R.Abbasov adına Əmirli kənd tam orta məktəbi

R.Abbasov adına Əmirli kənd tam orta məktəbi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from R.Abbasov adına Əmirli kənd tam orta məktəbi, Middle School, Əmirli kəndi, Barda.

https://www.facebook.com/share/p/14pJcMUiXju/
13/08/2026

https://www.facebook.com/share/p/14pJcMUiXju/

Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan inzibati-təsərrüfat və tədris-köməkçi (təsərrüfat işləri üzrə direktor müavini, təsərrüfat müdiri, uşaq birliyi təşkilatı rəhbəri, kitabxana müdiri, gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, psixoloq, Katibə-makinaçı, laborant) vəzifələr üzrə işə qəbul müsabiqəsinə start verilir.

Müsabiqə iki mərhələdən – sənəd qəbulu və test imtahanından – ibarət olmaqla həyata keçiriləcəkdir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər elan olunmuş vakant vəzifələrdən yalnız biri üzrə müvafiq linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

İxtisas tələbi müəyyən edilmiş vəzifələr üzrə yalnız həmin tələblərə cavab verən namizədlər qeydiyyatdan keçməlidirlər.

Qeydiyyat linkləri:
1. Kitabxana müdiri: https://forms.gle/s5f5Lpmu6q2q53Fc7
2. Katib-makinaçı: https://forms.gle/Sz64ZvoKmEQLtt6c9
3. Laborant: https://forms.gle/RT2xSkQibzEY6qgDA
4. Psixoloq: https://forms.gle/gM5zUH3br7aQJT4g6
5. Təsərrüfat müdiri: https://forms.gle/ryYd4J9qNBX6KVuG9
6. Təsərrüfat işləri üzrə direktor müavini: https://forms.gle/WMhdDNvmsNLvRK81A
7. Uşaq birliyi təşkilatının rəhbəri: https://forms.gle/fYmF9Pe9FwQVfYGW7
8. Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri: https://forms.gle/VYxYg5i85xMGYWs1A

Vəzifələr üzrə ixtisas tələbləri ilə tanış olmaq üçün müvafiq linkə keçid edə bilərsiniz: https://drive.google.com/file/d/1zcZBmKW3ciHaCa-SZv7bH_VyGRL6wqw_/view?usp=sharing

Vakant vəzifələrə keçid etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz: https://drive.google.com/file/d/1zdkvrkAMGuXr0CZYP3LKemz76x8A2llT/view?usp=sharing

Təqdim edilmiş məlumatların yanlış və ya saxtalaşdırılmış olduğu hər hansı mərhələdə aşkar edilərsə, namizədin nəticəsi ləğv ediləcəkdir
Qeydiyyat və sənədlərin qəbulu 21 avqust 2026-cı il, saat 11:00-dək aparılacaq.
İmtahanın keçirilmə tarixi və yeri barədə məlumat uyğun namizədlərə qeydiyyat zamanı qeyd etdikləri mobil nömrələr vasitəsilə, həmçinin Qarabağ Regional Təhsil İdarəsinin rəsmi “Facebook” səhifəsində elan ediləcəkdir.
Test mərhələsində namizədlərə ümumilikdə 60 sual təqdim olunacaq. Suallar aşağıdakı qaydada bölüşdürülür:
vəzifə bilikləri üzrə – 40 sual;
qanunvericilik üzrə – 10 sual;
informasiya-kommunikasiya texnologiyaları üzrə – 10 sual.
Test imtahanında hər bir düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Test imtahanında 30 və daha yüksək bal toplayan namizədlər imtahandan uğurla keçmiş hesab edilirlər.
Test imtahanının nəticələri imtahanın keçirildiyi tarixdən etibarən 10 (on) iş günündən gec olmayaraq elan ediləcək. Müsabiqənin nəticələrindən narazı qalan namizədlər nəticələr elan edildikdən sonra 3 (üç) iş günü müddətində apellyasiyaya müraciət edə bilərlər.

