Bərdə Dövlət Peşə Təhsil Mərkəzi

Bərdə Dövlət Peşə Təhsil Mərkəzi Bərdə Dövlət Peşə Təhsil Mərkəzi

11/09/2026

📢 Peşə təhsil müəssisələrinə tələbə qəbulunun III mərhələsi başlayıb.

ℹ Hər bir vakant yerə ilk müraciət edən şəxs şəxsi kabinetində müsabiqədən keçməsi ilə bağlı bildiriş alacaq və həmin şəxs bildiriş aldıqdan sonra 14 sentyabr saat 18:00-dək sənədlərini qəbul olduğu təhsil müəssisəsinə təqdim etməlidir.

🕐 Son müraciət tarixi: 14 sentyabr, 12:00
🔗 Qeydiyyat linki: portal.edu.az
🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1350/inner

📢 İxtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticə...
05/09/2026

📢 İxtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələrinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri elan olunub.

📌 Müsabiqədən müvəffəqiyyətlə keçmiş ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları tələb olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1347/inner

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin cavabları açıqlandı! 📌 İkinci mərhələdə www.portal.edu.az...
05/09/2026

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin cavabları açıqlandı!

📌 İkinci mərhələdə www.portal.edu.az platforması vasitəsilə 23541 nəfər müsabiqədə iştirak edib. Ümumilikdə 8791 nəfər müsabiqədən keçib.

❗Müsabiqədən uğurla keçən namizədlər 10 sentyabr 18:00 tarixinədək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

📌 Əvvəlki illərin məzunları üçün attestatın əsli, cari ilin məzunları üçün isə elektron attestatların çap olunmuş nüsxəsi təqdim olunur.

ℹ️ Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

🔗 Ətraflı : https://vet.edu.gov.az/news/content/1348/inner

📢 Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başladı.⏳Son müraciət tarixi: 10 sentyabr, saat 18:00🔗Müraciət ...
04/09/2026

📢 Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başladı.

⏳Son müraciət tarixi: 10 sentyabr, saat 18:00

🔗Müraciət linki: portal.edu.az

🔗Ətraflı: https://vet.edu.gov.az/news/content/1346/inner

27/08/2026

🎓 Peşə təhsilindən ali təhsilə – aqrar sektor üçün yeni nəsil kadrlar yetişir!

Aqrar sektorun inkişafı və müasir kənd təsərrüfatının tələblərinə uyğun yüksəkixtisaslı kadr potensialının formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan peşə təhsili ilə ali təhsil arasında əlaqənin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Bu istiqamətdə növbəti uğur hekayəsi Bərdə Dövlət Peşə Təhsil Mərkəzinin məzunlarından gəlib.

Mərkəzin yüksək texniki peşə təhsili səviyyəsi üzrə baytarlıq və heyvandarlıq işi ixtisasını bitirən Nuriyev Oruc, Həsənzadə Aygün və Nəsirli Kənan ADA University heyvandarlıq ixtisasına qəbul olunublar.

Bu nəticə peşə təhsilinin yalnız əmək bazarına birbaşa çıxış imkanı yaratmadığını, eyni zamanda məzunlar üçün ali təhsilə və davamlı peşəkar inkişafına aparan yol olduğunu göstərir.

Xüsusilə aqrar sahədə praktiki bacarıqlara malik, müasir biliklərlə silahlanmış mütəxəssislərin hazırlanması sektorun dayanıqlı inkişafı üçün mühüm resursdur.

🌱 Peşə təhsili – bacarıqlı mütəxəssis, güclü aqrar sektor və dayanıqlı gələcək deməkdir.

Məzunlarımızı təbrik edir, ali təhsil və peşəkar inkişaf yollarında uğurlar arzulayırıq!

27/08/2026

🎓 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinə start verilir.

📌 Qəbul qaydaları:
🔶 İlk və texniki peşə təhsili səviyyələri üzrə qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir;
🔶 Yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul buraxılış imtahanlarının nəticəsi əsasında həyata keçirilir.

🕐 Son müraciət tarixi: 3 sentyabr, 18:00
🔗 Qeydiyyat linki: portal.edu.az
🔗 Ətraflı: https://vet.edu.gov.az/news/content/1344/inner
🔗 Qəbul planı: https://shorturl.at/vYBXD

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlandı! 📌23 iyul tarixindən etibarən www.port...
15/08/2026

📢 Peşə təhsili müəssisələrinə tələbə qəbulunun I mərhələsinin cavabları açıqlandı!

📌23 iyul tarixindən etibarən www.portal.edu.az platforması vasitəsilə 39 735 nəfərdən 150 354 müraciət daxil olub. Ümumilikdə 24 161 nəfər müsabiqədən keçib.

❗Müsabiqədən uğurla keçən namizədlər 25 avqust 18:00 tarixinədək qeyd olunan sənədləri qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

📌 Əvvəlki illərin məzunları üçün attestatın əsli, cari ilin məzunları üçün isə elektron attestatların çap olunmuş nüsxəsi təqdim olunur.

ℹ️ Müsabiqədən keçən şəxsin qəbul olunduğu peşə təhsili müəssisəsində qeyd edilən tarixlərdə qeydiyyatdan keçməməsi və ya sənədlərini tam təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

📢 2026/2027 tədris ili üzrə tələbə qəbulunun I mərhələsi: Rəqəmlərdə.__________________________📞+994(50) 474 48 38✉️ ber...
11/08/2026

📢 2026/2027 tədris ili üzrə tələbə qəbulunun I mərhələsi: Rəqəmlərdə.
__________________________
📞+994(50) 474 48 38
✉️ [email protected]
📍Heydər Əliyev pr.11, Bərdə, Azərbaycan

📢 Bərdə Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli peşə təlimlərinə start verilib._________________________ℹ Bərdə Dövlə...
11/08/2026

📢 Bərdə Dövlət Peşə Təhsil Mərkəzində qısamüddətli peşə təlimlərinə start verilib.
_________________________
ℹ Bərdə Dövlət Peşə Təhsil Mərkəzində “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində öz doğma torpaqlarına geri dönən və peşə bacarıqlarını inkişaf etdirmək istəyən şəxslər üçün qısamüddətli peşə təlimlərinə start verilib. Proqramın çərçivəsində “Aşpaz”, "Qənnadçı-şirniyyatçı" və "Əməliyyatçı-mühasib" ixtisasları üzrə təlimlər təşkil olunub. Təlimlər iştirakçıların həm nəzəri biliklərinin artırılmasına, həm də praktiki bacarıqlarının formalaşdırılmasına yönəlib. Müasir tədris yanaşmaları əsasında keçirilən bu təlimlər iştirakçılara yeni peşə qazanmaq, əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmaq və məşğulluq imkanlarını genişləndirmək üçün əlverişli şərait yaradır.

📞+994(50) 474 48 38
✉️ [email protected]
📍Heydər Əliyev pr.11, Bərdə, Azərbaycan

📢 2026/2027 tədris ili üzrə qəbulu nəzərdə tutulan ixtisaslarımız.__________________________📞+994(50) 474 48 38✉️ berdep...
02/08/2026

📢 2026/2027 tədris ili üzrə qəbulu nəzərdə tutulan ixtisaslarımız.
__________________________
📞+994(50) 474 48 38
✉️ [email protected]
📍Heydər Əliyev pr.11, Bərdə, Azərbaycan

Address

Haydar Aliyev 11
Barda
AZ0900

Alerts

Be the first to know and let us send you an email when Bərdə Dövlət Peşə Təhsil Mərkəzi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Bərdə Dövlət Peşə Təhsil Mərkəzi:

Shortcuts

Share

Category