göstəririk".
Tarixi bağlara malik Azərbaycan-Türkiyə qardaşlığı 44 günlük Vətən müharibəsində daha da möhkəmləndi. Savaşın ilk saatlarından etibarən bəzi beynəlxalq siyasi dairələrin Azərbaycana yönələn təzyiq cəhdləri, Ankaradan gələn qətiyyətli və ard-arda bəyanatlarla iflasa uğradı. Dünyaya açıq mesaj verildi ki, Azərbaycan tək deyil.
2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında iki liderin - dövlətimizin başçısı İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın çiyin-çiyinə dayanması bu birliyin daha bir mesajı idi. Azərbaycan və Türkiyə prezidentlərinin işğaldan azad edilmiş torpaqlarda inşa edilən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarının açılışlarında lentləri birgə kəsmələri bu həmrəyliyin sarsılmaz gələcəyə açılan qapıları oldu.
Azərbaycanla Türkiyənin münasibətlərini unikal edən əsas cəhət onun yalnız ortaq siyasi maraqlara deyil, həm də səmimi, sarsılmaz xalq sevgisinə əsaslanmasıdır. Bu ittifaq təkcə qələbə sevinclərini paylaşmır, həm də acını bölüşməyi bacarır.
6 fevral 2023-cü ildə qardaş ölkədə baş verən dəhşətli zəlzələ zamanı Azərbaycan dövlətinin və xalqının göstərdiyi fədakarlıq bunun ən bariz nümunəsidir. Prezident İlham Əliyevin təxirəsalınmaz tapşırıqları ilə fəlakət bölgəsinə ilk yetişən, dağıntılar altından can qurtaran məhz Azərbaycanın xilasediciləri oldular. O çətin günlərdə hər bir azərbaycanlının zəlzələdən əziyyət çəkənlərə öz maddi dəstəyini göstərmək üçün növbəyə durması həm də "bir millət" olmağın qan yaddaşı idi.
15 iyun 2021-ci ildə iki qardaş ölkənin liderləri tərəfindən Qarabağda Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan və Türkiyə münasibətlərində yeni səhifə açdı.
Bəyannamənin ən mühüm məqamlarından biri 1921-ci il oktyabrın 13-də imzalanmış tarixi Qars müqaviləsinə edilən istinaddır. Düz bir əsr sonra iki qardaş dövlətin yenidən eyni hüquqi-siyasi prinsiplərə sadiqliyini bəyan etməsi, regionda sabitliyin və sərhədlərin toxunulmazlığının ən böyük qarantıdır. Şuşa Bəyannaməsi Qars müqaviləsinin tarixi ruhunu yeni geosiyasi tələblərə uyğunlaşdıraraq gələcəyə daşıdı.
Tarixi bəyannamənin hüquqi müddəaları regionda tamamilə yeni təhlükəsizlik arxitekturası yaratdı. Sənədin ən mühüm bəndi təhdidlərə qarşı ortaq mövqedir: tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Bəyannamədə Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi də öz əksini tapıb. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin Silahlı Qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır.
Şuşa Bəyannaməsi həm də qlobal inteqrasiya və iqtisadi inkişaf sənədidir. Burada xüsusi yer ayrılmış Zəngəzur dəhlizi (TRIPP) təkcə Azərbaycanın əsas hissəsini onun ayrılmaz parçası olan Naxçıvanla və Türkiyə ilə birləşdirməyəcək, həm də Asiyadan Avropaya qədər uzanan böyük bir coğrafiyada nəqliyyat arteriyasının operativliyini təmin edəcək.
Şuşa Bəyannaməsinin regional sərhədləri aşaraq bütövlükdə türk dünyasının qlobal arenada güclənməsinə xidmət etməsi də gerçəklikdir. Belə ki, bəyannamədə tərəflərin BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində bir-birinə şərtsiz dəstək verəcəyi xüsusi qeyd olunub.
Şuşa Bəyannaməsinin açdığı bu yol, sonrakı illərdə bəhrəsini verməkdə davam etdi. 2024-cü il iyulun 6-da Türk Dövlətləri Təşkilatının Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü və orada imzalanan Qarabağ Bəyannaməsi məhz Şuşa Bəyannaməsinin doğurduğu qlobal nüfuzun və türk dövlətlərinin sarsılmaz həmrəyliyinin məntiqi davamı idi.
15 iyun 2021-ci ildə zəfər qalamız Şuşada imzalanan tarixi sənəd, bu gün Cənubi Qafqazda daimi sülhün, tərəqqinin və regional əməkdaşlığın ən mühüm rəsmi təminatıdır. Azərbaycan-Türkiyə birliyi hər gün daha da dərinləşir və bu sarsılmaz müttəfiqlik tarixin yaddaşına bölgəyə yeni nəfəs, yeni sülh dövrü gətirən mühüm salnamə kimi yazılır.

