08/02/2026
Məktəbimizdə Lütfizadə adına Riyaziyyat-məntiq Olimpiadasının və Məktəblilərarası Fənn Müsabiqəsinin məktəb turu keçirildi.
Məktəb
08/02/2026
Məktəbimizdə Lütfizadə adına Riyaziyyat-məntiq Olimpiadasının və Məktəblilərarası Fənn Müsabiqəsinin məktəb turu keçirildi.
06/02/2026
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında strateji əməkdaşlıq sürətlə inkişaf edir
2026-cı il 4 fevral tarixində Əbu-Dabidə nüfuzlu “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və bir neçə ölkənin dövlət nümayəndələri iştirak ediblər. Mükafat dünya miqyasında sülhün, insan qardaşlığının və dialoqun təşviqi sahəsində yüksək xidmətləri olan şəxslərə verilir və bu ilki mükafatlandırma mərasimində Azərbaycan və Ermənistan arasında sülh prosesi yüksək qiymətləndirilmişdir.
Dövlət başçısı qeyd edib ki, Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək böyük şərəfdir.
İlk növbədə, bu mükafata görə münsiflər heyətinə dərin minnətdarlığımı bildirmək istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayedin adını daşıyan bu mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. O, elə bir böyük lider idi ki, onun uzaqgörənliyi və fəaliyyəti BƏƏ-ni dünyanın ən firavan və ən uğurlu ölkələrindən birinə çevirmişdir.
Şeyx Məhəmməd atasının inkişaf, tərəqqi və davamlı müasirləşmə siyasətini davam etdirir.
Bu gün Birləşmiş Ərəb Əmirlikləri tarixi köklərinə möhkəm bağlı qalmaqla yanaşı, gələcəyə də inamla baxan, sülh və ahəngdar şəraitdə yaşayan bir cəmiyyətin necə qurulması baxımından həqiqətən də bir çox ölkələr üçün nümunədir;
Bu sülh təkcə iki ölkə üçün deyil, daha geniş region üçün də böyük əhəmiyyət kəsb edir.
Sülh yalnız iki ölkə arasında münasibətlərin normallaşdırılması ilə məhdudlaşmayan, daha geniş regional və qlobal əhəmiyyət daşıyan fundamental dəyərdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin liderliyi ilə həyata keçirilən sülh siyasəti Cənubi Qafqazda mövcud geosiyasi mənzərəni köklü şəkildə dəyişməklə yanaşı, regionun təhlükəsizliyi, iqtisadi inteqrasiyası və sosial sabitliyi üçün yeni imkanlar yaratmışdır.
Vaşinqton Zirvə Görüşündən sonrakı altı ay tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli, dayanıqlı sülhə doğru irəliləyiş ayları olmuşdur.
Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa da minnətdarlağımı bildirmək istəyirəm. Donald Tramp 2025-ci il avqustun 8-də üçtərəfli Zirvə Görüşünə ev sahibliyi etmişdir. Həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişi paraflanmış, həmçinin Birgə Bəyannamə imzalanmışdır. Prezident Tramp şahid qismində həmin sənədi imzalamış və bununla da qanlı və ölümcül münaqişəyə son qoyulmuşdur. İndi isə artıq altı aydır ki, sülh şəraitində yaşayırıq.
Dəfələrlə qeyd etdiyim kimi, biz sülh şəraitində yaşamağı öyrənirik. Sizə deyə bilərəm ki, bu, xüsusi bir hissdir. Biz müstəqillik əldə edəndən bəri heç vaxt sülh şəraitində yaşamamışıq və indi bunu sürətlə öyrənirik.
Bu altı ay münasibətlərimizin inkişafı baxımından çox mühüm olmuşdur. Biz təkcə Azərbaycan ərazisindən Ermənistana yük daşımalarına qoyulmuş məhdudiyyətləri aradan qaldırmadıq, eyni zamanda, Ermənistana neft məhsullarının ixracına da başladıq. Yəni bu altı ay ərzində biz əməkdaşlığa başlamışıq. Hazırda ticarət əlaqələrimizi genişləndiririk.