İmtahandan uğurla keçmiş namizədlər topladıqları ballara əsasən mövcud vakant vəzifələrə yerləşdirilirlər. Daha yüksək nəticə göstərmiş namizədlər vakant vəzifələri ilk növbədə seçmək hüququna malikdirlər. Vakant vəzifələrin seçimi namizədlərin nəticələrinə uyğun olaraq balların azalan sırası ilə həyata keçirilir.
Bir vakant vəzifəyə iki və ya daha çox namizədin eyni bal topladığı halda aşağıdakı ardıcıllıqla üstünlük verilir:
müharibə iştirakçılarına və onların ailə üzvlərinə;
təhsil səviyyəsi daha yüksək olan şəxslərə;
iş stajı daha çox olan şəxslərə;
müəssisəyə daha yaxın ərazidə yaşayan şəxslərə.
Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə namizədlərə Vahid Tarif-İxtisas Sorğu Kitabçasında nəzərdə tutulan ixtisas tələbləri və dərəcələr üzrə müəyyən edilmiş ardıcıllıqla üstünlük verilir.
Müsabiqədən uğurla keçmiş, lakin vakant vəzifəyə yerləşdirilməmiş namizədlər cari tədris ilinin sonunadək ehtiyat kadr kimi saxlanılırlar.
Vakant vəzifəyə yerləşdirilməsi nəzərdə tutulan namizəd ona təklif edilən vəzifədən imtina etdiyi təqdirdə, müvafiq təlimata uyğun olaraq ehtiyat kadrlar siyahısından çıxarılır.

Qeyd: İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində elan edilmiş vakant yerlər üzrə müsabiqələrdə yalnız “Böyük Qayıdış”a dair I Dövlət Proqramına əsasən həmin ərazilərdə yaşayış yeri ilə təmin edilmiş vətəndaşlar iştirak edə bilərlər

13 İyun – “Son Zəng” tədbiri.
14/06/2026

13 İyun – “Son Zəng” tədbiri.

2025-2026-cı tədris ili üzrə IX sinif buraxılış imtahanı nəticələrinin təhlili.
09/06/2026

2025-2026-cı tədris ili üzrə IX sinif buraxılış imtahanı nəticələrinin təhlili.

Böyük summativ qiymətləndirmələr rəqəmsal formada keçirilir    2025–2026-cı tədris ilinin ll yarımilində  IX sinifdə bur...
08/06/2026

Böyük summativ qiymətləndirmələr rəqəmsal formada keçirilir
2025–2026-cı tədris ilinin ll yarımilində IX sinifdə buraxılış fənləri üzrə böyük summativ qiymətləndirmə rəqəmsal formada təşkil olunub.

💻 Rəqəmsal qiymətləndirmə həm müəllimlərin vaxtına qənaət edir, həm şagirdlərdə rəqəmsal bacarıqları inkişaf etdirir, həm də kağız sərfiyyatını azaltmaqla ətraf mühitin qorunmasına dəstək verir. Digər tərəfdən elektron qiymətləndirmə daha təkmil tapşırıqlardan istifadə etmək imkanı yaradır.
📝 Qeyd edək ki, böyük summativ qiymətləndirmə Microsoft TEAMS proqramı vasitəsilə həyata keçirilir.

18 may – 18 iyun 2026-cı il tarixləri ölkə üzrə “İnsan Hüquqları Aylığı” elan edilmişdir. Bu çərçivədə insan hüquq və az...
02/06/2026

18 may – 18 iyun 2026-cı il tarixləri ölkə üzrə “İnsan Hüquqları Aylığı” elan edilmişdir. Bu çərçivədə insan hüquq və azadlıqlarının təbliği, vətəndaşların öz hüquqları barədə məlumatlılığının artırılması, eləcə də insan hüquqlarının müdafiəsi sahəsində mövcud çağırışlara diqqətin yönəldilməsi məqsədilə məktəb psixoloqu Vüsalə Babayeva tərəfindən maarifləndirici tədbir keçirildi.
Tədbir zamanı şagirdlərə insan hüquq və azadlıqlarının mahiyyəti, uşaq hüquqları, təhsil hüququ, bərabərlik prinsipi və qarşılıqlı hörmətin əhəmiyyəti barədə ətraflı məlumat verildi.

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi. Tədbirin məqsədi uşaqların hüquqlarının qoru...
02/06/2026

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirildi. Tədbirin məqsədi uşaqların hüquqlarının qorunması, onların sağlam, xoşbəxt və təhlükəsiz mühitdə böyüməsinin vacibliyini diqqətə çatdırmaq, şagirdlərdə humanizm və qayğıkeşlik hisslərini gücləndirmək idi.
Tədbir zamanı şagirdlər şeirlər söylədilər, mahnılar ifa etdilər, müxtəlif əyləncəli oyun və müsabiqələrdə iştirak etdilər.