Photos from N. Nərimanov adına Mahamalar kənd tam orta məktəbi's post 13/06/2026
13/06/2026
13/06/2026

Bu gün məktəbimizdə “Son zəng” tədbiri keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Tədbirdə Balakən rayon icra hakimiyyəti numayəndəsi Emil Pəhlivanov , Mahamalar kənd icra nümayəndəsi Ramazan Abdullayev, Mahamalar kənd bələdiyyə sədri Azad Çantayev, məktəbin pedaqoji heyəti və məzunların valideynləri iştirak etdilər.

Məktəbin direktoru, Kəmalə Məmmədova çıxış edərək müəllim və şagirdləri, eləcə də bütün məzunları təbrik etdi, onlara gələcək həyat və təhsil yollarında uğurlar arzuladı.

Daha sonra məzunların təqdimatında musiqi və rəqs nömrələri nümayiş olundu. Tədbirin sonunda XI sinif məzunları “Son zəng” sədaları altında məktəb ənənəsinə uyğun olaraq estafeti I sinif şagirdlərinə təhvil verdilər.

12/06/2026

Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası

Azərbaycanın müasir dövlətçilik salnaməsinin ən əlamətdar tarixlərindən olan 15 İyun - Milli Qurtuluş Günü respublikamızın öz müstəqilliyini itirmək və parçalanmaq təhlükəsi ilə üz-üzə qaldığı bir məqamda xalqın öz taleyinə sahib çıxdığı dönüş nöqtəsidir. Bu tarix xalqın Ümummilli Lider Heydər Əliyevə dərin və sarsılmaz inamının, milli birliyinin və qurtuluşunun rəmzidir. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçilən Heydər Əliyev dövləti xilas etməklə bərabər, gələcək nəsillərə güclü, müstəqil və qüdrətli bir ölkə miras qoydu.
1990-cı illərin əvvəllərində kritik həddə çatan ictimai-siyasi böhran Azərbaycanı məhvolma təhlükəsi ilə üz-üzə qoymuşdu. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan siyasi qruplaşmaların səriştəsiz siyasəti respublikada vəziyyəti idarəolunmaz hala gətirib çıxarmışdı. 1992-ci ilin may ayında hakimiyyəti ələ keçirən AXC-Müsavat cütlüyü, dövlət idarəçiliyindəki qeyri-peşəkarlıq, şəxsi ambisiyalar və hakimiyyət davası ilə ölkəni vətəndaş müharibəsi həddinə çatdırmışdı. İqtisadiyyat tamamilə tənəzzülə uğramış, ordu quruculuğu isə milli maraqlara zidd, səriştəsiz insanların əlinə keçmişdi.
Bu xaos şəraitində xalqın yeganə ümid yeri görkəmli dövlət xadimi Heydər Əliyev idi. Buna görə də çətin durumunda xalqın nəzər-diqqəti Naxçıvana - Ulu Öndərə yönəldi. Blokada şəraitində belə muxtar respublikanı qorumağı bacaran, təcrübəsi və xarizması ilə dünya səviyyəli siyasətçi kimi tanınan Heydər Əliyev dövlətin və xalqın yeganə nicatı idi. Xalqın təkidli dəvəti ilə 1993-cü il iyunun 9-da Bakıya gələn Heydər Əliyev proseslərə müdaxilə edərək ilk növbədə hərbi böhranın daha da dərinləşməsinin, vətəndaş qarşıdurmasının qarşısını aldı.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə respublikamızın tarixinə "Milli Qurtuluş Günü" kimi həkk olunan, dövlətçiliyimizin və müstəqilliyimizin əbədiləşdirilməsini təmin edən yeni və tarixi bir mərhələ başladı. Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə sabitliyin bərqərar olunması, separatizmin aradan qaldırılması istiqamətində təxirəsalınmaz addımlar atıldı.
Həmin ilin oktyabr ayında Heydər Əliyevin Azərbaycan Prezidenti seçilməsi isə bütün xalqın Ulu Öndərə olan inamının növbəti təcəssümü oldu. Beləliklə, 1993-cü ilin iyununda Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı, ölkəmizi uçurumun kənarından döndərərək, dövlətçiliyimizin sarsılmaz təməllərini atdı və bu gün qürurla yaşadığımız, ərazi bütövlüyü tam bərpa olunmuş müstəqil Azərbaycanın formalaşmasına yol açdı.
1994-cü ilin may ayında Ermənistanla atəşkəs elan edildikdən sonra Heydər Əliyev bütün qüvvə və bacarığını ölkənin sosial-iqtisadi inkişafına, silahlı qüvvələrimizin tamamilə yenidən qurulması işinə yönəltdi. 1994-cü il sentyabr ayının 20-də "Əsrin müqaviləsi"ni imzalamaqla Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasının əsasını qoydu. "Əsrin müqaviləsi"nin imzalanması və ölkənin neft sənayesinə investisiyaların cəlb olunması Azərbaycanın tarixində yeni dövrün başlanğıcını qoydu.