Əbu-Dabidə keçirilən bu mükafatlandırma mərasimi ilə bağlı qeyd edəcəyim son məqam odur ki, bu mərasim rəmzi məna daşıyır. Çünki Ermənistan ilə Azərbaycan arasında sonuncu danışıqlar raundu ötən ilin iyul ayında, tarixi Vaşinqton Sammitindən cəmi bir ay əvvəl məhz burada baş tutmuşdur. Əziz qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olunması üçün son razılığa burada gəldik və həmin razılıq daha sonra Vaşinqtonda rəsmiləşdirilmişdir.
Siyasi dialoqun dərinləşməsi, iqtisadi, humanitar və hərbi əməkdaşlıq sahələrində qurulan tərəfdaşlıq Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri əlaqələrinin uğurla inkişaf etməsinə bariz nümunədir.
04/02/2026
Məktəbimizdə tarix və coğrafiya fənnindən keçirilən yarışın qaliblərinə fəxri fərmanlar təqdim edildi.
01/02/2026
“Hər bir Azərbaycan gənci öz həyat yolunu müstəqil Azərbaycan Respublikasının gələcək yolu kimi qəbul etməlidir.”
Ümummilli Lider-Heydər Əliyev,
Müstəqil Azərbaycan Respublikası
gənclərinin birinci forumunda nitqindən
(Respublika Sarayı, 2 fevral 1996-cı il)
2 Fevral — Azərbaycan Gəncləri Günü ölkəmizdə gənclərə göstərilən dövlət qayğısının və onların cəmiyyətin inkişafında oynadığı mühüm rolun rəsmi ifadəsidir. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən 1 fevral 1997-ci il tarixində imzalanmış müvafiq Sərəncama əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmiş və bu tarixdən etibarən gənclərin sosial, intellektual və yaradıcılıq potensialının dəstəklənməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri olmuşdur.
Bu əlamətdar gün gənclərin milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi, vətənpərvərlik ruhunun gücləndirilməsi və ictimai-siyasi həyatda fəal iştirakının təşviqi baxımından mühüm platforma rolunu oynayır, eyni zamanda gənclərin beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsinə və gələcək lider nəslinin formalaşdırılmasına töhfə verir.
1996-cı il fevralın 2-də baş tutan Azərbaycan Gənclərinin I Forumu gənclərin dövlət həyatında yerinin müəyyənləşdirilməsi baxımından əlamətdar mərhələ olmuşdur. Həmin tədbirdə Ulu Öndər Heydər Əliyevin səsləndirdiyi “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” fikri gənc nəslin milli şüurunun möhkəmlənməsinə, müstəqillik ideyalarına sədaqətinin artırılmasına və ictimai proseslərdə fəal mövqe tutmasına yön verən əsas istiqamət kimi formalaşmışdır.
Dövlətin gənclər siyasəti Ulu Öndər Heydər Əliyevin strateji baxışının mühüm istiqamətlərindən biri olmuş və hər zaman xüsusi diqqət və nəzarət altında saxlanılmışdır.
Ötən il gənclər və idman sahəsində müxtəlif uğurlar əldə edilmişdir.
“Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclərin vətəndaşlıq mövqeyinin möhkəmləndirilməsi, hüquqi savadlılığının artırılması və ictimai proseslərdə fəal iştirakının təşviqi əsas prioritetlərdən biri olmuşdur. Bu məqsədlə ölkənin müxtəlif bölgələrini əhatə edən maarifləndirici, intellektual və liderlik yönümlü düşərgə və tədbirlər vasitəsilə gənclərin analitik düşünmə, qərarvermə və komanda ilə işləmə bacarıqları inkişaf etdirilmiş, milli dəyərlərə bağlılıq və hüquqi məsuliyyət hissi gücləndirilmişdir.