Milli-mənəvi dəyərlərin təbliği, azərbaycançılıq ideyasının aşılanması və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədi...
01/06/2026

Milli-mənəvi dəyərlərin təbliği, azərbaycançılıq ideyasının aşılanması və vətənpərvərlik ruhunun gücləndirilməsi məqsədilə keçirilən tədbirlər planına uyğun olaraq məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aygül Tağıyeva tərəfindən görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin "Ana" əsərindən parçalar şagirdlərə təqdim olundu.
Tədbir zamanı ana məhəbbətinin, vətənə sevginin, milli kimliyə bağlılığın və yüksək mənəvi dəyərlərin insan həyatındakı rolu vurğulandı. Şagirdlər əsərin məzmunu ilə yaxından tanış olaraq müəllifin ana obrazına bəslədiyi dərin ehtiramı və milli düşüncələrini maraqla dinlədilər.
Eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunması, yaşadılması və gələcək nəsillərə ötürülməsinin vacibliyi barədə maarifləndirici fikirlər səsləndirildi. Bu kimi tədbirlər şagirdlərin milli ruhda formalaşmasına, mənəvi dəyərlərə hörmətlə yanaşmasına və Vətənə bağlı vətəndaşlar kimi yetişməsinə mühüm töhfə verir.

28 May Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndir...
27/05/2026

28 May Müstəqillik Günü münasibətilə tədbir keçirilib. Tədbirin məqsədi şagirdlərdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, dövlətçilik ənənələrinin təbliği və Azərbaycanın müstəqillik tarixinin öyrənilməsi olub.

“Tanınmış şəxsiyyətlər təqvimi” çərçivəsində məktəbin musiqi müəllimi İbrahimova Lalə tərəfindən Fikrət Əmirovun həyat v...
22/05/2026

“Tanınmış şəxsiyyətlər təqvimi” çərçivəsində məktəbin musiqi müəllimi İbrahimova Lalə tərəfindən Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş maraqlı layihə təqdim olundu.
Layihə zamanı şagirdlər böyük bəstəkarın zəngin sənət dünyasına səyahət edərək onun Azərbaycan musiqi mədəniyyətinə verdiyi dəyərli töhfələr, yaratdığı simfonik muğamlar və dünya şöhrəti qazanmış musiqi əsərləri haqqında geniş məlumat əldə etdilər. Bəstəkarın “Şur”, “Kürd Ovşarı” və “Gülüstan-Bayatı-Şiraz” kimi məşhur əsərləri dinlənilərək onların musiqi xüsusiyyətləri və milli musiqimizin inkişafındakı rolu izah olundu.
Layihə çərçivəsində şagirdlər Fikrət Əmirovun yaradıcılığının Azərbaycan musiqi sənətinin dünya miqyasında tanınmasına verdiyi töhfələri də öyrəndilər.
Bu cür layihələrin keçirilməsində əsas məqsəd şagirdlərin dünyagörüşünü zənginləşdirmək, onlarda milli-mənəvi dəyərlərə, musiqi sənətinə maraq oyatmaq, estetik zövq və yaradıcılıq bacarıqlarını inkişaf etdirməkdir.

Həm öyrənirik, həm əylənirik!     Məktəbin II sinif şagirdləri “Saatı öyrənirik” mövzusunda maraqlı və əyləncəli videoça...
21/05/2026

Həm öyrənirik, həm əylənirik!

Məktəbin II sinif şagirdləri “Saatı öyrənirik” mövzusunda maraqlı və əyləncəli videoçarx hazırlayıblar.
Şagirdlər müxtəlif oyunlar, tapşırıqlar və təqdimatlar vasitəsilə saatın quruluşunu, əqrəblərin funksiyalarını və vaxtın necə təyin olunduğunu öyrəniblər.
Hazırlanan videoçarx uşaqların həm biliklərini möhkəmləndirməsinə, həm də vaxtlarını səmərəli və maraqlı keçirməsinə şərait yaradıb.
Şagirdlər bir daha sübut etdilər ki, həm öyrənmək, həm də əylənmək mümkündür! ⏰📚🎉

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

Address

Əmirli Kəndi
Barda

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994705435600

Website

Alerts

Be the first to know and let us send you an email when R.Abbasov adına Əmirli kənd tam orta məktəbi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to R.Abbasov adına Əmirli kənd tam orta məktəbi:

Shortcuts

Share

Category