Taleyüklü məsələləri həll edən dahi rəhbər fundamental təməllərə əsaslanan dövlət quruculuğuna başladı. Azərbaycan Respublikasının müstəqilliyinin əbədiliyini təmin edəcək institusional strukturlar formalaşdırıldı, 1995-ci ilin noyabrında qəbul olunan və tariximizə Heydər Əliyev Konstitusiyası kimi daxil olan Əsas Qanunun qəbulu demokratik, dünyəvi və vətəndaş cəmiyyəti quruculuğu əsasında dövlətimizin formalaşması, siyasi və hüquq sistemlərində sabit özülün yaradılması işində ilk mərhələ oldu. Odur ki, müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbulu müasir tariximizin ən mühüm hadisələrindən biri olmaqla Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən sayılır.
Dahi şəxsiyyətin ən çətin dövrlərdə belə səsləndirdiyi "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir" fikri həm də gələcək qələbənin ideoloji proqramı idi. Ulu Öndər Azərbaycanın tarixi torpaqlarının işğal altında qalmasını müvəqqəti hal kimi qiymətləndirir və beynəlxalq ictimaiyyəti bu ədalətsizliyi qəbul etməməyə çağırırdı. Mötəbər tribunalardan Qarabağ həqiqətlərini dünyaya çatdıran dahi şəxsiyyət işğalçılıq siyasətinin ifşası üçün sistemli diplomatik yol xəritəsi çəkirdi.
Ulu Öndərin "Bizim hamımızın elliklə, obalıqla xalqımızın, millətimizin bir müqəddəs arzusu, istəyi, bir müqəddəs məqsədi vardır. O da Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıdır… biz bu arzumuza mütləq çatacağıq... …İşğal edilmiş torpaqlarımızın hamısı azad olunacaq, nəyin bahasına olursa-olsun azad ediləcəkdir" sözləri ilə ifadə etdiyi qayıdışa sarsılmaz inamı xalqın mübarizə əzmini sınmağa qoymurdu.
Heydər Əliyev öz siyasəti ilə ordu quruculuğuna, iqtisadi gücə və beynəlxalq nüfuza önəm verərək, gələcək Zəfərin təməlini məhz o illərdə qoydu.
Heç şübhəsiz dahi siyasətçi Heydər Əliyevin cənab İlham Əliyevi öz siyasi varisi kimi müəyyən etməsi Azərbaycanın müasir tarixinin ən strateji və uzaqgörən qərarlarından biri, dövlətçiliyimizin qüdrətlənməsini və uğurlarının davamlılığını təmin edən tarixi seçim oldu. Bu qərar Azərbaycanın gələcək taleyi üçün düşünülmüş məsuliyyətli siyasi kursun varisliyi idi.
1 oktyabr 2003-cü ildə Azərbaycan xalqına müraciətində Heydər Əliyev cənab İlham Əliyevi layiqli namizəd kimi təqdim edərkən, onun siyasi hazırlığını, intellektual səviyyəsini və ən əsası, dövlətçilik təfəkkürünü xüsusi vurğulamışdı. Ulu Öndərin bu tarixi mesajı xalqın gələcəyə olan etimadını möhkəmləndirdi: "İnanıram ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, tədbirləri İlham Əliyev başa çatdıra biləcək".
Ulu Öndərin cənab İlham Əliyevi siyasi varisi seçməsi, Azərbaycanın öz müstəqilliyini qoruması və daha da güclənməsi üçün atılmış ən doğru addım idi. Bu qərar, Azərbaycanın dövlətçilik xəttinin pozulmadan, daha böyük uğurlara doğru inamla irəliləməsinin təminatçısı oldu. Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu olan Qarabağın azadlığı, Prezident İlham Əliyevin rəhbərliyi və Ali Baş Komandanlığı ilə 44 günlük Vətən müharibəsində reallığa çevrildi.
Bu tarixi missiyanın zirvəsi 2020-ci il 8 noyabrda yaşandı. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşanı azad etməklə, həm xalqımızın torpaq həsrətinə son qoydu, həm də ata vəsiyyətini yerinə yetirdi. Bu Qələbə, eyni zamanda 1993-cü ildə başlanan qurtuluş missiyasının ən böyük təntənəsi oldu.
Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa-quruculuq işləri aparır, Böyük qayıdışı uğurla gerçəkləşdirir. 15 iyun tarixi bizə göstərdi ki, xalq və lider birliyi, müdrik qərarlar və məqsədyönlü siyasət ən ağır şəraitdən belə dövləti zirvələrə daşıya bilir.
Bu gün Azərbaycan Cənubi Qafqazın lider dövləti və qlobal miqyasda strateji tərəfdaş kimi çıxış edir. Bərqərar edilən yeni geosiyasi reallıq, daxili sabitlik, sülh mühiti və dinamik inkişaf edən iqtisadiyyat müasir Azərbaycanın simasını müəyyən edən əsas amillərdir. Reallıq ondan ibarətdir ki, Azərbaycan artıq regional layihələrin iştirakçısı deyil, qlobal əhəmiyyətli təşəbbüslərin müəllifi və əsas hərəkətverici qüvvəsidir.
Bu möhtəşəm uğurların və sarsılmaz dövlətçilik xəttinin arxasında Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasi strategiyası və qoyduğu möhkəm təməllər dayanır.
Zaman sübut etdi ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə müəyyən etdiyi strateji xətt ölkəmizi bütün fırtınalardan qoruyaraq ən uca zirvələrə daşıyıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu təməllər üzərində ucalan müasir Azərbaycan gələcəyə doğru böyük inamla addımlayır.