Həyata keçirilən təşəbbüslər çərçivəsində konstitusion prinsiplərin təbliği, suverenlik anlayışının gənclər arasında daha dərindən mənimsədilməsi və vətəndaş cəmiyyətinə inteqrasiyanın təşviqi təmin olunmuşdur.
Eyni zamanda ötən 2025-ci il ərzində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi və gənclərin qlobal proseslərdə fəal iştirakının təşviqi istiqamətində sistemli və strateji fəaliyyət həyata keçirmişdir. İslam Əməkdaşlıq Təşkilatı, D-8, Türk Dövlətləri Təşkilatı, MDB, Avropa Şurası və ikitərəfli əməkdaşlıq mexanizmləri çərçivəsində keçirilən görüşlər və təşəbbüslər vasitəsilə gənclər siyasəti sahəsində təcrübə mübadiləsi, birgə layihələrin icrası və institusional əlaqələrin möhkəmləndirilməsi təmin olunmuşdur.
İl ərzində təşkil edilən və iştirak edilən 20-dən artıq beynəlxalq və regional tədbir, forum, iclas, festival, düşərgə və mübadilə proqramları gənclərin liderlik potensialının artırılmasına, mədəniyyətlərarası dialoqun inkişafına, innovativ yanaşmaların təşviqinə və gənclərin sosial fəallığının gücləndirilməsinə yönəlmişdir. Bu fəaliyyətlər nəticəsində Azərbaycan gənclərinin beynəlxalq şəbəkələrdə təmsilçiliyi genişlənmiş, ölkəmizin gənclər siyasəti modeli beynəlxalq müstəvidə tanıdılmış və qarşılıqlı əməkdaşlıq üçün dayanıqlı tərəfdaşlıq əlaqələri formalaşdırılmışdır.
2025-ci ildə Azərbaycan idmançılarının beynəlxalq arenada nümayiş etdirdiyi yüksək nəticələr ölkəmizin idman potensialının və sistemli inkişaf strategiyasının bariz göstəricisi olmuşdur. İl ərzində müxtəlif növ beynəlxalq yarış və turnirlərdə 2 mindən artıq medalın, o cümlədən 600-dən çox qızıl medalın qazanılması ötən illərlə müqayisədə tarixi rekord kimi qiymətləndirilir və Azərbaycan idmanının rəqabətqabiliyyətliliyinin davamlı artımını təsdiqləyir.
Əldə olunan bu uğurlar idmançıların peşəkarlığının yüksəldilməsi, məşq və hazırlıq proseslərinin təkmilləşdirilməsi, infrastrukturun gücləndirilməsi və dövlət dəstəyinin effektivliyinin nəticəsi olaraq ölkəmizin beynəlxalq idman aləmində nüfuzunun möhkəmlənməsinə və gənclərin sağlam həyat tərzinə təşviqinə mühüm töhfə vermişdir.
Azərbaycan gəncləri hər zaman öz Vətəninə bağlı gənclər olub. Bu gün, biz xüsusilə onların təşəbbüskar ruhunu və cəmiyyətə xidmət əzmini qeyd edirik. Elə bu ruh, gənclərin könüllü fəaliyyətlərdə iştirak etməsi ilə daha da parlaq şəkildə görünür.
Müxtəlif qurumlarda fəaliyyət göstərən gənc könüllülər cəmiyyətin inkişafında mühüm rol oynayırlar. Onlar dövlət müəssisələrində, ictimai təşkilatlarda, təhsil ocaqlarında və sosial layihələrdə fəal iştirak edərək həm öz bilik və bacarıqlarını artırır, həm də ətraf mühitə və insanlara fayda verməyi həyat tərzinə çevirirlər. Gənclərin könüllü fəaliyyəti sosial məsuliyyət hissinin formalaşmasına, vətəndaş mövqeyinin güclənməsinə və ictimai həmrəyliyin dərinləşməsinə şərait yaradır.
