Zərifə Əliyeva adına lisey

Zərifə Əliyeva adına lisey

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Zərifə Əliyeva adına lisey, Education Website, MƏHƏMMƏDƏMİN RƏSULZADƏ, Barda.

Photos from Zərifə Əliyeva adına lisey's post 18/03/2026

18.03.2026-cı il tarixində 7b sinfində İngilis dili fənni üzrə Əsədova Şəlalə müəllim tərəfindən
"Friends forever" mövzusunda açıq dərs keçirildi.

Dərs zamanı şagirdlər mövzu ətrafında fəal iştirak edərək müxtəlif tapşırıqları yerinə yetirdilər, dialoqlar qurdular və dostluq münasibətlərinə dair biliklərini nümayiş etdirdilər.

Açıq dərsin keçirilməsində əsas məqsəd şagirdlərin ingilis dili üzrə ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi və onların dərsə marağının artırılması olmuşdur.

Photos from Zərifə Əliyeva adına lisey's post 18/03/2026

18.03.2026-cı il tarixində Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə psixoloq Rəfiqə Elxan qızı tərəfindən "Narkomaniya və alkoqolun zərərləri" mövzusunda maarifləndirici seminar təşkil olundu.

Seminar zamanı şagirdlərə zərərli vərdişlərin insan sağlamlığına, psixoloji vəziyyətinə və cəmiyyətə mənfi təsirləri barədə ətraflı məlumat verildi.

Photos from Zərifə Əliyeva adına lisey's post 18/03/2026

18.03.2026-cı il tarixində Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə psixoloq Rəfiqə Elxan qızı tərəfindən "İnsan alverinə qarşı mübarizə" mövzusunda maarifləndirici seminar təşkil olundu.

Seminarda şagirdlərə insan alverinin təhlükələri, bu halların qarşısının alınması yolları, eləcə də şəxsi təhlükəsizliyin qorunması barədə ətraflı məlumat verildi.

Photos from Zərifə Əliyeva adına lisey's post 18/03/2026

18.03.2026-cı il tarixində Bərdə şəhəri Akadenik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə təhlükəsizlik tədbirlərinə uyğun olaraq 8e sinif rəhbəri Ləman Məmmədova tərəfindən şagirdlər üçün yol hərəkəti qaydalarına həsr olunmuş maarifləndirici videoçarx izlədildi.

Videoçarxda piyadaların və nəqliyyat iştirakçılarının yol hərəkəti zamanı riayət etməli olduqları qaydalar, təhlükəsizlik tədbirləri və yol-nəqliyyat hadisələrinin qarşısının alınması yolları barədə ətraflı məlumat verildi.

Tədbirin əsas məqsədi şagirdlərin yol hərəkəti qaydaları ilə bağlı biliklərinin artırılması və onların təhlükəsiz davranış vərdişlərinin formalaşdırılmasıdır.

Photos from Zərifə Əliyeva adına lisey's post 17/03/2026

Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin Azərbaycan dili dərslərində kollektiv mütaliənin təşkili: "Oxu dəqiqələri" təlimata uyğun olaraq davam etdirilir.

Liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Əkbərova tərəfindən 5ç sinfində Mark Tvenin müəllifi olduğu "Tom Soyerin macəraları" əsərinin mütaliəsi həyata keçirilir.

Photos from Zərifə Əliyeva adına lisey's post 17/03/2026

17.03.2026-cı il tarixində Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə İlaxır çərşənbə və Novruz bayramı münasibətilə tədbir keçirildi.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edildi.

Daha sonra liseyin direktoru Teymur Mustafayev çıxış edərək Novruz bayramının milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə ötürülməsindəki əhəmiyyətindən bəhs etdi və bayram münasibətilə kollektivə xoş arzularını çatdırdı.

Tədbirin bədii hissəsində şagirdlər tərəfindən Novruz bayramına həsr olunmuş mahnılar ifa edildi, rəqs nömrələri təqdim olundu və bayram ab-havasını əks etdirən maraqlı çıxışlar nümayiş etdirildi.

Photos from Zərifə Əliyeva adına lisey's post 17/03/2026

17.03.2026-cı il tarixində Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə "Aylıq idman növü" adlı keçirilən tədbirlərin tədbirlər planına uyğun olaraq liseyin fiziki tərbiyə müəllimləri Elnur Bəkirli və Hüsniyyə Qasımova tərəfindən siniflərarası badminton yarışı keçirildi.

Photos from Zərifə Əliyeva adına lisey's post 17/03/2026

17.03.2026-cı il tarixində Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə "Milli- mənəvi dəyərlər" layihəsi çərçivəsində şagirdlərin asudə vaxtının səmərəli təşkili və milli kino nümunələrinin tanıdılması məqsədilə "Yeddi oğul istərəm” bədii filminin nümayişi keçirildi. Tədbirdə şagirdlərə təşkilatçı Xumar Abdullayeva tərəfindən filmin məzmunu, ideyası və tərbiyəvi əhəmiyyəti barədə məlumat verildi.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, klassik Azərbaycan filmlərinə marağını artırmaq və onların asudə vaxtlarını faydalı təşkil etməkdir.

Photos from Zərifə Əliyeva adına lisey's post 17/03/2026

16.03.2026-cı il tarixində Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə valideyn iclası keçirildi.

İclasda liseyin rəhbərliyi və müəllimlər tərəfindən şagirdlərin təlim-tərbiyə prosesi, davamiyyəti, nizam-intizam qaydaları və qarşıda duran vəzifələr müzakirə olundu. Valideynlərin fikir və təklifləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı.

Photos from Zərifə Əliyeva adına lisey's post 16/03/2026

16.03.2026-cı il tarixində Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseydə "Yaşıllıqların müdafiəsi, istifadəsi və bərpası" ilə bağlı görüləcək işlərə dair tədbirlər planına uyğun olaraq biologiya müəllimi Gülər Səmədova tərəfindən "Yaşıl sinif" yaradıldı.

Photos from Zərifə Əliyeva adına lisey's post 16/03/2026

16.03.2026-cı il tarixində 5d sinfində İngilis dili fənni üzrə Abbasova Validə müəllim tərəfindən
"School time" mövzusunda açıq dərs keçirildi.

Müəllim dərs zamanı rəqəmsal savadlılığı artırmaq üçün dünyanın ən böyük təhsil saytlarından olan "learnenglish british council" saytından istifadə etdi. Məqsəd şagirdlərin internetden vaxt israfçılığına yol vermədən səmərəli şəkildə istifadə etməsidir. Dərs interaktiv metodlarla təşkil olundu, şagirdlərin mövzuya marağı və fəallığı müşahidə olundu.

Photos from Zərifə Əliyeva adına lisey's post 15/03/2026

Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin 5a sinif şagirdi Mehdizadə Nicat "Brain Education Academy" tərəfindən keçirilmiş "The English Star Olympiad" adlı İngilis dili olimpiadasında yüksək nəticə göstərdiyinə görə fərqlənmə diplomu ilə təltif olunmuşdur.

Şagirdimizi təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq!✨️

Want your school to be the top-listed School/college in Barda?

Click here to claim your Sponsored Listing.

Location

Telephone

Website

Address


MƏHƏMMƏDƏMİN RƏSULZADƏ
Barda