23/11/2021
Faydalanın :)
📢 DİQQƏT! ƏZİZ GƏNCLƏR VƏ KÖNÜLLÜLƏR!
Balakən Gənclər evi 5 dekabr Beynəlxalq Könüllülər Gününə həsr olunmuş “Könüllülük həftəsi” proqramına start verir. Proqrama qoşularaq siz fərqli fəaliyyət növlərində iştirak edə biləcək, müəssisəmizin könüllüləri üçün yaradılmış imkanlardan yararlana biləcək və asudə vaxtınızı səmərəli təşkil edə biləcəksiniz. Proqramın gündəliyini sizə təqdim edirik:
🎨 29.11.2021 (bazar ertəsi ) – Gənclərin incəsənətə olan marağının artırılması məqsədi ilə Azərbaycanın dahi rəssamı, incəsənət xadimi Tahir Salahovun doğum günü münasibətilə Balakən Şəhər Uşaq İncəsənət Məktəbinə infotur təşkil olunacaqdır. Turda gənc könüllülər rəsm sərgiləri, müxtəlif növ incəsənət nümunələri və fəaliyyətləri ilə tanış olacaqlar.
💻 30.11.2021 (çərşənbə axşamı) – Gənclərin informasiya texnologiyalarına olan marağın artırılması məqsədi ilə Beynəlxalq İnformasiya Təhlükəsizliyi Gününə həsr olunmuş ümumi praktiki təlim-seminar keçiriləcəkdir. Seminarda gənc könüllülər kompüter hissələri haqqında praktik məşğələlər, informasiya təhlükəsizliyi, tətbiqi proqramlar və ixtisas seçimində İT rolu haqqında məlumatlar əldə edəcəklər.
📽 01.12.2021 (çərşənbə) - Gənclərin vətənpərvərlik hissinin artırılması, milli-mənəvi dəyərlərin aşılanması məqsədi ilə Vətən Müharibəsi könüllülərinin də iştirakı ilə Balakən şəhidlərinə həsr olunmuş “Tarix yazmış fatehlər” filminin təqdimatı keçiriləcəkdir. Film təqdimatında gənc könüllülər tarixi zəfərin memarlarından olan Balakən rayonunun şəhidləri haqqında filmi izləyəcək, filmin yaradıcıları ilə görüşəcək, onları maraqlandıran suallara cavab tapa biləcəklər.
🏐 02.12.2021 (cümə axşamı) - Gənclərin idmana olan marağının artırılması, sağlam həyat tərzinin təbliği məqsədilə voleybol üzrə yoldaşlıq turniri keçiriləcəkdir. Turnirdə gənc könüllülər Balakən Olimpiya İdman Kompleksinin şəraiti ilə yaxından tanış ola biləcək, yoldaşlıq turnirində iştirak edəcək və yaradılmış imkanlardan yararlana biləcəklər.
🤝 03.12.2021 (cümə) – Gənclərin vətəndaşlıq borcları haqqında məlumatların artırılması məqsədilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Məhdudiyyət əngəl deyil” adlı görüş keçiriləcəkdir. Görüşdə gənc könüllülər fiziki imkanları məhdud Vətən Müharibəsi qaziləri ilə görüşəcək, müvafiq mövzu ətrafında diskussiyalar aparacaqlar.
🎉 04.12.2021 (şənbə) – Gənclərin həftəsonları asudə vaxtının səmərəli təşkili məqsədilə əyləncəli oyunlar günü təşkil olunacaqdır. Gənc könüllülər əyləncə günündə müxtəlif stolüstü oyunlar, Mafia, UNO və digər əyləncəli fəaliyyətlərlə məşğul olacaqlar.
🎊 05.12.2021 (bazar) – 5 dekabr Beynəlxalq Könüllülər Gününə həsr olunmuş “Könüllülük həftəsi” proqramının bağlanış mərasimi keçiriləcəkdir. Könüllülər Günündə gənclər üçün əyləncəli tədbir təşkil olunacaq, karaoke saatı, aktivliyi ilə fərqlənən könüllülərin müxtəlif nominasiyalar üzrə mükafatlandırılması baş tutacaqdır.
👏 Əziz gənclər, hər birinizi müəssisəmizin daim sizlər üçün yaratdığı imkanlardan yararlanmağa dəvət edir, :)
📞 Əlaqə nömrəsi : +994 55 268 47 27