Könüllülük hərəkatı gənclərə komanda ilə işləmə, liderlik, ünsiyyət və təşkilatçılıq kimi mühüm bacarıqlar qazandırır. Bu hərəkat vasitəsilə onlar müxtəlif layihələrdə iştirak edir, tədbirlərin təşkili və icrasında rol alır, sosial problemlərin həllinə töhfə verirlər. Könüllülər cəmiyyətlə dövlət arasında körpü rolunu oynayaraq ictimai təşəbbüslərin daha geniş kütlələrə çatmasına imkan yaradırlar.
Doğma Qarabağın azad olunmasında Azərbaycanın gəncləri xüsusi rol oynamışdır. Bu gənclər həm fiziki cəsarət, həm də yüksək vətənpərvərlik ruhu ilə ön sırada olmuş, torpaqlarımızın müdafiəsi və azadlığı uğrunda igidlik göstərmişlər. Onlar yalnız silahlı döyüşdə deyil, komandaların birliyini və qələbə ruhunu təmin etmişlər. Beləliklə, Azərbaycan gəncliyi həm torpaqlarımızın azadlığı, həm də milli birliyimizin qorunmasında əvəzsiz rol oynamışdır.
Qarabağı azad edən igid gənclərimiz nümunəsində gördük ki, hər bir gənc cəmiyyət üçün əvəzsiz bir güc və ilham mənbəyidir. Gənclərimizin enerji və ideyaları, həm təhsil, həm də ictimai həyat üçün böyük əhəmiyyət daşıyır və onların dəstəyi ilə gələcəyimiz daha parlaq olacaq.
Bu gün münasibəti ilə bütün gəncləri ürəkdən təbrik edir, onlara sağlamlıq, uğurlar və parlaq gələcək arzulayırıq.
Fidan Nəsirli- Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektorunun baş məsləhətçisi
27/01/2026
Məktəbimizdə keçirilən "Riyaziyyat həftəsi"nin qaliblərinə məktəb rəhbərliyi tərəfindən fəxri fərmanlar təqdim edildi.
23/01/2026
Məktəbimizin ibtidai sinif müəllimi Əsədova Nilufər Zülfüqar qızı 4a sinfində "Yol hərəkəti qaydaları" mövzusunda nümunəvi dərs keçdi.
22/01/2026
22/01/2026
Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb
Ölkəmiz üçün son illərin ən mühüm nailiyyəti ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası oldu. Biz bunu beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq, BMT Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq həyata keçirdik. Demək olar ki, 30 il ərzində bu, bizim milli ideyamız idi və biz hədəfimizə nail olmaq, ədaləti bərpa etmək üçün bütün səylərimizi səfərbər etdik. Əfsuslar olsun ki, beynəlxalq hüququn normaları işləmədi və beynəlxalq təşkilatlar yardımçı olmadılar. Çünki çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələr, sadəcə, kağız üzərində qalmışdı. Biz bunu özümüz həll etməli, ədaləti özümüz bərpa etməli olduq. Bu, bir daha onu nümayiş etdirir ki, indi dünyanın həqiqətən də beynəlxalq öhdəliklərə tam hörmət edilməsinə ehtiyacı var.
Bu il “Zayed İnsan Qardaşlığı Mükafatı” komitəsi Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsini seçib. Bu müqavilə mükafatın dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirir. Bu, qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyət hesab olunur”.
Bu qərarı otuz ildən artıq müddətdə qan tökülməsindən, münaqişə və müharibələrdən sonra Qafqazda sülhün qurulmasında səylərimizə verilən qiymət kimi qəbul edirəm. Bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Beş-altı aydır sülh şəraitində yaşayırıq. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir. Bu gün Azərbaycan ilə Ermənistan arasında münasibətlər artıq əməkdaşlığa çevrilir. Ermənistana gedən yüklərin daşınmasında bütün məhdudiyyətləri aradan qaldırdıq.