Photos from N. Nərimanov adına Mahamalar kənd tam orta məktəbi's post 10/06/2026

Mktəbimizdə 2-ci sinif şagirdləri ilə ibtidai sinif müəllimi Vüsalə Novruzova tərəfindən “Gigiyena qaydaları” mövzusunda maarifləndirici tədbir keçirildi. Təşkil olunan tədbirdə şagirdlərlə sağlam həyat tərzi və gigiyena qaydaları barədə faydalı söhbət aparıldı.



Photos from N. Nərimanov adına Mahamalar kənd tam orta məktəbi's post 10/06/2026

Nəriman Nərimanov adına Mahamalar kənd tam orta ümumtəhsil məktəbində “İdman aylığı” çərçivəsində velosiped yarışı təşkil olunmuşdur. 🚴‍♂️🚴‍♀️

Yarışın keçirilməsində məqsəd şagirdlər arasında sağlam həyat tərzinin təbliği, idmana marağın artırılması və asudə vaxtın səmərəli təşkili olmuşdur. Şagirdlər böyük həvəslə yarışda iştirak edərək çeviklik və dözümlülük nümayiş etdirmişlər. 🏅👏


Photos from N. Nərimanov adına Mahamalar kənd tam orta məktəbi's post 08/06/2026

Nəriman Nərimanov adına Mahamalar kənd tam orta ümumtəhsil məktəbində "Voleybol aylığı" çərçivəsində siniflər arasında voleybol yarışı keçirilib. Yarışın məqsədi şagirdlər arasında idmana marağın artırılması, sağlam həyat tərzinin təbliği və komanda ruhunun formalaşdırılması olub. Şagirdlər yarışda fəallıq göstərərək voleybol üzrə bacarıqlarını nümayiş etdiriblər.




Photos from N. Nərimanov adına Mahamalar kənd tam orta məktəbi's post 04/06/2026

Nəriman Nərimanov adına Mahamalar kənd tam orta ümumtəhsil məktəbində “Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda maarifləndirici söhbət aparmışdır.Şagirdlərə BMT tərəfindən müəyyən edilmiş Dayanıqlı İnkişaf Məqsədlərinin mahiyyəti, bu məqsədlərin insanların rifahının yüksəldilməsi, ətraf mühitin qorunması və sosial bərabərliyin təmin edilməsində rolu barədə ətraflı məlumat verilmişdir.
Müzakirələr zamanı yoxsulluğun aradan qaldırılması, keyfiyyətli təhsil, sağlam həyat tərzi, təmiz ətraf mühit və məsuliyyətli istehlak kimi mövzulara toxunulmuş, şagirdlərin fikir və sualları dinlənilmişdir.Söhbət zamanı məqsəd gənc nəslin qlobal problemlər barədə məlumatlılığını artırmaq, onların cəmiyyətin inkişafında fəal iştirakına stimul vermək olmuşdur.


Want your school to be the top-listed School/college in Belokani?

Click here to claim your Sponsored Listing.

Location

Category

Telephone

Website

Address


Mahamalar Kəndi
Belokani
0823

Opening Hours

Monday 08:30 - 15:00
Tuesday 08:30 - 15:00
Wednesday 08:30 - 15:00
Thursday 08:30 - 15:00
Friday 08:30 - 15:00