Azərbaycan da daxil olmaqla, hər bir ölkə özünün sərhədləri boyu sabitlik haqqında düşünməlidir. Azərbaycana gəldikdə, ölkə daxilində potensial risklər mövcud deyil. Bütün potensial risklər kənardan qaynaqlana bilər. Bu səbəbdən hər zaman qonşuluğumuzda sabitliyin mövcud olması haqqında düşünürük. İranda baş verən müəyyən qeyri-sabitlikdən narahatıq. Regionda sabitlik, proqnozlaşdırılma və sülh ən böyük sərvətdir. İşğaldan və müharibədən əziyyət çəkmişik, minlərlə qurban vermişik. Bu gün sülhün və sabitliyin olması istənilən ölkə üçün uğur qazanmağın yeganə yoludur.
Enerji bazarına gəldikdə, gördüyünüz kimi, neftin qiyməti sabitdir - ən azı Azərbaycan üçün məqbul səviyyədədir. Bu, İranda, Venesuelada və ya dünyanın digər bölgələrində olan vəziyyətin neftin qiymətinə ciddi təsir göstərmədiyini nümayiş etdirir. Bu, yaxşı göstəricidir, çünki həm hasilatçıların, həm də istehlakçıların gələcəklərini planlaşdırmaq üçün vəziyyətin proqnozlaşdırıla bilinməsinə ehtiyacı var. Ümid edirəm ki, Cənubi Qafqazda və region ətrafında vəziyyət pisləşməyəcək. İstəyimiz, həqiqətən, bunu görməkdir. Ümid edirəm ki, hər bir ölkə regional sabitliyə və təhlükəsizliyə öz töhfəsini verəcəkdir.
Aydındır ki, Azərbaycana qarşı olan bu qərəzli vəziyyət Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən xüsusi lobbiçilik qruplarının, xüsusi qüvvələrin fəaliyyətinin nəticəsidir. Artıq uzun illərdir ki, biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq. Biz Avropa Komissiyası ilə əməkdaşlıq edirik və bununla kifayətlənirik.
20/01/2026
Məktəbimizin Azərbaycan dili və Ədəbiyyat müəllimi Məmmədova Samirə və şagirdlər Şəhidlər xiyabanını ziyarət edib. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi hörmət və ehtiramla yad edilib, məzarları üzərinə qərənfillər düzülüb.
20/01/2026
20 Yanvar günü Azərbaycan xalqının tarixinin faciəli, kədərli səhifəsi olduğu kimi, eyni zamanda qəhrəmanlıq, rəşadət səhifəsidir.
Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 36 il ötür. Ancaq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunub. Həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir.20 Yanvar yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi daxil oldu.20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsi olmaqla bərabər, həm də xalqımızın qəhrəmanlıq salnaməsidir. Həmin gün uzun illər imperiya əsarəti altında yaşayan xalqımız azadlığına qovuşmaq üçün canından belə keçməyə hazır olduğunu bir daha bütün dünyaya nümayiş etdirdi. 20 Yanvar hadisələri totalitar Sovet rejimi tərəfindən Azərbaycanda xalqa, demokratik proseslərə qəsd, öncədən planlaşdırılmış, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan haqlarını pozan cinayət idi.
Hər il Ümumxalq Hüzn günü kimi geniş qeyd edilən 20 Yanvar faciəsi Azərbaycan tarixində təkcə faciə deyil, istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, istiqlaliyyət, azadlıq, suverenlik istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi, milli qürurumuzu qıra bilmədi.1990-cı il 20 Yanvar hadisələri Azərbaycan xalqının milli bütövlüyünü təsdiqləyən ən böyük hadisələrdən biri kimi tarixin yaddaşına əbədi həkk olundu. Bu faciə xalqı yumruq kimi birləşdirdi və bütün dünya azərbaycanlılarının gücünü ifadə etdi. 20 Yanvar faciəsi nəinki Azərbaycanı, bütün dünyanı lərzəyə gətirsə də, yerli hakimiyyət orqanları baş verənlərin üzərindən sükutla keçməyə üstünlük verir, xalqın milli faciəsinə laqeyd münasibətlərini ortaya qoyaraq Kremlin qəzəbinə tuş gəlmək istəmirdilər. O ağır və faciəli günlərdə 20 Yanvar hadisələri ilə bağlı Moskvada vətəndaş qeyrəti və həqiqi vətənpərvərlikdən doğan cəsarətli bəyanatı ilə, məhz Heydər Əliyev xalqımızın haqq səsini dünyaya çatdırdı. İlk olaraq Azərbaycan xalqına qarşı soyqırımı aktının həyata keçirildiyini cəsarətlə bütün dünyaya bəyan edən Heydər Əliyev oldu. Dünya azərbaycanlılarının bir millət kimi mütəşəkkilliyinə təkan verən bu bəyanat həmvətənlərimizi xalqın taleyi üçün tarixi məsuliyyəti daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında birləşdirdi. Baş verən hadisələri hüquqa, demokratiyaya, dövlət quruculuğu prinsiplərinə zidd hesab edən Heydər Əliyev yüzlərlə insanın qətlə yetirilməsini Azərbaycan xalqına qarşı cinayət adlandıraraq hadisəyə siyasi qiymət verilməsini tələb etdi. Azərbaycan xalqına qarşı tətbiq edilən bu vəhşilik əks-təsir yaratmış və müstəqil Azərbaycan Respublikasının qurulmasında dönüş nöqtələrindən biri olmuşdur. Bu faciədən sonra Azərbaycan xalqı səsini daha da yüksəklərə çatdırmaq üçün səy göstərmiş, 18 oktyabr 1991-ci ildə müvəffəqiyyət qazanaraq, müstəqilliyini bütün dünyaya elan etmişdir.1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür.Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.Şübhəsiz, 20 Yanvar tarixdə bir faciə, dəhşətli bir terror aktı kimi qaldı. Amma bununla bərabər, Prezident İlham Əliyevin də vurğuladığı kimi, 20 Yanvar günü həm də Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Həmin məşəqqətli gündə bütün hədələrə, təhdidlərə, ölümlə üz-üzə dayanmasına baxmayaraq, xalqımız, müstəqillik, azadlıq uğrunda lazım gələndə şəhid ola biləcəyini də göstərdi. Xalqımızın azadlığa və zəfərlərə gedən yolunun başlanğıcı da məhz 20 Yanvar gecəsi qoyuldu. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfər Azərbaycanın çoxəsrlik tarixində ən parlaq qələbəsi oldu.Elə buna görə də, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcək, Şəhidlərimizin əziz ruhu daim anılacaq, onların əziz xatirəsi qədirbilən Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Bərdə şəhər Alı Mustafayev adına 5№li tam orta ümumtəhsil məktəbinin Təlim tərbiyə işləri üzrə direktor müavini Baxşaliyeva Aynur
16/01/2026
16.01.2026-cı il tarixdə məktəbimizdə UBTR Məmmədova Hicran tərəfindən 20 Yanvar faciəsinin 36-cı ildönümünə həsr olunmuş rəsm müsabiqəsi təşkil edildi.
Şəhidlərimizin xatirəsi daim qəlbimizdə yaşayacaq.
15/01/2026
15.01.2026-ci il tarixində məktəbimizdə ingilis dili müəllimi Həsənova Xəyalə tərəfindən 8a sinfində açıq dərs keçirildi.
| Monday | 08:00 - 17:00 |
| Tuesday | 08:00 - 17:00 |
| Wednesday | 08:00 - 17:00 |
| Thursday | 08:00 - 17:00 |
| Friday | 08:00 - 17:00 |